Emosional
İntellektin
Tarixi
İl
Psixoloq
Təsvir
1930
Edvard Torndayk
Sosial intellekt-bu bacarıq
başqa insanlarla əmək-
daşlıq prosesində əldə edilir.
1940
David Veksler
İntellektin affektivkompo-
nentləri həyatda lazımi
uğurla əldə edilə bilər.
1950
Abraham Maslou
İnsanların emosional dayanıq
lılığıın inşa edilməsini təsvir
edir.
1975
Hovard Qardner
Parçalanmış Düşüncələr
kitabında “Çoxlu Intellekt”
nəzəriyyəsi ilə məşhurdur.
1985
Vayne Payne
Özünü inteqrasiya, qorxu
ilə əlaqə yaratmaq, ağrı və
arzu EQ-nü inkişaf etdirir.
1987
Keyit Beyizli
Mensa jurnalında emosional
intellektin mahiyyətinə dair
28
məqaləsi çap edilmişdir.
1990
Peter Salovey və
Con Mayer
Məqalə:
Təxəyyül, dərketmə
Və Şəxsiyyət.
1995
Daniel Qoleman
Məqalə:
Emosional İntellekt:
Nə üçün İQ-ə nisbətən daha
çox materiyadır.
Şəkil 9.Emosional intellektin nəzəri problemlərini əhatə edən tədqiqatlar.
Uşaqlarda emosional intellektin inkişafına təsir göstərən bir çox faktorlar
vardır. Qolemana görə bu daha çox ailələrin uşaqlara olan münasibətindən, tərbiyə
şəraitinindən, mühitdən asılıdır. Eyni zamanda valideynlərin uşaqlara qadağa
qoymaması ilə xarakterizə olunur. Uşaqların hər istəyinə “yox” deyə bilməmək,
“hə” demək onların psixologiyasına mənfi təsir göstərir. Valideynlər uşaqlara yox
deməkdən çox vaxt ona görə qorxurlar ki, uşaqların istəklərini həyata keçirə
bilmədikləri halda şəxsiyyətin inkişafına mənfi təsir göstərər. Lakin, məsuliyyət
hissini aşılamaq emosional intellektin inkişafına olduqca müsbət təsir edən
faktorlardan biridir. Məsuliyyət hissi uşağa kiçik yaşlardan sadə qaydalarla uşağa
plan qurlaraq və plana əməl edilməsinə nəzarət edilərək formalaşdırılır. Yemək,
yatmaq, televizora baxmaq üçün plan qurulması ən sadə qaydalar hesab olunur.
Valideynin bu qaydalara əməl etməyən uşaqlara diqqət yetirməməsi uşağın
şəxsiyyətində gələcəkdə hiss olunacaq dərəcədə mənfi izlər qoyur [14, s.140].
Televizor və internet uşaqların emosional intellektinin inkişafını ləngidən
faktorlar hesab olunur. Televizor fiziki asılılıq yaratmasa da psixoloji asılılıq
yaratması amerikan psixoloqları tərəfindən aparılan tədqiqatlarla müəyyən
olunmuşdur. Televizor informasiya mənbəyi kimi heç də pis vasitə deyil. Lakin,
əgər uşaq bütün gününü televizor qarşısında keçirdə və aktiv ünsiyyətlə bağlı heç
bir fəaliyyətlə məşğul olmursa biz onu emosional intellektə təsir göstərən mənfi
faktor kimi qiymətləndirə bilərik. Alimlər həddən çox televizya seyr etməyin
uşaqların psixologiyasının əleyhinə olduğun qeyd etsələr də bir çox valideynlər
29
özlərinin televizya bağımlılığına görə bu problemə elə də ciddi yanaşmamışlardır.
Bu problemi aradan qaldırmaq və uşaqların emosional intellektinin inkişafına şərait
yaratmaq istəyi varsa müsbət amil kimi uşaq oyunlarını daim diqqət mərkəzində
saxlamalıyıq.
Uşaq böyüdərkən valideynin yeri və rolu çox vacibdir. Ananın yaşı və təhsil
vəziyyəti, zehni və emosional intellekti uşağın emosional intellektinə birbaşa təsir
edir. Lakin, ananın xüsusiyyətləri qədər atanın da xüsusiyyətləri vacibdir. Sadəcə
ananın xüsusiyyətləri uşaqla birbaşa kontaktda olduğu üçün daha tez təsir edir.
Eyni zamanda valideynlərin tərbiyə metodu da bu vəziyyətə təsir edən faktorlardan
biridir.
Öz hisslərini və emosiyalarını anlamayan, aqressiv, stressli, depressiv
vəziyyətləri öz ruh halında ayırd edə bilməyən bir ata, öz övladının hiss və
emosiyalarını anlaması qeyri-mümkündür. Bir insanın özünün emosiyalarını ayırd
edə bilməsi emosional intellektinin formalaşmasının başlanğıc mərhələsidir.
Bir uşağın öz emosiyalarına nəzarət edə bilməsi və anlaması körpə
yaşlarından valideynin ona olan qayğısından, onu dinləməsindən, doğru və yanlışı
ayırd edə bilməsinə kömək etməsindən də asılıdır. Əgər valideyn övladını başqaları
ilə müqayisə etməz və ona dəstək verərsə bu onun öz emosiyalarını anlamağına
daha çox kömək edə bilər. Kiçik yaşlı məktəblinin zehni və əxlaqi hisslərinin
inkişafı ilk öncə valideynin tərbiyə metodundan da asılıdır. Uşaqların erkən
yaşlarından başlayaraq özünəinam hissinin güclənməsi, özünün sosial və real
mənini dərk etməsi, təlim fəaliyyətinin aktual və inkişaf zonasından çıxış edərək
lazım gəldiyi anda müəllimin köməyindən, lazım gələrsə isə heç kimdən kömək
istəmədən özü öz tapşırıqlarının öhdəsindən gəlməsi, yaşıdları ilə ünsiyyət
qurarkən həmyaşıdlarının istəklərini nəzərə alaraq, həm də öz istəklərini nəzərə
alaraq ona uyğun davranması kimi əsas bacarıqlar kiçik məktəblinin emosional
intellektinin inkişafına səbəb olan faktorlardır. Bir sonrakı illərdə bu bacarıqların
köməyi ilə uşaq özünün və başqalarının hiss və emosiyalarını daha yaxşı
anlayacaq, eyni zamanda hadisələri bir-birindən ayırd etməkdə daha təcrübəli
olacaqdır[14,s.143].
30
Məktəb illərində müvəffəqiyyətsiz olan şagirdləri müşahidə etsək, bu
uşaqların öyrənmə çətinliyi olsa da, olmasa da onların emosional intellektinin bəzi
əsas bacarıqlarından bir və ya bir neçəsindən məhrum olduqları aydın
görünəcəkdir. Müəllimin şagirdə olan yanlış yanaşması, gərəksiz dərs təkrarları,
şəxsiyyətyönlü cəza metodları, sinifdə qalmaq və ya dərs zamanı yoldaşlarından
geri qalması, müəllimin şagirdə fərdi yanaşmamasının nəticəsi olaraq uşaqda
özünəinamsızlıq, stress pozunusu yaradır. Bütün bu hallar kiçik məktəblinin
emosional intellektinə zərər verəcək faktorlar hesab olunur. Təəssüf ki bu hallar
sonralar tələbə olan fərdlərə asanlıqla ötürülür.
Emosional intellekti aşağı olan kiçik məktəbli yeniyetməlik dövründə daha
aqressiv, şəxsiyyətlər arası münasibətlərdə daha uğursuz olurlar və bu səbəbdən
uşaqlar hiss və emosiyalarını doğru ifadə edə bilməz, qarşılarına məqsəd qoyub
həmin məqsədə çatmaqda çətinlik çəkər, sevgi hissindən məhrum olarlar.Tələbəlik
illərində belə halların ağır fəsadları göz önündə olur.
Kiçik yaşlı məktəblilərin emosional intellektini yoxlamaq üçün Hovard
Gardnerin müəyyən etdiyi “Multiple İntellegence” test şkalasına əsasən 6-10 yaşlı
kiçik məktəblilər üzərində ekperimental-psixoloji tədqiqat keçirilmişdir. Tədqiqat
Bakı şəhərində yerləşən bir neçə məktəbin ibtidai sinif şagirdləri üzərində
aparılmışdır. Tədqiqatda 20 nəfər iştirak etmişdir. Onlardan 10-u qız və 10-u
oğlandır.
H.Qardnerin “Multiple İntellegence” test şkalasının türk mədəniyyətinə
adaptasiyası 2006-cı ildə prof.N.Tarhan tərəfindən edilmişdir. Tədqiqat zamanı
testdə olan “Emosional intellekt” şkalasından istifadə edilmişdir. Şkala 9
maddədən və likert tipli cavablardan ibarətdir. Testin nəticəsi üç göstəriciyə əsasən
müəyyən olunur: aşağı (0-9), orta (10-18), yuxarı(19+).
Tədqiqatın nəticələri aşağıdakı diaqramda təsvir edilmişdir: [6,s.127].
31
Diaqram 1. Kiçik məktəblilərin emosional intellektinin göstəriciləri
Nəticələrə əsasən belə qənaətə gəlirik ki, kiçik məktəblilərin çox az faizi
yüksək, yarıdan çoxu orta və geridə qalanlar isə aşağı emosional intellektə
malikdir. Məktəblər və ailələr bu üsullardan istifadə etməklə kiçik məktəblinin
emosional intellektini artırmağı qarşılarına məqsəd qoymalıdır. Bu, həmdə gələcək
ali məktəb tələbələrinin şəxsiyyətinin formalaşmasında mühüm rol oynayacaqdır.
Müasir ali məktəb tələbələri arasında yuxarıda sadalanan problemlər
aktuallıq təşkil edir.Tələbə şəxsiyyətinin psixo-emosional problemlərindən daha
biri haqda geniş şərhə ehtiyac duyduq.
Bu gün Azərbaycanda insanların əksəriyyəti
Dostları ilə paylaş: |