Humanitar fənlər


-1392-ci illərdə Təbrizə 17 dəfə



Yüklə 78,54 Kb.
səhifə2/12
tarix01.01.2022
ölçüsü78,54 Kb.
#50386
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12
UNEC 1636873921

1387-1392-ci illərdə Təbrizə 17 dəfə hücum edildi və nəticədə şəhər bir feodal qrupundan digərinə keçirdi.1392-ci ildəTeymur 2-ci dəfə Azərbaycana gəldi və Təbrizə daxil oldu. Cəlairi əmirləri Əlincə qalasında idilər və Teymura tabe olmamışdılar. Qala Sultan Tahirin başçılığı ilə Xacə Cövhər və sonra Əmir Altun tərəfindən müdafiə olunurdu. Qalada 300-dən artıq döyüşçü var idi. Teymur qalanı tuta bilmədi, sonra Gürcüstanı zəbt etdi, Şəki hakimini itaətə gətirdi.1392-ci ildə Toxtamış Azərbaycana hücum etdi. Cavab olaraq, Teymur 1395-ci ildə Dərbənddən Qızıl Orduya yürüş edərək rəqibinə qalib gəldi və oradan Səmərqəndə qayıtdı.

Əlincə qalası mühasirədə qalırdı. Teymur 1387, 1393, 1397-ci illərdə Əlincə qalasına yürüş etmiş və heç birində qələbə qazanmamışdı. İlk yürüş dövründə qalada su qıtlığı baş verir və qalanı təslim etmək qərarına gəlirlər.Teymur qoşunu qalanın ətəklərinə endirir, lakin güclü yağış yağır və bol su ehtiyatı yaranır. Əlincə



Teymura tabe edilmir. 1393-cü ildə Teymur qalaya hücum edir, bu zaman qala müdafiəçilərindən bir dəstə, Əmir Altunun başçılığı ilə, qaladan kənara çıxmışdı. Geri qayıdarkən qalanı mühasirə olunduğunu görüb onlara hücum etdilər. Düşmən böyük tələfat verdi, Altun isə öz dəstəsi ilə qalaya girə bildi. Əlincə qalası istisna


Yüklə 78,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin