Hüseyn Tövfiqi Böyük dinlərlə tanışlıq


-2 . Xuda, xudavənd (Rəbb) və Allahın oğlu



Yüklə 1,01 Mb.
səhifə17/28
tarix29.11.2019
ölçüsü1,01 Mb.
#29747
1   ...   13   14   15   16   17   18   19   20   ...   28
N 16


19-2 . Xuda, xudavənd (Rəbb) və Allahın oğlu
İslam dinində “Xuda” (Ərəb dilində “İlah” və İngilis dilində
“God” mənasını verir) sözündən istifadə etmənin xüsusi əhəmiyyəti,
eyni zamanda məhdudiyyəti vardır və başqa dinlərd ə buna bənzər
halla rastlaşmaq mümkün deyildir. Məsələn, müasir Tövratda belə
qeyd olunur: “Və Xudav ənd Musaya dedi: “Bax, mən səni Fironun
üzərind ə Xuda etdim və qardaşın Harun sənin peyğə mbərin olacaq. (Xuruc 7:1)

Sadaladığımı z misallar “Xuda” sözü üçün nəzərd ə tutulmuşdur, amma “Xudavənd sözü (Ərəb dilindəki Rəbb və İngilis dilində Lord mənası nı verir) həm yaradan, həm də yaradılmı şa aiddir. Elə bu sə-bəbdən də, Həzrət Yusif (ə) bu sözdən Misirin fironuna müraciətdə

də istifadə edir:
ﻳَﺎ ﺻَﺎﺣِﺒَﻲ اﻟﺴﱢﺠْﻦِ أَﻣﱠﺎ أَﺣَﺪُآُﻤَﺎ ﻓَﻴَﺴْﻘِﻲ رَﺑﱠﻪُ ﺧَﻤْﺮاً وَأَﻣﱠﺎ اﻵﺧَﺮُ ﻓَﻴُﺼْﻠَﺐ ﻓَﺘَﺄْآُﻞ اﻟﻄﱠﻴْﺮُ ﻣِﻦ رﱠأْﺳِﻪ
ﻗُﻀِﻲَ اﻷَﻣْﺮُ اﻟﱠﺬِي ﻓِﻴﻪ ﺗَﺴْﺘَﻔْﺘِﻴَﺎن (41) وَﻗَﺎل ﻟِﻠﱠﺬِي ﻇَﻦﱠ أَﻧﱠﻪُ ﻧَﺎجٍ ﻣﱢﻨْﻬُﻤَﺎ اذْآُﺮْﻧِﻲ ﻋِﻨﺪَ رَﺑﱢﻚ ﻓَﺄَﻧﺴَﺎﻩُ
اﻟﺸﱠﻴْﻄَﺎنُ ذِآْﺮَ رَﺑﱢﻪِ ﻓَﻠَﺒِﺚ ﻓِﻲ اﻟﺴﱢﺠْﻦِ ﺑِﻀْﻊَ ﺳِﻨِﻴﻦَ (42)وَﻗَﺎل اﻟْﻤَﻠِﻚُ اﺋْﺘُﻮﻧِﻲ ﺑِﻪ ﻓَﻠَﻤﱠﺎ ﺟَﺎءﻩُ اﻟﺮﱠﺳُﻮل
ﻗَﺎل ارْﺟِﻊ إِﻟَﻰ رَﺑﱢﻚ ﻓَﺎﺳْﺄَﻟْﻪُ ﻣَﺎ ﺑَﺎلُ اﻟﻨﱢﺴْﻮَةِ اﻟﻼﱠﺗِﻲ ﻗَﻄﱠﻌْﻦ أَﻳْﺪِﻳَﻬُﻦﱠ إِنﱠ رَﺑﱢﻲ ﺑِﻜَﻴْﺪِهِﻦﱠ ﻋَﻠِﻴﻢٌ((50

1 “Mars dağı” , Elçilərin əmə lləri, 17:16-23 2 Davies, A. Powell, The Meaning of the Dead Sea Scrolls, New York: New Ameri - can Library, 1956, pp.89-91

221


“Ey iki zindan yoldaşım! (Yuxularınızın mənasına gəldikdə) si-zin biriniz yenə ağasına şərab içirdəcək, digəriniz isə edam olunacaq, quşlar da onun başından (dimdikləyib) yeyəcəklər. Haqqında soruş-duğunuz iş belə həll edilmişdir!” (Birinizin həbsdən azad edilməsi, o birinizin asılması barəsində fərman verilmişdir!)” (ayə41) “(Yusif) bu iki nəfərdən nicat tapacağını yəqin etdiyi kimsəyə (şərabpaylaya-na) dedi: “Ağanın yanında məni də yada sal!” Lakin Şeytan ona ağa-sının yanında (Yusifi) yada salmağı unutdurdu və buna görə də o (Yusif) bir neçə (yeddi və ya on iki) il zindanda qaldı.” (ayə 42) “Bunları eşidən) hökmdar: “Onu mənim yanıma gətirin!” – dedi. (Onun göndərdiyi) elçi (Yusifin) yanına gəldikdə o: “Ağanın yanına qayıdıb soruş ki, (Züleyxanın məclisində) əllərini kəsən o qadınların məqsədi nə idi? Həqiqətən, Rəbbim onların məkrini biləndir!” (ayə


  1. (Yusif surəsi, ayələr 41,42 və 50) Bu söz ağa və sahib mənasını verir.

Xristyanların əksəriyyəti (tezliklə diqqətinizə çatdıracağıq) Həzrət İsanı (ə) həqiqi və qədimdən mövcud olan Tanrı bilirlər, amma Əhdi-Cədiddə istifadə olunan “Rəbb” sözü “Ağa” mənasını kəsb edir və bu sözün leksikonda çox da istifadə olunmamasına bax-mayaraq ilahiliklə heç bir əlaqəsi yoxdur. Çünki, həmən söz Əhdi-Cədidin Yunan dilində olan mətnində Həzrət İsadan (ə) savayı digər insanlar üçün də istifadə olunmuşdur və ağa, sahib kimi tərcümə edilmişdir.


Kübar ləqəb kimi istifadə olunan “Allahın oğlu” ləqəbi müxtəlif dinlərdə peyğəmbərlər və möminlərə müraciət kimi istifadə edilirdi. Allahın Həzrət Süleyman (ə) barəsində buyurduğu kəlamda belə yazılmışdır: “Onu seçdim ki mənim oğlum olsun və mən də onun atası” (Günlərin tarixi, birinci kitab, 28:6) Bəni-israil barəsində isə belə buyurulmuşdur: “Xudavənd belə deyir: “İsrail mənim oğlumdur və ilk övladımdır” (Xuruc 4:22) Dörd İncildə və Əhdi-Cədidin müx-təlif kitablarında bu termin dəfələrlə təkrar olunmuşdur. Məsələn, bu söz Həzrət İsadan (ə) nəql olunmuşdur:

222


Mən sizə düşmənlərinizlə məhəbbətlə davranmağınızı, sizə lə-nət edənlərə bərəkət istəməyi, sizə nifrətlə yanaşanlara ehsan istə-məyi, sizi söyən, təhqir edən və nalayiq sözlər deyənlərə xeyirli dua-lar etməyi tapşırıram. Çünki, bu yolla göydəki atanız üçün oğul ola bilərsiz. Çünki, günəş öz şüalarını həm yaxşıların, həm də pislərin üzərinə bərabər olaraq salır, Yağış isə adil insanlarla zalım insan-ların üzərinə bərabər şəkildə yağır” (Matta 5:44-45)
Dördüncü İncilin yazıçısı olan Yühənna Həzrət İsa (əs)-a iman gətirənlər barəsində belə yazır:
Amma onu qəbul edən kəslərə Allahın övladları olmaq üçün güc verdi, yəni onun adına iman gətirən hər bir kəsə.” (Yühənna 1:21)
Qurani Kərimdə isə bu barədə belə buyurulmuşdur:
......ﻩُؤﺎﱠﺒِﺣَأَو ِﻪﱠﻠﻟا ءﺎَﻨْﺑَأُ ﻦْﺤَﻧُ ىَرﺎَﺼﱠﻨﻟاَو دﻮُﻬَﻴْﻟا ِﺖَﻟﺎَﻗَو
“Yəhudilər və xaçpərəstlər dedilər: “Biz Allahın oğulları və sevimliləriyik..” (Maidə surəsi, ayə 18)1
İslam dinidə də, “Yədullah”, “Beytullah” , “Alullah” və sair bəzi təntənəli ləqəblər mövcud olmasına baxmayaraq “Allahın oğlu” ləqə-bindən istifadə təmamilə qadağan olunmuşdur. Çünki, bu ləqəb kitab əhlinin yolunu azması ilə nəticələndi. İkinci bir qadağa isə “Raina” sözünə qoyulmuşdur və Qurani-Kərimin Bəqərə surasi ayə 104-də bu barədə söz açılmışdır:
ﻢﻴِﻟَأٌ باَﺬَﻋٌ ﻦﻳِﺮِﻓﺎَﻜْﻠِﻟَو اﻮُﻌَﻤْﺳاَو ﺎَﻧْﺮُﻈْﻧا اﻮُﻟﻮُﻗَو ﺎَﻨِﻋاَر اﻮُﻟﻮُﻘَﺗ ﺎَﻟ اﻮُﻨَﻣاَء َﻦﻳِﺬﱠﻟا ﺎَﻬﱡﻳَأﺎَﻳ “Ey iman gətirənlər! “Raina” deməyin (bu söz ərəb dilində “bizi qoru”, “bizdə gözün olsun”, “bizə bax”, “bizi gözlə”, “bizə qayğı və ehtiram göstər”, mənalarında işləndiyi halda, ibrani dilində yuxa-rıdakı mənalarla yanaşı, “bizə çobanlıq et”, “bizim çobanımız”; “ay səfeh” mənalarında da işlədilir. Yəhudilər həmin sözdən Peyğəmbərə qarşı bir istehza vasitəsi kimi istifadə edirdilər), “unzurna” söyləyin!
(Allahın hökmünü) eşidin! Kafirləri şiddətli əzab gözləyir.”


