Cədvəl 1.1)
18
Emosional hal
Adrenalin
Noradrenalin
Həyəcanlılıq
miqdarı yüksəlir
miqdarı yüksəlir
Qorxu halı
miqdarı yüksəlir
enir, ifrazı azalır
Məyusluq halı
enir, ifrazı azalır
yüksəlir
Ağlarkən yaranan hal
enir, ifrazı azalır
enir
Cədvəl 2.1
Adrenalin və noradrenalinin müxtəlif neqativ emosiyalar zamanı
qarşılıqlı əlaqəsi
Bu bölmədə psixoemosional hal və emosional vəziyyət anlayışlarının
psixoloji mahiyyəti açıqlandı, problemə əsas yanaşmalar müqayisəli təhlil olundu.
Aparılan təhillərdə həm klassik, həm də müasir psixologiya elmində emosiyalar
haqqındakı mənbələrə istinad edilmişdir.
1.2. Problemin psixoloji ədəbiyyatda qoyuluşu
Bu bölmədə XX əsrdə emosiyalar haqqında əldə edilmiş yeni faktlar
əsasında problemin məzmunu təzahür xüsusiyyətləri təhlil olunur. Burada
psixoemosional hallar bir sıra istiqamətdə qruplaşdırılır və funksiyaları şərh
olunur: emosiya təəssüratlar oyadır (S.L.Rubinşteyn, Q.Ş. Şinqarov); emosiya
19
münasibətləri istiqamətləndirir (P.M.Yakobson, V.N.Myasişev); emosiya əks
etdirməni funksiyalaşdırır (V.K.Vilyunas,Y.M.Vekker). Belə müəyyən edilir ki,
emosiyaların ümumi psixoloji konsepsiyasında insan psixikası üçün əsas olan amil
- insanın bütün psixi hallarını ictimai təcrübədə öyrənmə və onun mədənitarixi
determinantlarının, eləcə fərdin böyüdüyü sosial mühitin mədəni səviyyəsinin
nəzərə alınması mühüm əhəmiyyət kəsb edir.(şəkil 6 )
Şəkil 6. Emosiyaların psixoloji ədəbiyyatda qoyuluşu.
İnsan çevrəsində baş verənləri həm duyur, həm də qavrayır. O, eyni zamanda
dərk etdiklərinə müəyyən münasibət bəsləyir. İnsan mexaniki çalışan robot deyil, o
sevinir, kədərlənir, pıçıltı ilə sevirəm deyir. Deməli, hisslər insanın münasibətlər
sistemi iləsıx əlaqəlidir. Münasibət isə şüurla bağlıdır, mühüm psixi faktdır. Elmi
psixologiyada cisim və hadisələrə bəslənilən münasibətlərin beyində əks
etdirilməsindən ibarət olan psixi fəaliyyət hiss adlanır.
Bu baxımdan, hisslərin insanın dərk etdiyi cisim və hadisələrə, başqa
adamlara, həmçinin özünün rəftar və davranışına, fikir və arzusuna bəslədiyi
münasibəti ifadə edən psixi proses olduğu başa düşülür. [10,s.336]
20
Azərbaycan dilində «hiss» termini müxtəlif mənalarda işlədilir. Belə
ki,«hiss» dedikdə, duymaq, qavramaq, hiss etmək, dərk etmək anlayışları başa
düşülür. Buna görə də adi həyatda dərk etmə mənasında istifadə etdiyimiz «hiss»
anlayışı ilə münasibətləri ifadə edən «hiss» anlayışını bir-birindən fərqləndirmək
vacib məsələlərdəndir.
Psixoloqlar «hiss» anlayışı ilə «emosiya» anlayışı arasında oxşar və fərqli
cəhətlərin olduğunu iddia edir.
Emosiya (latınca «emoverre» həyəcan keçirmək deməkdir) insanın üzvü
tələbatları və onların tənzimlənməsi ilə əlaqədardır. Emosiya canlı varlıqların,
vəziyyətini və xarici təsirlərinin bioloji əhəmiyyətini müəyyənləşdirmək təlabatı ilə
sıx bağlıdır. Hiss və emosiyalar həm də insan davranışını tənzimləyən psixi
fəaliyyət formasıdır.
İnsan hafizəsi bir çox hallarda seçici xarakter daşıyır. Hafizənin bu önəmli
xassəsi onun bütün növlərində öz əksini tapır. Müasir psixologiyada hisslərlə
hafizənin
qovşağında önəmli bir fenomen–emosional hafizə fenomeni
yaranmışdır.[10,s.337]
Tədqiqatçılar iddia edir ki, hisslərin idrak fəaliyyətində rolu təkcə qavrayış
və hafizə prosesləri ilə məhdudlaşmır. Bu o deməkdir ki, təfəkkür, təxəyyül və nitq
kimi idrak prosesləri hisslərlə vəhdətdə cərəyan edir.
Təfəkkür və hiss bir-birindən ayrılmazdır. Onların vəhdətdə inkişaf
etdirilməsi müasir Azərbaycan məktəbi üçün başlıcaməsələlərdəndir. Yeni təhsil
konsepsiyasına əsasən, şagirdin təfəkkürünün inkişaf etdirilməsi əsas məqsəd kimi
qarşıya qoyulmalıdır. Teoder Lipmana görə, şagird təfəkkürünün fəallaşdırılması,
onun inkişafı hiss və emosiyalardan təcrid olunmuş halda deyil,əksinə, onunla
vəhdətdə həyata keçirilməlidir.
“Emosiya nədir” sualı elmdə müxtəlif şəkildə araşdırılmışdır. Amerikalı
psixoloq Uilyam Ceyms emosiyanı hiss etməyə “cəhd” adlandırır,[27, s.275]
21
,rusiyalı psixoloq P.K.Anoxin isə iddia edir ki, emosiyalar orqanizmin fizioloji
vəziyyətidir,onlar parlaq subyektiv ifadəyə malikdir. [33, s.74
Rusiyalı digər psixoloq R.S.Nemova görə isə emosiyalar orqanizmin ümumi
vəziyyətinin [49,s.445].
Tədqiqatçıların şərhlərini ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar:
əksər hallarda emosiyalar insanın münasibətləri, keçirdiyi yaşantılar kimi anlaşılır.
Z.M.Abolin emosional yaşantıların dinamik parametrlərini xüsusilə
vurğulayır [16,s.47].Onun fikrincə, emosional yaşantıların dinamik parametrləri bir
neçə yerə bölünür:
•
müddət ;
•
fasiləsizlik;
•
sürət;
•
diskretlik ;
•
periodikik və s. (şəkil 7).
Şəkil 7. Emosional yaşantıların zaman parametrləri (Z.M.Abolinə görə)
22
Emosiyaların tədqiqinə dair aparılan bir çox tədqiqatlarda emosiyaların
ekspressiv komponentinin araşdırılmasına böyük əhəmiyyət verilir.
Psixoloqların fikrincə, emosiyaların əsas ifadə vasitələri nitq, mimika,
pantomimika, jestlər, vokalizasiyadır. Mimik ifadələr 6 əsas kateqoriyadan
ibarətdir:
1.
Sevgi, sevinc, xoşbəxtlik;
2.
Heyrət;
3.
Qorxu;
4.
Qətiyyət, qəzəb, kin;
5.
İkrah ;
6.
Nifrət
Emosiyaların funksiyaları məsələlərinin tədqiqinəbəzi tədqiqatlarda yer
verilir.
Belə ki, rus alimi V.K.Vilyunas emosiyaların aşağıdakı funksiyalarını
müəyyənləşdirmişdir : [22, s.9]
1.
Emosiyaların qiymətləndirmə funksiyası;
2.
Emosiyaların təhriketmə funksiyası;
23
3.
Emosiyaların tənzimetmə funksiyası ;
4.
Emosiyaların möhkəmləndirmə funksiyası;
5.
Emosiyaların evristik funksiyası.
Rus psixoloqu S.L.Rubinşteyn emosiyaların inkişaf mərhələlərini aşağıdakı
kimi müəyyənləşdirir:
1.
Emosiyaların elementar hiss etmə mərhələsi;
2.
Emosiyaların müxtəif şəkildə olan predmet hissləri;
3.
Ümumi dünyagörüşünə aid hissləri.
Rus tədqiqatçısı B.İ.Dodonovun emosiyalar haqqında təsnifatı çox
maraqlıdır. Təsnifatın əsasını tələbatlar və məqsədlər təşkil edir .[31,s.72]
Pol
Ekman
6
ilkin-təməl
emosiyanın-
qəzəb,
qorxu,
ikrah,
təəccüb,kədər,sevincin olduğunu qeyd edir [71 ,s.77].
R.Pultçik emosiyaların təbiəti ilə əlaqədar maraqlı bir təsnifat
müəyyənləşdirmişdir. O, emosiyaları cütləşdirərək təsvir edir, cütləndirdiyi
emosiyaları isə müəyyən hərəkətlə əlaqələndirir.
1.
Qəzəb- qorxu;
2.
Bəyənmə - ikrah;
3.
Sevinc - məyusluq;
4.
Gözləmə- təəccüb .
Psixoloq K.İzard isə təməl emosiyaların 6 deyil, daha çox: 10 olduğunu iddia
edir: qəzəb, ikrah, nifrət, dərd-iztirab, qorxu, günah, maraq, sevinc, utanma,
təəccüb [35,s.55].
Bu bölmədə XX əsrdə emosiyalar haqqında əldə edilmiş yeni faktlar
əsasında problemin məzmunu təhlil olundu.
24
1.3 Tələbə şəxsiyyətinin formalaşması ilə emosiyaların qarşılıqlı asılılığı
Bu bölmədə gənclik dövrünün psixoloji xüsusiyyətlərikompleks şəkildə
araşdırılmışdır. Təlim prosesində tələbə şəxsiyyətininformalaşması prosesini
səciyyələndirərkən“Mən-konsepsiya”nın roluna aydınlıqgətirmək üçün bu sahədə
bir neçə istiqamət üzrə araşdırmalar aparılmışdır:birincisi – psixoemosional halın
özünüdərklə
əlaqəsi (İ.S.Kon, A.N.Leontyev,V.S.Merlin, V.N.Myasişev,
V.B.Olşanskiy,
A.B.Petrovski,
İ.İ.Çesnokova,
S.Q.Yakobson),
ikincisi
ontogenezdə şəxsiyyətin inkişafının qanunauyğunluqları(B.Q. Ananyev, L.İ.
Bojoviç, L.S. Vıqotski, Y.M.Orlov, D.İ.Feldşteyn, D.B. Elkonin).
Tələbələrin
emosional
halı
onun
“Mən-konsepsiya”sının
emosional
məzmunundanəhəmiyyətli dərəcədə asılı olur. Bunu nəzərə alaraq belə bir
qənaətəgələ bilərik ki, hələ yeniyetməlik yaşında, “Mən-konsepsiya”nın
formalaşdığıdövrdə onların emosional sahəsinin sağlamlığının qayğısına qalmaq
lazımdır.Bundan başqa, təhlillər bizə belə bir qənaətə gəlməyə imkan verir ki,
özünüdərkinmahiyyəti özünüanlama yolu ilə açılır. Bu isə öz növbəsində
pozitiv,emosional baxımdan sağlam “Mən-konsepsiya”nın inkişaf etdirilməsinin
psixolojişərtlərindəndir (şəkil 8).
Dostları ilə paylaş: |