4. Həzrət İsanın (ə) həyatı
Matta və Luka İncillərinə əsasən xristiyanlığın əsasını qoyan Həzrət İsa (ə) Beyt Ləhmdə dünyaya göz açmışdır. Bu şəhər Urşəli-min səkkiz kilometrliyində yerləşir və təxminən eradan min il əvvəl Davud şah həmin şəhərdə dünyaya gəlmiş və böyüyüb başa çatmış-dır. Yəhudilərin xilaskarının Beyt Ləhmdə dünyaya gəlməsi və Da-vuda bənzəməsi məsələsinin vacibliyinə görə bu iki müəllif Həzrət İsanın (ə) həmin şəhərdə dünyaya gəlməsi məsələsi üzərində təkid göstərmişlər.
Həzrət İsanın (ə) doğum tarixi təxminən Miladi tarixinin başladığı ilə təsadüf edir. Amma, tarixi hesablamalara əsasən O Həzrətin İncillərdə adı çəkilmiş şahlarla eyni vaxtda dünyaya gəlməsini nəzərə alsaq Həzrət İsanın (ə) Miladi tarixin başlamasında 4 ya 8 il öncə dün-yaya gəlməsini müşahidə edə bilərik. İncillərdə qeyd olunduğu kimi, anası Məryəm Nasirə şəhərindən olan Yusif adlı bir dülgərlə nişan-lanmışdı. İsanın dünyaya gəlməsi hekayəsi həm Matta, həm də Luka incillərinin başlanğıcında qeyd olunmuşdur. Mark və Yühənna O Həz-rətin doğum hekayəsini qeyd etməmişlər, Beyt Ləhmdən söz açma-
Sivilizasiya tarixi, cild 3, fəsl 26, Bu məsələ barəsində daha geniş məlumat əldə etmək üçün Arçibald Robertsonun “İsa:əfsanə yaxud tarix?” kitabına müraciət edə bilərsiniz.
mışlar və yalnız Nasirəyə işarə etmişlər. (Mark 9:1, Yühənna 1:45-46,
Yühənna 7:41-42). Matta İncilində belə qeyd olunmuşdur:
“İsa Məsihin doğum hekayəsi belədir: Onun anası Məryəm Yu-siflə nişanlanmışdı. Onlar yaxınlıq etməmişdən öncə Məryəm Müqəd-dəs Ruhdan hamilə qaldı. Həyat yoldaşı Yusif saleh bəndələrdən ol-duğu üçün ona öyüd-nəsihət vermək istəmədən gizlicə onu buraxıb getmək istədi. Amma, o bu barədə düşündüyü zaman birdən Allahın mələklərindən biri onun yuxusuna gəldi və dedi: “Ey Davudun oğlu Yusif, Məryəmi həyat yoldaşın etməkdən qorxub çəkinmə, çünki, onun daxilində olan Müqəddəs Ruhdandır. O bir oğlan dünyaya gətirəcək və onun adını İsa qoyacaqsan. Çünki, O öz ümmətini günahlardan uzaq-laşdıracaq.” Bütün bunlar Allahın peyğəmbərin dili ilə dediyi kəlamın tamamlanması və bakirə qızın hamilə qalaraq oğlan dünyaya gətirməsi və adını “Emmanuel” qoyması üçün baş vermişdir. Təfsirdə bu ad “Allah bizimlə” deməkdir. Yusif yuxudan oyanan kimi Allahın mələyi buyurduğu kimi lazım olanı həyata keçirtdi və Məryəmi özünə həyat yoldaşı etdi. Birinci oğlu olmayana qədər onu tanımadı (yaxınlıq et-mədi). Onun adını İsa qoydu.” (İncil Mattaya görə, 1: 18-25)
İsa Məsih (ə) üçün Matta incilinin başlanğıcında və Luka İncili-nin üçüncü fəslində nəsəbnamə (nəslin sıralaması) qeyd olunmuşdur. Bu iki fərqli nəsəbnaməni açıqlamaq İncil təfsirçiləri üçün ən böyük problemlərdən biridir.
Dünyaya gəlməsindən sonra onun adını Yeşvə, yəni “Allahın xi-lası” qoydular. Yunanlılar və Romalılar bunu Yesus formasına dəyiş-dirdilər və Ərəb dilində bu ad İsa formasında istifadə olundu.
Bunu da qeyd etmək lazımdır ki, Həzrət İsanın (ə) atasının olma-ması Xristiyanlıqda ən böyük etiqadi məsələlərdən biridir və yalnız İncillərdə qeyd olunduğu kimi O Həzrətin “Dülgər Yusif” adlı atası olmuşdur. Amma Qurani-Kərimdə bu tarixi bir məsələ kimi qeyd olunmuşdur və insanların Həzrət Məryəmə (ə) qarşı hücum çəkərək onu ismətsizlikdə günahlandırmaları öz əksini tapmışdır. Elə bu səbəbdən də, O “sükut orucu”1 tutur və onun dünyaya yenicə gəlmiş
Xristiyanlıqda müstəhəbbi sükut orucu, yəni danışmamaq orucu vardır.
körpəsi danışmağa başlayır və anasına verilən ittihamları puça çıxar-dır. (Məryəm surəsi, 26-33)1
İncillərdə Həzrət İsanın (ə) həddi buluğa çatdığı illər və gənclik yaşları barəsində az məlumat mövcuddur. Yalnız bir yerdə O Həzrətin 12 yaşı olanda Həzrət Məryəm və Yusiflə Nasirədən ziyarət üçün Urşəlimə getməsi, onlardan ayrılaraq Süleyman məbədinin alimləri ilə elmi müzakirələrə qoşulması və təxminən otuz yaşında qüsl almaq üçün Həzrət Yəhyanın (ə) yanına getməsi hadisələri qeyd olunmuşdur.
İncillərdə “İsanın qardaş və bacılarından” söz açılmışdır. Katolik və Ortodoks Xristyanların nəzərincə Məryəm ömrünün sonunadək bakirə qaldı və bu səbəbdən də Həzrət İsanın (ə) sözün əsil mənasın-da qardaş və bacılarının olması mümkünsüzdür. Bu səbəbdən, İncil-dəki həmin kəlamın mənasını təfsir etmək və açıqlamaq lazımdır: İsanın bakirə Məryəmdən dünyaya gəlməsindən sonra Məryəm və Yusif öz birgə həyatlarını yaşamağa başladılar və onların övladları dünyaya gəldi. Matta İncildən qeyd etdiyimiz hissənin sonunda bu iddia təsdiq olunur.
5. Qüsl verən Yəhya
Həzrət İsa Məsihin meydana çıxmasından bir müddət öncə Bəni İsrailin gənc və sevilən peyğəmbərlərindən olan Həzrət Yəhya ibn Zəkəriyya (ə) qiyam edərək insanlara moizələr oxumağa başladı. O Həzrət insanlara belə buyururdu: “Tövbə edin, çünki səmavi mələkut artıq yaxındır” (Matta 3:2, Mark 1:4 və Luka 3:3)
Bəni-İsrail nəzərindən Səmavi mələkut onların özləri üçün can-landırdığı utopik İlahi dövlət mənasını kəsb edir. Elə bu səbəbdən də, (İncillərin müxtəlif yerlərində qeyd olunduğu kimi Həzrət Yəhya (ə) dəvət məsələlərində böyük nailiyyətlər əldə etmişdi və insanlara bö-yük təsir göstərə bilmişdi. Belə ki, cəmiyyətin bütün təbəqələrindən
Həzrət Məryəmin (ə) ittiham edilməsi və bu ittihamın aradan götürülməsi məsələsi Xristiyanlıqda mövcud deyildir.
olan insanlar dəstə-dəstə onun yanına gəlirdilər, tövbə edirdilər və O Həzrət onlara qüsl verirdi.
Tədricən Həzrət Yəhya ilə (ə) Celil vilayətinin zülmkar və qəd-dar padşahı olan Hirodis Titrarx arasında qarşıdurma yarandı və bir müddətdən sonra Hirodisin əmri ilə O Həzrətin boynunu zindanda olarkən vurdular. (Matta 14:1-12, Mark 6:14-29, və Luka 9:7-9)
6. Həzrət İsanın (ə) qiyamı
İncillərdə qeyd olunduğu kimi Həzrət İsa (ə) təxminən otuz ya-şında olarkən peyğəmbərliyə çatdı. (luka 3:23). Həzrət İsa (ə) Həzrət Yəhyanın (ə) həbs olunması xəbərini eşitdikdən sonra Celil əyalətin-də yerləşən Nasirə şəhərini tərk etdi və Kefernahum şəhərinə gəldi.
İsa Celilin hər tərəfini dolandı, Kenaysda təlimə başladı, səmavi mələkutun yaxınlaşması barədə moizələr etdi, qövmündə olan bütün xəstəlikləri müalicə etdi. O, Suriyada şöhrət tapdı, müxtəlif xəstəlik-lərə düçar olan insanları, dəliləri, iflicləri onun yanına gətirirdilər və
Həzrət onlara şəfa verirdi. Celildən, Dikapolisdən, Urşəlimdən, Yəhudiyyədən və İordaniyanın o biri tərəfindən insanlar onun arxa-sınca yola düşdülər. (Matta 4:23-25, Mark 1:14-15, Luka 4:14-15)
Həzrət İsa (ə) da Həzrət Yəhya (ə) kimi səmavi mələkutun ya-xınlaşdığı barədə xəbər verdiyi zamanlar insanlarla heç bir problem yaşamırdı və camaat onu böyük sevgi ilə dəstə-dəstə qəbul edirdilər və iman gətirirdilər. O Həzrətə iman gətirən insanların əksəriyyəti onun tezliklə “İlahi Utopiya” yaradacağına və özünün də həmin şə-hərin padşahı olacağına inanırdılar. Heç kim, hətta O Həzrətin ən ya-xın şagirdi Petros belə Allahın Məsihinin məğlub olacağını təsəvvür belə etmirdi. (Matta 21:16, Mark 32:8)
Yəhudi dininin liderləri Həzrət İsanın (ə) onların “Xilaskar Mə-sih” qiyamının öhdəsindən gəlməməsini və onların arzularını həyata keçirə bilməməsini, eləcə də, onların əxlaqi çatışmazlıqlarına və dav-ranışlarına qarşı çıxdığını müşahidə etdikdən sonra onunla müxalifət etməyə başladılar.
Həqiqət bu idi ki, Həzrət İsa (ə) Bəni-İsrailin intizarında olduğu İlahi dövləti yaratmağa nail olmadı. Buna görə də O Həzrətin silah-daşları belə bir iddia irəli sürdülər ki, (birinci) O, bəşəriyyətin günah-larının qurbanı olmaq üçün gəlmişdi və (ikinci) O, sonuncu hakimlik üçün yenidən qayıdacaq. Bu iki məsələ Xristyanlığı əsası oldu. Digər tərəfdən isə Yəhudilər belə bir iddai ilə çıxış etməyə başladılar ki, Bəni-İsrailin utopik dövlətinin Həzrət İsa (ə) tərəfindən yaradılmama-sı və sonda çarmıxa çəkilməsi onun xilaskar Məsih yox tarixdə say-sız-hesabsız olan saxta Məsihlərdən biri olduğunu sübuta yetirir.
Həzrət İsa (ə) mütəmadi olaraq Həzrət Yəhyaya (ə) təriflər yağ-dırırdı və müxalifləri ilə söhbətdə o peyğəmbərin gözəl əxlaqına və şöhrətinə istinad edərək onun adından bəhrələnirdi. (Matta 21:23-27, Mark 11:27-33, Luka 20:1-8)
Həzrət İsa (ə) Həzrət Yəhyanın (ə) işini davam etdirdi və İlahi dövlətin qurulacağı müjdəsini verməyə başladı. O Həzrət möminlərin və şagirdlərin təlimini və liderliyini öhdəsinə götürdü, həmin ətrafda olan sinoqoqlarda moizələr oxumağa başladı. Luka yazır: “Celil əya-lətinə qayıtdı və sinoqoqlarda moizələr oxumağa başladı:
“Allahın ruhu məndədir. Çünki, məni yoxsullara müjdə vermək üçün məsh etdi və qəlbi qırıq insanlara şəfa vermək, əsirləri azad etmək, korları bəsirət qazanmaları üçün moizə etmək və əzilməkdə olan insanları azadlığa çıxarmaq üçün məni göndərdi.” (Luka 4:18)
7. Həzrət İsanın (ə) fəaliyyətinin sonu
İncillərin hər dördündə Həzrət İsanın (ə) həyatı və sözlərindən bir hissəsi qeyd olunmuşdur, amma onların əksəriyyəti O Həzrətin peyğəmbərlik fəaliyyətlərinə aiddir. Belə ki, O Həzrətin çarmıxa çə-kilməsi hadisəsi hər dörd İncilin sonunda qeyd olunmuşdur. İncillər-dən əldə etdiyimiz məlumata əsasən O Həzrət İlahi eşqlə dolu bir za-hid idi və o zamankı Fələstinin çürümüş və pozğun cəmiyyətini düz-gün yola hidayət etmək üçün geniş fəaliyyət planı hazırlamışdı. Həz-rət İsa (ə) bu işlərini həyata keçirmək üçün bütün səylərini səfərbər
etdi və çox çalışdı, amma O Həzrətin əldə etdiyi uğurlar olduqca az idi. Amma, bir neçə şagirdi ilə kilsənin, yəni xristiyan icmasının əsa-sını qoyduğu üçün ondan sonra, yəni onun şəhadətindən uzun illər keçdikdən sonra onun adı ilə bağlı olan din yavaş-yavaş meydana çı-xaraq güclənməyə başladı.
Yəhudi dininin liderləri Həzrət İsanın (ə) təlimlərinin onların mənafelərinə zidd olduğunu görəndə onu qətlə yetirmək üçün məkrli plan hazırladılar. O Həzrət həyatının sonuncu gecəsində öz şagirdlər-ilə sonuncu dəfə İlahi Şam süfrəsinin təamlarından yedi. Sonra onun on iki seçilmiş şagirdindən biri olan Yəhuda İsxaryuta Yəhudi kahin-lərindən aldığı pulun müqabilində O Həzrətə xəyanət etdi və onu Yəhudi kahinlərinin göndərdiyi dövlət məmurlarına təslim etdi. 1 Yəhudilərin kimisə edam etməyə hüququ çatmaması səbəbindən onu Urşəlimin Romalı başçılarına təslim etdilər. İncillərdə qeyd olunduğu kimi Romalı hökümdar Pilatos onu cəzalandırmaqdan boyun qaçırdı və onun hər hansı bir cinayət işləmədiyini söylədi. Amma, Yəhudilər onun edam olunmasına təkid etdilər və Həzrət İsanın (ə) edam olun-mayacağı təqdirdə qiyam edəcəklərini bildirdilər.
Pilatos onlara dedi: “Məsih adı ilə tanınan İsa ilə mən necə davranım?” Birlikdə dedilər: “Çarmıxa çəkilsin!” Hökümdar dedi: “Niyə? Nə pislik edib?” Onlar daha ucadan fəryad çəkərək dedilər: “Çarmıxa çəkilsin!” Pilatos bu sözlərin təsirsiz olduğunu və çaxnaş-ma yaradacağını görəndə su istədi və insanların gözü qarşısında əl-lərini yuyaraq dedi: “Bu ədalətli şəxsin qanı mənim boynuma deyil. Özünüz bilin!” Qövmün bütün üzvləri dedilər: “Onun qanı bizim və bizim övladlarımızın üzərindədir.” (Matta 27:22-25)
İncillərdə qeyd olunduğu kimi Həzrət İsa (ə) çarmıxa çəkildi, çarmıxda öldü və onu dəfn etdilər. Üç gündən sonra2 yenidən dirildi. O qırx gün ərzində bəzən öz şagirdlərinin gözünə görsəndi və sonra
O Həzrəti İsanın kim olduğunu göstərmək üçün onu öpdü və “Yəhuda öpüşü” (Judas kiss) termini Xristyanlıqda belə xəyanətlərə şamil olunur.
İncillərdə qeyd olunduğu kimi O Həzrət özü də belə demişdi ki, üç gün və üç gecə yerin qarnında qalacaq. (Matta 12:40). Amma yenə də İncillərdə qeyd olunduğu kimi O Həzrəti cümə günü gün batandan sonra torpağa tapşırdılar və bazar günü gün çıxanda artıq onun qəbirdə olmadığını gördülər.
göylərə qalxdı. Xristyanların nəzərincə bu hadisə 33-cü ildə baş ver-mişdir.
Düzdür, Həzrət İsa (ə) insanların arasından getdi. Onun dostla-rından və silahdaşlarından bəziləri dedi: “Onun dünyadan köçməsi və torpağa tapşırılması düzdür, amma üçüncü gün qəbirdən qalxdı, göy-lərə ucaldı və yer üzərində yenidən hakimlik etmək üçün qayıdacaq”. Eləcə də, bu sözləri də dedilər: “Həzrət İsa (ə) insanların günahlarına qurban gedərək qətlə yetirildi.” Belə bir iddia da irəli sürdülər ki, Əh-di-Ətiqdə qeyd olunan peyğəmbərlər onun əzablara düçar olaraq çar-mıxa çəkiləcəyini öncədən xəbər vermişdilər. Məsih sözü də öz əsil mənasını itirdi, çünki heç kim Həzrət İsanın (ə) başına şahlıq məhsi çəkməmişdir. Həvarilər onun Allah tərəfindən məhs olunduğunu bil-dirdilər. (Həvarilərin işləri 4:27)
Xristyanlar İsa Məsihin (ə) şəhid olduğunu qəbul etmirlər, ək-sinə onun insanların günahlarının qurbanına çevrildiyini iddia edirlər. Tarixdən məlum olduğu kimi bu inanac Xristyanlığın əsasıdır və onlar öz təbliğat işlərində bu məsələ üzərində çox dayanırlar.
Həzrət İsanın (əs) çarmıxa çəkilməsindən əlli gün sonra Gültök-mə bayramı (Əlligünlük, Pentikast bayramı) çatdı. Həmin gün mü-qəddəs ruh Həvarilərin yanına gəldi və onlardan sonra əsrlər boyu Həzrət İsanın (ə) risalətini çiyinlərində daşıyacaq cəmiyyət yarandı.
8. Elçilər, yaxud Həvarilər
Həzrət İsa Məsih (ə) öz qiyamına başlamamışdan öncə ona haq-qa dəvət işlərində yardımçı olmaq üçün özünə dost və silahdaş top-ladı. Bu məsələ Qurani-Kərimin Səf surəsində və İncillərin hamısın-da qeyd olunmuşdur:
“İsa Celil dənizinin kənarına gələndə “Petros” adı ilə tanınan Şamunu və qardaşı Anderiası suya tor tulladıqları zaman gördü. On-lar balıqçı idilər. İsa onlara dedi: “mənim arxamca gəlin və mən sizi
insanların ovçusu edəcəyəm.” Onlar dərhal torları kənara tullayaraq onun arxasınca yola düşdülər”. (Matta 4:18-20, Mark 1:16-18)
Bu insanları çox vaxt Həzrət İsanın Məsih (ə) şagirdləri adlandı-rırlar.
8-1. On iki Həvari
Həzrət İsa Məsih (ə) şagirdlərindən on ikisini seçdi və onları “Elçi” adlandırdı. (Luka 6:13). Qurani-Kərim Həzrət İsanın (ə) elçi-lərini “Həvari” adlandırır. Həbəşi dilindən götürülmüş bu söz eyni mənanı kəsb edir. Həzrət İsa Məsih (ə) bu on iki nəfəri məad1 günün-də hakimlik kürsüsünə əyləşdiyi zaman onların da on iki kürsüyə əyləşərək Bəni-İsrailin on iki dəstəsini mühakimə etmək üçün seç-mişdir. (Matta 19:28)
Həzrət İsanın (ə) on iki elçisinin adı İncillərdə (Matta 10:2-4, Mark 3:16-19, Luka 6:14-16, Həvarilərin işləri 1:13) belə qeyd olun-muşdur:
Şamun (Petros)
Anderia (Petrosun qardaşı)
Yaqub (Zabdinin oğlu)
Yuhanna (Yaqubun qardaşı)
Filippus
Bartalomey
Tuma
Matta
Yaqub (Halfanın oğlu)
Tidda (Lukanın yazdıqlarına əsasən Yəhuda Yaqubun qar-daşı)
Qeyrətli Şamun
Yəhuda İsxaryuta
Xristyanlıqda Məad, yəni qayıdışla qiyamət eyni bilinir və Həzrət İsa (ə) həmən günün hakimidir
8-2. Petros və digər daha tanınmış elçilər
Ən böyük elçi Şamundur və Həzrət İsa (ə) onu Petros , yəni “Qaya”1 adlandırdı və onu kilsənin, daha doğrusu Xristyan icmasının özül daşı təyin etdi:
“Və mən də sənə deyirəm ki, sən Petrossan və bu qayanın üzə-rində öz kilsəmi tikəcəm və cəhənnəmin qapıları ona tərəf açılmaya-caq və səmavi mələkutun açarlarını sənə tapşırıram. Yer üzərində bağladığın hər şey göylərdə də bağlanacaq və yerdə açdığın hər şey göylərdə də açılacaqdır. (Matta 16:18-19, Yühənna 21:15-19)
Həzrət İsa Məsihin (ə) getməsindən sonra Petros xristyanlığı təbliğ etmək məqsədilə İtaliyanın paytaxtı Romaya köçdü və elə hə-mən şəhərdə Neron tərəfindən şəhid edildi. Xristyanlığın ilk yepisko-punun məzarı Roma şəhərindəki Vatikan təpəliyində yerləşmişdir və həmin məkanın olduqca dini əhəmiyyətli yerə çevrilməsinə səbəb ol-muşdur. Elə bu səbəbdən də, qədim zamanlardan belə Vatikan kato-liklərin mərkəzinə çevrilmişdir. “Sant Piter” kilsəsi, onun ətrafında olan saraylar və bağlar dünyanın memarlıq və sənət incilərindən he-sab olunur.
Yühənna hələ uşaq yaşında elçi olmuşdur (Yühənna 13:23-25 və 21:20) və xristyanların nəzərincə öz İncilini qoca yaşlarında, birinci əsrin sonlarında qələmə almışdır.
İncillərdən başqa birisini də Matta qələmə almışdır. Eləcə də Əhdi-Cədidin bəzi yazıları Petrosa, Yühənnaya və digər elçilərə aid edilir.
Bir sıra İncilləri və Epokrifa kitabları da ölçilərə aid etmişlər və bəzi xristyan icmaları kilsələrinin keçmişini elçilərdən biri ilə bağla-mağa çalışırlar.
Şəm”un Əssəfa (Səfa ərəbcə qaya mənasını kəsb edir) bütün İslami kitablarda Həz-rət İsanın (ə) canişini kimi qeyd edilmişdir və Həzrət Nərgisin (ə) hekayəsində o həmin xanımın babası kimi qeyd olunmuşdur. Xristyanlar Şəm”unun (Petrosun) nəsli barədə söz açmayıblar, amma İncildən onun həyat yoldaşının olması məsələsi məlum olur. (Matta 8:14-15)
Yəhuda Esxaryuta Yəhudi dininin başçılarının yanına gedərək Həzrət İsanın (ə) həbs olunması üçün lazımi köməklik göstərə biləcə-yini bildirdi və elə bu məqsədlə də O Həzrəti onlara göstərdi və bu-nun müqabilində onlardan müəyyən miqdarda pul aldı. Həzrət İsanın (ə) getməsindən sonra on bir elçi “Matiyas” adlı bir şəxsi Yəhuda Es-xaryutanın yerinə təyin edərək saylarını yenidən on ikiyə çatdırdılar. (Həvarilərin işləri 1:15-26)
İncillərdə qeyd olunduğu kimi Həzrət İsa (ə) öncədən qeybdən belə bir xəbər vermişdi ki, onun bütün elçiləri ona qarşı səhv buraxa-caqlar. Belə də oldu və O Həzrət həbs olunanda elçilərin hamısı onu tək qoyub qaçdılar.
8-3. Pavlos
Həzrət İsanın (ə) Petrosu öz canişini təyin etməsinə baxmayaraq
Həzrətin başqa bir elçisi Pavlos praktiki olaraq daha yaxşı möv-qeyə sahib olur və xristyanlığın memarına çevrilir. Bu şəxsin adı ilk olaraq İbrani dilində olan “Şaul” idi və həmin adın Yunan dilində tə-ləffüzü “Savlos”dur. O, xristyanlığı qəbul edəndən sonra adını Pav-losa dəyişdirdi.
O, təəssübkeş yəhudi olmasına baxmayaraq Roma vətəndaşı idi və Həzrət İsanın (ə) getməsindən sonra xristyanlara əzab-əziyyət ver-məklə məşğul idi. Sonda, xristyanları həbs etmək məqsədilə Qüds şə-hərindən Dəməşqə gedərkən Həzrət İsanın (ə) nurunu görməsini və onun əmri ilə xristyan olmasını iddia etməyə başladı.(Həvarilərin işləri 9:1-31)
Pavlos böyük həyəcan və ruh yüksəkliyi ilə xristyanlığın təbliği-nə başladı və bu yolda böyük əzab-əziyyətlərlə üzləşdi. Həzrət İsa (ə) tərəfindən peyğəmbərlik məqamına yüksəlməsini iddia edən Pavlos müxtəlif bölgələrə səfər edərək xristyanlığı Aralıq dənizinin ətrafında olan bölgələrdə yaymağa başladı. Həmin bölgələrin xristyanlığı yeni qəbul etmiş əhalisi üçün yeni kitablar da qələmə aldı və onları hida-yət etdi. Həmin kitabların və risalələrin bəzisi Əhdi-Cədiddə qeyd olunmuşdur.
Pavlosun yeni fikirləri digər Həvarilər arasında gərginlik yara-dırdı və onunla digər elçilər, hətta Petros arasında qarşıdurmanın ya-ranması “Həvarilərin işləri” kitabında və onun öz risalələrində qeyd olunmuşdur. O yazır: “Petros Antakiyaya gələndə onunla müxalifət edərək üz-üzə dayandı, çünki danlanmağa layiq idi.” (Qalatiyalılara məktub 2:11)
Pavlos öz üstünlüklərini və xristyanlığın təbliği yolunda üzləşdi-yi çətinlikləri sadalayanda “Yalançı qardaşlar” sözündən istifadə edir.
bu sözləri onun fikir və düşüncələrilə müxalifət edən digər elçilərə xitabən vurğulayır:
“Onlar İbranidirlərsə, mən də İbraniyəm. Onlar İsraillidilərsə, mən də İsrailliyəm. Onlar İbrahimin nəslindəndirlərsə, mən də on onun nəslindənəm. Məsihin xidmətçiləridirlərsə, mən daha dəlisov olduğum üçün onlardan daha üstün xidmətçiyəm. Daha çox möhnət çəkmişəm, daha çox qırmancla döyülmüşəm, daha çox zindanlarda qalmışamvə digər Yəhudilərdən beş dəfə daha çox ölümlə üzləşmi-şəm, qırxdan bir dəfə az qırmancla döyülmüşəm, üç dəfə çubuqla dö-yülmüşəm, bir dəfə daşqalaq olunmuşam, üç dəfə gəmim məhv olub və gecə-gündüz dənizlərdə olmuşam. Səfərlərin, çayların, oğruların, öz qövmümüm, öz ümmətimimim, şəhərlərin, səhraların, dənizlərin, yalançı qardaşlarımın əlindən daim qorxu, möhnət və məşəqqət içəri-sində yaşamışam. Dəfələrlə yuxusuzluq, aclıq, susuzluqçəkmişəm, oruc tutmuşam, soyuqda və paltarsız qalmışam, amma bunlardan da-ha ağır yük kilsələr üçün çəkdiyim fikirlər olmuşdur. Kimdir zəif? Mən zəif olmamışam. Əgər fəxr etmək gərəkərsə mənim zəifliyimə aid olan bütün məsələlərlə fərx edərəm ki, Allah və İsa Məsihin atası ilan Xudavənd əbədi olaraq mübarəkdirlər və onlar mənim yalan danış-madığımı bilirlər. Dəməşq hökümdarı Haris mənim həbs etmək üçün bu şəhəri qoruyurdu. O məni qalanın pəncərələrinindən birindən zənbilin içərisində aşağı atdı, amma mən sağ qaldım.” (Korinflilərə ikinci məktub 11:22-33)
Pak İmamların, İslam alimlərinin buyurduqlarına və qərb tədqi-qatçılarının bilrdiklərinə əsasən xristyanların hal-hazırki dini etiqad-ları Pavlosun fəaliyyətlərinin və təbliğatının bəhrəsidir.
O, Koloslulara yazdığı məktubda 1:15 İsa Məsihi (ə) “Yaradıl-mışların ilk yaradılmışı” kimi adlandırmasına baxmayaraq Filipililərə olan məktubda 2:1-11 belə yazır:
“(İsa) Allahla bərabər olmağı özü üçün qənimət bilmədi və bən-də surətinə girərək insanlara oxşadı. İnsan simasına düşdüyü üçün təvazökar oldu və çarmıxa çəkilib ölənə qədər itaət etdi.......”
Pavlosun həyatı və düşüncələri Həvarilərin işləri kitabında və onun öz məktublarında mövcuddur. Eləcə də, Barnaba (Varnava) İn-cilinin başlanğıcında və sonunda o olduqca sərt şəkildə tənqid olu-nur.1 Bəzi İslami hədislərdə də Pavlos xristyanların yollarını azması məsuliyyətini daşıması qeyd olunmuşdur.
Qeyd etmək lazımdır ki, Pavlos 64-67-ci illərdə Romada qətlə yetirilmişdir. Tarixçilərin nəzərincə Xristyanlığın genişlənməsində Pavlosun rolu olduqca əhəmiyyətlidir, amma xristyanlar Müqəddəs Ruhun daha böyük rola malik olduğunu vurğulayırlar.
Bir çox tarix kitablarında elçilər barəsində söhbət açılmamışdır.
9. İnqilabçı İsa
Məsihanın siyasi-ilahi ideologiyası Həzrət İsa Məsihin (ə) sima-sında təcəssüm tapmışdır. İncilləri mütaliə etdikdən sonra Həzrət İsa-nın (ə) inqilabçı bir insan və məzlumların zalımlar üzərində qələbə çalması üçün çalışan bir şəxs olduğunu tam şəkildə dərk edirik. Unut-mayaq ki, xristyanlar lap əvvəldən belə onun fəaliyyətinin ilahi bir iş olmasını və bəşəriyyətin günahlarının qarşılığı olaraq qətlə yeti-rildiyini bildirdilər. Onlar Həzrət İsanı (ə) inqilabçı bir şəxs qeyd
Xristyanlar Barnaba İncilini qəbul etmirlər
etməyi sevmirlər. İndi diqqətinizə O Həzrətin inqilabçı və siyasi işlə-rindən bir neçəsini çatdıracağıq:
9-1. Düşmən təşkilatlarına təsiri
Həzrət İsa (ə) dəfələrlə öz davamçılarından onu insanların ya-nında inkar etməməsini istəməsinə baxmayaraq (Matta 10:33 və...), öz müqəddəs məqsədlərinə çatmaq məqsədilə öz şagirdlərindən birinə tanınmamaq şərtilə Yəhudi şurasına (Sanhadrinə) getməsini tapşırdı. Heç kim həmin şagirdin Yəhudi şurasında iştirak etməsinin və Həzrət İsanı (ə) inkar etməsinin bilməsə də həmin şəxsin şuranın çıxardığı qərarları və Yəhuda Esxaryutanın xəyanətini O Həzrətə çatdırmasını anlamaq olar.
Sonda Həzrət İsa Məsih (ə) zahirən həbs olunub çarmıxa çəkil-dikdən sonra, elə bir qorxulu şəraitdə və bütün şagirdlərin qorxudan qaçıb gizlədiyi halda o hakimin yanına getdi və Həzrət İsa Məsihin (ə) cəsədini ondan aldı və böyük təntənə ilə torpağa tapşırdı.
İncil yaznlar onu belə təsəvvür edirlər:
Rama sakini olan Yusif adlı dövlətli bir şəxsdir. O da İsanın şagirdlərindən idi. (Matta 27:57-60)
Rama sakini olan Yusif adlı şərafətli, şura üzvlərindən və eyni zamanda İlahi Mələkutun intizarında olan bir şəxs. (Mark 15:43)
Şura üzvlərindən olan Yusif adlı bir şəxs. Yaxşı və salih bir in-san idi və onların əməllərində müdaxilə etmirdi. Yəhudi şəhərlərin-dən biri olan Rama şəhərinin sakini idi. O da İlahi Mələkutun intiza-rında idi. (Luka 23:50-53)
Yusif Ramadan və İsanın şagirdlərindən idi, amma Yəhudilərin qorxusundan gizli yaşayırdı (Yühənna 19:38)
Dostları ilə paylaş: |