  1. Eləcə də son əsrdə Hindistan inqilabının rəhbəri olan Qandi əzab-əziyyətlərə düçar olmuş Nəcis təbəqəsinin ürəyini almaq üçün onları “Allahın övladları” adlandırdı.

223


19-3. Məsihin İncillərdəki ilahiliyi
Xristyanların və tədqiqatçıların nəzərincə üç İncil Yühənnanın İncilinən bir neçə on il öncə qələmə alınmışdır. Yühənna İncili təxmi-nən 100-cü ildə, yəni Paulun ölümündən təxminən 30 il sonra, onun fikirlərinin və düşüncələrinin insanlar arasında yayılmasından sonra yazılmışdır. Üç oxşar İncilin və eləcə də, Yühənna İncilinin məz-munu barəsində müqayisəli araşdırma işləri aparsaq aydın şəkildə üç oxşar İncilin Həzrət İsa (ə) barəsində heç bir şişirtməyə yol ver-məməsinin şahidi olarıq. Amma bu İncillərdən bir neçə on il sonra qələmə alınmış Yühənna İncili O Həzrətin İlahiliyi kimi şişirdilmiş mətləblərlə doludur. Məsələn, Yühənna İncilində belə qeyd olunmuş-dur ki, Yəhudilərin İsa ilə müxalifət etməsinin əsas səbəbi O Həzərtin özünü Allah bilməsi olmuşdur. (Yühənna 10:31-38)
Hər dörd İncildə Həzrət İsadan (ə) nəql olunmuş sözlərdə O Həzrətin dəfələrlə “Mənim Allahın” deyə Allaha müraciət etməsi qeyd olunmuşdur. Məsələn, Yühənna İncili 20:17-də bu sözləri oxu-yuruq: “Mənim atam və sizin atanızın, mənim Allahım və Sizin Allahı-nızın yanına gedirəm.” Eləcə də, O Həzrətin Allahın dərgahına olan namaz və ibadətlərini qeyd olunmuşdur. O Həzrətin həbs olunmamış-dan öncə Allah münacatı dəfələrlə təkrar olunmuşdur və Matta 27:46-da və Mark 15:34-də bu sözləri fəryad çəkərək demişdir: “İlahi, İlahi, niyə məni .....?”
19-4. Müqəddəs Üçlük
Xristyanların müqəddəs kitabında “Üçlük və yaxud müqəddəs üçlük” sözü mövcud deyildir və bu sözdən ilk dəfə 180-ci ildə istifa-də edilmişdir. Qeyd etmək lazımdır ki, xristyanların nəzərinə əsasən Əhdi-Cədiddə üçlük məfhumunun kökləri artıq hiss olunmaqdadır və Matta İncilinin sonunda xaç suyuna salınma hüququnun bağışlanıl-ması barəsində vuruğulanmış söz bunu açıq şəkildə bəyan edir: “Onu Ata, oğul və müqəddəs ruhun adı ilə xaç suyuna salın.”
Əhdi-Cədidin yazıçıları Allahı “Ata” kimi qeyd etməyi bir cür adət kimi qəbul etmişlər. Qeyd etmək lazımdır ki, bu termin Yəhudi-

224


likdən gəlmişdir. İncillərdə qeyd olunduğuna əsasən, İsa (ə) öz şa-girdlərinə öz dualarında Allaha “Səmavi Ata” kimi müraciət etməyi tapşırmışdır. (Matta 6:9) Həzrət İsa (əs) belə buyururdu: “Mənim atam və sizin atanızın, mənim Allahım və Sizin Allahınızın yanına gedirəm.” (Yühənna 20:17)
Müqəddəs Ruh Əhdi-Cədiddə çox vaxt “Allahın ruhu” kimi qeyd olunmuşdur. Qeyd etmək lazımdır ki, xristyanlıqda istifadə olu-nan “müqəddəs ruh” məfhumu ilə islam dinindəki “Müqəddəs ruh” məfhumu arasında fərq mövcuddur. Xristyan ənənəsi və müqəddəs kitablar nöqteyi nəzərindən Müqəddəs Ruh Allahın mələyi olan Cəb-rail (ə) və yaxud Allahdan ayrı olan digər məxluqlardan hər hansı biri deyildir. Xristyanların nəzərincə Müqəddəs Ruh insanların qəlbində, ümumiyyətlə dünyada yaşayan və müxtəlif əməllər edən Allahın özü-dür. O Allahın dünyadakı fəaliyyət göstərən bacarıqlı varlığıdır və İsanı anası Məryəmin qarnında yerləşdirən də o özü olmuşdur. Bir məsələni də qeyd etmək lazımdır ki, İncil kitablarında Müqəddəs Ruh göyərçin formasında çəkilmişdir. O, İsanın (ə) İordaniy çayında qüsl almasından sonra ona nazil oldu, onun daxilində yerləşdi və sınaqdan çıxarmaq üçün səhraya apardı. Müqəddəs Ruh xristyanlıq cəmiyyə-tini hidayət edir, təlimləndirir, Allahın sirlərini bəyan edir və mü-qəddəs kitabların yazıçılarına ilham verir.

Zaman ötdükcə və kilsənin keçdiyi tarix ərzində xristyanlar Al-lahın üç növ təbiətinin bir sirr olduğu və onu insanın bəyanına sığa bilməyəcəyi iddiasını irəli sürdülər. Xristyan yazıçılar, ariflər, sufilər və mütəfəkkirlər Əhdi-Cədidin köməkliyi ilə Allahın zatına aid olan məsələlərin bəzilərini anlamaq sahəsində göstərdikləri səylərinə bax-mayaraq heç bir nəticə əldə etmədilər və müqəddəs üçlük məsələsi üzərində dayandılar.


Xristyan mütəfəkkirlər illər boyu müqəddəs üçlük barəsində mövcud olan sirri açıqlamaq məqsədilə öz dövrlərinin və zamanları-nın fəlsəfi məktəblərindən və məfhumlarından yararlandılar. Papalar və kilsə şuraları bu açıqlamaların bəzilərinin düz və bəzilərinin səhv olduğunu bildirdilər.

225


Xristyanların Müqəddəs Ruhun kilsəni hidayət etməsinə inan-dıqları üçün onlar öz imanlarına istinad edərək müqəddəs üçlüyün sirrinin yalnız papaların, kilsə şuralarının, mütəfəkkirlərin və sufilərin köməkliyi ilə inkişaf yolunu davam etdirəcəkdir. İlk kilsə şuraları tək Alahın üç üqnumu var. Üqnum Yunan sözü olaraq yol mövcuddur mə-nasını kəsb edir. Buna əsasən də, üç Üqnum Allahın varlığı və əməli sahəsində üç yolun və təzahürün mövcud olması mənasını daşıyır.
Ərəb dilli xristyan yazıçılar müqəddəs üçlük məfhumunu çatdır-maq məqsədilə Yunan dilində olan “Üqnum” sözündən istifadə etdi-lər. Bu sözün latın dilindəki qarşılığı “Persona”-dır (təzahür mənasını kəsb edir).
19-5. Müqəddəs üçlüyü əlavə etmək məqsədilə Əhdi-Cədidin təhrif olunması
Əhdi-Cədid kitabında müqəddəs üçlüyün mövcudluğuna dəlalət edən heç bir məsələ yoxdur və “Ata, oğul və müqəddəs ruh” kəlmə-ləri (Matta 28:19) bu kəlmələrlə tanışlığı olmayan insanların züh-nində belə bir duyğu yaratmır. Yəni bu məsələ istər Əhdi-Ətiqdə və istərsə də Əhdi-Cədiddə min dəfələrlə qeyd olunmuş tövhid məsələ-lərini kölgədə saxlaya bilməz. Necə ki, Qurani-Kərimin ayələrində “Allah, Peyğəmbər və Məleykələrin” bir yerdə qeyd olunması mü-qəddəs üçlük mənasını kəsb etmir.
Əhdi-Cədiddə müqəddəs üçlüyü sübuta çatdıracaq dəlillərin mövcud olmaması cahil insanları insanlar tərəfindən hazırlanmış bu kitabda təhriflər etməyə və müqəddəs üçlük anlamını ora əlavə et-məyə vadar etdi. Onlar bunu həyata keçirmək üçün İncilin möhkəm məzmunlu hissələrinə əl vura bilmədilər. Buna görə də, Yühənnanın birinci məktubuna müraciət etdilər (5:7-8) və “Ata, Oğul və Müqəd-dəs ruhun” birliyi barəsində qeyd olunmuş sözləri oraya əlavə etdilər. Bu sahədə mövcud olan əlyazma İncilləri bir-biri ilə müqayisə etdik-də və hansı əlyazmalarda mövcud olmasını və hansı əlyazmalarda mövcud olmamasını yoxladıqda həmən dəyişikliklərin İncilin ən son qələmə alınmış əlyazmalarında mövcud olmasının şahidi ola bilərik.

226


19-6. Xristyanlıqda günah məfhumu
Xristyanların iddia etdiyi kimi Həzrət İsanın (ə) bəşəriyyətin günahlarının qurbanına çevrilməsi məsələsi günahın məcazi məna daşımasını və az əhəmiyyət daşımasını kəsb etmir. Əksinə tam surət-də şəfaətçi olmaq mənasını daşıyır və tövbənin qəbul olunması və gü-nahların bağışlanılması üçün bundan savayı başqa yol yoxdur. On-ların inanclarına əsasən günah ruhun ölümüdür və onlar günahları müxtəlif dəstələrə bölürlər. Qeyd etmək lazımdır ki, xristyanlıqdakı dini əhkamların əksəriyyəti əxlaqi əhkamlardır və ibadət əhkamları (donuz ətinin haram olması kimi) demək olar ki mövcud deyildir.

Biz müsəlmanlar üçün xristyan ölkələrində günahların miqdarı müsəlman ölkələrindəki günahlardan daha çox olması adi haldır. Qeyd etmək lazımdır ki, bir müsəlmanın mühafizəkar və liberalist ba-xışı bu sahədə çox böyük əhəmiyyət kəsb edir. Bəzilərinin nəzərincə qərblilərin hicabsızlığı onların iffətsizliyi və bütün fəsadların mənşə-yidir. Amma bəzilərinin nəzərincə isə bu bir növ adətdir. Üçüncü dəstənin nəzərincə isə, “İbadət insanlara xidmət göztərməkdən savayı bir şey deyildir” və onların müsbət tərəflərindən nəticə çıxarırlar. Xristyanların nöqteyi-nəzərindən günahın nə məna daşımasını ilk olaraq liberalist cəhətdən araşdıraq. Liberalist xristyan nöqteyi-nəzə-rindən ən mühim günah əxlaqi günahlardır və həftədə bir dəfə ibadət etmək kifayət edər. Amma qeyd etmək lazımdır ki, bütün cəmiyyət-lərdə olduğu kimi xristyanların da arasında daha mühafizəkar insan-lar mövcuddur. Məsələn, Ortodoks ruhanilər üzlərini qırxan katolik ruhanilərə etiraz edirlər və deyirlər ki, Tövratda (Lavilər 19:27) bu əmələ qadağan qoyulmuşdur.




20. Yeddi müqəddəs adət

Xristyanların nəzərincə ölülər arasından qalxan və yenidən diri-lən Məsih xristyan cəmiyyətində yaşayır və həmişə də xristyanlar-ladır. Eləcə də, O Həzrət Fələstində yaşadığı illər boyu həyata keçir-


227


diyi yaxşı işləri davam etdirir. Məsihin aşkar olunmayan əməlləri kil-sə həyatında müxtəlif dini adət-ənənənin köməkliyi ilə aşkar olunur. Başqa sözlə desək, belə bir dini mərasimdə iştirak edən bir xristyan bu əməli ilə ölülər arasından qalxaraq yenidən dirilmiş və xilaskar-lıqla dolu olan İlahi feyzə çatmış Məsihin görüşünə getdiyinə inanır.
Bütün xristyanların hamılıqla qəbul etdiyi iki əsas dini adətlər-dən biri xaç suyunda qüsl almaq və sonuncu şam yeməyidir. Katolik və Ortodoks xristyanlar bu dini mərasimlərə daha beş dini mərasimi əlavə edirlər və bütün dini mərasimlərin sayı yeddiyə çatdırırlar. Pro-testantlar dini mərasimlərin sayında ixtilaflı nəzərlər söyləyirlər. Am-ma onların əksəriyyəti iki dini mərasimi, yəni xaç suyunda qüsl almanı və sonuncu şamı qəbul edirlər. Kuykirlər və Xilas ordusu kimi bəzi Protestant kilsələri bu dini mərasimlərin hüç birini qəbul etmirlər.
20-1. Xaç suyunda qüsl
Bütün xristyanlar üçün ən əsas və ən birinci dini mərasim xaç suyuna salınmadır. İnsan xaç suyunda qüsl almaqla xristyan cəmiy-yətinə daxil olur və kilsənin daimi məmuriyyətini öz üzərinə götürür. Bu məmuriyyət İsanın vasitəsilə ilə Allah yolunda yaxşı işlər görmək sahəsində and içməkdən ibarıtdir. Hər bir xristyanın nəzərincə xaç suyunda qüsl almaq İsanın həyatının və ölümünün bütün təsirlərini əta edən vasitədir. Hər bir xristyan xristyan cəmiyyətinə daxil olanda cəmi bir dəfə xaç suyunda qüsl alır.
Fars və Ərəb dillərində xaç suyunda qüsl almaq üçün Təmid sözündən istifadə olunur və bunu həyata keçirmək üçün yumaq və su-ya çəkmək lazımdır. (Təmid Sam dillərindən mənşə almışdır və “Di-kəltmək və ayağa qaldırmaq” mənasını verir) Bəzi kilsələrdə mövcud olan adətlərə əsasən suyu başına tökməklə xaç suyunda qüsl alma həyata keçirilir. Başqa kilsələrdə isə hər bir insanın xaç suyunda qüsl alması üçün şəxs təmamilə suyun altına girməlidir. Belə kilsələrdə in-sanların xaç suyuna salınması üçün təbiət qoynunda yerləşən çaylara və göllərə aparırlar. Xaç suyuna salınanda keşiş Matta İncilinin so-nundan götürülmüş bu sözləri oxuyur: “Ata, oğul və müqəddəs ruhun

228


adı ilə xaç suyuna salıram”. Bəzi protestant kilsələrində yalnız İsanın adı ilə xaç suyuna salırlar. Uşaqların xaç suyuna salınması zamanı adətən bir şəxs dini adətlərinə uyğun olaraq uşağın xaç suyuna salın-ması öhdəçiliyini öz üzərinə götürür. Bu şəxsi “Xaç atası” (god-father) və yaxud “Xaç anası” (godmother) adlandırırlar. Valideynlə-rin vəfatından sonra və yaxud onların övladlarına laqeydlik göstərə-cəyi təqdirdə xaç atası və yaxud xaç anası həmən uşaqların tərbiyəsi-ni öz üzərinə götürür.
20-2. Təsdiq (İmanın sabit olunması)
Xristyanın həyatının inkişafının və ilahi həqiqətə çatmasının ikinci mərhələsi “Təsdiq” adlandırılır. Birinci mərhələsində (yəni xaç suyunda qüsl almaq) günahlardan xilas olmaq məsələsinə təkid edilir. Yəni, bu mərhələdə Allah günahkar insanlarla barışır və onu iman, itaət üzərində qurulmuş həyata tərəf çağırır. Amma ikinci mərhələdə (yəni təsdiq mərhələsində) Allahın İsa (ə) vasitəsilə bəşəriyyət üçün yaratdığı hər bir şeyə şəhadət vermək və bu ağır missiyanın öhdəsin-dən gəlmək üçün Müqəddəs Ruhdan kömək istəmək məsələsi üzərin-də təkid göstərir. Çünki, xilas olmaq yalnız günahların bağışlanması məsələsi ilə məhdudlaşmır və İsanın missiyasını davam etdirmək və dünyanı Allahın iradəsinə uyğun olaraq dəyişdirmək də buna şamil olunur. Təsdiq əsil xristyana layiq cəmiyyətdə müxtəlif məsuliyyətlə-rin öhdəsindən bacarıqla gəlmək istəyən insana yeni güc bəxş edir.

Təsdiqi ya yepiskop, ya da onun canişini əta edir və bu dini mə-rasimin əsası həmən könüllü şəxsə müqəddəs yağla məsh çəkməkdən ibarətdir. Bu dini mərasimdə aşağıdakı sözlər deyilir: “Müqəddəs ru-hu qəbul et ki Məsihə şəhadət verə biləsən.” Müxtəlif kilsələrdə qeyd olunmuş dini mərasim əsnasında deyilən bu sözdə müəyyən miqdar-da fərq ola bilər, amma ümumi məna dəyişməz olaraq qalır.

Kilsəyə daxil olmaq istəyən şəxs həddi-büluğa çatmış şəxs ol-malıdır və xaç suyunda qüsl almaqla təsdiqə çatmanı bir dini məra-simin iki mərhələsi kimi eyni zamanda həyata keçirtməlidir. Əgər həmən şəxs uşaqlıqda xaç suyunda qüsl almış olarsa təsdiq məsələsi

229


13-16 yaşınadək təxirə salınır. Bəzi protestant kilsələrində uşaqları xaç suyuna salmırlar və belə iddia edirlər ki xaç suyuna salınan şəx-sin İsanın davamçısı olması məsələsindən xəbəri olmalıdır və bunu düşünülmüş şəkildə qəbul etməlidir.
20-3. Xristyan evliliyi
Xristyanlar evliliyi dünyəvi iş kimi qəbul edilmir. Çünki, evlilik və ailə qurmaq Allahın bəşəriyyətə göstərdiyi məhəbbət nümunəsidir. Evlilik iki şəxsin qarşılıqlı sədaqət və anlamla dolu müştərək həyata başlamaq üçün məhəbbətinin birləşməsidir. Evlilik zamanı hər iki tərəf nəslin artırılması, övladların iman və məhəbbət dolu mühitdə tərbiyələndirilməsi və təhsilləndirilməsi sahəsində Allah qarşısında and içərək məsulləyət qəbul edir. Elə bu səbəbdən də, xristyanlar evliliyi Allahın insanla rəftarı tərzi üçün insani rəmzlərdən biri kimi qəbul edirlər. İnsanları sevən Allah-Taala onların işlərində yardımçı olur və verdiyi vədlərinə xilaf çıxmadan həyata keçirir. Xristyanlar ailə qurarkən kişi ilə qadının birləşməsini Allahın insanlara olan mə-həbbətinin və Məsihin öz şagirdlərinə olan sevgisinin nişanəsi kimi qəbul edirlər və bu ağır məsuliyyəti öz üzərlərinə götürürlər. Elə bu səbəbdən də, xristyanlar evliliyi ömür boyu davam edən məsuliyyət və öhdəçilik kimi qəbul edirlər, boşanmaq və yeni həyat yoldaşı ilə ailə qurmaq kimi məsələlərlə tam müxalifdirlər.
Katolik və Ortodoks ruhanilər (özlərinə Həzrət Məsihin davam-çıları etmək sahəsində heç bir maniələrlə üzləşməmək üçün) ailə hə-yatı qurmamalıdırlar və evlilik, yaxud imtina dini adətlərindən birini seçməlidirlər. Amma bəzi istisnalar da mövcuddur və onlardan biri bundan ibarətdir ki, Ortodoks kilsəsində ailə qurmuş şəxs keşiş ola bilər, amma onun yepiskop dərəcəsinə yüksəlməsi mümkün deyildir. Protestantlar xristyan ruhanilərinin ailə qurması məsələsi ilə müxalif deyillər və Lüter özü də ailə qurmuşdu.
İstər katolikləri, istərsə də Ortodoksların rahib və rahibələri ailə həyatı qurmamalıdırlar. Protestantlıqda rahiblik anlamı demək olar ki mövcud deyil.

230


Belə insanlar cinsi ehtiyaclarını öldürmək üçün oruc tutub, müx-təlif dualar edirlər. Qədim zamanlarda isə rahiblər özlərini axtalayır-dılar. Katolik ruhanilərinin mücərrədliyə üz tutmaları həmən kilsənin problemlərindən biridir və bu məsələ böyük rüsvayçılıqların yaran-masına səbəb olmuşdur.
20-4. İmtina (Yaxud ruhaniliyin müqəddəs dərəcələri)
İmtina dini mərasimindən sonra insan öz həyatını xristyan cə-miyyətinə xidmət göstərməyə və beləliklə də, bütün bəşəriyyətə xid-mət göstərməyə vəqf edir. Ruhanilərin əsas dərəcələri üçdür:


  1. Yepiskop: O, Yepiskopun sahəsi adlanan müəyyən olunmuş sahədə və ərazidə Məsihin nümayəndəsidir. Yepiskop Məsihin əvəzi-nə təlimlər keçir, müxtəlif ibadət mərasimlərinin idarə edilməsini öz üzərinə götürür və bu yolla xristyan cəmiyyətinə xüsusi xidmətlər göstərir. Yepiskop sözü Yunan dilindəki “bishop və epikopos” sözlə-rindən yaranmışdır və “Nəzarətçi” mənasını kəsb edir.

  2. Keşiş: O, Yepiskopun müavinidir və dəstə şəklində qeyd olunmuş üç işi həyata keçirməkdə ona yardımçı olurlar. Keşiş sözü Süryani dilindəki “Qeşiş” sözündən götürülmüşdür. Yunan dilindəki “Presbyter” sözündən alınmış “Priest” sözü (Ərəb dilindəki şeyx sözü kimi) “Pir” mənasını verir.1

  3. Rahib yaxud Şəmmas: O Allah kəlamının təbliği ilə məşğul olur, səfil və ehtiyaclı insanların, yaşlıların, xəstələrin və zavallı şəxs-lərin köməyinə gedir. Şəmmas ləqəbi Süryani dilindən götürülmüşdür və Yunan dilindəki “Diakonos” sözündən alınan “Deacon” sözü “xid-mətçi və xadim” mənasını kəsb edir.

Kilsədə istifadə olunan digər adlar, o cümlədən Papa, Patriarx, arxoyepiskop, kardinal, misyö və sair müəyyən edilmiş vəzifələr üçün nəzərdə tutulmuşdur və yedii dini mərasimə heç bir bağlılığı yoxdur. Papa siyasi-ictimai bacarıqları nəzərə alınaraq Katolik xrist-yanların rəhbəri kimi seçilən yepiskopdur. Papanın elm və ibadət sa-





  1. Bəzi müsəlman sufilər dı öz şeyxlərini “Pir” adlandırırlar.

231


həsindəki imtiyazları adi yepiskopun bildiyi həddədir. Papa sözü Yu-nan dilindəki “Papas”, yəni ata sözündən götürülmüşdür.

Xristyanlığın müxtəlif firqələrinin ruhanilərinin geyindikləri pal-tarlar bir-birilərindən fərqlidir və dini mərasimin həyata keçirilməsi üçün ruhani paltarını geyinmək vacib bilinir. Adi vaxtlarda isə orto-doks ruhanilərin hamısı və katolik ruhanilərinin bəziləri həmin ruhani paltarlarını əyinlərində saxlayırlar və bəziləri isə boyunları ağ lent bağlamaqla kifayətlənirlər. Müxtəlif protestant firqələri də özünəməx-sus geyim tərzlərinə malikdirlər və onların çoxu xüsusi paltar geyin-mək əvəvzinə yalnız boyunların həmişə ağ lent bağlayırlar. Bunu da qeyd etmək lazımdır ki, Ortodoks ruhaniləri saqqallarını qırxmırlar.


Protestantların bir çoxu (dini qanunlara uyğun olaraq) ruhanilik və yaxud yuxarı ruhanilik dərəcələrinə malik deyillər. Eləcə də, ruha-nilərə Keşiş və buna bənzər digər dini adlar vermirlər. Yalnız “Pas-tor” (tərcümədə çoban mənasını kəsb edir) adı ilə kifayətlənirlər. Pro-testant firqələrinin əksər ruhaniləri dini mərasimlərin icrası zamanı belə xüsusi paltarlar geyinmirlər. Ruhanisi olmayan firqələrin dini mərasimlərində bəzi mömin insanlar öz dini təcrübələri barəsində da-nışırlar və hamılıqla dua oxuyurlar. Bu xırda firqələrin bəzilərində xaç suyuna salınma və müqəddəs şam kimi dini mərasimlər də möv-cud deyildir.
20-5. Etiraf
Xristyanlar tövbə və yaxud barışıq mərasimində etiraf etmək yolu ilə İlahi tərəfindən bağışlanılmağa çalışırlar. Çünki müsəlmanlar və yəhudilər kimi onlar da tövbənin Allahın öz bədəsini bağışlaması-na səbəb olmasına inanırlar. Xristyanlar tövbə mərasimində iştirak edərək Allahın bağışlama xəbərini eşitməyə çalışırlar. Onlar eləcə də, Allahın Həzrət İsanın (ə) həyatı boyu etdiyi xilaskar əməlləri vasitəsi-lə Allahın bağışlanılmağı bəşəriyyatın ixtiyarında və tövbə qapıla-rının həmişə açıq olmasını yadlarına salırlar.
Xristyanlıq tarixi boyu tövbə dini mərasiminin müxtəlif formala-rı mövcud olmuşdur. Kilsə tarixinin ilk əsrlərində tövbə hamının gö-

232


zü qarşısında həyata keçirilirdi. Sonrakı əsrlərdə hər kəs öz günahını fərdi şəkildə etiraf edərək bağışlanılmasını istəyirdi.

Etiraf və digər müqəddəs mərasimlər pulsuz şəkildə həyata keçi-rilir və günahların bağışlanılması üçün pul ödəmək kimi əsassız id-dialar həqiqətlə üst-üstə düşmür.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin