32
məhz bu anlayışlara fərqli prizmadan baxışların mövcudluğudur, çünki müxtəlif
yanaşmalar müxtəlif həll yollarının tapılmasına vəsilə olur.
Hazırki yazıda biz problemi psixoanaliz və neyrolinqvistik proqramlaşdırma
aspektindən
dəyərləndirməyə cəhd edəcəyik; psixoanaliz nöqteyi-nəzərindən,
problemin mahiyyətini anlaya bilmək və neyrolinqvistik proqramlaşdırma nöqteyi-
nəzərindən isə problemin aradan qaldırılması yollarını göstərmək üçün.
Z.Freyd qorxudan danışarkən
real
və
nevrotik qorxunu
fərqləndirir [64,s.
456]. Günümüzdə artan nevrotik qorxudur.Bu haqda bir az sonra.Hələlik real
qorxunun nə olduğunu anlamağa çalışaq.Real qorxunu izah edərkən, Z.Freyd yazır
ki, “onun haqqında deyəcəyik ki, o, özlüyündə xarici təhlükənin, başqa sözlə,
gözlənilən xəsarətin qavranılmasına reaksiyadır, qaçmaq refleksi ilə əlaqədardır və
onu özünümühafizə instinktinin ifadəsi kimi nəzərdən keçirə bilərik” [64, s.251].
Qeyd etməliyik ki, qorxu təməl baza emosiyalardan biri olmaqla, həyatımızda
önəmli rola malikdir. Z.Freydin
fikrincə, qorxunun hansı obyektlər qarşısında və
hansı şəraitdə əmələ gəlməsi xarici aləm qarşısında öz qüvvələrimizi duymaqdan
və bizim biliklərimizdən asılıdır[64, s.456 ]. O, öz kitabında izah etməyə çalışır ki,
“təhdidedici təhlükə qarşısında yeganə məqsədəuyğun davranış, təhdidin
kəmiyyətilə müqayisədə öz qüvvələrinin sakitcə qiymətləndirilməsi və daha sonra
qərar qəbulu ola bilərdi, hansı ki, uğurlu sonluğa böyük ümid verir: qaçmaq, yaxud
müdafiə olunmaq, hətta bəlkə də, hücum etmək. Lakin bu zaman qorxuya ümumən
yer qalmır” [64, s.251 ]. Müəllif tərəfindənbelə bir nəticə çıxarılır ki, təhlükəyə
qarşı reaksiya qorxu affekti ilə müdafiə əməlinin qarışığından ibarətdir.
Düşüncəsini inkişaf etdirərək, o,
qorxuya hazırlığı
(müasir psixoloji ədəbiyyatda
həyəcanlılıq
kimi
xarakterizə
olunur)
və
qorxunun
inkişafını
fərqləndirməklə,birincini
məqsədəuyğun,
ikincini
isə
qeyri-
məqsədəuyğun sayır. Əgər biz qorxuruqsa qaçırıq və bu halda məqsədəuyğun olan
həyəcanlılıq deyil, qaçışdır.
Qorxu
rasional, fobiya isə irrasional sayılır [28, s. 416].Fobiyalar insanın
gündəlik həyatına mütəmadi təsir göstərməklə, onun davranışını dözülməz şəkildə
33
dəyişdirə bilir. Məsələn neyrolinqvistik proqramlaşdırmaya aid kitablardan birində
qeyd edilir ki, “fobiya – insan həyatı üçün çox zaman təhlükəli olan hər hansı
gözlənilməz, güclü, kəskin stimula orqanizmin cavab reaksiyası kimi qısa zaman
kəsiyində yaranan qüvvətli xofun ani şüursuz ümumiləşdirilməsi nümunəsidir”....
“qorxu isə – xofun ümumiləşdirilməsi prosesidir, hansı ki, zəngin xarici hadisələrin
müşayiəti olmadan baş verir, kifayət qədər uzun çəkir (bir neçə dəqiqədən bir neçə
saata qədər) və çox zaman insanın daxili gerçəkliyində şüurlu şəkildə cərəyan
edir”[50, s.330-331].
Başqa sözlə, fobiyanın yaranması üçün əgər xarici gözlənilməz hadisə
gərəksə, qorxunun yaranması üçün insanın təfəkkürü və təxəyyülü yetərlidir.
Yadda saxlamalıyıq ki, fobiyalar və qorxular qazanılma strategiyalarına görə
fərqlənsələr də, simptomları (Vizual
xatırlama
– Kinestetika_ ) eynidir.
Qorxularla fobiyalar arasında əlaqəni qurduqdan sonra,
onlarla mübarizə
aparma yollarını da tapmaq asanlaşır. Bu haqda daha sonra. Burada qeyd etməyi
vacib sayırıq ki, həyəcan anlayışını da unutmadıq. Psixoanalizdə həyəcan
“eqo”nun funksiyası sayılır və real, nevrotik və əxlaqi həyəcan olaraq təsnif
olunur[15, s. 350 s].
R.Bendler isə, fobiya və həyəcanı qorxunun iki ana qrupu kimi xarakterizə
edir [13, s. 238 ].Onun fikrincə, fobiya birdən,
həyəcan isə tədricən, mərhələli
şəkildə yaranır.
Hər necə olursa olsun, problemin kökündə “xof”un olduğu qənaətini
çıxarmış oluruq. Və əslində, bu məqamda nə üçün uşaqlar və yeniyetmələrdə
qorxu, fobiya və həyəcan hallarının artdığını daha yaxşı anlamış oluruq. Belə ki,
müasir məktəblərin əksəriyyəti uşaq və yeniyetmələr,
o cümlədən, erkən gənclər
üçün “xof” şəraiti yaradır. Nəticədə uşaqlarımız, yeniyetmələrimiz və erkən
gənclərimiz onlar üçün yaradılmış şəraitə qorxu, fobiya və həyəcan şəklində
reaksiya verirlər. Deməli, əslində problemi biz özümüz yaratmış oluruq.
Deyilənlərdən belə nəticə çıxara bilərik ki, təbii və süni qorxular vardır.
Təbii qorxular insanların təhlükəyə qarşı müqavimət göstərə bilməsi üçün
anadangəlmə olan təməl emosiyalardır. Lakin süni qorxular cəmiyyətdə insanların
34
buna hazırlığı olmadan bu və ya digər şəkildə və formada qəsdən yaradılan
emosiyalardır[5,s. 128]
Yadda saxlamalıyıq ki, baş verənlər şüursuzluq səviyyəsində baş verir və bu,
o
deməkdir ki, onlara qarşı qoymaq heç də asan deyildir. S.Biddalf öz kitabında
yazır ki, “davamlı qorxu və davamlı tənhalıq stress hormonlarının uşaq
orqanizminə atılmasının səbəbi olacaq, belə ki, onların təbiəti deyir: Burada nəsə
heç də doğru deyil. Uzun müddət davam edirsə, stresslər bilinən mənfi nəticələrə
təkan verirlər. Onlar uşağın tamşəkilli fiziki və psixi inkişafını pozur. Stressli
uşaqlar böyümürlər. Yalnız sevinc, gülüş və sakitlik qələbə çalanda, böyümə və
inkişaf yenidən bərpa olunur” [12, s.118].
Bəzən avtobusda uşağın davamlı ağlamasına
baxmayaraq, ananın “müasir
görüşlərə” görə onu qucağına almaması səhnəsini gördükdə, həmin anaya sadəcə
hayqırmaq istəyirsən ki, məhz bu anda uşağınızın bədənində kortizolun səviyyəsi
kəskin artmaqdadır ki, bu da stress səviyyəsinin göstəricisidir. Həmin anda uşağa
qorxudan azad olmaq üçün lazım olan sadəcə ananın onu qucaqlamasıdır. Lakin
ana etdiyinin
doğru olduğuna əmin olmaqla, şüursuzluq səviyyəsində “xof”
şəraitinin toxumlarını əkməkdədir. Başqa sözlə, psixoloqlar təhsildə “xof”un
aradan qaldırılması üçün təklif edir:[12, s.129]
Dostları ilə paylaş: