Qaraqoyunlu dövləti. Oğuz tayfalarından olan Qaraqoyunlulara baharlılar başçılıq edirdilər.VII əsrdən Van gölünün cənubunda məskən salmış Qaraqoyunlular XIV əsrin 70-ci illərindən Ərzincanda, Sivasda, ümumən Şərqi Anadolunun şimal-şərq torpaqlarında möhkəmlənib, Ağqoyunlulara, Cəlairilərə və Teymurilərə qarşı mübarizə aparmışlar. Qaraqoyunlu sülaləsinin banisi Bayram Xocaolmuşdur. Onun oğlu Qara Məhəmməd (1380-1389) Sultan Əhmədin Cəlairi taxt-tacına yiyələnməsinə yardim etmiş, bununla cəlairilərlə yaranmış gərginliyi aradan qaldımış və Sultan Əhmədlə qohum olmuşdur. Vəziyyətin yaxşılasmasından istifadə edən Qara Məhəmməd mərkəzi Van olmaqla Qaraqoyunlu tayfa ittifaqı hakimiyyətinin əsasını qoydu. 1387-ci ilin baharındaTeymur Naxçıvandan Qaraqoyunlular üzərinə hücuma keçdi. Qara Məhəmməd Çapaqçura gəldi və Teymurun qüvvələrini darmadağın etdi. QaraMəhəmmədi ələ keçirə bilməyən Teymur Muş düzənliyindəki oymaqları, Hilatı, Vanı ələ keçirib İrana döndü. 1388-ci ilin mayında Qaraqoyunlular Cəlairilərin müqavimətini qıraraq Təbrizə daxil oldular.Qara Məhəmməd və oğlu Bayram 1389-cu ilin aprelində Qara Pir Həsənadlı digər Qaraqoyunlu əmiri tərəfindən qətlə yetirildi.Qara Məhəmmədin oğlu Yusif atasının intiqamını almaq üçün 1392-ci ildə Pir Həsən bəylə döyüşə girdi və qələbə çaldı. O, Təbrizi tutdu, lakin bir gün sonra şəhərdən çıxdı. 1392-ci ildə Teymurilər Van şəhərini tutdular. Qara Yusif məğlubiyyətdən sonra Cəlairilərə yaxınlaşdı.1394-cü ildə Bağdad yaxınlığında Qaraqoyunlu və Cəlairilərin birləşmiş qüvvələri ilə Teymurilər arasında döyüşdə Teymurilər qələbə çaldı. XIV əsrin II yarısında Qaraqoyunlu tayfa ittifaqı daxili quruluşuna görə möhkəm deyildi. Nəticədə 1395-ci ildəbu ittifaq dağıldı. Lakin Qara Yusif tezliklə onu bərpa etdi və ittifaq yaratmaq üçün Cəlairi Sultan Əhmədlə birlikdə Misirə getdi.Teymur Misir hakimindən onların həbs edilməsini tələb etdi, lakin Teymurun təklifi rədd edildi. Ondansonra taxtda oturan oğlu Sultan Fərəc (1399-1412) müttəfiqləri Dəməşqdə həbsə aldı, lakin Teymurun ölümünü eşidən kimi onlar ıazad etdi. Bir ilin dustaqlığı Qara Yusiflə Sultan Əhmədi yenidən barışığa gətirdi. Onlar əbədi dostluğa and içərək şərtləşdilər ki, Sultan Əhməd Bağdada, Qara Yusif isə Təbrizəyiyələnsin.Teymurun ölümündən sonra onlar Azərbaycana qayıtdılar. 1406-cı ilin iyununda Sultan Əhməd və Qara Yusif Bağdadı ələ keçirdilər.1406-cı ilin sonunda Təbrizə yaxınlaşdılar. Şirvanşah İbrahim Sultan Əhmədin İraqdan Azərbaycana yürüşünü qanuni hökmdarın dönüşü kimi qəbul etdi. I İbrahimə müvəqqəti sığınan cənub əmirləri Sultan Əhmədin və Qara Yusifin tərəfinə keçdilər. Sultan Əhməd ilk növbədə Əlincə qalasının bərpa edilməsi haqda fərman verdi. Sultan vergilər barədə verdiyi vədə əməl etmədi, əksinə dahada ciddi tədbirlər gördü.Az sonra Teymuri Əbubəkr Mirzənin qoşunu Təbrizə yaxınlaşdı, əhali Sultan Əhmədə kömək etmədi və o, Bağdada qaçdı. 1406-cı ilin payızındaTəbriz yaxınlığındakı Şənbi-Qazanda I döyüşdə Teymurilər məğlub oldular. 1408-ci ilaprelin 21-də Sərdrud adlı yerdə Qara Yusifn qüvvələri ilə Əbubəkrin qoşunu arasında II döyüşdə Miranşah öldürüldü və Teymurilər təslim oldular .Beləliklə, Teymurilərin Azərbaycandan qovulmasında Qaraqoyunluların həlledici rolu oldu.Qara Yusifin siyasət uğurları Sultan Əhmədi qorxuya saldı. O, Qara Yusiflə olan şərtini pozdu. 1410-cu ilin yayında Sultan Əhməd Təbrizəhücuma keçdi. Şirvanşah I İbrahimin oğlu Kəyümərs ona kömək edirdi, çünki bununla o, Azərbaycanın cənub vilayətlərində möhkəmlənə bilərdi.Bundan xəbər tutan Qara Yusif onlardan əvvəl Təbrizə çatdı. 1410-cu il avqustun 30-da Təbriz yaxınlığında Şənbi-Qazan adlı yerdə Qara Yusiflə Sultan Əhməd arasında döyüş başladı. Cəlairilər darmadığın edildi. Sultan Əhməd Qara Yusifin əlinə keçdi, ondan Azərbaycan və İraq hakimiyyətindən əl çəkmək haqqında yazılı iltizam alındı və ertəsi gün öldürüldü. Cəlairilərin hakimiyyətinə son qoyuldu. Qara Yusif oğlu Qiyasəddin şah Məhəmmədi Bağdada canişin göndərdi. Beləliklə, 1410-cu ildəyaranan Qaraqoyunlu dövlətinin tərkibinə şimalda Şirvanşahlar dovləti istisna olmaqla bütün Azərbaycan torpaqları,Şərqi Anadolu, Gürcüstanın bir hissəsi, Qərbi İran və İraq daxil oldu. Paytaxtı Təbriz oldu. 1411-ci ildə Qara Yusif oğlu Pirbudağı sultan elan etdi. Ancaq yuksək idarəçilik hüququ QaraYusifdə qalırdı. Qara Yusif dövrünün böyük şəxsiyyəti idi. O, güclü mərkəzi aparat yarada bilməsə də, feodal ara müharibələrini bir qədər zəiflətdi, əyanları hakimiyyətlə hesablaşmağa məcbur etdi.Şirvanşah I İbrahimin oğlu Kəyumərsi qoşunu ilə Sultan Əhmədə köməyə göndərməsi ikitərəfli qarşıdurma üçün başlanğıc oldu. QaraYusif Kəyumərsi əsir tutdu, onu öldürmədi, azad etdi, lakin atasının Qaraqoyunlu ali hakimiyyətini tanıması haqqında ona məktub verdi. Kəyumərsin asanlıqla əsir düşməsi və zəmanətsiz buraxılması I İbrahimdə şübhə doğurdu. O, elə zənn etdi ki, Qara Yusif Kəyumərslə gizli sazişə girmiş, Kəyumərs də atasının taxtında oturmaq üçün ona söz vermişdi. Buna görə də I İbrahim guya Şirvan taxtına xain çıxmış Kəyumərsi edam etdirdi. Qara Yusif Qarabağa gəldi, Şirvana qasid göndərib I İbrahimin ona tabe olmasını tələb etdi. Lakin I İbrahim rədd cavabı verdi və Şirvanın müstəqilliyi uğrunda mübarizəyə hazırlaşdı. O, Şəki hakimi Əhməd və Kaxetiya çarı II Konstantinin köməyinə arxalanırdı. Əhali I İbrahimi müdafiə etsədə, Qara Yusif irsi soyurqal torpaqları, pul və hədiyyə paylamaqla Azərbaycanın cənub ərazilərindəki əyanları öz tərəfinə çəkmişdi. 1412-ci ilin sonunda Kür sahilində döyüş baş verdi. Qarabağın, Muğanın, Naxçıvanın silahlı dəstələri də Qara Yusifin tərəfində vuruşurdu, buna görə də I İbrahim və onun müttəfiqləri məğlub oldular. Şirvanşah I İbrahim, onun yeddi oğlu, qardaşı, məsləhətçiləri və Kaxetiya çarı Konstantin əsir alındı. Qara Yusif İbrahimdən 1200 İraq tümən bac tələb etdi. Şirvanşahın Təbrizdəki tərəfdarları bu məbləğdə mal toplayıb verdilər.Qara Yusif I İbrahimi azad etdikdən sonra, o, 1413-cü ilin aprelindəŞirvana qayıtdı. Qara Yusifin qoşunu Şirvanı tərk etdi. 1417-ci ildə Şirvanşah I İbrahim vəfat etdi, onun Azərbaycanı birləşdirmək cəhdi yarımçıq qaldı. Şirvanşah I Xəlilullah (1417-1462) Qara Yusifin hakimiyyətini tanımadı və Teymurun oğlu Sultan Şahruxla (1405-1447) Qaraqoyunlular əleyhinə ittifaqa girdi. Sultan Şahrux qardaşı Miranşahın qisasını almaq üçün 1418-ci ilin yazında və 1420-ci ildəAzərbaycana uğursuz yürüşlər etdi. Qəzvindən Ərzincana, Bağdaddan Şirvana qədər olan geniş əraziyə yiyələnmiş Qara Yusif döyüşlərin birində (1420-ci il noyabırn 17-də) yaralandı və Təbriz yaxınlığında Uçan adlı yerdə vəfat etdi. Qaraqoyunlu əmirlər iarasında mübarizə başlandı. Bundan istifadə edən Sultan Şahrux 1420-ci ilin dekabrında Qarabağadaxil oldu. I Xəlilullah Şahruxun nəvəsi ilə evlənməklə bu ittifaqı daha da möhkəmləndirdi. 1421-ci il avqustun 1-də Qara Yusifin oğulları İsgəndər və İsfəndiyar Şahruxla Alaşkerd vadisində həlledici döyüşdə məğlub oldular. Şahrux atasının siyasətindən fərqli olaraq, bu ölkələri idarə etdiyi ərazilərə daxil etmək fikrində deyildi. O, yalnız Azərbaycan feodallarının özünün ali hakimiyyətini tanıtması ilə kifayətləndi. Şahrux 1421-ci ilin payızında Heratagetdi. ŞahruxAzərbaycanı tərk etdikdən sonra İsgəndər (1420-1438) dağınıq Qaraqoyunlu qüvvələrini yenidən birləşdirdi. Kürün cənubundakı əmirlər ona tabe oldular. Şirvan və Şəki öz müstəqilliyini saxlayırdı. İsgəndər 1427-ci ildə Şirvana hücum etdi. Lakin Şahruxun Azərbaycanayeni basqını onu geri çəkilməyə məcbur etdi və Salmas döyüşlərində Qaraqoyunlular məğlub oldular.1429-cu ildə Teymuri Şahrux Qara Yusifin oğlu Əbu Səidi (1429-1431) Qaraqoyunlu taxtına çıxartdı. Əbu Səid Şahruxun vassalı kimi hökmranlıq edirdi.1430-cu ilin mayında Şahrux Azərbaycanı tərk etdi. İsgəndər qardaşı Əbu Səidi öldürüb, 1431-ci ildə yenidən hakimiyyətə gəldi. Əbu Səidin və İsgəndərin hakimiyyəti illərində Azərbaycanın iqtisadi və siyasi həyatında olduqca ağır dövr idi. 1434-cü ildə İsgəndər Şirvana yeni hücuma başladı. I Xəlilullahın kömək istəyi ilə Şahrux böyük qoşunla Heratdan yürüşə keçdi. LakinReydə dayandı. Xəlilullah onun yanına getdi və İsgəndərin törətdiyi müsibətlər barədə məlumat verdi. 1435-ci ilin yayındabirləşmiş qüvvələr Təbriz yaxınlığındakı döyüşdə Qaraqoyunluları məğlub etdilər, İsgəndər Kiçik Asiyaya qaçdı. 1435-ci ilin payızında Sultan Şahrux Təbrizə gəldi. Qara Yusifin kiçik oğlu Cahanşah (1438-1467) onu təntənə ilə qarşıladı. Şahrux ölkənin idarəsini Cahanşaha tapşırdı, qışı Qarabağda qaldı. 1436-cı ilin yazında Cahanşah Teymurilərin vassalı kimi Qaraqoyunlu dövlətinin hökmdarı elan edildi.1447-ci ildə Şahruxun ölümündən sonra müstəqil siyasət yeridən Cahanşah hakimiyyətə tabe olmaq istəməyən yarımköçəri əmirlərə qarşı mübarizə aparırdı və Şirvanla dostluq münasibətləri yaratmağa çalışırdı. Cahanşah dörünün məlumatlı şəxsiyyəti, bacarıql ıdövlət xadimi idi. Onun qanunlarına əməl etməyənləri ciddi cəzalandırırdı. Gələcəkdə işğalçılıq planlarını həyata keçirmək üçün hərbi islahat keçirdi, orduda möhkəm intizam yaratdı. Ölkənin qərb sərhədlərində Ağqoyunlularla tez-tez hərbi toqquşmalar nəticəsində XV əsrin 50-ci illərindəCahanşah Şərqi Anadolunun çox hissəsini itirdi. Lakin bir sıra uğurları nəticəsində o, 1453-cü ildə Əcəm İraqını, bütün Qərbi İranı, sonra Şərqi İranın bir hissəsini ələkeçirdi, 1457-ci ildə Sultan taxtının iddiaçılarından olan Şahruxun oğlu İbrahim Mirzəni məğlub edib Cürcanı və Xorasanı tutdu, 1458-ci ilin iyununda Herata daxil oldu . Lakin yeni Teymur isultanı Əbu Səid öz rəqiblərini əzdi və Cahanşahdan irsi torpaqlarını tərk etməyi tələb etdi. Cahanşah hərbi səfərdə olduğu zaman yarımköçmə feodallar Azərbaycanda Cahanşahın oğlu Həsənəlinin, Bağdadda isə digər oğlu Pirbudağın ətrafında birləşərək qiyam qaldırdılar. Bunu eşidən Cahanşah 1459-cu ilin yanvarındaƏbu Səidlə Heratda barışıq müqaviləsi imzaladı və təzminat alıb Azərbaycana gəldi . O, qiyamları yatırdı və 1465-ci ildə Pirbudağın üzərinə irəlilədi. Pirbudaq təslim oldu və öldürüldü.Beləliklə, Cahanşahın fəal daxili və xarici siyasəti ara müharibələrə son qoydu. Xalq kütlələrinin son dərəcə ağır vəziyyəti, feodal çəkişmələri,mərkəzi hakimiyyətə tabe olmamaq cəhdləri Qaraqoyunlu dövlətinin getdikcə zəifləməsinə səbəb oldu və AğqoyunluUzun Həsənin Qaraqoyunlular üzərində qələbə çalması üçün əlverişli şərait yaratdı.