1-6. Tabu
Tabu hər bir qəbilənin evlilik və qidalanma sahələrində qoyduğu qadağalardır. Hər hansı bir qəbilənin yalnız qəbilədaxili evliliyə icazə verməsi və digər qəbilələrlə qohumluq əlaqələrinin yaranmasının ha-ram bilinməsi və yaxud iddanın tam tərsinəsi mümkündür. İkinci hal-da qəbilə üzvləri həyat yoldaşı tapmaq üçün başqa qəbilələrə müra-ciət etmək məcburiyyətində qalır. Qidalanma sahəsindəki Tabu belə məna daşıyır ki, hər bir kəs öz yeməyini özü əldə etməli və onu tək-likdə yeməli idi. Tabu sözü Polineziya adalarında yaşayan ibtidai xalqların dilindən götürülmüşdür.
1-7. Mana
İbtidai dinlərdə müxtəlif xalqların bəzi əşyaların xüsusi gücə malik olması inancı mövcud idi və bu səbəbdən də, həmin əşyaya qarşı xüsusi ehtiram olurdu. Hər hansı bir daşın, çubuğun, ağacın və yaxud heyvanın xüsusi gücə malik olması qəbul edilirdi və ondan təbərrük kimi istifadə olunurdu, insanlar ona tapınırdı. Bu əşyalar Mana adlandırılırdılar. Belə təsəvvürlərin və əqidələrin qalıqlarına inkişaf etmiş dinlərdə də rast gəlmək olar. Mana sözü də Polineziya adalarında yaşayan ibtidai xalqların dillərindən götürülmüşdür.
2. Animizm
Bir çox xalqların antik din və məzhəbləri Animizm olmuşdur. Bu əqidəyə əsasən təbiətdə olan bütün şeylərdə ruh və güc vardır. Bu ruh və gücdən yararlanmaq üçün onlara sitayiş etmək lazımdır. Tor-
pağın, səmanın, səma cisimlərinin, alovun, ildırımın, şımşəyin, bulu-dun, dənizin, çayın, tufanın, meşənin, bitgilərin və heyvanların, xüsu-sən də inəyin, kobra ilanının, eləcə də qəbilə Toteminə, əcdadların ru-huna inanmaqla yanaşı cin və şeytan kimi qorxulu mövcudlardan gü-cündən istifadə etmək qədim xalqların arasında geniş yayılmışdır. (Cinə ibadət etmək və bəzi nadan insanların cinlərə pənah aparması Qurani Kərimdə qadağan edilmişdir: Ənam surəsi 100, Səba surəsi 41 və Cin surəsi 6).
Animistlər təbiəti şüurlu və insanabənzər (anthropomorphic) ol-duqlarını qəbul edilər və ona özünəməzsus formada sitayiş edirlər, onun üçün qurbanlar kəsirlər və təbiətin belə şeylərin təsiri altına düşəcəyini təsəvvüf edirlər. Bu əqidənin qalıqları bir çox dinlərdə, xüsusən Hindu dinində günümüzə qədər gəlib çatmışdır. Bütlərin bə-ziləri təbiətin gücünün nümunəsidir.
3. Fetişizm
Fetiş Portuqal dilindən alınma sözdür və cadu mənasını daşıyır. Fetişizmə olan böyük etiqad, yəni daxilindəki cadu qüvvəsi mövcud maddi şeylərə olan ehtiram ibtidai insanlar arasında müşahidə olunur. Bu şeylər çox vaxt daşlardan və mədənlərdən əldə edilmiş maddələr-dən olur və həmin qövmlərin əqidəsinə görə qeyd olunmuş əşyaların daim insanın yanında olması ona xoşbəxtlik gətirir.
Mənbə
Hikmət, Əli Əsğər, Dinlər tarixi, Tehran 1966
Zərrinkub, Əbdülhüseyn, “Vixdan barəsində”, Tehran 1978
Nas, Con. B, “Dinlərin ümumi tarixi”, Tərcüməçi: Əli Əsğər Hikmət, Tehran 1991
Mustəfəvi, Əli Əsğər, “Qurbanlıq əfsanəsi”, Tehran 1990
Eliade, Mircea (ed), “The Encyclopedia of Religion”, New York, 1987
Hastings, James, ‘Encyclo0106
0Parrinder, Geoffrey “Worship in the World’s Religions” London 1976
3. Qədimi dinlər
1. Misir
Misir dünyanın ən məşhur qədimi ölkələrindən biridir. Bu tor-paqlarda böyük sivilizasiya və qüdrətli hökumətlər mövcud olmuş-dur. Misirlilərin nəsli Qibtilər idi və Avropalıların Misir üçün istifa-də etdikləri “Egypt” sözü Qibt sözü ilə əlaqəlidir.
Misirlilər ibtidai dinləri müxtəlif mərhələlərindən keçiblər və müxtəlif vəhşi və ev heyvanları sifətində olan yerli Tanrılara sitayiş ediblər. Fironlara və əfsanəvi Tanrılara sitayiş də Misirlilər arasında mövcud olmuşdur.
1-1. Misirdə dinin və onun müxtəlif formalarının yaranması. Qədim Misirdə qeybdən olan mövcudlara güclü şəkildə inanırdı-lar və onlar müxtəlif adlı, müxtəlif sifətli Tanrılara malik idilər.
Tanrıların sayının çox olması artıq müxtəlif problemlər yaratmağa başlayanda onların sayını azaltmağa başladılar və qısa bir dönəm ərzində yalnız günəş Tanrısına sitayiş etməyə başladılar. O zamanlar Şir, timsah kimi bəzi vəhşi heyvanların, müxtəlif quşların, gəmiri-cilərin və qoç kimi bəzi ev heyvanlarının müqəddəsliyinə inam dalğa-sı baş qaldırdı. Pişiyə pərəstiş də Misirlilər arasında geniş yayılmışdı. İranlılar Əhəmənilər sülaləsinin hakimiyyəti illərində Misirlilərlə keçirdikləri döyüşlərin birində qalxanlarının üzərinə pişik təsvirini
həkk etmişdilər. Elə bu səbəbdən də, Misirlilər həmin pişik təsvir-lərinə hörmət əlaməti olaraq həmin qalxanlara ox atmaqdan və qılınc vurmaqdan çəkindilər, sonda İranlılar Misirlilərlə döyüşdə qələbə qazandılar.
Sonralar onların əqidələrinə heyvan başlı və insan bədənli fanta-ziyanın əmələ gətirdiyi heyvanlar daxil oldu. Misirlilər belə fantastik varlıqlara heykəllər düzəldərək onlara sitayiş etməyə başladılar. Nil çayında səfər edərkən adamyeyən timsahların hücumlarından qorun-maq üçün ilk öncə olduqca əzəmətli olan timsah məbədinə gedər-dilər, sədəqə və nəzir verməklə öz canlarının bahasını ödədiklərini sanırdılar.
1-3. Üç Tanrı əfsanəsi: Osiris, İsis və Horus.
Qədim Misirlilər belə deyirdilər ki, Osiris (Əkinçilk Tanrısı) bacısı İsis (Ana İlahə) ilə ailə qurur və onlarına Horus (Günəş Tanrı-sı) adlı övladları dünyaya gəlir. Osiris qardaşı Set (Quraqlıq Tanrısı) tərəfindən qətlə yetirilir. İsis qətlə yetirilmiş həyat yoldaşı Osirisin cəsədini böyük zəhmətlərdən sonra tapır və Misirə qaytararaq orada gizlədir. Set bu hadisədən xəbərdar olan kimi yenidən Osirisin cəsə-dini tapır və onu on dörd hissə parçalayır. Hər parçasını Misirin bir yerində torpağa basdırır. Osirisin cəsədinin parçaları basdırılmış yer-lər o cəsədin bərəkətindən abad və məhsuldar torpaqlara çevrilir. Artıq böyüyüb başa çatan Horus atasının qisasını almaq üçün əmisi ilə döyüşür və gözlərindən birini itirməsinə baxmayaraq əmisinə qa-lib gəlir, onu əsir tutaraq anasının hüzuruna gətirir. İsis həyat yoldaşı-nın qardaşını bağışlayır. Bundan sonra Horus atasının cəsədinin par-çalarını bir yerə toplayır və hikmət Tanrısının köməyilə onu dirildir. Osirirs bundan sonra dünyada qalmır və bu dünyanı oğlu Horusa tap-şırır və özü yeraltı dünyaya gedərək ölülərin hökümdarına çevrilir.
1-3. Günəşə sitayiş
Dünyanın müxtəlif yerlərində günəşə sitayiş əqidəsinin tarixi ol-duqca qədim zamanlara qayıdır və Qurani Kərimdə də (o cümlədən
Nəml surəsi, ayə 24) buna işarə olunmuşdur. Həqiqətən də, sitayiş olunan bütün Tanrıların arasında günəşin malik olduğu sonsuz bərə-kət qədər böyüklük və bərəkət mövcud deyildir. Qədim Misirdə gü-nün müxtəlif saatları üçün günəşin nümayəndələri olan Tanrıların mövcud olduğunu bildirirdilər. Məsələn: səhər Tanrısı Xipra, günorta Tanrısı Ra, və axşam Tanrısı Atom. Eləcə də, Peyinböcəyini günəşin yer üzündəki nümayəndəsi bilirdilər. Misirlilər həmin həşəratı olduq-ca müqəddəs bilirdilər və onun təsvirini tilsimlərin üzərinə, şahların heykəllərinin sinəsinə və alnına həkk edirdilər. Misirlilər həmin bö-cəkdən bərəkət və xoşbəxtlik istəyirdilər.
1-4. Firona sitayiş
Qədimdə şahlara sitayiş etmək olduqca geniş yayılmışdı və on-ların ən son nümunələrindən biri Yaponiyanın sabiq imperatoru Hiro Hitodur. Qeyd etmək lzımdır ki, imperatorluğu onun öz istəyi ilə 1946-cı ildə ləğv olunmuşdur.1
Misir Fironları (Yapon imperatorları kimi) Günəş tanrısının nəs-lindən olan Tanrılar kimi qəbul edilirdilər və onlara sitayiş edilmə-sinin əsas səbəbi də elə bundan ibarət idi.
2. Babilistan
Babilistan uzun illər boyu sivilizasiya, mədəniyyət və elmin mərkəzi olmuşdur və bu şəhərin adı Yəhudilərin, Xristianların mü-qəddəs kitablarında qeyd olunmuşdur. Qurani-Kərimdə də (Bəqərə surəsi, ayə 102) Babilin adı qeyd olunmuşdur. Cəbr, bir çox riyazi və elmi məsələlər Babilistan mədəniyyətində yaranaraq günümüzə qədər gəlib çatmışdır.
Yamaykada da “Rastafərinlər” Efiyopiyanın sabiq imperatoru Haylasilasinin müqəddəsliyinə inanaraq ona sitayiş edirdilər. Onun hakimiyyəti 1974-cü ildə baş vermiş çevriliş zamanı aradan getdi. Onun 1975-ci ildə edam edilməsinə baxmayaraq ona sitayiş edən insanların əqidəsi dəyişilmədən qaldı.
2-1. Babilistanda baş verən dini dəyişikliklər
İraqın müxtəlif ərazilərində aparılan arxeoloji qazıntılar zamanı çoxlu sayda Tanrıların heykəlləri tapılmışdır və dünyanın müxtəlif muzeylərinə göndərilmişdir. Bu tanrılar Animizmin inkişaf etmiş formasının nümunələri idi.
Babilistan Fetişizmdən müxtəlif tanrılara sitayişə qədər olan rən-garəng etiqad yolu keçmişdir. Bu tarixi dönəm təxminən dörd min il çəkmişdir. Sonda Ay, Günəş və planetlərin nümayəndələri olan ruh-lara sitayiş mərhələsi meydana çıxmışdır. Amma tarixin əksər dö-nəmlərində Tanrıların ən üstünü və ən ucası Mərdux olmuşdur.
2-2. Babilistan üçlüyü
Babilistanlıların saysız-hesabsız Tanrılarının arasında altı Tanrı digərlərindən daha çox tanınmağa başladı və bunlar iki üçlüyə bölü-nərək sitayiş olundular. Birinci üçlüyə Anu (səma tanrısı), Enlil (hava və müharibə tanrısı) və Eaa (su tanrısı) və ikinci üçlüyə Şemş (günəş tanrısı), Sin (ay tanrısı) və İştar (qadın tanrı) daxil idi.
Bu tanrıların hamısının həyat yoldaşı var idi və məhsuldarlıq İlahəsi olan qadın tanrı İştara olduqca böyük əhəmiyyət verilirdi. İş-tarın həyat yoldaşı, yəni əri Təmmuz idi. Babilistan mədəniyyətinin ən güclü vaxtlarında Mərdux adlı əzəmətli Tanrının adı hallanılır və hər yerdə onun təsvirini həkk olunmağa başlanılır. Bütün başqa Tanrılar Mərduxun əlinin altında olması təsəvvür edilirdi.
Babilistan şimal qonşusu Assuriya tərəfindən süquta uğradıqdan sonra Mərdux öz yerini Assuriyalıların Tanrısı Assura verdi və bun-dan sonra artıq hər yerdə onun təsviri həkk olunmağa başlanıldı. Ba-bilistanlılar Assuriyalılara yenidən qalib gəldikdən sonra isə Mərdux yenidən öncə malik olduğu yerə və hörmətə qayıtdı. Sonda Babilis-tanın Kir tərəfindən işğalından sonra Ahura Mazda Mərduxun yerini tutdu.
3. Yunanıstan
Yunanıstan Avropanın cənub şərqində yerləşən kiçik yarımada-dır və qədim zamanlarda bura mədəniyyət, incəsənət və mütəfəkkir-lər mərkəzi olmuşdur. Avropa dillərində bu ölkəni “Greece” adlandı-rırlar və Ərəb dilində olan “İğriq” sözü də bundan əmələ gəlmişdir. Yunan adı Yunanıstan bir hissəsi olan “İonia”-nın adından götürül-müşdür. Yunanlar öz ölkələrini “Hellas” adlandırırlar və bu ad da Yunanlıların əfsanəvi əcdadının adıdır. Dünyanın bir çox dinlərinin əfsanələrlə yaxından əlaqəsi olmasına görə Yunanlıların dini inanc-ları və etiqadları dinşünaslıqda olduqca böyük əhəmiyyətə malikdir.
3-1. Qədim Yunanıstanda mövcud olan məzhəb
Qədim Yunanlar da erkək və qadın tanrıların mövcudluğuna ina-nırdılar. Onların ən böyük tanrısının adı Zevs idi və bəzən onu Zevs Paterus, yəni “Zevs Ata” adlandırırdılar. Bu Tanrını Hindistanlılar “Divs Pitar” və qədim Romalılar “Yupiter” adlandırırdılar. Yunanlı-ların sitayiş etdiyi tanrıların əksəriyyəti qədim Ariyayi tanrıları ilə eynidirlər. Yunanıstanın bəzi tanrıları bunlarıdr:
Apollo (Günəş Tanrısı)
Poseydon (Dəniz Tanrısı)
Hestia (Qadın Tanrı və ailənin anası)
Demeter (Qadın Tanrı, əkinçilik və təsərrüfat tanrısı)
Hermes (Hikmət Tanrısı)
Ares (Müharibə Tanrısı)
Sonrakı dövrlərdə insanların düşüncələrində dəyişikliklər mey-dana çıxdı və onlar Zevsin Olimp dağının başında oturması və digər Tanrıların onun ətrafında toplaşması etiqadını irəli sürdülər. Onlar ölümdən sonra həyatın mövcudluğuna inanmırdılar, amma dünyada səadət və xoşbəxtlik içərisində yaşamaları üçün bütlərə sitayiş edir-dilər. Bu bütlər tanrıların, əfsanəvi qəhrəmanların simvolları idilər və onların kahinləri də var idi.
3-2. Əfsanələr
Bəşəriyyət həyatın sirlərinə aydınlıq gətirməkdə aciz olduğunu anladıqdan sonra müxtəlif anlayışlara və fenomenlərə aydınlıq gətir-mək məqsədilə əfsanələr yaratmağa başladı və bu yolda uğur əldə etmək üçün xəyal və fantaziyanın gücündən yararlandılar. Əfsanələ-rin müxtəlif cəhətləri var idi və onların ən mühimi kamilliyin və mə-nəvi böyüklüyün genişləndirilməsi idi. Elə bu səbəbdən də, bu əfsa-nələr qurucu qüvvəyə malik olmaları ilə eyni zamanda həm də dağı-dıcı qüvvəyə malik idilər. Yəni fəzilətlərlə insan ruhunu qururdu və müxtəlif fenomenlərə aydınlıq gətirdikdə isə insanın düşüncəsini da-ğıdırdı. Bəşəriətdə mövcud olan bütün cəmiyyətlərdə əfsanələr ol-muşdur və bizim hal-hazırda əfsanə adlandırdığımız məsələlər öz za-manında və öz yerində həqiqət kimi qəbul edilirdi.
Firdovsinin “Şahnamə” eposunun birinci hissəsi əfsanədir və bu-rada Rüstəm pəhləvan kimi qəhrəmanlar haqqında danışılır. Rüstəm cəmiyyətdə və dünyada olan bütün əyrilikləri uzaqlaşdırmaq, dəyər-ləri hakim etməkdən ötrü müxtəlif döyüşlər və müharibələr aparır. Elm nöqteyi-nəzərindən din və fəlsəfə əfsanələrdən əmələ gəlmişdir. Amma din barəsində irəli sürülmüş bu iddialar dini nöqteyi-nəzərdən tam yalnışdır və dindarların bu məsələyə yanaşması tam fərqlidir.
Yunanlar da öz əfsanəvi tanrılarına sitayiş edirdilər və onlara qurbanlar verirdilər. Həmin Tanrılardan bir neçəsinin adını qeyd et-mişik. Amma onların və ümumiyyətlə müxtəlif qədim xalqların əfsa-nəvi tanrılarının adlarını qeyd etmək olduqca çətin bir işdir.
Yunanlılar ağıllı və dərrakəli idilər. Hələ elmin müxtəlif sahələ-rini kəşf etmədiklərinə görə əfsanələr yaratmaqla öz axtarış arxasınca olan zehnlərini sakitləşdiridilər. Necə ki, yerin və göyün yaradanına sitayiş etməyin əvəzinə müxtəlif bütlərə sitayiş edirdilər. Yunanlılar yavaş-yavaş əfsanələri fəlsəfəyə dəyişməyə başladılar və öz dövrlə-rindən elmin öncülünə çevrildilər. Qeyd etmək lazımdır ki, başqa xalqlar bu yolda lazımi uğur və müvəffəqiyyət əldə edə bilmədilər.
3-3. Fəlsəfənin yaranması
Eramızdan təxminə beş əsr öncə Yunanıstanda böyük filosoflar meydana çıxdı və yeni fikirlər irəli sürməyə başladılar. Bu filosofla-rın ən tanınmışları Sokrat, Platon və Aristotel idi. (Aristotel Platonun və Platon Sokratın tələbəsi idi) Aristotelin düşüncələri təxminən iki min il Avropanın və İslam dünyasının elmi mərkəzlərində rəvac tapmışdı və olduqca az mütəfəkkir alimlər bu fəlsəfi düşüncələri tən-qid edə bilmişdilər. Yunan fəlsəfəsi və Aristotelin düşüncələri qabaq-kı əzəmətini itirməsinə baxmayaraq hələ də alimlər fəlsəfi məsələləri qeyd edərkən onun qədim Yunanıstanda Platonun və Aristotelin əsər-lərində olan fəlsəfəyə müraciət etməyə bilmirlər. Yunan filosofları öz nəzərlərini və düşüncələrini təlim etmək üçün geniş şəkildə əfsanə-lərdən istifadə etmişlər. Belə ki, hal-hazırda da Platonun əsərlərinin toplusu müxtəlif tanrıların adları ilə doludur. Onlar tanrılara aid edil-miş pis sifətləri özündə əks etdirən epik dastan və hekayələrə etiraz-larını bildirirdilər. Platonun tanrışünaslıq barədə irəli sürdüyü düşün-cələrinə görə onu müqəddəs Platon (Divine Plato) adlandırmağa baş-ladılar. Aristotelin birinci hərəkət nəzəriyyəsini irəli sürdü və təkal-lahlıq dinlərinin filosofları sonrakı dövrlərdə də onu öz dinlərinin tanrısı ilə eyni bildilər.
