Hüseyn Tövfiqi Böyük dinlərlə tanışlıq



Yüklə 1,01 Mb.
səhifə7/28
tarix29.11.2019
ölçüsü1,01 Mb.
#29747
1   2   3   4   5   6   7   8   9   10   ...   28
N 16


2-5. Tanrılar
Zərdüştlük barəsində araşdırmalar apardıqca məlum olur ki, Zərdüşt İranlılar arasında dini islahatlar aparmaq və Ariyayilərin qə-dim dinlərində mövcud olan xürafati düşüncələri yeniliklər yaratmaq məqsədilə meydana çıxmışdır. Belə ki, o Ahuraməzdanı təbliğ etmiş və öz qövmünün Dəevə (yəni Div) adlanan Tanrılarını səhv bilmiş, onları yalanı sevənlərin Tanrısı adlandırmışdır.

Zərdüştlükdə Ahuraməzdanın altı köməkçisi var və bu köməkçi-lər İbrahim peyğəmbərdən mənşə alan dinlərdə mələklərlə eyni rola malikdirlər. Həmin köməkçilər Əmşaspəndlər, yəni “Ölməz müqəd-dəslər” adlandırılırlar. Onların Spəntaminu, yəni “Müqəddəs ağıl” adlı rəhbərləri vardır və adları belədir:




  1. Vohumən




  1. Əşəvəhişta




  1. Xşəsrə-vəyra




  1. Spənta Arməiti




  1. Hauvərtat




  1. Emertat

Onlardan sonra Yəzətlər dayanıblar və onlardan otuzu daha məşhurdur. Bunlar müqəddəs ağlın köməkçiləridirlər. Amma Əhri-mənin də öz köməkçiləri mövcuddur.




  1. Ümumiyyətlə qədim zamanlarda dünyada iki başlanğıcın mövcudluğuna inam həddən ziyadə idi və onun bir forması da Qnostiklik (Gnostic) sayılır.

90


Zərdüştlük dininin təlimlərinə əsasən hal-hazırki dünya 12000 il-lik dövrədən ibarətdir. Yaxşılıqlar tanrısı 3000 il ərzində dünyaya hökmranlıq edib və bu müddət ərzində pisliklər tanrısı zülmət qaran-lıqda qalıb. Bu müddətdən sonra pislik tanrısı qaranlıqlardan çıxaraq yaxşılıqlar tanrısı ilə üzləşir. Yaxşılıqlar tanrısı pisliklərtTanrısına onunla üzləşmək üçün doqquz min il müddət verir. O, sonda özünün qələbə qazanacağına əmin idi. Bu zaman ərzində onlar yaxşılıqlar və pisliklər törətməklə işlərinə başladılar. Üç min ildən sonra Zərdüşt dünyaya göz açdı və bundan sonra hadisələr yaxşılıqlar Tanrısının xeyrinə inkişaf etməyə başladı.
2-6. Dünyanın sonu
Zərdüştlük minilliyində Zərdüştün nəslindən olan üç xilaskarın meydana çıxması məsələsi meydana çıxarılır. Bu xilaskarlar bir-biri-nin ardınca gələrək dünyada haqq-ədaləti bərqərar edəcəklər:

  1. Huşidər: Zərdüştdən 1000 il sonra




  1. Huşidərmah: Zərdüştdən 2000 il sonra




  1. Suşyans ya Suşyant: Zərdüştdən 3000 il sonra. Suşiyantın zühurundan sonra dünyanın sonu gələcək.


2-7. Ruhun qalması
Zərdüştlər ruhun əbədiliyinə inanırlar. Onların nəzərincə ruh bədəni tərk etdikdən sonra qiyamət gününə qədər Bərzəx aləmində qalır. Onlar həmçinin Sirat körpüsünə, əməl tərəzisinə (Mizana), cənnət və cəhənnəmə də inanırlar. Zərdüştlük dini nöqteyi-nəzərin-dən olan cənnət İslam dinindəki cənnətlə çox yaxındır. Amma odun müqəddəs olması səbəbindən Zərdüştlərin cəhənnəmi olduqca soyuq və çirkli bir məkandır. Bu məkanda müxtəlif bədheybət heyvanlar cəhənnəm əhlinə əzab verirlər.
2-8. Hazırki vəziyyət
Müsəlmanlar ikinci xəlifənin zamanında İranı fəth etdilər. İranın fəthindən sonra İranlılar Zərdüştlük dinindən uzaqlaşaraq İslam dini-

91


ni qəbul etdilər və bu dinin çiçəklənməsində böyük xidmətlər göstər-dilər. Bu barədə ətraflı məlumat əldə etmək üçün şəhid Mütəhhərinin “İran və İslamın qarşılıqlı xidmətləri” kitabına müraciət edə bilər-siniz. Bəhram ibn Keyqubad adlı Zərdüşt aliminin 1600-cü ildə qə-ləmə aldığı “Səncan” hekayəsinə əsasən İranda yaşayan Zərdüştlər İranın İslam dini tərəfindən 100 il müsəlmanlar tərəfindən böyük əzab-əziyyətlərə məruz qaldılar. Sonra münəccimlərin tövsiyyəsilə dəniz yolu ilə Hindistanın Bombey şəhərinə köçməyə başladılar. Bu hekayə tarixçilər tərəfindən qəbul edilmir və onların nəzərincə Zər-düştlərin İrandan Hindistana mühacirəti islam dinindən öncə başla-mışdır və İslam dininin gəlməsindən bir neçə əsr sonraya qədər davam etmişdir. Hal-hazırda onlardan 150000 nəfəri hələ də Parsi adlandırılırlar. Onların təxminən 150000 nəfər Yəzd, Kerman və Tehranda yerləşmişlər.
Zərdüştlər savadlı və mədəniyyətli qövmdür və həmişə də ətraf-da olan insanlarla əlqələri çox gözəldir.
3. Mitraizm

Əhəmənilər sülaləsinin sona çatdığı zaman Zərdüştlük dininin yaranması ilə eyni dövrdə İranda Mitraizm dini meydana çıxaraq yayılmağa və bu yerlərdən kiçik Asiyaya tərəf genişlənməyə başladı. Mitraistlərin nəzərincə Mehr Tanrısı bir dəfə insan cildində mağara-ların birində zühur etdi və həmin ərazidə qoyun-quzu otaran çobanlar ona iman gətirdilər. O zaman Mehr Tanrısı öküz öldürdü və qanını torpağın üzərinə tökdü. Həmin öküzün qanı düşən hər yer yaşıllaşdı və məhsuldar oldu. O, bir neçə ildən sonra göylərə qalxdı və onun ruhu bəndələrinə yardım etmək üçün daim yerə qaldı.

Mitraizm dininə iman gətirən hər bir şəxs yeddi mərhələdən keçməli idi və hər mərhələdə ona yeni bir ad verilirdi: “Qarğa”, “Gə-lin”, “Əsgər”, “Şir”, “Parsi”, “Günəşin elçisi” və “Ata”. Sonra xristi-

92


yanların çörək və şərab adətinə bənzər çörək və bal mərasimi başla-yırdı. Sonda həmin şəxsə öküzün qanını ilə qüsl verilirdi. Onlar öz məbədlərini mağaralarda düzəldirdilər və həmin mağarada Mehr Tan-rısına ibadət edirdilər. Həmin məbədlərin bəzilərinə Avropanın bəzi bölgələrində rast gəlmək olar. Qeyd etmək lazımdır ki, Xristyanlıq öz dini adət-ənənələrinin əksəriyyətini Mitraismdən götürmüşlər.
4. Manilik

Manilik xristiyanlıqla islam dininin zühur etdiyi dövrlər arasın-dakı zaman kəsiyində meydana çıxmışdır və qısa müddət ərzində güclü şəkildə yayılmış, sıralarına imanlı davamçılar əlavə edə bil-mişdir. Bu din Buddizmlə Sabiliyin təlimlərini və düşüncə tərzini nəzərə almaqla Zərdüştlük ilə Xristiyanlığın qarışığından əmələ gələn dindir. Bu dinin irfani və insani prinsipləri onun güclü şəkildə yayıl-ması üçün münbit şərait yaratdı, şərqdə Çinə və qərbdə mərkəzi Av-ropaya qədər genişlənmişdi. İran və Roma dövlətlərinin şahları Mani-lərlə düşmənçiliyə başladılar və onları dəstə-dəstə qətliam etdilər. Sonda Avropanın dini təftiş məhkəməsi (İnkivizasiya) 13-cü əsrdə Manilərin sonuncu dəstəsini də yer üzərindən sildi.


4-1. Maninin həyatı
Mani 216-cı ildə Babilistanda iranlı ailəsində dünyaya gəldi. Atasının adı Patek idi və o Həmədandan Babilistana köçmüşdür. O Sabi dininin davamçılarından idi.
Mani 228-ci ildə peyğəmbərlik iddiasını irəli sürdü və öz dinini təbliğ etmək məqsədilə müxtəlif ölkələrə səfər etdi. O, 243-cü ildə Birinci Şapurun tacqoyma mərasimində onun yanına gəldi və onu öz dininə dəvət etdi. Birinci Şapur onun bu dəvətini qəbul etdi. Mani Sa-sani Pəhləvi dilində bir kitab qələmə aldı və adınl Şapurqan qoydu. O, öz dinini təbliğ etmək məqsədilə orta Asiyaya da səfər etdi və iyirmi ildən sonra Birinci Bəhram şahın zamanında İrana qayıtdı. Bu şah Mani ilə düşmənçilik apardı və 274-cü ildə onu qətlə yetirdi.

93


Maninin davamçıları onun qətlə yetirilməsindən sonra Manəvi-lik dinini yaymağa başladılar və Avropanın bəzi bölgələrinə, Çinə qədər genişləndirə bildilər. Manəvilərin əksəriyyəti orta Asiyada məskunlaşmışdılar. Bu din Zərdüştlük və Xristiyanlıq dinlərinin təz-yiqi nəticəsində zəiflədi və daha sonra İslam dininin genişlənməsin-dən sonra demək olar ki məhv oldu. Manilərin qalıqları bir neçə əsr Bosniya-Hersoqovinada qaldılar və sonda təmamilə tarix səhifələrin-dən silindilər. İslam dininin yayıldığı ilk illərdə İranın milli hərəkat-larının bəziləri manəvilikdən ilham almışdır. Bunu da qeyd etmək la-zımdır ki, İslam dininin ilk illərində zındıqların bəziləri Manilik di-ninin davamçıları idilər.
4-2. Maniliyin mənbələri
Manəviliyin əksər mənbələri İslam dininin meydana çıxmasın-dan sonra da mövcud idi və həmin kitablardan olan bəzi mətləblər qə-dim tarix kitablarında əks olunmuşdur. Bu kitablar yavaş-yavaş ara-dan getdi. Amma bir müddət bundan öncə Çinin Türküstan əyalətin-dəki Turfan şəhərində Maniliyə aid bir çox yazılı əsərlər torpağın altından aşkar edilmişdir və manəviyyət barədəki məlumatların artı-rılması üçün gözəl fürsət yaranmışdır.
Maninin meydana çıxartdığı yeniliklərdən biri bu idi ki, o insan-ların arasında savadsızlığın mövcud olmasını nəzərə alaraq rəssam-lıqdan istifadə edirdi və dini mətləbləri yazmaqdan əlavə onları rəsm edirdi. Onun bu işinin nəticəsi olaraq “Ərjəng” adlı kitab meydana çıxdı və həmin kitabın qalıqları son zamanlar aşkar edilmişdir. Onun bəzi rəsm əsərlərində davamçıları da qələmə alınmışdır. Aşağıda qeyd edəcəyimiz altı kitab dəqiqliklə Maniyə məxsusdur:


  1. Şapurqan: Bu kitab Pəhləvi dilində qələmə alınmışdır və həmin kitabın qalıqları Turfan şəhərində aşkar edilmişdir.

  2. Əngeliyun (İncil): Bu kitab rəsm əsərlərindən ibarətdir və böyük ehtimala əsasən “Ərjəng” elə bu əsərdir.

  3. Həyatın xəzinəsi: Dini hökümlərdən təşkil edilmişdir.




  1. Pəraqəmatya

94


  1. Sirlər kitabı




  1. Divlər (Şeytanlar) kitabı


4-3. Təlimləri və əsas prinsipləri
Mani deyirdi: “İlahi hikməti və həqiqəti peyğəmbərlər müxtəlif zamanlarda və müxtəlif məkanlarda yaymışdırlar. Bir zaman Hindis-tanda Budda, İranda Zərdüşt, Fələstində İsa və indi də mən Mani Al-lahın peyğəmbəriyəm. Mənim vəzifəm Babilistanda həqiqətləri yay-maqdan ibarətdir.” Maninin dini təlimlərinin əksər hissəsi Xristi-yanlıq və Zərdüştlük təlimləri üzərində yaranmışdı. Bu dinin təlimlə-rində Nurla zülmət arasındakı müharibə böyük əhəmiyyət kəsb edir. Manilər cəmiyyəti beş dini təbəqə bölürdülər:


  1. Feristeqan yaxud ferişteqan: On iki nəfərdirlər və onlar Maninin canişinləri hesab edilridilər.

  2. İspasaqan yaxud Yepiskoplar: Yetmiş iki nəfər idilər




  1. Mehişteqan yaxud Keşişlər: Üç yüz altmış nəfər idilər




  1. Vizideqan yaxud Qozideqan (Seçilmişlər): Bu təbəqəyə aid insanların sayı çox idi və onlar Manəviliyi yaymaqla məşğul olurdula.




  1. Nəğuşakan yaxud Niyuşəndeqan: Bu təbəqəyə Manəviliyin

davamçılarının əksəriyyəti daxil idi və onların sayı bütün başqa təbəqələrdən daha çox idi.

Manəvilər Zərdüştliyin dini təlimləri altına düşərək üç əsas əxlaqı prinsipə riayət edirdilər və bu prinsipləri “Üç möhür” adlandırırdılar:


  1. Ağız möhürü (Pis sözlərdən və danışıqlardan uzaqlaş-maq)




  1. Əl möhürü (Pis əməllərdən uzaqlaşmaq)




  1. Ürək möhürü (Pis və səhv təsəvvürlərdən uzaqlaşmaq) Maninin davamçıları vegeterian idilər və birinci təbəqədən so-

nuncu təbəqəyə qədər heç kimin evlənməyə, var-dövlət toplamağa ixtiyarı tox idi. Manilər namaz qılırdılar və oruc tuturdular, öz mə-bədlərini xanegah adlandırırdılar. Onların bu xahegahları İslam dinin-dəki Sufilərin ibadət üçün toplaşdığı məkanla eynidir.


95


5. Məzdək dini

İctimai böhranların yeni dini inanc və etiqadların yaranmasında böyük rolu vardır. Böhranlı zaman və məkanda meydana çıxan dinlər kütləvi şəkildə yayılmağa başlayır. Tam ictimai din olan Məzdəkilik dini bizim irəli sürdüyümüz bu iddia üçün gözəl misaldır. Əbülqasim Firdovsi “Şahnamə” əsərində Qubad şah barədə söz açanda Məzdə-kin meydana çıxması barədə ətraflı məlumat verir. O deyir ki, Məz-dək filosof idi və qıtlıq illərində insanları taxıl anbarına hücuma sövq etdi. Bu hadisədən sonra onun şöhrəti genişlənməyə başladı.


5-1. Məzdəkin həyatı
Bamdadın oğlu Məzdək Qubad şahın zamanında (488-531-ci illərdə) Dəclə çayının kənarında yerləşən, qədim zamanlarda Mazar-ya və hal-hazırda Kut Əl-İmarə adlanan şəhərdə alim ailəsində dünyaya göz açmışdır. Tarixçilər, hətta onun düşüncələri ilə müxalif olan şəxslər onun ağıllı, məntiqli və yaxşı xüsusiyyətlərə malik ol-masını bildirmişlər. Onun təqvalı və həmişə sadə paltar geyinən insan olması da qeyd olunmuşdur.
Məzdək heç vaxt peyğəmbər olduğunu bildirməmişdir və özünü həmişə Bundus adlı bir şəxsin davamçısı kimi tanıdırdı. Bundus 300-cü ildə Manilikdə bəzi islahatlar aparmışdır. Onun İranda və Romada çoxlu sayda davamçıları var idi.
5-2. Məzdəkin qiyamı
Firdovsinin Şahnamə əsərində Məzdəkin alim və natiq insan olduğunu oxuyuruq. O, bir gün ölkənin ac və səfil əhalisindən bir dəstəsinin şahın sarayının ətrafında toplaşmasını və şahdan çörək is-təmələrini gördü. Sarayda dövlət məmurlarından biri olan Məzdək şahdan soruşdu: “Əgər bir insanı ilan vurarsa və o ölüm ayağında olarsa, eyni zamanda onun qonşusunda bunun dərmanı, yaxud dirilik suyu olarsa və həmin ölüm yatağında olan xəstədən gizlədərsə həmin

96


insanla necə davranmaq lazımdır?” Qubad şah cavab verdi: “Onun cəzası ölümdür!” Məzdək yenidən soruşdu: “Əgər insanların çörəyə ehtiyacı olarsa və çörəyi olan insanı öz çörəyini onlardan gizlədərsə onun cəzası necədir?” Şah Qubad cavab verdi: “Onun da hökmü və cəzası ölümdür!”
Məzdək üzünü insanlara çevirərək dedi: “Anbarlara hücum edin, ərzaqları götürün və canınızı aclığın əlindən qurtarın.” Onlar belə et-dikdən sonra Şah Qubad Məzdəki danlamağa başladı. Məzdək dedi: “İnsanlar ac idilər, anbarlar isə dolu idi. Mən bu addımı sizin nəzəri-nizə uyğun olaraq atdım.”
Bu hadisədən sonra Məzdəkin insanlar arasındakı şöhrəti artdı və Şah Qubad da onun bu dini məktəbini qəbul edərək onun yayıl-ması üçün lazımi şərait yaratdı. Zərdüşt dininin din alimləri və zadə-ganları Məzdəkə qarşı qiyam etdilər və onun dini məktəbini müdafiə edən Şah Qubadı hakimiyyətdən uzaqlaşdırdılar. Qubad yenidən taxt-tacını əldə edə bildi, amma artıq Məzdəki müdafiə etmədi. Onun oğlu və canişini olan Ənuşirəvan Zərdüşt alimləri və zadəganları tərəfin-dən müdafiə olduğu üçün 528-ci ildə Məzdəki və onun davamçılarını qətlə yetirdi. Onlardan sağ qalanlar gizləndilər və İslam dininin ya-ranmasından bir neçə on il sonra belə bəzən öz varlıqlarını göstə-rməyə çalışdılar. Islamın ilk illərində mövcud olan zındıqların bir dəstəsi Məzdəkin davamçılarından idi.
5-3. Baxışları
Məzdəkin düşüncələri “Məzdəknamə” adlı kitabda bir yerə top-lanılmışdır. Həmin kitab İslam dininin yaranmasından sonra İbn Mü-qəffə tərəfindən Ərəb dilinə tərcümə olunmuşdur. Hal-hazırda həmən kitab mövcud deyildir. Məzdək müxtəlif cəhətlərdən Konfutsiyə və Plutona oxşayır, çünki onun yaratdığı bu din də təmamilə ictimai-si-yasidir. Məzdək insanların mallarının hamı arasında bərabər bölün-məsinin tərəfdarı idi. O zadəganlarla qeyri-zadəganlar arasında evli-lik məsələsini də rəsmiləşdirdi. Onun düşüncələri və əqidəsi barədə

97


irəli sürülən “Cinsi şəriklik” məsələsinin mövcudluğu barəsində qeyd olunan iddialar yalandır.
Mənbə


  1. Avesta




  1. Alberi, C.R.C. “Manəvilik Zəburu” tərcüməçi: Əbülqasim İsmailpur, Tehran 1996

  2. Amuzqar. Jale və Təfəzzoli. Əhməd, “Zərdüştün həyat əfsanəsi”, Tehran 1996

  3. Eliada, Mirça, “Genusi və Manəvi dinləri, tərcüməçi: Əbülqasim İsmailpur, Tehran 1994

  4. Uşidəri, Cahangiq, “Məzdəyəsna ensklopediyası”, Tehran 1992




  1. Buis, Meri, “Zərdüştlük dininin tarixi”, tərcümə: Humayun Sənətizadə, Tehran 1995

  2. Təqizadə, Seyyid Həsən. “Mani və onun dini”, Tehran 1968




  1. Hikmət, Əli Əsğər, “Dinlər tarixi”, Tehran 1966




  1. Xosrəvi, Xosrov, “Məzdək”, tehran 1970




  1. Rəisniya, Rəhim, “Məzdək və sonra”, Tehra 1978




  1. Zərrinkub, Əbdülhüseyn, “Vicdan barəsində”, Tehran 1996




  1. Zener. R.C, “Zərvan”, tərcüməçi: Teymur Qaderi, Tehran 1995




  1. Zener. R.C, “Zərdüştlüyün doğuşu və batışı”, tərcüməçi: Teymur Qaderi, Tehran 1996

  2. Kristyanson, artur Emanuel, “Qubadın padşahlığı və Məzdəkin ya-ranması”, tərcüməçi: Əhməd Birşək, Tehran 1995

  3. Gimen, Duşen, “Qədim İranın dini”, tərcüməçi: Röya Münəccim, Tehran 1996

  4. Nas. Con.B, “Dinlərin ümumi tarixi”, tərcüməçi: Əli Əsğər Hikmət, Tehran 1991

  5. Vermazrin, Martin, “Mitra dini”, tərcüməçi: Bozorq Nadirzad, Tehran 1993

  6. Videngern, Qeo, “İran dinləri”, tərcüməçi: Mənuçehr Fərhəng, Tehran 1998

  7. Hyum. Robert.A, “Dünyanının diri dinləri”, tərcüməçi: Əbdürrəhim Qovahi, Tehran 1994

98





  1. İslamdan öncə ərəblər arasındakı mövcud dinlər


1. Cahiliyyət dövrünün ərəb dinləri

Ərəblər iki dəstəyə bölünürdülər: Qəhtani və Ədnani. Qəhtani ərəbləri Sam qövmünə aid və daha qədim tarixə malik idilər. Onlar Ərəbistan yarımadsında və xüsusən də, onun cənub hissələrində yaşa-yırdılar. Ədnani ərəblər isə Həzrət İsmailin (ə) nəslindən olan Ədnan adlı şəxsdən yaranmaışdırlar. İstər İslam dinindən öncəki cahiliyyət dövründə, istərsə də İslamdan sonra Ərəblərin ən məşhur və ən güclü qəbiləsi Qureyş qəbiləsi idi və bu qəbilə Ədnani Ərəblərdən sayılır-dılar. Allahın Rəsulu Həzrət Muhəmməd (s), onun xəlifələri və İsla-mın yarandığı illərdə böyük zəhmətləri olan insanlar bu qəbilədən idilər.1


Islamdan öncə olan Ərəblər səhrada yaşayan, savadsız qövm idilər. İslam dini nöqteyi-nəzərindən bu mədəniyyətdən uzaq olan ta-rixi dönəm Cahiliyyət dövrü adlandırılır. Elə bu səbəbdən də, həmən



  1. Ərəblərin digər tayfaları, o cümlədədn Ad və Səmud Baidə Ərəbləri adlandırılırdı-lar. Qəhtani Ərəblər Aribə Ərəbləri və Ədnani Ərəbləri Müstərəbə Ərəblər adlan-dırılırdılar. Ərəbistan yarımadasından kənarda yaşayan Ərəblər, yəni İslam dininin yaranmasından və yayılmasından sonra meydana çıxan, İslam dinini, mədəniyyətini və Ərəb dilini qəbul edən Ərəblərin məxsusi adı yoxdur.

99


zaman barədə əsaslı tarix yoxdur və əldə olunan bütün məlumatlar İslam mədəniyyətinin meydana çıxmasından sonra şifahi şəkildə nəql olunan məlumatların yazılı hala gətirilməsindən sonra yaranmışdır. Hal-hazırda alimlərin böyük əksəriyyəti bu tarixi məlumatları qəbul etmirlər. Qurani-Kərimdə və İslami hədislərdə bu barədə mövcud olan dəyərli məlumatlar cahiliyyət ərəblərinin etikasına və dini eti-qadlarına aid ümumi məlumatlardır. Çünki, qeyd etdiyimiz mənbə-lərdə qeyd olunan məlumatlar tarixi məsələləri bəyan etmək deyildi.
Misirin böyük alimlərindən olan Taha Hüseyn məşhur şərqşü-nasların yolunu davam etdirərək cahiliyyət ərəbləri barədə mövcud olan məlumatların böyük əksəriyyətini tənqid atəşinə tutdu və bu sahədə yeni əsərlər yaratdı. İraqlı alim Doktor Cəvad Əli də Ərəb dilində on cilddə “Əl Məfsəl fi tarixil Ərəb qəbləl İslam” ensklope-diyasını qələmə aldı. O, bu dəyərli əsərdə cahiliyyət Ərəblərinin bü-tün mədəni və tarixi tərəflərini işıqlandırdı.
Cahiliyyət dövründə ərəblərin sitayiş etdiyi ən məşhur din Büt-pərəstlik idi və bu sitayiş növü Ədnani Ərərblərin arasında da geniş yayılmışdı. Bəzi Ərəblər isə yəhudiliyə və xristiyanlığa iman gətir-mişdilər.
2. Ərəblərin Tanrıları

Ərəblər də digər bütpərəstlər kimi müxtəlif formalara malik çoxlu sayda Tanrılara inanırdılar. Bu Tanrıların bəziləri insan, bəzilər heyvan, bəziləri insanla heyvanın qarışığından yaranan məxluq for-masında, yaxud xüsusi forması olan daş idi. Tarixçilər Ərəblər ara-sında bütpərəstliyin Əmr ibn Luhəy tərəfindən yaradılmasını bildi-rirlər. Onların nəzərincə Əmr Şama səfər edərkən ilk dəfə olaraq büt-pərəstləri görmüşdür. Həmin insanlardan büt barədə soruşanda cavab vermişlər ki, bu büt bizə kömək edir və bizim diyarda yağışın ya-ğmasının əsas səbəbkarı odur. Əmr bütə sahib olmaq fikrinə düşdü və


100


Hubəli onlardan alaraq Məkkəyə gətirdi. Hubəl Məkkə əhalisinin ən sevimli və böyük bütü idi. Hal-hazırda alimlər bu hekayəyə heç bir dəyər vermirlər və bütpərəstliyin başlanğıcının məlum olmadığını bildirirlər. Onların nəzərincə Hicaz bütpərəstlərinin də digər bütpə-rəstlər kimi başqa yerlərdən idxal etdiyi bütləri olmuşdur. Məsələn; Zuşşəra (Duschara) əslində İordaniya Nəbətilərinin bütü olub.

Ərəblər bəzən müxtəlif məfhumları büt halına gətirirdilər və ona sitayiş edirdilər. Məsələn; Mənat qəza və qədər Tanrısı idi. Heyvan formalarında olan bütlər də ərəblər arasında mövcud idi. Məsələn; Nəsr kərkəs formasında olan büt idi. Heyvan formasında olan bütlər Totemizmin qalıqları idi.


3. Allaha iman

Qurani-Kərim ayələrindən də məlum olduğu kimi cahiliyyət ərəbləri Allahı dünyanın yaradıcısı və bütü onun siması kimi qəbul edirdilər. İbadət və and içmə zamanı həm Allahın adında and içirdi-lər, həm də bütlərin adından istifadə edirdilər. Məsələn; İşlərini başa-layanda “Bismikə Allahummə” deyirdilər, amma ibadət və hacətlə-rini dillərinə gətirdikləri zaman bütlərin adlarını çəkirdilər. Onlarla islam Peyğəmbəri Həzrət Muhəmməd (s) arasında ən əsas ixtilaf O Həzrətin onların bütlərə sitayiş etmələri, onlardan hacət istəmələri və şirkdən əl çəkmələri sahəsində idi.


4. Əzabverici ruhlar

Ucsuz-bucaqsız çöllərdə və səhralarda həyat üçün vacib olan anlayışlardan biri də bəzi gözə görsənməyən məxluqların mövcud-luğuna inam idi. Səhrada yaşayan Ərəblər də ziyan və əziyyət verən ruhlara böyük əhəmiyyət verirdilər və həyatlarını elə qururdular ki,


101


onların pis işlərindən qoruna bilsinlər, eləcə də onların güclərindən, bacarıqlarından istifadə edə bilsinlər. Bu məsələ Qurani-Kərimdə də (Cin surəsi, 6) qeyd olunmuşdur. Onların təsəvvürünə görə cinlər müxtəlif formalara girə və onların bəziləri insanlara ziyan və əziyyət verə bilirlər. Cindarların xidmətlərindən istifadə və həmin məxluqat-ların ürəklərini ələ almaq üçün müxtəlif mərasimlərin keçirilməsi mövcud olmuşdur. Divlər də cinlərin bir növü idilər və onlar səh-ralarda yaşayırdılar. Divlər səhralarda səfərə çıxan müsafirlərlə yol yoldaşı olurdular və fürsət tapan kimi onları öldürürdülər. İfrit cin-lərin ən qorxulu növüdür. İslam dininin məqsədlərindən biri də insan-lara bu məxluqların insan üçün xeyiri və ziyanı olmamasını başa salmaqdan ibarət idi.
5. Sabiilər

Belə nəzərə çarpır ki, Sabiilərin əvvəlcə heç bir müəyyən dini olmayıb və bu ad müxtəlif dinlərə aid edilib. Maraqlısı budur ki, İs-lam Peyğəmbəri Həzrət Muhəmmədin (s) zamanındakı müşrik ərəb-lər O Həzrəti və davamçılarını “Sabii” adlandırırdılar. Bəzən də İs-lam dinini izhar etmək üçün “Sabii olduq” sözünü istifadə edirdilər.


Islam dininin yaranmasından sonra mövcud olan Sabiilər iki dəstəyə bölünürlər və əslində onların heç birisi Ərəb deyillər: İslam dünyasında elmin yayılmasına köməklik etməklə tanınan dəstə Hər-ran Sabiiləridir. Bu dəstə Sabii adını üçüncü əsrin əvvəllərində özlərinə götürmüşlər və sonralar bu adla tanınmağa başlamışlar. İbn Nədim “Əl Fihrist” kitabının doqquzuncu məqaləsində belə yazır: “Abbasi xəlifəsi olan Məmun Hərrandan keçərkən bir dəstə insan gördü və onlardan soruşdur: “Hansı dinə qulluq edirsiniz?” Onlar bu suala düzgün cavab verə bilmədilər. Məmun dedi: “Əgər kitab əhlisi-nizsə hansı kitab əhli tayfasından olduğunuzu müəyyənləşdirin və əgər kitab əhli deyilsinizsə ondan vəziyyətinizi müəyyənləşdirin.”

102


Belə qərara alındı ki, Məmun səfərdən geri qayıdana qədər onlar öz vəziyyətlərini müəyyənləşdirsinlər. Bu müdddət ərzində həmən in-sanların bir dəstəsi müsəlman və digər dəstəsi xristiyan oldu. Üçüncü dəstə isə Qurani Kərimdə olan “Sabiin” adını seçdilər və beləliklə özlərini İslam hökumətinin nəzarəti altına saldılar.

Sabiilərin ikinci dəstəsi Subtə, Sabiətul Bətaih, Məndayi, Muğ-təsələ və Nasuri adları ilə məşhur idilər. Onlar dəyişilmiş yeni formaya düşmüş qədim bir dinin davamçıları idilər. Bu dinin bəzi formaları Yaxın Şərqdə də yaranmışdı və həmin dinin davamçıların-dan sağ qalan insanlar İranın Xuzistan əyalətində və İraqın cənub bölgələrində mövcuddurlar.


Qədim Sabiilərin hər yeddi ulduz və planet üçün məbədləri var idi və maraqlıdır ki, onların nəzərincə Kəbə Saturn planetinin məbədi idi. Onlara Aya sitayişə də böyük əhəmiyyət verirdilər. Bizim dövrü-müzdə olan Sabiilər özlərini həzrət Yəhyanın (ə) davamçıları kimi qələmə verirlər. Onların məbədləri həmişə axar çayın kənarında olur və onların yalnız rahibləri bu məbədə girmək haqqına malikdirlər.
Sabiilərin təxminən yetmiş min nəfəri İraqda Dəclə çayının sahi-lində və təxminən iyirmi beş min nəfəri isə İranın Xuzistan əyalətin-dəki Karun çayının sahilində yaşayırlar. Onlar müxtəlif peşə sahib-ləri, o cümlədən zərgər, əkinçi, maldar, qayıq istehsalçısı, dəmirçi və son zamanlar həkim, tacir və mühəndis olurlar. Onların nəzərincə Həzrət Yəhyanın (ə) qiyamından sonra Urşəlim Yəhudilərinin qəzə-binə tuş gəldilər və məcburi şəkildə həmən şəhərdən mühacirət edə-rək Hərran şəhərində yerləşdilər.1 Bir müddətdən sonra onların bir dəstəsi İraqın cənubuna və digər dəstəsi İranın Xuzsitan əyalətinə köçdülər.
Sabiilər gündə üç dəfə səhər, günorta və axşam namaz qılırlar və ildə otuz altı gün oruc tuturlar. Onların müqəddəs kitablarının adı “Gənza Rəbba” (Böyük xəzinə)-dır.


  1. Hərran Türkiyənin cənubunda və Suriya ilə sərhəddə yerləşmişdir

103


Onlar Qadir Allahı Həy, yəni Həyat adlandırırlar və onu nurun xaliqi sayırlar. Qaranlıq və zülmətin xaliqi isə Ruha adlandırılır. Bu iki Tanrı bir-birilə döyüşürlər və qələbə həmişə nur Tanrısına nəsib olur.

Sabiilərin ruhanisi Gəncur adlandırılır. Ruhanilərin vəzifəsi Sa-biiləri hər həftənin bazar günü müqəddəs suya salmaqdan və onra qüsl verməkdən ibarətdir. Müqəddəs suya salınan zaman və qüsl alan, həmdə qüsl verən şəxsin üzərində beş bölümdən ibarət paltar ol-malıdır. Qüsl verənin əsası və digər ləvazimatları olmalıdır. O, mü-qəddəs suya salma işinə başlamamışdan öncə yasəmən ağacının bir budağını götürür müxtəlif dini mərasimlər keçir və dualar oxuyur. Müxtəlif münasibətlərlə və günahların kəffarəsini çıxartmaq üçün də xüsusi qüsllər mövcuddur. Qeyd etmək lazımdır ki, Sabilər də kitab əhli kimi qəbul edilirlər.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin