2. Caynizm
Brahmanizmin qollarından biri də Caynizmdir. Cayna söznün mənası “Qalib” deməkdir və bu firqə eradan qabaq 6-cı əsrdə mey-dana çıxmışdır.
2-1. Mahaviranın sərgüzəştləri
Caynistlərin nəzərincə bu firqənin banisi Mahavira (yəni, böyük qəhrəman) olmuşdur. O, özündən min illər öncə ərzində mövcud olan iyirmi üç liderlərdən sonra gələn iyirmi dördüncü liderdi. Mahavira eradan altı əsr öncə Hindistanın zadəgan ailələrindən birində dünyaya göz açmışdır. O, otuz yaşında dünyadan uzaqlaşdı və uzun illər boyu əzab-əziyyət çəkdikdən sonra həqiqətə çatdı. O, özü yaratdığı məzhə-bi genişləndirdikdən sonra eradan öncə 526-cı ildə cismi boşaldaraq Nirvanaya qovuşdu.
2-2. Fəlsəfə və əxlaq
Bu firqə davamçılarının ən təəccübləndirici adətlərindən biri on-ların paltar geyinməni haram bilmələridir. Belə ki, onların nəzərincə Mahavira özünə əzab-əziyyət verməklə dünyəvi bağlılıqlardan qur-tarmaq istəyəndə fikrinin abır-həya məsələsinə bağlı qalmasını görən-də bütün paltarlarını əynindən atdı və ömrünün sonunadək lüt yaşadı.
Presse Medicale, 14 oktyabr 1936
Eradan qabaq 79-cu ildə bu məzhəb davamçıları arasında paltar-sızlığın həddi barəsində ixtilaf və parçalanma meydana çıxdı. Belə-liklə, bu tarixdən sonra həmən məzhəb davamçıları iki yerə bölündü-lər: Digambara, yəni “səmalibaslılar” heç bir paltar və libası qəbul etmədilər, amma Svetambara, yəni “ağlibaslılar” azacıq parçadan isti-fadə etməyə icazə verdilər. Hindistan inqilabının rəhbəri Qandi bu məzhəbin təsiri altına düşərək cavanlıqda tikdirdiyi bütün paltarlarını kənara qoydu və az miqdarda ağ rəngli parçadan istifadə etməyə başladı.
Bəzən xarlıq və səfillik fəzilətlərdən hesab edilir. Səmalibaslıla-rın nəzərincə qadınlar kamilliyə çata bilməzlər və onlar yenidən bu dünyaya kişi cildində gəlmələrini gözləməlidirlər. Caynizm davaçıla-rından varlıq həqiqətini tanımaq barəsində qalan hekayə filin qaranlıq yerə salınması və insanların tam qaranlıqda əllərini filə toxundurmaq-la onu tanımaq istəməsi və sonda hamısı səhv mühakimə yürütməsi hekayəsidir.1
2-3. Ahimsa
Caynizm Brahmanizmin təlimlərini qəbul etməkdən əlavə mey-dana yeni məsələlər çıxartdı və kəskin əxlaqi qaydalara riayət olun-masına təkid göstərməyə başladı. Caynistlərin əqidəsinə görə iki yol-la nicat tapmaq mümkündür; Birincisi əzab-əziyyət çəkməklə və ikin-cisi Ahimsa, yəni canlılara əzab verməməklə. Bu firqənin inanclarına əsasən əkinçilik və kənd təsərrüfatı ilə məşğul olmaq haramdır, çünki əkinçilikdə torpağın qazılması hansısa həşəratın və yaxud qurdun ölümünə səbəb ola bilər. Torpağın altında yetişən tərəvəzlərdən, o cümlədən çuğundur, kök, turp və kartofdan istifadə etmək də haram-dır. Çünki, yuxarıda qeyd etdiyimiz kimi bu tərəvəzlərində çölə çıxa-rılması üçün yeri qazmaq lazımdır. Bu məzhəb davamçıları ev və vəhşi heyvanların müalicəsi üçün böyük xəstəxanalar inşa etmişlər və
Bu hekayə Mövlana Cəlaləddin Ruminin Məsnəvisinin üçüncü dəftərində səhifə 1259-1268-də qeyd olunmuşdur.
çox vaxt da ağızlarına parça bağlayırlar. Parçanın bağlamasının da səbəb hər hansı bir xırda canlının onların ağzına getməsi və orada məhv olmasının qarşısı alınsın. Onlar hər hansı bir qurdun və yaxud canlının ağızlarına daxil olub orada məhv olmasının qarşısını almaq üçün suyu çox təmizləyirlər. Eləcə də, tovuz quşunun lələklərindən hazırlanmış süpürgələrdən istifadə edərək qarşılarına çıxan xırda hə-şəratları yollarından uzaqlaşdırırlar. Yemək və içməkdən imtina et-məklə intihar etmək ən fəzilətli işlərdən hesab edilir və Mahaviranın özü də dünyasını belə intihar yolu ilə dəyişmişdi.
2-4. Dini kitablar
Caynizm davamçılarının da yazılı dini irsi və mədəniyyəti möv-cuddur. Onların dini kitablarının sayı təxminən otuz doqquza çatır. Səmalibaslıların müqəddəs saydığı kitabın adı Prakarana və Ağlibas-lıların müqəddəs saydığı kitablar isə Aqama və Sidanta idi.
2-5. Davamçılar
Hal-hazırda Hindistanda Caynizmin təxminən iki milyon da-vamçısı mövcuddur və artıq onlar paltar geyirlər və dilənçilik əvəzinə ticarətlə məşğuldurlar. Yəni onların maddi durumu çox yaxşıdır. On-lar öz məzhəblərində və inanclarında yeniləşmə aparmışlar və onların olduqca az hissəsi və ən müqəddəs bildikləri insanlar qeyd etdiyimiz qeyri-adi metodlardan istifadə etməklə həyatlarını sürürlər.
3. Buddizm
Buddizm Brahmanizmin qollarından biridir. Bu din Hindistan sərhədlərini aşaraq bütün şərq regionunu öz çənginə almışdır. Buddiz-min zərif irfani düşüncələrə malik olması və dünuyanın ən çox əhalisi olan regionunda yayılması səbəbindən bu dinin davamçıları çoxdur.
Qeyd etmək lazımdır ki, son zamanlar Avropa və Amerikaya da təsir göstərməyə və adları çəkilən ərazilərdə yayılmağa başlamışdır.
3-1. Buddanın həyatı
Tərcümədə “Oyaq” mənası kəsb edən Budda sözü əslində isla-hatçı Buddizm məktəbinin banisi Qautama Şakyamuninin ləqəbidir. Buddistlərin nəzərincə Hindistanın şimalında yerləşən Kapilavastu1 şəhərinin padşahının oğlu olan Qautama eradan qabaq 563-cü ildə dünyaya gəlmişdir və ilk öncə Siddarta, yəni xoşbəxt adını daşıyırdı. Astroloqlar bu şahzadənin gələcəkdə islahatçı və böyük fateh olaca-ğını bildirmişdilər. Eləcə də, bəzi xəstəliklərin nümunələrini, qocalı-ğı, ölümü və böyük əzab-əziyyət çəkdidən sonra dünyadan üz döndə-rəcək və nəfsinin əzab-əziyyət yolu ilə tərbiyələndirilməsi yolunu se-çəcəyini söyləmişdilər. Elə bu səbəbdən də, atası onu yorucu həyat-dan uzaqlaşdıraraq naz içərisində yaşaması üçün şərait yaratdı və onun davranışlarını nəzarət altında saxlanılmasına təkid etdi. Şahzadə əmisi qızı Yaşudhara ilə ailə qurdu və onların Rahula adlı oğlu dün-yaya gəldi. 29 yaşında onun barəsində verilən proqnozların həqiqətən də baş verdiyini görən Qutama gecə vaxtı saraydan və naz-nemətlə-rindən qaçdı. O, Alara adlı bir şəxslə tanış olduqdan sonra onun tə-limlərdən istifadə etdi və rahiblik həyatını seçdi. Nəfsinin paklaşması üçün altı il meşələrdə yaşayaraq özünə müxtəlif əzablar çəkdirdi və sonda həqiqətə nəfsani əzablarla çata bilmədiyini gördükdə bu meto-du tərk etdi, düşünmək və mənəviyyatını paklaşdırmaq mərhələsinə başladı. Onun böyük cihadı altı il çəkdi. O, sonralar “Oyanış ağacı” adlanan ağacın altında yeddi həftə oturdu, dağıdıcı şeytan Mara ilə mübarizə apardı və həqiqətə çataraq hamının yaxşı tanıdığı Budda oldu. Buddistlərin əqidəsinə görə ötən zamanlarda da bir neçə Budda mövcud olmuşdur. Buddaların hər birisi zühur etməmişdən öncə
Bu şəhər hal-hazırda Nepal ölkəsinin tərkibindədir və Buddanın dünyaya gəldiyi yer həmin şəhərin 15 kilometrliyində yerləşmişdir.
Bodisatva adı ilə məşhurlaşmışdılar. Yəni, əxlaq, irfan və mərifətə çatmış şəxs və yaxud güclü Budda.
Budda qırx il ərzində Hindistanın müxtəlif yerlərinə səfərlər edərək öz dinini bu ölkənin hər yerində təbliğ etmişdir. Onun in-sanlarla keçirdiyi görüşlərdən sonra bir çox şagirdi meydana çıxdı və bu şagirdlərin ən tanınmışı əmisi oğlu Ananda idi. Budda sonda sək-sən yaşında təxminən eradan əvvəl 483-cü ildə bu dünyanı tərk edə-rək Nirvanaya qovuşdu.
Buddanın qeyri-adi həyat hekayəsi ən qədim zamanlardan belə hamının diqqətini özünə cəlb etmişdir və elə bu səbəbdən də, bu dini hekayə dünyanın müxtəlif dillərinə tərcümə olunaraq çap edilmişdir.
3-2. Quruluşun təsis edilməsi
Buddanın islahatçı düşüncələri Brahmanların təəssübkeşliyi ilə zidd idi və ictimai təbəqələr, yəni kastalar arasındakı fərqin səhv an-layiş olduğunu bildirirdi. Onun əxlaqi təlimləri Tri-pitaka, yəni “Üç səbət” toplusunda bir yerə toplanılmışdır. Brahmanizm dini üzərində qurulmuş bu təlimlər dünyadan uzaqlaşmağı, nəfsin paklaşdırılma-sına, bu dünyanın əzab-əziyyətlə dolu girdabından qurtarmaq üçün düşünməyi və səy göstərməyi tövsiyyə edir, Nirvanaya qovuşmağa ciddi təkid göstərir. Sonrakı əsrlərdə Buddizm Hindistanın böyük his-səsini əhatə edir və qonşu ölkələrdə də kəskin şəkildə genişlənməyə başlayır. 8-9-cu əsrlərdə Brahmanizmin iki böyük alimi qədim dinin üzərində bəzi yeniliklər yaratmaqla Hinduizmi meydana gətirdilər. Bununla da Buddizm Hindistanda öz yerini yavaş-yavaş itirdi və Hinduizm onun yerini tutdu. Amma onun müxtəlif formaları uzaq şərqdə və digər regionlarda genişlənməyə başladı.
3-3. Buddanın fəlsəfəsi
Həqiqəti əldə edərək ona qovuşan Budda ilk olaraq Benares şə-hərinə getdi. Onun məqsədi ondan üz döndərmiş beş rahibi tapmaq idi. Budda belə fikirləşdi ki, bu beş nəfər də onun kimi həqiqət axtarı-
şındadırlar və onları təlimləndirmək başqalarına təlim verməkdən daha asan ola bilər.
Benares şəhərinə daxil olan kimi həmin beş nəfəri gördü. Onlar şəhərin yaxınlığındakı meşədə oturaraq söhbət etdi. Onlar Buddanı görən kimi bir-birilərinə belə dedilər: “Bu gələn Siddartadır. O, ra-hiblikdən əl çəkib və buna görə də yaxşı olar ki onunla heç biri işimiz olmasın.”
Amma Budda onlara yaxınlaşan kimi ona salam verdilər və on-dan yanlarında oturmağı xahiş etdilər. Bu zaman ondan soruşdular: “Sonda axtardığın həqiqəti tapa bildin?” Budda cavab verdi: “Bəli onu tapdım.”
Rahiblər dedilər: “Varlığın həqiqəti, hikməti və sirri nədir?” Budda soruşdu: “Siz Karmaya, yəni davranış qanunlarına inanırsı-nız?” Rahiblər cavab verdilər: “Bəli inanırıq.” Budda dedi: “Elə isə bilin ki, hikmətin və agahlığın başlanğıcı həqiqətdir. Yaxşıdan yaxşı əmələ gəlir və pisdən pis. Bu həyatın ilk qanunudur və bütün başqa şeylər bu qanun üzərində qurulmuşdur.”
Rahiblər dedilər: “Bu yeni məsələ deyil.” Budda dedi: “Əgər be-lədirsə onda qurban kəsməyin, duanın və insanın öz nəfsinə işkəncə verməsi ağıllı addım deyildir.”
Rahiblər soruşdular: “Necə?” Budda cavab verdi: “Çünki, su hə-mişə enişə doğru hərəkət edir, od həmişə yandırır və buz həmişə so-yuqdur. Əgər Hindistanın bütün Tanrılarına belə dua oxusaq su yo-xuşa tərəf hərəkət etməyəcək, od soyuq və buz isti olmayacaq. Çünki, bu həyatda elə qanunlar mövcuddur ki, bütün məsələlər bu qanun-ların üzərində qurulmuşdur. Elə buna görə də, bunu ləğv etmək olmur və dua edərək qurban kəsməyin də bu məsələyə heç bir xeyri yox-dur.”
Rahiblər bu sözlə razılaşdırlar və Budda sözlərinə davam edərək dedi: “Əgər bu söz həqiqətdirsə, onda insanlara dua etməyin və qur-banlar kəsməyin adət-ənənəsini öyrədən Vedalar kitabı da düzgün de-yildir və mən olanların dediklərinin tam əksinə olaraq demək istə-yirəm ki, Vedalar müqəddəs deyildir.”
Rahiblər onun belə cəsarətli sözlərindən təəccübləndilər və Bud-dadan soruşdular: “Sən demək istəyirsən ki, Brahman insanları yara-danda onları müxtəlif kastalara ayırmamışdır?” Budda cavab verdi: “Mən ümumiyyətlə Brahmanın nəsə yaratmasına inanmıram.”
Rahiblər soruşdular: “Yaxşı, de görək dünyanı kim yaratmış-dır?” Budda cavab verdi: “Mənim nəzərimcə dünya əbədi və əzəlidir. Onun nə başlanğıcı, nə də sonu var. Dünyada həqiqətən də ondan uzaqlaşmağın vacib olduğu iki məsələ var: Birincisi xudbinliyin və alçaqlığın yaratdığı ləzzətlərlə dolu həyat və ikincisi əzab-əziyyətli və nəfsinə işkəncələrlə olan həyat. Belə həyatın da heç bir faydası yoxdur və bu yolun heç birisi insanı xoşbəxtliyə aparmır.”
3-4. Əxlaq
Sonda Rahiblər Buddadan soruşdular: “Yaxşı, onda de görək düz yol hansıdır?” Budda cavab verdi: “Ləzzətlə əzab-əziyyət arasın-dakı orta yol. Bunu səkkiz yolla əldə etmək mümkündür. Bu səkkiz yol həyatın səkkiz böyük qanununu öyrədir:
Düzgün baxış; Yəni, düzgünlüyün və həqiqətin insanın əsil bələdçisi olmasına inanmaq.
Düzgün düşüncə; İnsan həmişə sakit və xoş xasiyyətli ol-malıdır, heç bir canlıya zərər yetirməməlidir.
Düzgün söz; İnsan heç vaxt yalan danışmamalıdır və ağzını çirkin və pozğun sözlərlə açmamalıdır.
Düzgün rəftar; İnsan heç vaxt oğurluq etməməlidir, əlini ki-minsə qanına bulamamalıdır və sonradan peşimançılığa səbəb olacaq işlər görməməlidir.
Düzgün yaşayış; İnsan heç bir pis əməl arxasınca getməmə-lidir, sələm pul verməməlidir və onun gəlirindən istifadə etməməlidir, riyakar və ikiüzlü olmamalıdır, oğurluq maldan istifadə etməməlidir.
Düzgün çalışmaq; İnsan həmişə yaxşılıq üçün çalışmalıdır və bütün çirkinliklərdən uzaqlaşmalıdır.
Düzgün diqqət; İnsan həmişə sakit olmalıdır, şadlığın və qüs-sənin onun düşüncələrini dağıtmağa imkan verməməlidir.
Düzgün fikirləşmək; Yuxarıdakı yeddi qanunun əsasını və özülünü təşkil edir.
Sonra Budda düzgünlük barədə qanunları belə açıqlamağa başla-
yır:
Canlılara əzab-əziyyət verməkdən uzaqlaşmaq
Oğurluqdan uzaqlaşmaq
Həyasızlıqdan uzaqlaşmaq
Yalandan uzaqlaşmaq
Sərxoşluqdan uzaqlaşmaq
Pis söz danışmaqdan uzaqlaşmaq
Xudbinlikdən uzaqlaşmaq
Nadanlıqdan uzaqlaşmaq
Düşməçilikdən uzaqlaşmaq
3-5. Buddizmin firqələri
Buddizmdə üç firqə mövcuddur:
Mahayana; Yəni, “Böyük çarx”. Bu şimal firqəsi Çində da-ha geniş yayılmışdır. Buddizimdən olan bu firqə Çində Konfusizm, Lautsa və Yaponiyada Sintoizm etiqadları və adət-ənənələrilə qarış-mışdır. Onun irfani təriqətlərindən biri Sanskrit dilində Dehyana,yəni düşünmək, Çin dilində Çanq və Yapon dilində Zen adlandırılır və dünyada bu adlarla böyük şöhrət qazanmışlar.
Hinayana; Yəni, “Kiçik çarx”. Bu cənub firqəsi Şrilankada və cənub-şərqi Asiya ölkələrində yayılmışdır. Bu firqə davamçıları öz məzhəblərini Teravada, böyüklərin və əcdadların dini adlandırırlar.
Vacrayana; Yəni “Almaz çarx”. Bu firqə Tibetdə mövcud-dur. Onlar Buddizmi sehrbazlıq, kahinlik və Totemizimlə qarışdıra-raq özləri üçün güclü təşkilat yarada bilmişlər. Qeyd etdiyimiz firqə Lamaizm də adlandırılır və həmin firqənin qüdrətli rəhbərini Dalay-lama, yəni dənizə bənzər rəhbər adlandırırlar. Bu firqənin ən maraqlı cəhətlərindən biri də budur ki, onların dini liderləri dünyasını dəyi-şəndə rahiblər onun canişini olmağa layiq uşağın, yəni Dalaylama ölən anda dünyaya gələn uşağın axtarışına çıxırlar. Sonra onlar bu
uşağı xüsusi olaraq bəsləyirlər. Həmin uşaq elm öyrəndikdən və müxtəlif məqamları geridə qoyduqdan sonra qeyd etdiyimiz dini mə-qama yüksəlir. Bizim zamanımızda Çin Kommunizminin Tibetə təsi-rindən sonra Dalaylama Hindistana köçməli və öz dini liderliyinə or-da davam etməli oldu. Bəzi Qərb ölkələrinin Çin ölkəsilə əlaqələri pisləşən kimi onlar Lamaların sürgündə olan liderini rəsmi səfərə dəvət edirlər və bunun ardınca Çinin etiraz səsləri yüksəlir. Dalayla-ma bir neçə il bundan öncə dini adət-ənənəyə zidd olaraq bir oğlan uşağını öz yerinə təyin etdi və bu hərəkətdən sonra geniş etirazla üzləşdi.
3-6. Buddizmin kitabları
Buddistlərin ən qədim müqəddəs kitabı Tripitaka, yəni “üç sə-bət” adlanır. Bu kitab üç hissədən ibarətdir:
Rahibliyin qaydaları
Nicat tapmağın yolları
Fəlsəfi və psixoloji məfhum
Buddizmin müqəddəs kitabları Pali və Prakeriti dilindədir. Bud-dizmin müxtəlif firqələrinin özünəməxsus kitabları da mövcuddur.
4. Sikhizm
Brahmanizm (Hinduizm) dinində daha yeni şöbələr və firqələr mövcuddur və həmin firqələrdən biri və ən tanınmışı “Sikh” (Sikh), yəni “Şagird”-dir. Hindistanda İslam dini ilə Hinduizmin toqquşması nəticəsində əsrlər boyu bir çox qarışıq firqələr meydana çıxmışdır. Kəbir adlı məşhur müsəlman ariflərindən biri (1440-1518) İslami tövhid məsələsini bəzi Hinduizm əqidələri ilə qarışdırdı və ətrafına saysız-hesabsız müridlər topladı.
72
4-1. Nanak və başqa Qurular
Ən məşhur çagirdlərdən biri Nanak idi. O, Sikhizmin banisi və ilk Quru, yəni müəllim idi. O, 1469-cu ildə Lahurun kəndlərindən bi-rində Keşatryalar ailəsində dünyaya göz açmışdır. Nanak İslam dini-nin və Hinduizmin ən böyük ariflərinin təlimlərindən yararlanmış, müxtəlif müsəlman ölkələrində səfərdə olmuş, Məkkəni ziyarət etmiş və sonda İslam dini ilə Hinduizmin qarışığı olan Sikhizm firqəsini yaratmışdır. O, 1539-cu ildə dünyadan köçmüşdür.1
Quru Nanakdan sonra bir-birinin ardınca 9 Quru meydana çıxdı və həmin on Qurunun adı, doğum və vəfat tarixləri belədir:
Quru Nanak (1469-1539)
Quru Anqad (1504-1552)
Quru Amardas (1479-1574)
Quru Ramdas (1534-1581) Növbəti Qurunun atası
Quru Arcan (1563-1606) Öncəki Qurunun övladı
Quru Harqubind (1595-1644) Öncəki Qurunun övladı
Quru Harray (1630-1661) Öncəki Qurunun nəvəsi
Quru Harikrişan (1656-1668) Öncəki Qurunun övladı
Quru Tiğbahadur (1621-1675) Altıncı Qurunun övladı
Quru Qubid Sink (1666-1708) Öncəki Qurunun övladı Səkkizinci Quru 5 yaşında bu məqama çatmışdır və yeddi il rəh-
bərlik etdikdən sonra 12 yaşında vəfat etmişdir. Beşinci, doqquzuncu və onuncu Quruları qətlə yetirmişlər. Onuncu Quru yaralanadan son-ra və hələ can verməmişdən öncə ondan sonra Qurunun olmayacağını elan etmişdir və səmavi kitabın Quruların yerini tutacağını bildir-mişdir.
Hicri-Qəməri tarixi ilə təxminən 1000-ci ildə Hindistanın müsəlman padşahı Əkbər Şah bu firqənin təsiri altına düşərək zamanının məşhur alimlərindən birinin köməkliyi ilə Əkbəri firqəsinin əsasını qoymuşdur. Bu firqənin əsas qayəsi dinlər arasında sülhü təbliğ etməkdən ibarət idi.
4-2. Təlimləri
Nanak dünyanın yaradıcısı olan Allahı “Haqq” adlandırırdı. O, deyirdi ki, Allah hansı adı ilə adlandırılmasına baxmayaraq yalnız Qadir və Haqqdır. Nirvanaya qovuşmaq Haqqın zikrində boğulmaq deməkdir. O, Maya, yaxud Hinduizmdə qeyd olunmuş dünyanın xə-yali surətini, ruhların yeni bədənlər qayıtmasını və Karmaları müəy-yən qədər qəbul etmişdir. Nanak bütpərəsliyi və insanın özünə işkən-cə verməsini qadağan etmişdir. Sektalara bölünməni, çox arvadlılığı haram buyurmuş və davamçılarına ətdən istifadənin məkruh olduğu-nu bildirmişdir. Sikhizm davamçıları müsəlmanların heyvan kəsmə metodunu, yəni damarların bir-bir kəsilməsini haram bilirlər və hey-vanın bir zərbə ilə öldürülməsini bildirirlər. Onlar şərab və siqatet məmulatlarında da istifadə etmirlər.
Sikhlər çox yekdildirlər və müstəqil ölkə yaratmaq istəyilə Hin-distan dövlətilə mübarizə aparırlar. Onlar 1974-cü ildə Hindistanın Baş Naziri xanım Qandini qətlə yetirdilər.
4-3. Dini əsərlər və adət-ənənələr
Sikhlərin beşinci rəhbəri olan Quru Arcan Amritsar şəhərində salınmış süni gölün ortasında qızıl məbəd inşa etdirdi. O eləcə də, Qrant Sahib adlı kitab da yazdı və bu kitab Sikhlərin ən müqəddəs ki-tabı sayılır. Sikhlər beşinci dini rəhbərlərinin zamanında yavaş-yavaş döyüşçü qövmə və onuncu rəhbərləri Quru Qubind Sinkin zamanında dini-siyasi qrupa çevrildilər və siyasi məsələlər üçün yeni adət-ənə-nələr yaratdılar. Bundan sonra onlar özlərini Xalsa, yəni “qarışıqsız və təmiz” adlandırmağa başladılar. Onlar özləri üçün beş şüar da ya-ratdılar və bu şüarların hər birisi Pəncabi dilində “K” hərfi ilə baş-layır:
Keys; Üz və baş tüklərinin saxlanılması
Kanqa; Darağı üstündə daşımaq
Kaça; Qısa şalvarın geyinməsi
Kara; Biləkdə həmişə dəmir bilərziklərin olması
Kirpan; Hamıda polad qılınc və ya xəncərin olması
Sikhlər daha çox ticarətlə məşğuldurlar və onların bəziləri dün-yanın bütün ölkələrində səfərdə olmuşlar.
Mənbə
Elendberg. Herman, “Şərqin parıltısı”, tərcməçi: Bədrəddin Ketabi, Tehran 1994
Upanişad
Bahar. Mehrdad, “Asiya dinləri”, Tehran 1996
Behqavad Qita
Paşayi.A, “Budda”, Tehran 1968
Hikmət, Əli Əsğər, Dinlər tarixi, Tehran 1966
Zərrinkub, Əbdülhüseyn, “Vixdan barəsində”, Tehran 1978
Nas, Con. B, “Dinlərin ümumi tarixi”, Tərcüməçi: Əli Əsğər Hikmət, Tehran 1991
Şayeqan. Daryuş, “Hindistan dinləri və fəlsəfi məktəbləri”, Tehran 1967
Vedalar
Qrant Sahib
Hyum. Robert. A, “Yaşayan dünya dinləri”, tərcüməçi: Əbdürrəhim Qovahi, Tehran 1994
Conze, Edward, “Buddhism”, New York 1959
Dubois, Abbe, “Hindu Manners” Oxford 1906
5. Çin və Yaponiya
1. Konfusizm
Konfutsi Çinli Filosof və siyasətçi idi. O, Çin xalqı üçün yeni din yaratdı. Bu din çoxları tərəfindən qəbul olunmasına baxmayaraq bir müddətdən sonra hörmətdən düşdü və öz yerini Buddizmə verdi.
1-1. Konfutsinin həyatı
Eradan əvvəl təxminən 551-ci ildə Çinin Lu əyalətində Tsuvun hakimi olan Kunq ailəsində Çiu adlı oğlan dünyaya gəldi. O, hələ üç yaşında atasını itirdi və həmin hakim nə yoldaşı, nə də övladı üçün heç bir miras qoymadan bu dünyadan köçdü. Uşaq öz anasının yanın-da böyüməyə başladı. Müəllimlər uşaqda olan zəkaya heyran olmuş-dular və onu parlaq gələcəyin gözləyəcəyini proqnoz verirdilər. Hələ on doqquz yaşında olanda baş vəzir həmin bölgənin əkin sahələrinin idarəsini ona tapşırır. O, belə yüksək dövlət vəzifəsində işləməklə ya-naşı incəsənət sahəsindəki mütaliələrini və təhsilini davam etdirdi və bir çox alimlər elm almaq üçün onun yanına gəlirdilər. Xalq onu Konq Futze (Kung-Futze), yəni Filosof Konq çağırırdı və biz bu sözü Konfutsi kimi tələffüz edirik.
Konfutsinin macəralarla dolu həyatı olmuşdur və şagirdlərə dərs deməklə yanaşı dövlət işində də çalışırdı. Əlli yaşında vəzir vəzifəsi-
nə yüksəldi və qısa müddət ərzində vəzifəsi daha da yüksələrək baş vəzir seçildi. Onun ölkə idarəçiliyi sahəsindəki bacarığı bir çoxlarının paxıllıq hissini alovlandırdı. Elə bu səbəbdən də, bir müddətdən sonra öz vəzifəsindən uzaqlaşdı və şagirdlərin təlim-tərbiyəsi ilə məş-ğul olmağa başladı.
Eradan əvvəl 479-cu ildə həyatının sona çatdığını hiss etdi və tam müvəffəqiyyət qazanmadığı üçün qüssələndi. Amma onun şagirdləri və dostları Konfutsinin təlimlərini bütün insanlara çatdıra bildilər.
Dostları ilə paylaş: |