4. Roma
Qədim dünyanın ən əsas güclü və əzəmətli ölkələrindən biri Ro-ma idi. Roma Avropa, Türkiyə və Suriyanın böyük bir ərazisini özün-də cəmləşdirirdi. Romalılar ən qədim zamanlardan belə memarlıq, rəssamlıq, heykəltaraşlıq, ədəbiyyat və elmin müxtəlif sahələrində böyük nailiyyətlər əldə edərək bu sahədə öncülə çevrilmişdilər. Romalılar dördüncü əsrdə xristiyanlığı qəbul etdilər və onun yayıl-ması üçün öz qədim mədəniyyətindən geniş şəkildə yararlandılar.
4-1. Qədim Romalıların dinləri
Qədim Romalıların dinləri sadə və ibtidai idi. Onların dini mə-rasimləri imperatora sitayiş etməkdən, qurban kəsməkdən və tanrılar üçün bayramlar keçirməkdən ibarət idi.
Qədim zamanlarda Romalıların hamısı məbədi Roma yaxınlığın-dakı dağlarda yerləşən tanrı Dianaya sitayiş edirdilər və il ərzində ke-çirilən bayramlarda həmin məbədə üz tuturdular. Onların həyata ke-çirdikləri dini əməllərindən biri müqəddəs odda bişirilmiş müqəddəs yeməklərdən dadmaq idi. Yalnız bu yolla Od Tanrısı onlarla eyni pa-ya malik olurdu. Bu yeməyin hazırlanması və yeyilməsi müəyyən di-ni adət-ənənələr çərçivəsində keçirilirdi. Həmin adətlərin hamısını burada açıqlamaq mümkün deyildir. (Ümumiyyətlə müxtəlif dinlərin ibadət mərasimlərində yeməkdən istifadə mövcuddur və xristiyan-lıqda mövcud olan “tanrının şam yeməyi” da onun nümunələrindən və qalıqlarındandır).
4-2. Numa və Roma tanrıları
Tərcümədə ruh mənasını kəsb edən Numa (Numen) etiqadına əsasən hər bir əşyanın və mövcud hər bir şeyin, insanın, heyvanın, daşların və təbiətdə olan hər bir şeyin ruhu vardır. Bu ruhların bəzilə-ri xeyirxah və bəziləri bədxah idi. Sonradan müqəddəsləşən bu ruhlar qeyri-müəyyən təbiətə malik idilər. Romalılar sonrakı dövrlərdə hə-min ruhlar üçün xüsusi şəxsiyyətlər də yaratdılar və onlar barəsində əfsanələr meydana çıxartmağa başladılar. Romalıların müxtəlif say-sız-hesabsız Tanrıları var idi və onlardan bəziləri aşağıdakılardır: Yu-piter, Canus, Mars, Vesta, Neptun, Vulkan, Venera, Apollon, Miner-va, Herkules və s. Yuputer Yunanıstanlıların Zevsi kimi idi və Zevs ata mənasını verirdi. O, nur, ildırım, şimşək, tanrısı idi. Ay bədr-lənmiş olanda yalnız ona sitayiş edilirdi.
Mənbə
Hikmət, Əli Əsğər, Dinlər tarixi, Tehran 1966
Zərrinkub, Əbdülhüseyn, “Vixdan barəsində”, Tehran 1978
Nas, Con. B, “Dinlərin ümumi tarixi”, Tərcüməçi: Əli Əsğər Hikmət, Tehran 1991
Mustəfəvi, Əli Əsğər, “Qurbanlıq əfsanəsi”, Tehran 1990
Jiran. F, “Yunan əfsanələri lüğəti”, tərcüməçi: Əbülqasim İsmailpur, Tehran 1996
Şiera. Edvard, “Babilistan lövhələri”, tərcüməçi: Əli Əsğər Hikmət, Tehran 1996
Makkal. Henrita, “Mesapatomiya əfsanələri”, tərcüməçi: Abbas Müx-bir, Tehran 1994
Dokolanj. Fostel, “Qədim sivilizasiya”, tərcüməçi: Nəsrullah Fəlsəfi, Tehran 1930
Fatemi, Səid, “Yunan əfsanələri”, Tehran 1996
4. Hindistan
Təxminən 3500 il bundan öncə özünü Ariyayi, yəni nəcib və şərafətli adlandıran qövm Mərkəzi Asiyadan Sind çayına (hal-hazırki Pakistan ölkəsinin cənubunda yerləşir)tərəf mühacirət etməyə başla-dılar və şərqə tərəf irəlilədikcə sonralar Hindistan adlanan ölkəni hü-cumlara məruz qoydular. Elə həmin dönəmdə Ariya qövmündən olan başqa bir dəstə sonralar İran adlanan ərazilərə köçdülər. Ariyayi qöv-mündən olan üçüncü dəstə isə Avropaya tərəfən hərəkətə başladı.
Ariyayi qövmlərinin əsil dilləri barədə məlumatımız olmasa da sonralar, yəni mühacirət etdikdən sonra onların dili Hind-Avropa dilləri ailəsi adlandırılmağa başladı. Yəni, bu dil ailəsinə daxil olan dillər arasında qohumluq əlaqəsi mövcuddur. Hindistanda yaşayan Ariyayi qövmünün dili Sanskritdir (Sam-skrita). Bu sözün tərcümədə mənası xoş tərkibli deməkdir və Avesta, qədim fars və Avropa dilləri ilə qohumluq əlaqəsinə malikdir. Hind-Avropa dilləri ailəsində qo-humluğun mövcudluğu linqvistika elminin inkişafına böyük töhfələr vermişdir.1
Brahmanizm Animizmin inkişaf etmiş formasıdır və buna görə də onun banisinin kim olmasını demək mümkün deyildir. Bu din mə-
Məsələn; Fars dilində olan “h” hərfi Sanskrit dilindəki “s” hərfinə bərabərdir və təxmin eyni məna kəsb edir. Nümunə olaraq qeyd edək ki, “Hind” sözü “Sind” və Zərdüştlərin müqəddəs saydıqları “Homa” sözü Hindlilərin də müqəddəs bildiyi “Soma”-ya çevrilir.
dəniyyət, ictimai adət-ənənənin bir formasıdır. Hər bir şəxs bu mər-təbəyə çatmaq üçün öz nəfsinə əzab verərək hər şeydən qorumalıdır. Brahmanizmin Hindistan xalqının fərdi və kollektiv həyatında, eyni zamanda mədəniyyətində danılmaz rolu vardır.
1. Hinduizm
Hinduizm Brahmanizmin təkamül tapmış formasıdır və 8-9-cu əsrlərdə Hindistanın iki görkəmli alimi tərəfindən yaradılmışdır.
1-1. Ariyayilərin hücumundan öncə Hindistanda yaşayan yerli əhali
Ariyayilərin İrana və Hindistana mühacirətindən öncə bu yerlə-rin əhalisi alçaqboylu və qaradərili insanlar idi. Onların xüsusi mədə-niyyətləri, dinləri, mərasimləri var idi və onların sivilizasiya səviy-yəsi Mesopotamiya sivilizasiyası səviyyəsində idi. Bu qövm İran əra-zilərində demək olar ki, təmamilə aradan getdi, amma Hindistanda ölkənin cənub bölgələrinə tərəf qovuldular. Həmin qövm Dravediləri adı ilə tanınır. Onlar eləcə də, Nəces və yaxud Toxunulmazlar (Un-touchables) adı ilə tanınırlar. Gələcəkdə onlar barədə söz açacağıq. Pakistanda, Sind çayının kənarında yerləşən Mohenco-Daro adlı böl-gədə aparılan arxeoloji qazıntılarda onların mədəniyyətlərini əks etdi-rən çoxlu nümunələr aşkar edilmişdir. Bu kəşflərdən belə nəticə əldə etmək olar ki, Hinduizmin bəzi tanrıları Ariyayilərin Hindistana daxil olmasından öncə də mövcud idi.
1-2. Müqəddəs kitablar
Hinduların duaları və dini mərasimləri Sanskrit dilində Vedalar (Vedas- yəni Elm) adlı topluda bir yerdə cəmləşdirilmişdir. Sruti, yə-ni vəhy, ilham və müqəddəs elmlər ləqəbi ilə tanınmışdır. Tarix elmi-nin tədqiqatçıları Vedaların təxminən 1000-1400 il eradan əvvəl ya-
randığını bildirirlər və elə buna görə də, eradan qabaq 1500-800-ci illər arasındakı tarixi dönəmi Vedalar dönəmi adlandırırlar. Dörd növ Veda mövcuddu və bunlar aşağıdakılardır:
Riq-Veda, yəni sitayiş vedası
Yacur-Veda, yəni qurban vedası
Sama-Veda, yəni musiqi vedası
Atharva-Veda, yəni Atharvanin Vedası (Vedanın müəl-lifinin vedasının adıdır.
Vedaların mətnləri Məntərlərdən (Mantaras), yəni atəşin, günə-şin və təbiətin digər simvollarının sitayişində oxunan dualardır və bu dualar ruzi-bərəkətin çoxalması, məhsuldarlığın artması, günahların bağışlanması və s. məqsədlər üçün oxunurdu. Sonrakı dövrlərdə Brahmanlar (yəni ruhanilər) Vedalara şərh və təfsir yazmağa başla-dılar və adını Brahmanna qoydular. Brahmannalar həmin duaların nə üçün olmasını müəyyən edirdilər. Tədqiqatçılar bu münasibətlə era-dan qabar 800-cü ildə 500-cü ilədək olan dönəmi Brahmanna dönəmi adlandırırdılar.
Qəbilənin və yaxud bu dini məktəbin əfsanəvi əcdadı Manu, yə-ni Brahmanların Manusu Dehli yaxınlığında yaşayırdı və onu tanrının oğlu kimi qələmə verirdilər. Halbuki, o bütün qanunlarını Brahman-nadan götürmüşdür.
Hindistan mədəni irsində saysız-hesabsız dini, fəlsəfi, irfani və ədəbi kitablar mövcuddur və bu kitabların demək olar hamısı dünya-nın müxtəlif dillərinə tərcümə olunmuşdur. Buna nümunə olaraq ha-mımızın yaxşı tanıdığı “Kəlilə və Dimnə” kitabını misal çəkə bilərik. “Kəlilə və Dimnə” kitabının Sanskrit dilindəki adı “Pança-Tantra”, yəni beş bölüm deməkdir. Mahabaharata və Ramayana kitablarında əfsanəvi hərbi, döyüş və şənlik mövzuları bir yerə toplanılmışdır və bu kitab Hindlilər arasında böyük hörmət və ehtirama malikdir. Qeyd olunmuş bu dini və ədəbi kitablar dünyanın bütün böyük dillərinə tər-cümə olunmuşdur. Olduqca məşhur və maraqlı kitablardan biri də “Bhagavad-gita”, yəni böyük Tanrının musiqisi adlı kitabdır. Bu kitab əslində Mahabaharatanın bir hissəsidir və özünün iri həcimli
olduğuna görə müstəqil şəkildə mövcuddur. Bəzən qısa formada Gita kimi də qeyd olunan bu kitab “Bhakti”, yəni sözün xalisliyi hissəsin-də söz barədə danışılır. Qeyd etdiyimiz kitabın nə dərəcədə əhəmiy-yətli olmasını sübut etmək üçün onun davamlı olaraq dünyanın müx-təlif dillərinə tərcümə olunmasını və fars dilində də bu kitabın altı növ tərcüməsinin mövcudluğunu qeyd edə bilərik.
Bu kitabda Krişna ilə şahzadə Arcuna adlı bir şəxsin arasında gedən söhbətdən söz açılır. Qeyd etdiyimiz bu kitab 1-ci əsrdə məş-hur epos Mahabaharatanın tərkibində qeyd olunmuşdur. Bu kitab Hindistanlılar tərəfindən bütün dini, elmi və s. kitablardan daha çox sevilir. Onun nəzm forması eyni formada deyildir, amma bu dəyərli və qiymətli sözlərin həmin əsərdə mövcudluğu minlərlə insanı öz aşıqlərinə çevirmişdir.
Dostları ilə paylaş: |