Humanitar və sosial elmlər faküLTƏSİ



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə9/18
tarix24.12.2023
ölçüsü1,39 Mb.
#192275
1   ...   5   6   7   8   9   10   11   12   ...   18
Muxtəsənova Nigar

Emosional 
İntellektin 
Tarixi 
İl 
Psixoloq 
Təsvir 
1930 
Edvard Torndayk 
Sosial intellekt-bu bacarıq 
başqa insanlarla əmək- 
daşlıq prosesində əldə edilir. 
1940 
David Veksler 
İntellektin affektivkompo- 
nentləri həyatda lazımi
uğurla əldə edilə bilər. 
1950 
Abraham Maslou 
İnsanların emosional dayanıq 
lılığıın inşa edilməsini təsvir 
edir. 
1975 
Hovard Qardner 
Parçalanmış Düşüncələr
kitabında “Çoxlu Intellekt” 
nəzəriyyəsi ilə məşhurdur. 
1985 
Vayne Payne 
Özünü inteqrasiya, qorxu 
ilə əlaqə yaratmaq, ağrı və 
arzu EQ-nü inkişaf etdirir. 
1987 
Keyit Beyizli 
Mensa jurnalında emosional 
intellektin mahiyyətinə dair 


28 
məqaləsi çap edilmişdir. 
1990 
Peter Salovey və
Con Mayer 
Məqalə:
Təxəyyül, dərketmə 
Və Şəxsiyyət. 
1995 
Daniel Qoleman 
Məqalə:
Emosional İntellekt: 
Nə üçün İQ-ə nisbətən daha
çox materiyadır. 
Şəkil 9.Emosional intellektin nəzəri problemlərini əhatə edən tədqiqatlar. 
Uşaqlarda emosional intellektin inkişafına təsir göstərən bir çox faktorlar 
vardır. Qolemana görə bu daha çox ailələrin uşaqlara olan münasibətindən, tərbiyə 
şəraitinindən, mühitdən asılıdır. Eyni zamanda valideynlərin uşaqlara qadağa 
qoymaması ilə xarakterizə olunur. Uşaqların hər istəyinə “yox” deyə bilməmək, 
“hə” demək onların psixologiyasına mənfi təsir göstərir. Valideynlər uşaqlara yox 
deməkdən çox vaxt ona görə qorxurlar ki, uşaqların istəklərini həyata keçirə 
bilmədikləri halda şəxsiyyətin inkişafına mənfi təsir göstərər. Lakin, məsuliyyət 
hissini aşılamaq emosional intellektin inkişafına olduqca müsbət təsir edən 
faktorlardan biridir. Məsuliyyət hissi uşağa kiçik yaşlardan sadə qaydalarla uşağa 
plan qurlaraq və plana əməl edilməsinə nəzarət edilərək formalaşdırılır. Yemək, 
yatmaq, televizora baxmaq üçün plan qurulması ən sadə qaydalar hesab olunur. 
Valideynin bu qaydalara əməl etməyən uşaqlara diqqət yetirməməsi uşağın 
şəxsiyyətində gələcəkdə hiss olunacaq dərəcədə mənfi izlər qoyur [14, s.140]. 
Televizor və internet uşaqların emosional intellektinin inkişafını ləngidən 
faktorlar hesab olunur. Televizor fiziki asılılıq yaratmasa da psixoloji asılılıq 
yaratması amerikan psixoloqları tərəfindən aparılan tədqiqatlarla müəyyən 
olunmuşdur. Televizor informasiya mənbəyi kimi heç də pis vasitə deyil. Lakin, 
əgər uşaq bütün gününü televizor qarşısında keçirdə və aktiv ünsiyyətlə bağlı heç 
bir fəaliyyətlə məşğul olmursa biz onu emosional intellektə təsir göstərən mənfi 
faktor kimi qiymətləndirə bilərik. Alimlər həddən çox televizya seyr etməyin 
uşaqların psixologiyasının əleyhinə olduğun qeyd etsələr də bir çox valideynlər 


29 
özlərinin televizya bağımlılığına görə bu problemə elə də ciddi yanaşmamışlardır. 
Bu problemi aradan qaldırmaq və uşaqların emosional intellektinin inkişafına şərait 
yaratmaq istəyi varsa müsbət amil kimi uşaq oyunlarını daim diqqət mərkəzində 
saxlamalıyıq.
Uşaq böyüdərkən valideynin yeri və rolu çox vacibdir. Ananın yaşı və təhsil 
vəziyyəti, zehni və emosional intellekti uşağın emosional intellektinə birbaşa təsir 
edir. Lakin, ananın xüsusiyyətləri qədər atanın da xüsusiyyətləri vacibdir. Sadəcə 
ananın xüsusiyyətləri uşaqla birbaşa kontaktda olduğu üçün daha tez təsir edir. 
Eyni zamanda valideynlərin tərbiyə metodu da bu vəziyyətə təsir edən faktorlardan 
biridir.
Öz hisslərini və emosiyalarını anlamayan, aqressiv, stressli, depressiv 
vəziyyətləri öz ruh halında ayırd edə bilməyən bir ata, öz övladının hiss və 
emosiyalarını anlaması qeyri-mümkündür. Bir insanın özünün emosiyalarını ayırd 
edə bilməsi emosional intellektinin formalaşmasının başlanğıc mərhələsidir. 
Bir uşağın öz emosiyalarına nəzarət edə bilməsi və anlaması körpə 
yaşlarından valideynin ona olan qayğısından, onu dinləməsindən, doğru və yanlışı 
ayırd edə bilməsinə kömək etməsindən də asılıdır. Əgər valideyn övladını başqaları 
ilə müqayisə etməz və ona dəstək verərsə bu onun öz emosiyalarını anlamağına 
daha çox kömək edə bilər. Kiçik yaşlı məktəblinin zehni və əxlaqi hisslərinin 
inkişafı ilk öncə valideynin tərbiyə metodundan da asılıdır. Uşaqların erkən 
yaşlarından başlayaraq özünəinam hissinin güclənməsi, özünün sosial və real 
mənini dərk etməsi, təlim fəaliyyətinin aktual və inkişaf zonasından çıxış edərək 
lazım gəldiyi anda müəllimin köməyindən, lazım gələrsə isə heç kimdən kömək 
istəmədən özü öz tapşırıqlarının öhdəsindən gəlməsi, yaşıdları ilə ünsiyyət 
qurarkən həmyaşıdlarının istəklərini nəzərə alaraq, həm də öz istəklərini nəzərə 
alaraq ona uyğun davranması kimi əsas bacarıqlar kiçik məktəblinin emosional 
intellektinin inkişafına səbəb olan faktorlardır. Bir sonrakı illərdə bu bacarıqların 
köməyi ilə uşaq özünün və başqalarının hiss və emosiyalarını daha yaxşı 
anlayacaq, eyni zamanda hadisələri bir-birindən ayırd etməkdə daha təcrübəli 
olacaqdır[14,s.143]. 


30 
Məktəb illərində müvəffəqiyyətsiz olan şagirdləri müşahidə etsək, bu 
uşaqların öyrənmə çətinliyi olsa da, olmasa da onların emosional intellektinin bəzi 
əsas bacarıqlarından bir və ya bir neçəsindən məhrum olduqları aydın 
görünəcəkdir. Müəllimin şagirdə olan yanlış yanaşması, gərəksiz dərs təkrarları, 
şəxsiyyətyönlü cəza metodları, sinifdə qalmaq və ya dərs zamanı yoldaşlarından 
geri qalması, müəllimin şagirdə fərdi yanaşmamasının nəticəsi olaraq uşaqda 
özünəinamsızlıq, stress pozunusu yaradır. Bütün bu hallar kiçik məktəblinin 
emosional intellektinə zərər verəcək faktorlar hesab olunur. Təəssüf ki bu hallar 
sonralar tələbə olan fərdlərə asanlıqla ötürülür. 
Emosional intellekti aşağı olan kiçik məktəbli yeniyetməlik dövründə daha 
aqressiv, şəxsiyyətlər arası münasibətlərdə daha uğursuz olurlar və bu səbəbdən 
uşaqlar hiss və emosiyalarını doğru ifadə edə bilməz, qarşılarına məqsəd qoyub 
həmin məqsədə çatmaqda çətinlik çəkər, sevgi hissindən məhrum olarlar.Tələbəlik 
illərində belə halların ağır fəsadları göz önündə olur. 
Kiçik yaşlı məktəblilərin emosional intellektini yoxlamaq üçün Hovard 
Gardnerin müəyyən etdiyi “Multiple İntellegence” test şkalasına əsasən 6-10 yaşlı 
kiçik məktəblilər üzərində ekperimental-psixoloji tədqiqat keçirilmişdir. Tədqiqat 
Bakı şəhərində yerləşən bir neçə məktəbin ibtidai sinif şagirdləri üzərində 
aparılmışdır. Tədqiqatda 20 nəfər iştirak etmişdir. Onlardan 10-u qız və 10-u 
oğlandır. 
H.Qardnerin “Multiple İntellegence” test şkalasının türk mədəniyyətinə 
adaptasiyası 2006-cı ildə prof.N.Tarhan tərəfindən edilmişdir. Tədqiqat zamanı 
testdə olan “Emosional intellekt” şkalasından istifadə edilmişdir. Şkala 9 
maddədən və likert tipli cavablardan ibarətdir. Testin nəticəsi üç göstəriciyə əsasən 
müəyyən olunur: aşağı (0-9), orta (10-18), yuxarı(19+).
Tədqiqatın nəticələri aşağıdakı diaqramda təsvir edilmişdir: [6,s.127]. 


31 
Diaqram 1. Kiçik məktəblilərin emosional intellektinin göstəriciləri 
Nəticələrə əsasən belə qənaətə gəlirik ki, kiçik məktəblilərin çox az faizi 
yüksək, yarıdan çoxu orta və geridə qalanlar isə aşağı emosional intellektə 
malikdir. Məktəblər və ailələr bu üsullardan istifadə etməklə kiçik məktəblinin 
emosional intellektini artırmağı qarşılarına məqsəd qoymalıdır. Bu, həmdə gələcək 
ali məktəb tələbələrinin şəxsiyyətinin formalaşmasında mühüm rol oynayacaqdır. 
Müasir ali məktəb tələbələri arasında yuxarıda sadalanan problemlər 
aktuallıq təşkil edir.Tələbə şəxsiyyətinin psixo-emosional problemlərindən daha
biri haqda geniş şərhə ehtiyac duyduq. 
Bu gün Azərbaycanda insanların əksəriyyəti 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin