4
xüsusiyyətlərini, bilik səviyyəsi, yeni şəraitə adaptasiya olmaq qabliyyəti,
psixofizioloji xüsusiyyətlər, şəxsi-xarakterik keyfiyyətləri, temperament tipini aid
etmək olar. Faktlar göstərir ki, tələbələrdə emosional gərginliyinin dəf
edilməsinin əsasən iki başlıca istiqaməti mövcuddur. Birincisi, tələbələrə
özünütənzimləmə vərdişlərinin və üsullarının aşılanması və emosional gərginliyin
dəf edilməsi üsullarının öyrədilməsi; ikinci istiqamət isə ali təhsil müəssisəsində
təhsil prosesinin təşkili onun humanistləşdirilməsi, təlimin emosionallığının
yüksəldilməsini özündə ehtiva edir. Bir məsələni də qeyd edək ki, insan amilinin
öndə durduğu müasir dövrdə gənc nəslin, ahəngdar inkişaf etmiş, ictimai cəhətdən
fəal olan, mənəvi zənginliyi, əxlaqi kamilliyi və fiziki gözəlliyi özündə birləşdirən
bir şəxsiyyət kimi tərbiyə olunması vacib bir məsələ kimi qarşıda durur. Məhz
buna görə də şəxsiyyət, şəxsiyyətin formalaşmasına təsir edən amillər diqqəti ilk
növbədə cəlb edən problemlərdəndir. Şəxsiyyətin formalaşmasına təsir edən
amillərin psixoloji yönümdən araşdırılması əsas vəzifələrdən biridir. Psixoloq və
pedaqoqların apardıqları çoxsaylı tədqiqatlara baxmayaraq problemin tam mənası
ilə həll olunduğunu söyləmək olmaz. Ona görə də tədqiqatın mövzusunun “Psixo-
emosional halların tələbə şəxsiyyətinin
formalaşmasina təsiri” kimi
müəyyənləşdirilməsini daha məqsədəuyğun hesab etmişik.
Dostları ilə paylaş: