Məktəblərdə
:
1. Məktəbdə şagirdin inkişafına gərəkli olmayan əlavə dərslərin ləğv
edilməsi;
2. İbtidai siniflərdə imtahanların ləğv olunması;
3. Yuxarı siniflərdə imtahanların asanlaşdırılması;
4. Məktəbdə dostluq və əməkdaşlıq mühitinin yaradılması;
Ali məktəblərdə:
5. Ali təhsil müəssisələrinə imtahan şərtlərinin yüngülləşdirilməsi;
6. Ali təhsil müəssisələrində imtahanların fakültələr üzrə keçirilməsi;
7. Müəllimlərə inam mühitinin yaradılması;
8. Yəni müəllimlərin kollokviumları və imtahanları şifahi, yazılı və ya
test olmaq şərtilə müstəqil keçirməsi;
35
9. Ali təhsil müəssisələrində koordinatorluq sisteminin dəyişdirilməsi
(hər müəllim öz fənnindən imtahanda koordinator olmalı)və s. bu kimi başqa
məsələlərin tətbiqindən danışmalıyıq.
36
II FƏSİL.TƏLƏBƏ ŞƏXSİYYƏTİNƏ PSİXO-EMOSİONAL HALLARIN
TƏSİRİNİN TƏNZİMLƏNMƏSİ
2.1. Psixo-emosional halların mahiyyəti və təzahür xüsusiyyətləri
Yaşadığımız müasir şəraitin dinamikliyi, emosional gərginliyin artması,
həyat tempinin sürətliliyi, demoqrafik problemlər, urbanizasiyanın artması,
məcburi yaradılmış müharibə ocaqları vəs.kimi amillər insanın şəraitə
uyğunlaşmasını çətinləşdirir, insanın bioloji təbiəti ilə onu əhatə edən sosiallıq,
sosial mövcudluq arasında olan ziddiyyətləri kəskinləşdirir. Hər bir halda bu
ziddiyyətlər stress amilini daha qabarıq özünü göstərməsinə, cəmiyyətin bəlasına
çevrilməsinə gətirib çıxarır. Stress problemi bütün dövrlər üçün aktual problem
olmuşdur. Stress faktıqloballaşan dünyanın ən qlobal probleminə çevrilmişdir.
Stress sahəsində ilk fundamental tədqiqatlar stressin yaranma mexanizmi,
onun psixofiziologiyasının aydınlaşdrılmasına yönəldilmişdir. Şübhəsiz ki, stress
probleminin tədqiqində böyük işlər görən tədqiqatçı Hans Selyedir.
Hans Selye bir bioloq kimi stressi fizioloji yanaşma baxımından qiymətlən-
dirdi və ona orqanizmin özünə qarşı yönələn istənilən tələbə özünəməxsus, qeyri-
adi reaksiyası kimi yanaşırdı. O, müxtəlif stressor növlərinə tipik reaksiyaların
mövcudluğunu qeyd etmiş və bu reaksiyaların məcmusunu ümumi adaptasiya
sindromu (general adaption syndrome, GAS) adlandırmışdır.
Beləliklə, indi çox məşhur olan “stress” anlayışı canlı orqanizmdə qeyri-adi
gərginlik və narahatlıq vəziyyətini ifadə etmək üçün işlədilməyə başladı. Qeyri-adi
gərginlik və ya stress vəziyyəti orqanizmin, bədənin ayrı-ayrı hissələrində real
morfoloji dəyişikliklərlə, xüsusən hipofizin “nəzarət” etdiyi endokrin vəzilərdə
kəskin dəyişikliklərin baş verməsi ilə müşahidə olunur.
XX əsrin 70-ci illərində toplanan eksperimental məlumatlar nəticəsində
H.Selye bu qənaətə gəldi ki, “stress” anlayışını dəqiqləşdirmək zəruridir. Bu
baxımdan, o, 1977-ci ildə yazırdı ki, stress geniş yayılmış bir sıra fikirlərin əksinə
olaraq heç də emosional oyanma və ya sinir gərginliyi ilə eyniyyət təşkil etmir.
37
Bir məsələni də qeyd etməliyik ki, əksər tədqiqatçıların fikrincə heç də bütün
stresslər ziyanlı olmur.Əksinə bəzən onlar insanı çətin vəziyyətdə qüvvəsini
səfərbər etməyə təhrik edir.
Ayrı-ayrı insanlara müxtəlif dərəcəli stresslər gərəkli olur. İnsanlar çox nadir
hallarda passiv həyat tərzinə meyilli olurlar.Hətta ən qürurlu insanlar belə məhdud
həyat səviyyəsi ilə razılaşmırlar. Digər tərəfdən, stressin olmaması və ya onun
həddən artıq olması eyni dərəcədə insanların çoxu üçün xoşagəlməz sayılır.
Stress nəticəsində orqanizmin məruz qaldığı xəsarət kifayət qədər böyük
olduqda orqanizm boşalır, süstləşir, zəifləyir və məhv olur. Burada böyük
mütəfəkkir İbn Sinanın keçirdiyi bir eksperimenti xatırlatmaq yerinə düşür. Belə
ki, onun göstərişi ilə iki qoyunu ayırıb yaxşıca yemləyirlər. Lakin, onlardan birinin
yaxınlığında qurdu bağlayırlar. Nəticədə bu qoyunun keçirdiyi həyəcan, qorxu,
güclü stress və nevroz tezliklə onun ölümünə səbəb olur.
Son illər psixoloji diskomfort, narahatlıq içərisində yaşayan insanların sayı
kəskin şəkildə artmışdır. Eyni zamanda nevrozdan əziyyət çəkənlərin, depressiya-
dan və pis halətdən şikayət edənlərin sayının artması müşahidə edilir. Bötövlükdə
sosial-psixoloji və iqtisadi gərginlik marginal davranışın, narkomanların, alkoqola
aludə olanların sayının artmasına gətirib çıxarır.
Qeyd etmək lazımdır ki, sosial-iqtisadi stressorların doğurduğu gərginlik
məsələn-işsizlik və ya ixtisara düşmək təhlükəsi, əmək haqqı və təqaüd
ödəmələrinin ləngiməsi, kommunal xərclərin artması, kriminal şərait və s. beyində
kəskin oyanma ocaqlarının formalaşmasına gətirib çıxarır.Öz növbəsində bu psixi-
sinir, psixomatik və digər xəstəliklərin inkişafına səbəb olur.
Bundan əlavə, teleekranlara yol tapmış zorakılıqdan bəhs edən filmlər,
bayağı teleseriallar, dəhşət filmləri, müxtəlif komputer oyunları insanların xüsusilə,
uşaqların psixikasına ciddi təsir göstərir. Gücün, zorun, pulun, sərvətin, gözəl həyat
tərzinin intensiv təbliği gənclərin, yeniyetmələrin tam yetkinləşməmiş,
möhkəmlənməmiş şüuruna dağıdıcı təsir göstərir. Onların əxlaqi, mənəvi və
38
intelektual tələbatlarını sıxışdırır, gənc nəslin özünü inkişaf etdirmə və özünüifadə
potensialını ləngidir, onların özünü təsdiqinin istiqamətini dəyişdirir, bunun
qarşısını alır.
Müasir elmdə eustress adlanan müsbət stressləri və distress adlanan mənfi
stressləri fərqləndirməyi məqsədəuyğun sayırlar. Eustresslər və ya müsbət stresslər
müsbət emosiyaların səmərəli hormoniyasını ifadə edir, orqanizmin mütəhərrikli-
yini, dinamikliyini stimullaşdırır. Distresslər və ya mənfi stresslər isə arzuolunmaz
fəsadlara, mənfi nəticələrə gətirib çıxarır.Disstress öz-özlüyündə kədər, bədbəxtlik,
süstlük, fəaliyyətsizlik, ehtiyac deməkdir.
Dostları ilə paylaş: |