Attraksiya
.
Attraksiya şəxsiyyətlərarası qavrayışın komponenti kimi onda
emosional fon və ya onun emosional komponentini təşkil etməklə üzvü surətdə
ünsiyyətin strukturuna daxil olur. Attraksiya bir tərəfədən bir insanın digərinə olan
hissləri kimi, digər tərəfdən münasibəti kmi, digər tərəfdən isə insanın başqasına
verdiyi qiymət kimi nəzərdən keçirilir. Yəni attraksiyaya birinci halda emosional
hadisə kimi, ikinci halda sosial yönəliş kimi, üçüncü halda isə şəxsiyyətlərası
qavrayışın komponenti kimi baxılır.
Attraksiyanın mahiyyəti ilə bağlı qeyd olunan ilk məqamı nəzərdən
keçirək.Əgər attraksiya emosiya kimi nəzədən keçirilisə, onda ümumi
psixologiyanın problemi olur və ümumipsixoloji aspektdə nəzərdən
keçirilməlidir.Emosional münasibətləri sosial psixoloji tədqiqatın predmeti kimi
araşdırmış rus psixoloqu L.Y.Qozmanın düzgün olaraq qeyd etdiyi kimi bu halda
digər emosiyalarla müqayisədə attraksiyanın spesifikliyi ondan ibarət olur ki, o
özünün predmeti başqa insan olan emosiya kimi çıxış edir [25, s.13].
43
Attraksiyanın ünsiyyətin və şəxsiyyətlərarası qavrayışın emosional
komponenti kimi müəyyən edilməsi attraksiyanın spesifik emosiya kimi təyin
edilməsi ilə bağlı təriflə praktik olaraq üst-üstə düşür[25, s.16].
Attraksiya anlayışı şəxsiyyətlərarası cəlbediciliklə sıx surətdə əlaqədardır.
Amerika tədqiaqatçıları (Huston, Levinger) şəxsiyyətlərarası münasibətlərin
yaxınlığının əsasında duran bir qrup kateqoriyalar ayırırlar. Şəxsiyyətlərarası
münasibətlər zaman-zaman bir neçə mərhələdən keçir: tanışlıq, yaxınlıq, yoldaşlıq
və dostluq münasibətləri. İstər emosional münasibətlərin stabilləşməsi, istərsə də
kəsilməsi attraksiyanı doğuran amillərlə müyyən olunur. Beləliklə, attraksiya
emosional komponentin üstünlük təşkil etdiyi özünəməxsus sosial yönəlişdir.
Şəxsiyyətlərarası attraksiya mürəkkəb fenomen olub müxtəlif amillərin
təsiri ilə şərtlənir. Burada ilk növbədə qarşıya belə bir sual çıxır: “Niyə
digərlərindən fərqli olaraq bəzi adamlar bizə daha cəlbedici görünür?” Hansı
amillərin təsiri ilə bağlılıq hissləri yaranır və möhkəmlənir? İlk təəssüratdan
kiməsə yaxınlıq, doğmalıq hissi hansı şəraitdə və necə yaranır? Obyektin özündə
elə xüsusiyyətlər varmı ki, digər parametrlərdən (məkan, zaman, şərait və s.) asılı
olmadan onu başqaları üçün cəlbedici, cazibədar etsin?Əlbəttə, bu suallar ilk
baxışda bəsit görünə bilər. Əslində isə həmin suallara cavab vermək çətindir.
Məlumdur ki, ünsiyyətin elə ilk mərhələsində tərəflərə daha çox təsir edən
və həm də müşahidəyə müyəssər olan xarakteristikalar içərisində fiziki cəlbedicilik
mühüm rol oynayır. İnsanların xeyli hissəsi hesab edir ki, onlar ünsiyyət
tərəfədaşlarının zahiri görkəminə böyük əhəmiyyət vermirlər. Lakin insan
haqqında təəssüratların formalaşmasında fiziki cəlbediciliyin rolunu nəzərə
almamaq olmaz. Emprik yolla sübut olunmuşdur ki, əslində zahiri sima böyük
əhəmiyyət kəsb edir.
Tədqiqatlar göstərir ki, xarici görkəm dörd yaşından başlayaraq oğlan və
qızların həmyaşıdlar arasında daha yüksək populiyarlığa malik olmasını təmin edir.
(K.Dion)Şəxsiyyətlərarası attraksiyada fiziki cəlbediciliyin dominant mövqeyinin
44
izahı ilə bağlı hipotezlərdən biri də ayrı-ayrı zahiri xarakteristikaları və ya fiziki
cəlbedicilik səviyyələrini bütövlükdə müəyyən xarakter əlamətləri ilə əlaqələndirən
streotiplərin olması
istiqamətində irəli sürülən hipotezdir.Bu hipotezin
doğruluğunu yoxlamaq istiqamətində də xeyli tədqiqatlar aparmışdır.ABŞ-ın
Missuri ştatında M.Klifford və E.Xotfild cəlbedici olan və cəlbedici olmayan
uşaqlar haqqında eyni informasiya verməklə onların şəkillərini müəllimlərə təqdim
etmişlər.Müəllimlər cəlbedici uşaqlarıdaha ağıllı və təlimdə daha müvəffəqiyyətli
uşaqlar kimi qavramışlar.
Göründüyü kimi, attraksiya ilə fiziki cəlbedicilik arasında əlaqə ilk baxışda
göründüyü kimi o qədər də sadə deyil. Bu səbəbdəndir ki, bu istiqamətdə aparılan
tədqiqatlaradan əldə olunan nəticələr də bəzən ziddiyyyət təşkil edir.Davranışın
verbal və qeyri-verbal xüsusiyyətləri də insanın attraktivliyini xeyli dərəcədə
artırır. Məsələn, təbəssüm, səsin tempi, bədənin konstitusional tipi, davranış tərzi
və s. bu qəbildən olan amillərə aid edilə bilər. Bu istiqamətdə aparılan tədqiqatlar
cəlbedici imic yaradılması ilə bağlı xüsusi bir sahənin yaradılmasına səbəb
olmuşdur. Hazırda bu psixoloqlar tərəfindən perspektivli sahə kimi
qiymətləndrilir.Attraksiyanın detrminantları ilə əlaqədar bir cəhət də diqqəti
cəlbetmək məqsədəuyğundur. Psixoloqlar emosional münasibətlər zaman-zaman
inkişaf edən və qannunauyğun olaraq bir mərhələdən digərinə keçən proses kimi
baxır. İlk simpatiyadan ehtiraslı sevgiyədək müxtəlif səviyyəli dərinliyə və
mürəkkəbliyə malik emosional münasibətlərin qanunauyğunluqaları müzakirə
oluna bilər. L.Y.Qozman qeyd edir ki, attraksiyanın zaman keçdikcə bu və ya digər
determinantları dəyişir, onlardan hansısa ön plana, hansısa arxa plana keçir.Müasir
dövrdə attraksiya problemi bir çox səbəblərdən aktual və əhəmiyyətlidir. Bu, ilk
növbədə, sosial-demoqrafik problemlərin həlli baxımından olduqca böyük
əhəmiyyət kəsb edir[25, s.17].
Son illərdə respublikamızda ailə institutlarının inkişafında nəzərə çarpacaq
neqativ tendensiyalar müşahidə edilməlidir.Belə ki, boşanmaların sayı artır, özünə
45
həyat yoldaşı seçə bilmnəyən, tək yaşayanlar da kifayət qədərdir.Ailənin əsasını
təşkil edən emosional münasibətlər öyrənilməli və təhlil edilməlir.
2.2. Tələbə şəxsiyyətinə təsir göstərən psixo-emosional hallar
Tələbə şəxsiyyətinin formalaşmasına təsir göstərən bu və digər emosional
halların onlarda hansı səviyyədə təzahür etdiyini, tələbələrin hansı emosional
halların təsirlərinə daha çox məruz qaldıqlarını və buna açıq olduqlarını, hansı
emosional halların təsirlərinin aradan qaldırılması və ya qarşısının alınmasını daha
çox istədiklərini aydınlaşdırmaq üçün Azərbaycan Dövlət Pedaqoji Universitetində
eksperiment keçirdik. Tədqiqata Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Filologiya fakültələsində təhsil alan 120 nəfər I-III kurs tələbəsi cəlb olundu. İlk
mərhələdə tələbələrlə apardığımız empirik araşdırmalar: müşahidə, müsahibə,
söhbət, sorğu, testləşdirmə və fəaliyyət məhsullarının təhlili əsasında ilkin
məlumatlar topladıq.
Bununla yanaşı, biz əvvəlcədən eksperimental və kontrol qrupları da
müəyyənləşdirdik. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya
fakültələsinin 60 nəfər (30 oğlan, 30 qız) olmaqla I və III kurs tələbələrindən 2
eksperimental və 2 kontrol qrup seçdik (cəmi 120 nəfər).
Psixo-emosionla hallar müasir psixologiyanın önəmli əhəmiyyət kəsb edən
problemlərindən biridir. Tədqiqat işi gənclik yaşı dövründə psixo-emosional
halların tədqiqini ehtiva edir.
Tədqiqat işinin metodikası bir neçə metod, üsul və vasitələrdən ibarətdir.
Tədqiqatın
əsas
məqsadi
emosional
halların
tələbəşəxsiyyətinin
formalaşmasına təsirinin müəyyənləşdirilməsi, psixoloji texnologiyaların köməyi
ilə tələbələrin emosional vəziyyətinin sabitləşməsinə təsirinin öyrənilməsidir.
Buzaman
gənclik
yaşında
psixo-emosional
halların
təzahürü
problemininhərtərəflivəkompleksşəkildətədqiqedilməsinəzərdətutulmuşdur.
Tədqiqat
işinə
dair
metodikanınhazırlanması,
hərşeydənəvvəl,
46
tədqiqedilənprobleminspesifikxüsusiyyətlərini,
yənitədqiqatınadekvatmodelinivəbaşlıcatələblərininəzərəalmağızəruriedir.
Bununlaəlaqədarolaraq,
probleminkonkrettədqiqatmetodikasıonunaşağıdakıvəzifələrininyerinəyetirilməsinə
yönəlmişdir:
1. Elmi ədəbiyyatda problemə yanaşmaları təhlil etmək .
2. Tələbələrdə emosional vəziyyətin təzahür xüsusiyyətlərini nəzərdən keçirilmək.
3. Tələbəşəxsiyyətinin formalaşması prosesinə onun psixo-emosional vəziyyətinin
təsirinin xüsusiyyətlərini və qanunauyğunluqlarını aşkar etmək.
4.
Tələbəşəxsiyyəti
ilə
emosional
qeyri-sabitliyin
meydana çıxması
arasındakıəlaqəni öyrənmək.
Qarşıya qoyulmuş həmin vəzifələr müxtəlif metodların tətbiqi ilə həyata
keçirilmişdir. Tədqiqat prosesində müşahidə, müsahibə, söhbət, sorğu, testləşdirmə
və fəaliyyət məhsullarının təhlilipsixoloji tədqiqat metodlarından istifadə
edilmişdir. Həmin tədqiqat Azərbaycan Dövlət Pedaqoji Universitetində həyata
keçirilmişdir.
Tədqiqat yalnız bir yaş səviyyəsini: gənclik yaşını (17-25 yaş) əhatə
etmişdir. Tədqiqat zamanı rəyi soruşulan gənc tələbələrin sayı 120 nəfərdən ibarət
olmuşdur.
Tədqiqata
Azərbaycan
Dövlət
Pedaqoji
Universitetinin
filologiya
fakültələsində təhsil alan 120 nəfər I-III kurs tələbəsi cəlb olundu. Bununla yanaşı,
biz əvvəlcədən eksperimental və kontrol qrupları da müəyyənləşdirdik.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültələsinin 60 nəfər (30
oğlan, 30 qız) olmaqla I və III kurs tələbələrindən 2 eksperimental və 2 kontrol
qrup seçdik (cəmi 120 nəfər).
Metodikanın tətbiqində yerli şərait, etnik zəmin və xüsusiyyətlər dəqiq
47
surətdə nəzərə alınmışdır.
Tədqiqata başlamazdan əvvəl «tədqiqata hazırlıq mərhələsi» aparılmışdır.
Həmin mərhələnin əsas məqsədi aşağıdakılardan ibarətdir:
a) tərtib olunmuş metodika gənclik yaşında psixo-emosional halların təzahür
xüsusiyyətlərini aşkar etməyə imkan verirmi; yəni metodikanın sınaqdan
çıxarılması;
b) hazırlanmış metodik üsul və materiallar seçilmiş tələbələrin bilik və yaş
səviyyəsinə uyğun gəlirmi?
c) tədqiqat metodikası qarşıya qoyulmuş tədqiqat vəzifələrinə adekvatdırmı?
Bununla
bərabər,
hazırlıq mərhələsində tədqiqat obyekti kimi
seçilmiştələbələrlə zəruri yaxınlaşma və ünsiyyət şəraiti yaradılmışdır. Eləcə də
hazırlıq mərhələsində əldə edilən məlumat və faktorlar əsasında tələbə qruplarının
təşkili imkanları aşkar edilmişdir. Bütün bunlarla yanaşı hazırlıq mərhələsində
müşahidə metodundan geniş istifadə olunmuşdur.
Biz rus psixoloqlarına istinad edərək müşahidədən tədqiqatın aparılması
zamanı əsas üsullardan biri kimi istifadə etmişik. İnformasiya toplamaq üsulu kimi,
müşahidə paralel olaraq şagirdlər arasında aparılmışdır.
Tədqiqat prosesində ilkin informasiya toplamağın həm əsas, həm də əlavə
metodu olan müşahidənin bir neçə növündən istifadə etmişik.
Bundan başqa, tədqiqat prosesində strukturlaşdırılmış və sistematik
müşahidə növlərindən istifadə emişik. Daha dəqiq desək, eksperimental tədqiqatda
strukturlaşdırılmış (nəzarət olunan) sistematik müşahidədən istifadə olunmuşdur.
Şübhəsiz ki, müşahidə materiallarının sadəcə olaraq nəzərdən keçirilməsi
əksər hallarda «kifayət qədər dərin xarakter daşımır», hadisələrin geniş planda
təhlili və şərhinə çevrilmir.
Bunu nəzərə alaraq, biz obyektiv surətdə təsbit edilmiş faktların təhlilinə
informasiya toplamağın əsas metodlarından biri kimi xüsusi əhəmiyyət vermişik.
Bu məqsədlə müşahidə yolu ilə müəyyənləşdirdiyimiz empirik faktların
mahiyyətinin ətraflı aydınlaşdırılmasına, başqa sözlə, obyektiv surətdə təsbit
edilmiş faktın nəinki tarixi, həm də yaranma şəraitini öyrənməyə çalışmışıq.
48
Beləliklə də, müşahidə əslində empirik surətdə müəyyənləşdirilmiş faktın
öyrənilməsi kimi davam etdirilmişdir.
Müşahidə prosesində tələbələrin davranış və rəftarlarının yalnız zahiri
cəhətlərinə diqqət yetirilməmiş, yəni onların hərəkətlərinin, hər hansı əşya və ya
obyektlərlə gördüyü işlərin, söz və ifadələrinin zahiri cəhətləri əks etdirilməmiş,
həm də onların əsasında duran psixi proses və halətlər, daxili motivasiya
aşkarlanmış, xüsusən də şagirdlərin özlərinə, öz yoldaşlarına, gördüyü işlərə
münasibətlərinin xarakterinə xüsusi fikir verilmişdir.
Müşahidə nadir hallarda informasiya toplamağın əsas metodu kimi çıxış
edir. O, adətən digər metodlarla yanaşı tətbiq olunur və spesifik məqsədlərə xidmət
edir. Tədqiqatın yalnız bir hissəsini təşkil edən müşahidə zəruri surətdə bütün
tədiqatın məqsədlərinə tabe olur.
Tədqiqat zamanı müşahidənin nəticələrini müxtəlif üsullar ilə: sorğu, test
metodları ilə yoxlamışıq.
Tədqiqata başlamazdan əvvəl, yoxlama (nümunə) tədqiqatı aparılmışdır, bu
zaman bəzi metod və üsulların düzgün seçilmədiyi aşkar olunmuş, sınanılan
şəxslərlə keçirilən sınaq sorğularından sonra bu üsullar tədqiqat metodikasından
çıxarılmışdır. İlkin prosesdə, yəni tədqiqatın II mərhələsində götürülmüş metod və
üsullardan tədqiqatın III mərhələsində yalnız 3 metod saxlanılmış və bu metodlar
tədqiqatın həyata keçirilməsində tətbiq olunmuşdur.
Aşağıda tələbə qruplarında keçirilmiş tədqiqatın seriyalar üzrə metodikası
verilir.
Dostları ilə paylaş: |