Humanitar fənlər


Ərdəbil hakimliyi. XIII əsrdə



Yüklə 78,54 Kb.
səhifə9/12
tarix01.01.2022
ölçüsü78,54 Kb.
#50386
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   12
UNEC 1636873921

Ərdəbil hakimliyi. XIII əsrdə monqolların işğal etdikləri ərazidə kortəbii sufi dərviş təriqəti (orden və ya məktəbi) yarandı. Onlardan biri Ərdəbil şəhərində yaranmışdı. Ordenin və şeyxlər sülaləsinin adı müqəddəs sayılan Şeyx Səfiəddin İshaq əl-Musəviəl-Ərdəbilinin (1252-1334) adı ilə bağlı idi. Səfəvilər Azərbaycanda və Şərq ölkələrində yaranmış ağır vəziyyətin səbəbini XIVXV əsrlərdə bu yerlərdə hökm sürən sünnilik təriqətində görürdülər. Məhz buna görə də sünnilik əleyhinə ümumxalq mübarizəsi aparılması və şiə tərəfdarlarının hakimiyyətə gəlməsi üçün şərait yaradılmalıdır. Səfəvilər müxtəlif vədlərlə xalq kütlələrini öz tərəflərinə çəkərək, hakimiyyət uğrunda mübarizəni genişləndirirdilər. Bu mübarizə Şeyx Səfiəddin İshaqdan sonra Səfəvilərin görkəmli başçıları Şeyx Cüneydin, Şeyx Heydərin, Şeyx Sultanəlinin, Şah İsmayılın (1487-1524) dövründə daha kəskin xarakter aldı və Səfəvi dövlətinin yaranması üçün lazımi şərait yarandı. Səfəvilərin Ərdəbil hakimliyi dövrü 1501-ci ilə qədər, bütün Azərbaycanda hakimiyyət dövrü isə 1736-cı ilə qədərdir. Ərdəbil hakimliyi mərkəzləşmiş Azərbaycan dövlətinin yaradılmasının rüşeymiolmuşdur.XV əsrin II yarısında Muğanın bir hissəsi, Qarabağ və Azərbaycanın Talış dağlarına qədər olan şərq torpaqları onların təsiri altına düşdü. Azərbaycanın cənubunda Qaraqoyunluda hökmranlıq edən Cahanşah Şeyx Cüneydin Ərdəbildən çıxmasını tələb etdi .Cahanşahın köməyi ilə Ərdəbildə Səfəvi təriqətinə Cüneydin əmisi Şeyx Cəfər (1449-1470) başçı oldu. 1449-cu ildə Güneyd Ərdəbili tərk etdi. O, Misiri, Suriyanı, Mesipotamiyanı gəzib bir neçə ildən sonra 20 min müridlə Kiçik Asiyaya-Diyarbəkirə qayıtdı, Uzun Həsənlə qohum oldu. 4 ilə yaxın Diyarbəkirdə qaldı. 1459-cu ildə Güneyd Ərdəbilə qayıtmaq istədi. Şeyx Cəfər onu Ərdəbilə buraxmadı. 1460-cı ilin martında Güneyd oradan Şirvana və Dağıstana yürüş etdi. Şirvanşah I Xəlilullah Cahanşahla ittifaqa girdi və Dərbənd yaxınlığında Cüneydin qoşununun qabağını kəsdi. Samur çayı sahilində döyüşdə məğlub oldular, Şeyx Güneyd öldürüldü. Müridlərin bir hissəsi Ərdəbilə qayıtdı. Güneydin oğlu Şeyx Heydər dayısı Uzun Həsənin qızı Aləmşah xatınla evləndi. 1470-ci ilin əvvəllərində Uzun Həsən Ərdəbilə gəldi və Şeyx Cəfəri qəyyum saxlamaqla Şeyx Heydəri təntənəli surətdə irsi taxtda oturtdu. Şeyx Heydərin vaxtında qızılbaşlar əvvəlki türkmən başlıqları əvəzinə 12 imamın şərəfinə başlarına 12 qırmızı zolaqlı çalma qoyurdular. Ona görə onlara qızılbaşlar deyirdilər. Bu tədbirlər Şeyx Heydəri məşhurlaşdırdı. Şeyx Heydər Yaqub padşahın razılığı ilə 1483-cü ildə Şirvana Dağıstana yürüş etdi .2-ci uğurlu yürüşü 1487-ci ildə oldu, bu Sultan Yaqubu qorxuya saldı. Ona görə də Heydərin Şirvana 3-cü yürüşü zamanı (1488) Şarvanşah Fərrux Yasara kömək etdi, sərkərdəsi Süleyman bəy Bicanoğlunun komandanlığı ilə qızılbaşlarla döyüşə qoşun göndərdi. Şeyx Heydər cənuba-Tabasarana döndü. 1488-ci il iyununb 9-da Şahdağın ətəyində qanlı döyüş baş verdi. Hər iki tərəf xeyli itki verdi, Şeyx Heydər öldürüldü. Yaqub padşah Ərdəbili və ətraf torpaqları işğal etdi. O, Heydərin oğulları-Sultanəlini, İbrahimi və hələ 2 yaşı olmamış İsmayılı anaları ilə birlikdə əsir aldı. Onlar 5 il Şiraz yaxınlığındakı İstəxr həbsxanasında qalmışlar. Uzun Həsənin nəvəsi Rüstəm şahzadələri həbsdən azad etdirib müstəqil hakim kimi Sultanəlini Ərdəbilə qaytardı. Əhər yaxınlığındakı döyüşdə Rüstəm Mirzə və Sultanəlinin qoşunları Baysunquru məğlubiyyətə uğratdı və öldürüldü. Sultanəli qələbə ilə Təbrizə qayıtdı. Səfəvi tərəfdarlarının güclənməsindən qorxan Rüstəm onlara qəsd təşkil etdi. Bundan xəbər tutan Sultanəli qardaşları və yaxın adamları ilə birlikdə Təbrizdən Ərdəbilə getdi. Rüstəm onların ardınca 5 min süvari göndərdi. Döyüş başlanana qədər (1494) Sultanəli sufi əmirlərinin yığıncağında İsmayılı “Səfəviyyə” ordeninin başçısı kimi xələfi təyin etdi. Qardaşlarını Ərdəbilə yola saldıqdan sonra düşmənə tərəf dönən Sultanəli Şəməsi adlanan yerdə məğlub olaraq öldürüldü. 1494-1495-ci illərdə Rüstəm yenidən Ərdəbili və Səfəvilərin digər mülklərini zəbt etdi. Əbih Sultan Ərdəbildə səfəvilərin xeyli hissəsini qılıncdan keçirdi. Qızılbaş tərəfdarları şahzadələri xilas edib, İsmayılı Lahicana-Gilanın Biyəpiş vilayətinin hakimi, Kərkiyəsülaləsindən olan Mirzə Əlinin sarayına apardılar. Rüstəm Kərkiyə Mirzə Əliyə hədələyici məktub göndərib İsmayılı tələb etdi. O, isə İsmayılı zənbildə sıx yarpaqlı ağacdan asdı və Qurana and içib onun Gilan torpağında olmamasını 300 süvari ilə gəlmiş Qasım bəyə bildirdi. İsmayıl 6 il Lahicanda qaldı. Rumdan, Qaracadağdan, Ərdəbildən İsmayılın yanına çoxlu tərəfdar gəlirdi.


Yüklə 78,54 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin