Humanitar və sosial elmlər faküLTƏSİ



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə15/18
tarix24.12.2023
ölçüsü1,39 Mb.
#192275
1   ...   10   11   12   13   14   15   16   17   18
Muxtəsənova Nigar

İkinci seriya
. Kontrol və eksperimental qruplar üçün seçilmiş I kurs tələbələri 
ilə K.Rocers, R.Deymondun “Şəxsiyyətin sosial-psixoloji adaptasiyası”nın 
diaqnostikasıaparıldı. Bu test ali məktəbə yeni qəbul olunmuş tələbələrin təhsil 
mühitinə adaptasiyasındakı çətinlikləri aydınlaşdırmağa imkan verdi. 
Təlimata görə, bu test sorğuda insanın həyat tərzi, təəssüratları, adətləri, 
davranış üslubu haqqında mülahizələr göstərilir. Respondent onların hər birini öz 
həyatı ilə müqayisə edə bilər. Tələbələrə bildirildi ki, mülahizələri oxuyaraq onları 
öz adətləri, həyat tərzi ilə uzlaşdırmalıdırlar.Testin aşağıdakı şkalaları vardır: 
adaptivlik; dezadaptivlik; yalançılıq; özünüqəbuletmə; özünü qəbul etməmək; 
başqalarını qəbul-etmə; başqalarını qəbul etməmək; emosional komfort, emosional 
diskomfort; daxili nəzarət, xarici nəzarət; dominantlıq; çərçivədə olmaq; problemdən 
qaçmaq. 
Məlum oldu ki, şəxsiyyətin sosial-psixoloji adaptasiyasınındiaqnostikasına 
görə tələbələrin cavablarında hər şeydən əvvəl cinsi fərqlər özünü göstərir. Bəzi 
şkalalarda (doğruçuluq, başqalarını qəbuletmə, dominantlıq) oğlanların, bəzilərində 


52 
isə qızların (adaptivlik, daxili nəzarət, problemdən qaçmaq) nəticələri daha 
yüksəkdir. Bütövlükdə oğlanlar bu dövrdə özünümüəyyənləşdirməyə, qızlar isə 
mühitə uyğunlaşmağa daha çox meyillidirlər.
I kurs tələbələrinin K.Rocers, R.Deymondun
“Şəxsiyyətin sosial-psixoloji adaptasiyası”nın göstəriciləri 
Cədvəl 2.3. 
№ 
Göstəricilər
Təbələrin sayı 
Normalar 
oğlan - 30 nəfər 
qız - 30 nəfər 


Adaptivlik 
17 
19 
68-136 

Dezadaptivlik 
13 
11 


Yalançılıq 


18-36 

Doğruçuluq 
21 
22 

a
Özünüqəbuletmə 
22 
21 
22-42 

Özünü qəbul etməmək 


14-28 

a
Başqalarını qəbuletmə 
23 
25 
12-24 

Başqalarını qəbul etməmək 


14-28 


Emosional komfort 
11 
10 
14-28 

Emosional diskomfort
21 
20 
14-28 

a
Daxili nəzarət 
20 
22 
26-52 

Xarici nəzarət 
10 

18-36 

a
Dominantlıq 
13 
11 
6-12 

Çərçivədə olmaq 
17 
19 
12-24 

Problemdən qaçmaq 
16 
22 
10-20 
Bu nəticələr əsasında I kurs tələbələrinin əsas adaptasiya şkalaları üzrə göstəri-
cilərini müəyyənləşdirdik. Həmin şkalalar bunlardır:“Adaptasiya”;“Özünüqəbul-
etmə”;“Başqalarını qəbuletmə”;“İnternallıq”;“Emosional komfort”;“Dominantlığa 
cəhdetmə” 
I kurslarda K.Rocers, R.Deymondun “Şəxsiyyətin sosial-psixoloji
Adaptasiyasınındiaqnostikası” üzrə şkalalara görə yekun nəticələri
Cədvəl 2.4. 
Şkalalar 
1 2 




üstün 
zəif 
üstün 
zəif 
üstün 
zəif 
üstün 
zəif üstün 
zəif 
üstün 
zəif 
Tələ-
bələr 
Oğlan 
nəfər 
17 13 
22 

23 

20 
10 
11 
19 
13 
17 
qız 
19 11 
21 
25 

22 

10 
20 
11 
19 


53 
nəfər 
Cəmi 
36 24 
43 
17 
48 
12 
42 
18 
21 
39 
24 
35 
Bu test bizə I kursa qəbul olunmuş tələbələrin emosional sahəsində yarana 
biləcək neqativ halları müəyyən etməyə imkan verdi. Bu məqsədlə testin şkalaları 
üzrə verilmiş əks anlayışların hansı emosional halı ifadə edə biləcəyini ayırd etdik.
1)
dezadaptasiya: həyacan, narahatlıq, sıxıntı, utancaqlıq, stress, tənhalığa meyil; 
2)
özünüqəbuletməmək- özündənnarazılıq, natamamlıq və səriştəsizlik hissi, 
özünüqiymətləndirmənin aşağı olması, özündən bədgümanlıq və s.;
3)
başqalarını qəbul etməmək: eqosentrizm, qrupda qəbul edilməməkdən yaranan 
yadlaşma hissi, reallıqdan qaçmaq, təkəbbür, sıxışdırılma, təəssüf, təəccüb; 
4)
eksternallıq: sosial qiymətləndirmədən asılılıq, həyacan, təşviş, qəbulo-
lunma; 
5)
emosional diskomfort: həyəcan, qorxu, aqressiya, frustrasiya, təəssüf; 
6)
çərçivədə olmaq: frustrasiya, həyəcan, qorxu, təşviş, stress, suisidal meyl.
Qeyd olunan şkalaların alternativ tərəfləri ilə bağlı olaraq aşağı bal toplamış 
tələbələrlə apardığımız müsahibə və söhbətlərdən onların emosional hallar 
haqqında söylədiyimiz ehtimallar özünü doğrultdu. Onların əksəriyyəti, həqiqətən 
də irəli sürdüyümüz fərziyyələrdə göstərilmiş emosional halları yaşayırlar. Yalnız 
suisidal davranış meylinin ola biləcəyi ehtimalı özünü doğrultmadı. Yəni 
tələbələrdən heç biri be-lə bir addım atmaq qədər ruh düşkünlüyünə qapılmağa 
gərək olduğunu düşünmürlər, lakin onların bəziləri (2 oğlan, 3 qız) bu addımı atan 
həmyaşıdlarını anladıqlarını bildirdilər. Əslində, bu özü də təhlükəli vəziyyət hesab 
olunmalıdır. Ona görə ki, həmin tələbələr də hansısa məqamda özlərini çıxılmaz 
vəziyyətdə, “tələyə düşmüş” kimi hiss ediblər. 
Testin nəticələrinə görə I kursda təhsil alan tələbələrin elə tərəfləri vardır ki, 
(emosional diskomfort), hətta sınanılanların 36 nəfəri (60 %) bundan əziyyət 
çəkir. Həmin tələbələrdə həyacan, qorxu, aqressiya, frustrasiya, təəssüf kimi 


54 
emosional halların hamısının bir arada ola bilməsi də mümkündür. Beləliklə, 
şkalalar üzrə nəti-cələri belə sıralıya bilərik: 
1)
emosional diskomfort - 36 nəfər;
2)
çərçivədə olmaq - 35 nəfər;
3)
dezadaptasiya - 24 nəfər; 
4)
eksternallıq- 18 nəfər; 
5)
özünüqəbuletməmək- 17 nəfər; 
6)
başqalarını qəbul etməmək - 12 nəfər. 
Göründüyü kimi, hələ I kursda təhsil alan tələbələrin emosional sahəsində 
kifayət qədər problemlər vardır ki, onların şəxsiyyətə təsiri qaçılmazdır. Biz 
tədqiqatın gedişində məhz bu faktlara əsaslanaraq onlarla aparmalı olduğumuz 
korreksiya işlərinin metodologiyasını və vasitələrini müəyyyənləşdirdik.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin