Hüseyn Tövfiqi Böyük dinlərlə tanışlıq



Yüklə 1,01 Mb.
səhifə9/28
tarix29.11.2019
ölçüsü1,01 Mb.
#29747
1   ...   5   6   7   8   9   10   11   12   ...   28
N 16


5-4. Lövhələr və on əmr
Bəni-İsrailin Misiri tərk etməsindən üç ay keçdikdən sonra Həz-rət Musa (ə) Allahu-Taala ilə söhbət üçün Tur1 dağına getmək əmrini aldı. O Həzrət dağda iki lövhə aldı və bu lövhələrin üzərində Allahın əmrləri həkk olunmuşdu. Qurani-Kərimdə bu sözü “Əlvah” forma-sında, yəni cəm halında istifadə etmişdir: “Biz onun üçün lövhələrdən hər şeydən, moizə və təfsilata dair hər şeyi yazdıq. (Və belə buyur-duq: ) “Bundan möhkəm yapış və ümmətinə də onun ən gözəl (savabı çox olan) hökmlərindən yapışmağı (onlara əməl etməyi) əmr et. (Axi-rətdə) sizə fasiqlərin yurdunu (Cəhənnəmi) göstərəcəyəm!” (əraf surəsi, ayə 145) Tövratda qeyd olunduğuna əsasən (Xuruc 29 və Təs-niyə 5) Bu iki lövhənin üzərində məşhur olan “On əmr” həkk olun-muşdu. Əmrlə belədirlər:



  1. Tur Süryani dilində dağ mənasını verir.

116


  1. Özünüzə məndən başqa Allah seçməyin.




  1. Bütə səcdə etməyin.




  1. Allahın adını yalandan çəkməyin




  1. Şənbə gününü müqəddəs bilin.




  1. Ata və ananıza hörmət göstərin




  1. İnsan qətlə yetirməyin




  1. Zina etməyin




  1. Oğurluq etməyin




  1. Qonşu1 üçün yalandan şahidlik etməyin




  1. Qonşunun malına və namusuna qarşı tamahkarlıq etməyin2


5-5. Bəni-İsrailin buzova sitayiş etməsi
Tövratda belə qeyd olunmuşdur ki, Bəni-İsrail Həzrət Musanın (ə) Sina dağından geri dönməsinin gecikdiyini görəndə Həzrət Haru-nun (ə) yanına gəldilər və onlar üçün Tanrılar hazırlamağı istədilər. O Həzrət də onların qıymətli əşyalarından bir buzov hazırladı və onları həmin inəyə sitayiş etməyə həvəsləndirdi. Allah-Taala bu hadisəni Həzrət Musaya (ə) çatdırdı və onları məhv etmək istədi. Amma O Həzrətin şəfaət istəməsi ilə bunu etmədi. Həzrət Musa (ə) həmin löv-hələri götürüb Bəni-İsrailin yanına qayıtdı. O Həzrət onların bu nala-yiq hərəkətlərini gördükdən sonra həmin lövhələri yerə vurdu və məhv etdi. Sonra qardaşını mühakimə etməyə başladı və buzovu yan-dırdıqdan sonra parçalayaraq suya tökdü və suyunu Bəni-İsrailə içirt-di. Sonra da onlara qılınclarını çıxararaq yarım gün ərzində döyüşə-rək bir-birilərini qətlə yetirməyi əmr etdi. Qurani-Kərimdə də bu


  1. Kitab əhli nöqteyi-nəzərindən doqquzuncu və onuncu əmrdə istifadə olunan “Qonşu” sözünün mənası əslində “Həmnöv” mənasını daşıyır.




  1. “Öz qonşunuza qarşı tamahkarlı etməyin. Qonşunun xanımına, quluna, kənizinə, inəyinə, uzunqulağına və ümumiyyətlə heç nəyinə tamahkarlıq göstərməyin.” Hal-hazırda Bəzi Yəhudilər və xristiyanlar birinci və ikinci əmrləri bir-birinə qoşmuşlar və sonrakı əmrləri bir say irəli aparmışlar. Beləliklə, doqquzuncu əmrdə “Qonşunun xanımına” və onuncu əmrdə “qonşunun digər malına” tamahkarlıq etmək qadağan edildi. Bununla da qonşunun xanımı onun qulu, kənizi, inəyi, uzunqulağı ilə eyni yerdə saxlanılmadı.

117


hekayə təxminə elə bu şəkildə, amma müxtəlif tərzlərdə qeyd olun-muşdur. Amma Quranda Həzrət Harunun (ə) belə nalayiq hərəkət et-məsi qeyd olunmamış və O Həzrətin belə səhv addımlardan uzaq ol-ması bildirilmişdir. Qurani-Kərimdə inəyi duzəldən insanın adı “Sa-miri” kimi qeyd olunmuşdur.
Harun isə bundan (Musa Tur dağından qayıtmamışdan) əvvəl onlara belə demişdi: “Ey ümmətim! Siz bununla (hansınızın əqidəcə möhkəm, hansınızın şəkkak olduğunu ayırd etmək məqsədilə Allah tə-rəfindən) yalnız imtahana çəkildiniz. Sizin Rəbbiniz, şübhəsiz ki, Rəh-mandır. Mənə tabe olub əmrimə itaət edin!” (Taha surəsi, ayə 90)
Kitab əhli Qurani-Kərimdə qeyd olunmuş Samiri adına etiraz et-dilər və belə bir insanın mövcud olmamasını bildirdilər. Çünki, Sami-ri Fələstindəki Samirə şəhərinə aiddir və həmin şəhəri Həzrət Musa-dan (ə) əsrlər öncə yaşamış Umri adlı padşah yaratmışdı. (Padşahla-rın birinci kitabı 16:24)
Mərhum Şeyx Muhəmməd Cəvad Bəlaği (r) cavab olaraq bu sözləri bildirmişdi ki, Bəni-İsraildə Şəmrun ibn Yəssakar ibn Yəqub adlı şəxs var idi və onun ailəsi Şəmruni adlandırılırdı (Yaranış 46:13 və Ədədlər 26:24). Şəmruni Ərəb dilində Samiri kimi tələffüz edilir.1 Tövratda belə yazılmışdır ki, Həzrət Musaya (ə) yeni nəsihət-lərini qeyd etmək üçün qabaqkı lövhələrə bənzər iki daş lövhə hazır-
lamağı əmr etdi. Qurani-Kərimdə də bu məsələyə işarə olunmuşdur:
Musanın qəzəbi yatanda lövhələri götürdü. Onların birində: “Rəbbindən qorxanlar doğru yola və mərhəmətə nail olacaqlar!” - (deyə yazılmışdı).” Əl-Əraf surəsi, ayə 154)
5-6. Həzrət Musanın (ə) vəfatı
Həzrət Musa (ə) Bəni-İsraili azad etdikdən sonra onların işlərini qaydasına qoydu, onları kafirlərlə mübarizəyə hazırladı və onlara Allahın əhkamını öyrətdi. O Həzrət Sina səhrasında dövlət yaratdı və həyatının sonuna qədər qövmünün dini və siyasi liderliyini öhdəsində



  1. Əl Huda ilə dinil Mustafa, cild 1, səh 98-99

118


saxıadı. Bu hadisələrin geniş açıqlanması Tövrat kitabında mövcud-dur.

Həzrət Musa (ə) Bəni-İsrailə bərəkət bəxş etdi və ömrünün 120-ci ilində Ölü dənizin ətrafında yerləşən Muab adlı yerdə dünyasını dəyişdi. Bəni-İsrail onun üçün otuz gün yas və əzadarlıq mərasimi keçirtdilər. Bu hadisə Tövratın “Təsniyə” bölümündə qeyd olun-muşdur və Tövrat bununla başa çatmışdır:


Allahın bəndəsi Musa orada Muab adlanan yerdə Allahın kə-lamlarına uyğun olaraq öldü və onu Muab adlı məkanda Beyti Fəur adlanan yerin qarşısındakı dərədə dəfn etdilər.1 Bu günə kimi heç kim onun yerini bilmir. Musa vəfat edəndə onun yüz iyirmi yaşı var idi, amma nə gözü zəifləmişdi, nə də beli bükülmüşdü. Bəni-İsrail Musa üçün Muabda otuz gün matəm saxladılar. Musanın matəm gün-ləri başa çatdı. Yuşə ibn Nun hikmət ruhuna görə tanınırdı. Çünki, Musa əlini onun üzərinə qoymuşdu və buna görə də Bəni İsrail ona itaət etdilər və Allahın Musaya buyurduqlarına uyğun olaraq əməl etməyə başladılar. Bəni israil arasında Musa kimi Allahın üz-üzə tanıdığı kimsə olmayıb. Allahın ona bəxş etdiyi bütün nişanə və mö-cüzələri Misirdə Firona və onun bəndələrinə, eləcə də bütün Misirə göstərdi. Elə buna görə, də Musanın güclü əli və bütün əzəmətləri Bəni-İsraillilər üçün qalacaqdır.” (Təsniyə, 34:5-12)
6. Bəni-İsrailin tarixi

Həzrət Musadan (ə) sonra Allahın əmri ilə Həzrət Yuşə ibn Nun(ə) qövmün rəhbəri və lideri oldu. O, Fələstinin şimalından cənu-buna qədər uzanan İordaniya çayını keçdi, Kənan torpaqlarını və onun ətrafındakı əraziləri fəth etdi. Əhdi-Ətiqdə qeyd olunduğuna görə bu ərazilərin yerli əhalisi qətliam edildilər və həmin ərazilər




  1. Dəfn edən məlum deyil və bəzilərinin nəzərinə əsasən məqsəd Allahdır.

119


Bəni İsrailə aid oldu. Bu müharibələrin hamısı Əhdi Ətiqdin altıncı kitabında “Yuşənin səhifəsi” adlı bölümdə mövcuddur.

Həzrət Yuşədən (ə) sonra Bəni-İsraildən olan böyük şəxsiyyətlər insanlara rəhbərlik etdilər və bu mərhələni Bəni-İsrail dövranı adlan-dırdılar. Onlar şah deyildilər və yalnız Bəni-İsrailin daxili çəkişmə-lərini həll edirdilər. Bu liderlərin tarixi “Hakimlər” bölümündə qeyd olunmuşdur.


6-1. Padşahların dövrü
Bəni-İsrailin sonuncu hakimi Həzrət Samuelin (ə) iki oğlu var idi və onların heç birisi hakimlik üçün yararlı deyildilər. Digər tərəf-dən Bəni-İsrailin o zamanlar onları bir yerə toplaya və qonşularının hücumları qarşısında cəmləşdirə bilən padşahı yox idi.1 Elə bu sə-bəbdən də dövrün peyğəmbəri olan Samuelin yanına getdilər və onlar üçün bir şah təyin etməsini xahiş etdilər:
Onların bu təklifi Samuelin xoşuna gəlmədi. Çünki, onlar is-təklərini belə bildirdilər: “Bizə bizim üzərimizdə hakimlik edəcək bir şah təyin et. Samuel Allaha dua etdi və Allah Samuelə dedi: “Qövmü-nün hər barədə dediyi sözləri eşit, çünki səni tərk etmədilər, əksinə onlara hakimlik etməməm üçünməni tərk etdilər. Onları Misirdən çıxardığım gündən indiyədək etdikləri bütün əməllər onların məni tərk edərək başqa Tanrılara ibadət etmələrini göstərdi. Beləliklə, səninlə də belə davranırlar. İndi onların səslərini eşit, amma onlara təkidlə şəhadət ver və onlara hakimlik edəcək şahların şahlıq tərzləri barədə xəbərdar et.” (Samuelin kitabının əvvəli, 8:6-9)
O, buna əsaslanaraq padşahlığın ağır adət və ənənələrini öz qöv-mü üçün açıqladı, amma onlar öz istəklərindən əl çəkmədilər. Elə bu-na görə də, Şaul (Talut) adlı bir gənci onların padşahı təyin etdi və onu müqəddəs yağla məhs etdi. Bu məhsdən sonra o ilahi hakim oldu



  1. Hicaz əhlinin də İslam dinin meydana çıxdığı zamana qədər şahı yoxu idi və Hicaz-lıların nüfuzlu şəxsiyyətləri, o cümlədən Əbu Cəhl, Əbu Ləhəb, Əbu Süfyan şah sa-yılmırdılar. Halbuki o zamanlar və daha öncə belə Romada, İranda və dünyanın bir çox yerlərində şah və padşah anlayışı mövcud idi.

120


və Məsihə (Maşyəh), yəni məhs olunmuşa itaət etmək şəri baxımdan hamıya vacib idi.

Bəni-İsrailin birinci padşahı Şaul təxminən əradan əvvəl 1030-cu padşah təyin olundu. Bu padşahın adı Əhdi-Ətiqdə (Samuelin bi-rinci kitabı, doqquzuncu fəsldən sonra) “Şaul” və Qurani-Kərimdə “Talut” kimi qeyd olunmuşdur: “(İsrail övladının) peyğəmbəri onla-ra dedi: “Allah Talutu sizə padşah göndərdi”. Onlar isə: “Biz hökm-darlığa daha layiq ikən və ona var-dövlət verilmədiyi halda, o, necə bizə padşah ola bilər?” – deyə cavab verdilər. (Peyğəmbər onlara) dedi: “Allah sizdən ötrü onu (bəyənib) seçmiş, elm və bədəncə (qüv-vəcə) ona üstünlük vermişdir. Allah Öz mülkünü (səltənətini) istədi-yinə verər. Allah (Öz lütfü və kərəmi ilə) genişdir, (Allah hər şeyi) bi-ləndir!” (Bəqərə surəsi, ayə 247)

Birinci padşahın təyin edilməsindən sonra İsraillilərlə Fələstinli-lər arasında dəhşətli müharibə baş verdi və qələbə Bəni-İsrailin üzünə güldü. Bu qövmün ən böyük qəhrəmanı Culyat idi və Qurani-Kərim-də bu ad Calut kimi qeyd olunmuşdur. O, Həzrət Davud (ə) tərəfin-dən qətlə yetirildi və onun qoşunu döyüş meydanından qaçdı.
Həzrət Davud (ə) Talutun canişini oldu (təxminən eradan əvvəl 1015-ci ildə). Həm zikr və dua edən, həm də döyüşçü və fateh olan Davud (ə) Yəhudilər üçün çox müqəddəs bir şəxsdir və özünəməxsus yerə malikdir. O Həzrətin ən böyük uğurlarından biri Urşəlim1 (İrru-səlim) şəhərinin fəthi idi. Bu şəhər Həzrət Davudun (ə) paytaxtı oldu və həmin şəhəri “Davudun şəhəri” adlandırdı. Urşəlim Yəhudilərin qibləsidir.
Həzrət Süleyman (ə) atası Həzrət Davudun (ə) yerinə keçdi və Bəni-İsrail ən mühim və əzəmətli dövrünü bu padşahın zamanında



  1. Jerusalem, yəni “sağlam və salamat şəhər” bu şəhərin əsil adıdır. Amma müsəlman-lar bu şəhəri Qüds, Beytül Məqdəs və yaxud Beytul Muqəddəs (İbri dilindəki Beytu Həmiqədaş, yəni “Məbəd evi” sözü ilə eyni məna verir) adlandırırlar. Bu şəhərin başqa bir adı da “İlya Kapitolina” –dır və müsəlmanlar bu adı da İlya sözü ilə əvəz etmişlər.

121


yaşadı. O Həzrət Urşəlim şəhərində olduqca böyük bir məbəd inşa et-di və bu məbəd “Süleymanın Heykəli”1 adı ilə tanındı.
Bu məbəd bir dəfə eradan əvvəl 587-ci ildə Babilistanın padşahı “Nabukadnassar” (İslam mənbələrində bu ada “Buxtunəssər” kimi qeyd olunmuşdur) tərəfindən və ikinci dəfə 70-ci ildə Roma şahza-dəsi Titus tərəfindən viran edilmişdir.
Qeyt etdiyimiz məbəd o zamana qədər (eradan əvvəl altınci və ikinci əsrlərdə bir neçə on illiyi çıxmaq şərtilə) həmişə Yəhudilərin ixtiyarında olmuşdu və Yəhudi kişiləri ildə üç dəfə müəyyən edilmiş bayramlarda həcc mərasimini keçirmək üçün piyada olaraq səfərə çıxırdılar.
Bu məbəd tədricən xristiyanların əlinə keçdi və İslam dininin ya-ranmasından sonra ikinci xəlifənin zamanında sülh yolu ilə müsəl-manlara təslim edildi. Müsəlmanlar Süleyman məbədinin xarabalıq-larını Ömər məscidi adlı əzəmətli bir məscidə çevirdilər və onun üzə-rində “Qubbətus səxrə” adlı gümbəz tikdilər. Qeyd edək ki, sonradan həmin gümbəz qızılla örtüldü. Daha sonra bu məscidin kənarında mavi gümbəzli bir xırda məscid inşa edildi və “Məscidül Əqsa” ad-landırıldı.2
Fələstin torpaqlarında yaradılan Urşəlim şəhərinin qərb hissəsi Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 1948-ci ildə İsrailə və hə-min iki məscidin yerləşdiyi şərq hissəsi isə İordaniya ölkəsinə verildi. İsrail 1967-ci ildə baş vermiş altı günlük müharibədə Qüds şəhərinin şərq hissəsini də güc yolu ilə İordaniyanın əlindən aldı və həmin hissəni ixtiyarında olan qərb hissəsinə əlavə etdi. BMT-nin Təhlükə-sizlik şurasının qəbul etdiyi 242 saylı qətnamədə İsrail dövlətindən altı günlük müharibə zamanı işğal etdiyi əraziləri geri qaytarmaq tə-ləb olunsa da, İsrail dövləti hələ də bu qətnaməyə etinasızlıqla yana-şır.



  1. Heykəl İbri dilində “Hündür bina” mənasını verir və Ərəb dilində də hümdür mə-nasını kəsb edir.




  1. İsra surəsinin ilk ayələrində qeyd olunmuş “Məscidul Əqsa” adı həmin məscidin yerinə işarə edir. Kəhf surəsinin 21-ci ayəsinə də müraciət edə bilərsiniz.

122


Qeyd olunmuş məscidlər İslamın ilk illərindən indiyə qədər mü-səlmanların ixtiyarında olmuşdur (Xaç yürüşləri zamanı bir neçə il xristiyanlar tərəfindən həyata keçirilmiş işğalı istisna etmək şərtilə), bütün İslami mərasimlər, cümə və cəmaət namazları həmin məscid-lərdə həyata keçirilmişdir. 1967-ci ilədək Hacıların Məkkə və Mədi-nəni ziyarət etdikdən sonra Qüdsü ziyarət etmək üçün İordaniyaya sə-fər etmələri adəti də mövcud idi.
Artıq illərdir ki, arxeoloji qazıntılar bəhanəsilə həmin iki məsci-din ətrafında qazıntı işləri apararaq həmin əraziləri dağıtmaq istəyir-lər. Deyilənlərə əsasən həmin bu iki məscidin yerində Süleyman mə-bədi inşa etmək fikrindədirlər.

Kitab əhli Əhdi-Ətiqdə qeyd olunan səhv məlumata əsaslanaraq belə bir nəzər irəli sürmüşlər ki, Həzrət Süleyman (ə) bütpərəst xa-nımlarının vəsvəsəsinə uyaraq həyatının sonunda bütpərəst olur. Qu-rani-Kərimdə isə Həzrət Süleymana (ə) böyük önəm verilir və pak bir bəndə kimi qeyd olunur.


6-2. Ölkənin parçalanması
Əhdi-Ətiqdə Həzrət Süleymanın (ə) vəfatından sonra onun övla-dı Rohbiam Bəni-İsrailin padşahı olur və ölkənin idarəçiliyini ələ alır.

  1. zülmkarlıq etdiyinə görə on iki Bəni-İsrail qəbilə başçılrında on nəfəri ona itaət etməkdən boyun qaçırır və yalnız iki qəbilə başçısı qalır. Bunlardan biri Yəhuda və digəri Benyamin olur. Həmin bu iki qəbilə başçısı nisbətən daha kiçik əraziyə malik Yəhuda (Həzrəti Ya-qubun (ə) övladlarından birinin adı ilə adlandırılmışdır) torpaqlarında qaldılar. Urşəlim şəhəri də Yəhuda torpaqlarında idi və “Yəhudi” sö-zünün də buradan əmələ gəldiyi həmin ərazilər olduqca böyük əhə-miyyətə malik idi. Qalan on qəbilə başçıları Həzrət Süleymanın (ə) böyük sərkərdəsi Yurbiamın başçılığı altında İsrail dövlətini yaratdı-lar. Bu zamandan Bəni-İsrailin iki dövləti oldu: Rohbiamın padşahı olduğu cənubda yerləşən Yəhuda ölkəsi və Yurbiamın padşahı oldu-ğu, şimalda yerləşən İsrail ölkəsi. Bu iki ölkənin şahları da həmin bu iki nəfərin nəslindən idi.

123


Bəni-İsrail ölkəsinin parçalanması onların zəifləməsinin və bət-bəxliklərinin əsasını qoydu. Yəhuda və İsrail ölkələrinin bir çox pad-şahları günahkarlar idilər və insanları günaha və bütpərəstliyi dəvət edirdilər. Digər tərəfdən bəzi peyğəmbərlər deyirlər ki, bu məsələ Allahın qəzəblənməsinə səbəb oldu. Onların nəzərincə Bəni-İsrail tövbə etməzsə onları çox dəhşətli sonluq gözləyir.
6-3. Babilistanın əsarətində
Sonda Bəni-İsrail peyğəmbərlərinin bu sözləri həqiqət donu ge-yindi1 və bir müddətdən sonra hal-hazırki Suriya və İraqın şimal böl-gələrində hökümranlıq edən və paytaxtı Nineviya olan Assuriyalılar eradan əvvəl 722-ci ildə İsrailə hücum etdilər və çoxlu sayda insanı əsir götürdülər. Bəni-İsrailin on iki qəbilə başçısından on nəfərinin də daxilində olduğu bu əsirlərin taleyi barədə tarixdə məlumat yoxdur.
Təxminən bir əsr bu hadisədən keçdikdən sonra, eradan əvvəl 587-ci ildə Buxtunnəsr Urşəlimə hücum etdi. O, Yəhudiləri qətlə ye-tirdi və bir hissəsini də əsir edərək Babilistana apardı və uzun müddət orada saxladı. İsrail və Yəhuda xalqlarının bir hissəsinin əsir düş-mələri onları Yaxın Şərq regionunda və digər ərazilərdə yayılmasına səbəb oldu. Bu əsarətin böyük əhəmiyyəti vardir, belə ki, Assuriyalı-ların bundan öncəki hücumlarında əsir tutulmuş İsraillilər bu yürüş zamanı Yəhuda ölkəsinin əhalisi ilə Babilistana köçürüldülər. Bu mə-sələ tarixdə “Babil sürgünü” kimi qalmışdır.

Yəhudilər əsirlik dövrlərində müşriklərin bəzi adət və ənənələri-ni qəbul etdilər və onların olduqca az hissəsi vətənlərini tərk etdiklə-rinə, əsir düşdüklərinə və Allaha sitayiş sahəsində çətinliklərlə üzləş-diklərinə görə əzab çəkirdi.




  1. Bu məsələ kəlam elmi nöqteyi-nəzərindən söylənilir və bu proqnozların dəqiq tarixi məlum deyildir.

124


6-4. Məbədin bərpası
Əhəmənilər sülaləsinin banisi Kir Babilistanı fəth edəndən sonra Yəhudilər azad edildilər və öz torpaqlarına qayıtmaq icazəsini aldılar. Amma onların böyük əksəriyyəti Babilistanı tərk etmək istəmirdilər və elə bu səbəbdən də həmin şəhərə və ətrafına yayıldılar. Kirin Yə-hudilərin azad edilməsi barəsindəki bəyannaməsi eradan əvvəl 538-ci ildə hazır oldu. Kir bu addımla Yəhudilər arasında böyük məhbubiy-yət qazandı.1
Yəhudilərin bir dəstəsi də Fələstinə qayıtdı və Qüds şəhərinin bərpasına başladı. O zamanlar həmin ölkəyə qonşu olan digər ölkələr qorxu hiss etdilər və buna görə də, Fələstin torpaqlarında güclü Yə-hudi dövlətinin yaranmasına əngəl törətdilər. Bundan sonra Fələstinin müxtəlif bölgələrində zəif dövlətlər meydana çıxdı və bir neçə əsr sürən qarışıqlıqdan sonra Qüds şəhəri növbəti dəfə 70-ci ildə Roma-lılar tərəfindən viran edildi. Romalıların Urşəlimi viran etməsindən sonra Yəhudilər dünyanın hər yerinə yayılmağa başladılar. Bu hadi-sədən sonra Yəhudilərin dünyanın müxtəlif ölkələrində çətin həyat tərzi keçirməyə başladılar və müxtəlif zülm və zillətə məruz qaldılar.
Həmin zaman kəsiyində Bəni-İsrail arasında onları bu zülmdən xilas edəcək bir şəxsin gələcəyi fikri formalaşmağa başladı. Bu dü-şüncə məhsuldar oldu və Bəni-İsrail bu düşüncə tərzinin köməyi ilə öz məğlubiyyətlərinə sinə gələ bildilər. Məsihanı2 gözləmək həmin qövmün qalmasına yardım etdi.
Yəhudilər itirdikləri dini dövlətin yenidən yaradılması üçün 2000 ilə yaxındır ki heç nə etmirlər və belə bir dövlətin yaradılması-nın onların amalları ilə zidd olduğunu bildirirlər. (Bir neçə dəfə bu sahədə qanunsuzluqlar olmuşdur və bunlardan biri də Xəzran dövləti-



  1. Hindistanın Əbul Kəlam adlı müsəlman alimi iyirminci əsrdə “Səndən Zülqərneyn barədə soruşsalar” adlı kitab yazır və həmin kitabda Qurani-Kərimin Kəhf surəsinin 83-98-ci ayələrində barəsində söz açılan Zülqərneynin Əhəməni padşahı Kir ol-duğunu sübut etmişdir. Onun bəzi ədalətli işləri isə Əl Mizan və Nümumə təfsir-lərində qeyd olunmuşdur.




  1. Məsih sözünün Həzrəti İsa ibn Məryəmə (ə) aid olmasını nəzərə alsaq Yəhudilərin intizarında olduqları şəxsin “Məsiha” (Messiah) adlandırıldığını görərik.

125


nin yaradılması olmuşdur. Bir neçə nəfər Məsiha olması iddiasını irə-li sürsələr də bu sahədə uğur qazana bilməmişlər.)

Yəhudilərin Babilistandan qayıtmasından sonra dini cəmiyyət yeni bir qurluş tətbiq etdi və sonralar sinaqoq adlanan məbədlər inşa edildi. Bu məbədlərin digər məbədlər kimi xüsusi memarlığı yox idi. Bu məbədlər hal-hazırda da sinaqoq və yaxud Kənisə adlandırılır.


6-5 Yəhudilərin mübarizələri
Urşəlimin yenidən bərpa olunmasından və Yəhudilərin orada yerləşdirilməsindən sonra bir sıra problemlər meydana çıxdı. Suriya-nın zalım və bütpərəst padşahları ilə müharibələr keçirildi. Məkabilə-rin Suriya istismarçıları ilə müharibəsi Yəhudilərin qələbəsi ilə nəti-cələndi və bu hadisə Epukerifa kitabında geniş şəkildə açıqlanmışdır.
Bu dövrdə Yəhudilər çox zaman müşriklərin hakimiyyəti altında olmuşlar və Həzrəti Məsihin (ə) zühur etməsi də bu dövrə təsadüf edir və bu sahədə biz ətraflı olaraq məlumat verəcəyik. Bu dövürdə eləcə də əhkam və qanunlar Yəhudi alimləri tərəfindən çıxarılırdı. Amma hökümdarlar Fələstini işğal etmiş dövlətlər tərəfindən təyin olunurdular. Yəhudi alimləri Senhedrin adlı toplumda bir araya gə-lirdilər və dini məsələlər barəsində qərarlar qəbul edirdilər.1
6-6. Urşəlimin viran edilməsi və Yəhudilərin məkansız qalması
70-ci ildə Romalı şahzadə Titus Urşəlimi mühasirəyə aldı, viran etdi və çoxlu sayda dinc sakini qılıncdan keçirdi. O, Senhedrini də məhv etdi. 135-ci ildə yaranmış qiyam da yatırıldı. Həmin şəhərin o zaman dağıdılmayan qərb divarı indiyə qədər qalmaqdadır və Yəhu-dilərin dağıdılmış şəhərə görə onun yaxınlığında matəm mərasimləri keçirdiyinə görə “Fəryad divarı” (The Wailing Wall) adlandırılmış-dır. Müsəlmanlar isə həmin divarı “Haitəl Buraq” adlandırırlar.


  1. Senhedrin sözü Yunan dilində toplum və asambleya mənasını verən “Sinderion” sözündən götürülmüşdür.

126


Bu hadisədən sonra Yəhudilər qonşu ölkələrdə, Avropada və şi-mali Afrikada məskunlaşmağa başladılar. Bu vəziyyət İbrani dilində Qalut, yəni “Vətəni tərk” və onların yayıldığı regionlar Yunan dilin-dən götürülmüş Diaspora, yəni “Dağınıqlıq” adlandırılır. Müəyyən müddətdən sonra onların bir hissəsi indi Mədinə adlandırılan və o za-manlar “Yəsrib” adlanan şəhərə köçdülər. İslam mənbələrinə əsasən Mədinəyə köçən bu Yəhudi dəstəsinin məqsədi Həzrət Muhəmməd (s)-in mübarək viladəti ilə bağlıdır.
Sonralar, ikinci xəlifənin zamanında müsəlmanlar qüds şəhərini müzakirələrin köməkliyi ilə xristiyanlardan aldılar. Təbərinin yazdı-ğına əsasən, müsəlmanların Qüdsü təhvil alarkən xristiyanlar qarşı-sında öhdəliklərinə götürdüyü vəzifələrdən biri də Yəhudilərin bu şəhərə daxil olmasına icazə verməmələri idi.
6-7. Yəhudilər və digər qövmlər
Bəzi insanlar kiçik yəhudi xalqının inhisarçılıq və xudbinlik xüsusiyyətinə işarə edirlər.1 Digər xalqların bəziləri onların Yəhudi-lər tərəfindən belə adlandırıldıqları üçün Yəhudilərlə düşmənçiliyə başlamışlar və onalrı təhqir etmək üçün müxtəlif işlər görmüşlər. Qeyd etmək lazımdır ki, Qüds şəhərinin ilk dəfə eradan əvvəl altıncı yüz illikdə viran edilməsinin və Bəni-İsrailin Babilistanlılar tərəfin-dən əsir götürülmələrinin əsası elə bu məsələ idi. Həmin zamanlar İr-miyay peyğəmbər Allah tərəfindən Bəni-İsrailə xəbər gətirdi ki, Bəni-İsrail düşmənə təslim olacağı təqdirdə özləri və şəhərləri to-



  1. Onların belə özünəməxsus xüsusiyyətlərinə nümunə olaraq dünya əhalisini iki hissəyə, “Yəhudilər” və “Quyim” (Gentiles), yəni kafirlərə bölürdülər. Onlar özləri-nin “Quyim” adlandırdıqları kafirlər qarşısında heç bir öhdəçilik daşımadıqlarını bil-dirirdilər: “Kitab əhlindən elə kəslər vardır ki, əgər onlara bir qinar (çoxlu) əmanət verərsənsə, onu tamamilə sənə qaytararlar; elələri də vardır ki, onlara təkcə bir dinar qızıl əmanət versən, başlarının üzərində möhkəm durub tələb etməyincə sənə qaytar-mazlar. Bunun səbəbi budur ki, onlar: “Ümmilərə görə (kitab əhli olmayan cahil ərəblərin mallarını mənimsəməyə görə) bizə irad tutulmayacaq”, - deyər və bilə-bilə Allaha qarşı yalan söyləyərlər.” (Ali İmran surəsi, ayə 75) Bir çox alim və tədqiqat-çıların nəzərincə Qurani Kərimdə qeyd olunmuş “Ummilər” Quyimlərə işarə edir.

127


xunulmaz qalacaqlar. Onlar ilahi tərəfindən göndərilmiş bu qurtuluş xəbərinə məhəl qoymadılar, peyğəmbəri döydülər, zindana atdılar və O, Qüds şəhərinin işğal olunduğu zamana qədər zindanda qaldı. (İr-miya, 37 və 38)

Hər halda, Yəhudilər vətənlərini itirdilər, amma dinlərini, mədə-niyyətlərini, adət və ənənələrini qoruyub saxladılar və digər qövm-lərin arasında assimilyasiya olunmadılar. Belə bir vəziyyət onların müxtəlif qövmlərin arasında yaşamalarına görə meydana çıxmışdır. Onlara ilk sahiblik edən müşriklər, sonra xristiyanlar və daha sonra müsəlmanlar olmuşlar.


Onlar müsəlman ölkələrində, xüsusən də Andalosiyada yaxşı ya-şayırdılar və onların bəziləri ictimai sahələrdə yüksək məqamlara qə-dər qalxa bilmişdilər. Halbu ki, Avropa ölkələrində yaşayan Yəhu-dilər onlar üçün ayrılmış Qetto (ghetto) adlı yerlərdə zillət içərisində yaşayırdılar. Bir çox hallarda isə xristiyanlar onları güc yolu ilə öz dinlərinə gətirirdilər.

Xristyanlar 1492-ci ildə Andolosiyanı təmamilə müsəlmanlardan aldıqdan sonra Yəhudiləri də həmin ərazilərdən qovmağa başladılar. Həmin yurdsuz-yuvasız Yəhudilər sonda Şimali Afrikadakı müsəl-man ölkələrinə, Osmanlı dövlətinə sığındılar. Amma onların az bir hissəsi dəniz quldurları və acgöz dənizçilərdən yaxa qurtararaq mü-səlmanların mehr və məhəbbətlə dolu qucaqlarında yer tapa bildilər. Müsəlmanların insanpərvər və humanist xüsusiyyətləri, əcnəbilərlə xoş davranmaları Yəhudi və Xristyan tarixçiləri tərəfindən ağızdolu-su ilə qeyd olunmuşdur.

Yəhudilərin özünəməxsus ruhiyələri və onların iqtisadi bacarıq-ları onları qəbul etmiş xalqların onlara qarşı həssasiyyətini gücləndi-rirdi. Təəssüf hissi ilə qeyd etməliyəm ki, aşağıda qeyd edəcəyimiz ziddiyyətli məsələlər Yəhudilərlə digər xalqlar arasında dərin par-çalanmaların meydana çıxmasına səbəb oldu:


  1. Onların qədim zamanlarda Həzrət İsaya (ə) qarşı kəskin möv-qedən çıxış etmələri Xristiyanların müqəddəs İncil kitablarında, eləcə də, Yəhudilərin Həzrət Muhəmmədə (s) qarşı düşmənçilik aparma-

128


ları, müharibələr törətmələri Qurani-Kərimin Bəqərə, Ali İmran, Ni-sa, Maidə, Əhzab və Həşr surələrində qeyd olunmuşdur. Tarix boyu da Yəhudilər həmişə ya xristiyan, ya da müsəlman ölkələrində yaşa-mışlar. Onların sonrakı dövrlərdə də davranışları (İslam cəmiyyət-lərində şərab paylamaları, pozğun qadınlara niyyətlərini həyata ke-çirmək üçün evlərini icarəyə vermələri, müsəlmanlara və xristiyan-lara faizlə pul vermələri) onlara qarşı etiraz yaradır. İsrail dövlətinin hal-hazırda həyata keçirdikləri təcavüzkarlıq dünya ictimaiyyəti ara-sında Yəhudilərə qarşı etiraz yaratması.

  1. Keçmişdə istər xristyan və istərsə də müsəlman ölkələrində yəhudilərin əzilməsi işləri aparılmışdır. Bəzən də insanlar (Məsələn; hər hansı bir uşağın Yəhudilər tərəfindən oğurlanması şayiəsinin ya-yılmasından sonra) onları yerli dini (Xristyanlıq və yaxud İslam di-nini) qəbul etməyə məcbur edirdilər. İnsanlar öz istəklərinə çatmaq üçün onlara donuz əti, yaxud ətlə qatıq yedizdirirdilər.1 Qeyd etmək lazımdır ki, istər Xristyanlıq və istərsə də İslam dinində belə rəftarlar düzgün hesab edilmir və müsəlman alimlər insanların belə davranış-larına kəskin etirazlarını bildirmişlər. Digər tərəfdən də insanlar məc-buriyyət üzündən zahirən İslamı qəbul etsələr də daxildə Yəhudi qa-lırdılar. Həmin insanlar Avropada “Marrano” və İranda “Anus”2 ad-landırılırdı.

Dünya səviyyəsində aparılan Yəhudiliklə mübarizə “anti-Seme-tizm” adlandırılır. Hitler də çoxlu sayda Yəhudiyə işkəncə verərək müxtəlif yollarla qətlə yetirmişdir. Bəzi Yəhudilər xüsusi sobalarda yandırılmışlar və insanların belə formada edam edilmələri “Holo-kost” adlandırılmışdır


Dünya səviyyəsində mövcud olan Yəhudi şəbəkəsi kütləvi infor-masiya vasitələrini ələ alaraq beyinlərə və düşüncə tərzlərinə də təsir göstərə bilmiş, bu yolla özünə tərəfdaşlar əldə edə bilmişlər. Elə buna görə də, Ağ evə və Amerika Birləşmiş Ştatlarının digər icraedici or-



  1. Yəhudilər üçün donuz əti və ətlə qatıq yemək haram buyurulub. Bu iş onlara böyük əzab-əziyyət törədir.




  1. Anus ibrani dilində Məcbur deməkdir.

129


qanlarına daxil olmaq istəyən şəxslər ilk olaraq sionistlərin itaət kən-dirini öz boyunlarına salmalıdır. Yalnız bundan sonra o vəzifəyə qal-xa bilirlər. Elə buna görə də, Amerika Prezidenti və digər rəsmiləri İsrailin təcavüzkar hərəkətlərini müdafiə edirlər. Fələstinin istila edil-məsi yəhudilərlə müsəlmanlar arasında münasibətləri pisləşdirir.
Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin