Külliyat
Din, məzhəb, millət və şəriətin tərifi:
Elmin inkişafı ilə dünyadakı heç bir fenomenə tam və dolğun tərif vermənin mümkün olmaması aydınlaşıb. Tərif hərtərəfli və mə-nalı olmalıdır. Yəni, bütün sahələri əhatə edə və bütün yad məfhum-ları özündən uzaqlaşdıra bilməlidir. Qədimdə hərtərəfli və mənalı tə-rif verilməsinin mümkün olması bildirilirdi, amma hal-hazırda bütün aspektləri özündə cəmləşdirə bilən kompleks tərifin verilməsinin mümkün olmaması məlum olmuşdur. Yəni, tərif məsələlərin yalnız bəzi sahələrini özündə əks etdirmək bacarığına malikdir.
Bəzi mövzulara tərif vermək asan olsa da, bəzilərinə tərif ver-mək olduqca çətin olur. Hər bir dində mövcud olan kəlam elminə is-tinadə həmin elmlərə tərif vermək asan olur, amma həmin tərif dinlə-rin müxtəlifliyi baxımından bütün dinlərə şamil edilə bilmir və mə-sələnin nə dərəcədə çətin olması məlum olur.
Alimlər dinlər barəsində tərif vermək üçün onların müştərək cə-hətləri ətrafında araşdırmalar aparmışlar, amma onların bu səyləri heç bir nəticə vermədən başa çatmışdır. Elə bu səbəbdən də, dinlə bağlı səksəndən artıq təriflər verilmişdir, amma onların heç birisini tam və dolğun adlandırmaq olmaz. Məsələn; dinə “Allahın varlığına inam və
24
bu iman qanunlarına itaət etmək” kimi tərif verilməsi Buddism dini qanunları və şəriətilə üst-üstə düşmür. 1 Bəzilərinin verdiyi tərifə əsasən isə “Din, müqəddəs əmrə inanmaq və etiqadlı olmaq” mənasındadır. Bəzi insanlar isə ilahi varlıqlara iman kimi tərif etmə-yə çalışmışlar. Başqa bir dəstə alim belə bir iddia ilə çıxış etmişlər ki, “Din itaət və ibadətə layiq bir və ya bir neçə fövqəlbəşər və ilahi varlığa imandır!”
Keçmişdə məzhəb hər hansı bir dinin daxilində mövcud olan dü-şüncə məktəblərinə şamil edilirdi. (Məsələn: İslam fiqhinin dörd də-nəli və beş dənəli məzhəbləri). Qərb ölkələrində “Religion” sözü həm məzhəb, həm də din mənasında istifadə olunur və təxminən yarım əsrə yaxındır ki, İranda da “Məzhəb” sözünü hər iki mənada istifadə olunmasına başlanılıb.
Millət sözünün lüğəvi mənası üslub, metod və adətdir. Amma terminoloji baxımdan tövhidə əsaslanan dinlərin kompleksi mənasını daşıyır. İslami kəlam elmində tövhidə əsaslanan dinlərin davamçı-larını “Milliyin” adlandırırlar. Kitab əhlindən bir nəfəri öncə İslam dinini qəbul edib sonra dindən çıxdıqdan sonra “Mürtədi milli” ad-landırılır. (Bəzi vaxtlar qeyri-tövhidi dinlərin davamçılarını “Məarif əshabı” adlandırırdılar). Bunu da qeyd etmək lazımdır ki, İslam alim-ləri “Millət” sözünü İslam dini üçün ixtisaslaşdırıblar. Təxminən bir əsrə yaxın vaxtdır ki “Millət” sözü dilimizdə bir ölkə xalqının toplu-suna şamil edilməyə başlanılıb. Böyük ehtimallara əsasən millət sö-zünün belə istifadəsi Türkiyədən İrana gəlmişdir.
Şəriət adətən əhkam və səmavi qanunlar mənasında işlənilir və bəzən də din mənasını verir.
Budda Allahdan və Allaha sitayişdən söz açmamışdır. Buddismin heç bir firqəsi Allahın varlığına və mövcudluğuna inanmır. Bu məzhəbin çoxlu sayda müxtəlif Allahları sonralar yalnız Buddismə ibadət məqsədilə meydana çıxmışdır.
2. “Din” yaxud “Dinlər”
Bəzən belə deyilir ki, biz müsəlmanlar Qurani Kərimə istinadən “Din” sözünü cəm formasında istifadə etməməliyik. Belə ki, İslam din sözünün cəmi olan “Ədyan”, yəni dinlər sözünü qəbul etmir. Am-ma bilməliyik ki, Qurani Kərimdə din sözünün cəm şəkilçisi qəbul etməməsi həmin kitabın davamçıları üçün heç bir öhdəlik yaratmır. Bunun bir neçə səbəbi var:
Qurani Kərimdə “Nur” sözü həmişə tək və “Zulumat” sözü daim cəm formasında qeyd olunmuşdur, amma onların belə istifadəsi müsəlmanların üzərinə öhdəlik qoymamışdır.
Qurani Kərim özü dinlərin sayına və müxtəlifliyinə işarə edə-rək kafirlərə belə buyurmuşdur: “ﻦﻳد ﯽﻟ و ﻢﮑﻨﻳد ﻢﮑﻟ” (Kafirun surəsi, ayə 6)
Din sözünün “ədyan”, yəni dinlər formasında cəm bağlanma-sı İslam dinin böyük alimlərinin kitablarında da gözə çarpır.
Dinlər elmində dinin vəhdətinə və birliyinə diqqət yetirilmir və insan dünya xalqlarının müxtəlif etiqadlara qulluq etməsini nü-mayiş etdirmək üçün din sözünü cəm şəklində istifadə etmək məcbu-riyyətindədir.
Bu səbəbdən də, əlimizdəki kitabda istifadə olunan “Din” və ya-xud “Dinlər” sözü düzgünlüyündən və səhvliyindən asılı olmayaraq bütün etiqadlar barəsində istifadə edilir. Yəni barəsində danışaca-ğımız dinlərin haqq ya batil olması nəzərdə tutulmur.
Din Sosiologiyada
Əgər dinin tibb ilə müqayisə etsək belə bir nəticəyə çatarıq ki, din ictimai məsələ, tibb isə fərdi məsələdir. Amma fərd ilə cəmiyyət arasında möhkəm bağlılıqların mövcud olmasını nəzərə alsaq hər fər-di mövzunu ictimai mövzu ilə və hər bir ictimai mövzunu fərdi möv-
zu ilə əlaqələndirə bilərik. Sosioloqlar dini ictimai qurum kimi tanıyır və bu səbəbdən də, onun barəsində söz açır. Amma, tibb belə deyil və sosioloqların tibb elmi ilə heç bir əlaqəsi yoxdur.
Sosioloqların din bəhsinə müraciət etmələri elmi əsaslara söykə-nən bir addımdır. Qədim zamanlarda elmin müxtəlif sahələrini föv-qəltəbii məsələlərlə əlaqələndirirdilər. Orta əsrlərin sonlarından qərb ölkələrində fövqəltəbii məsələlər elmi araşdırma işlərindən uzaqlaş-dırıldı və bu metod dünyanın müxtəlif ölkələrində həyata keçirilməyə başladı.
Elə buna görə də, sosioloqların din barədə söhbətlərində onun səmavi cəhətlərinə müraciət edilməməsi, insanın öz məişət ehtiyacla-rını ödəmək üçün onun insanın zehni tərəfindən yaradılması və cadu-gərliyin inkişaf etmiş forması kimi qəbul etmələri təəccübləndirici hal deyildir. Çünki, elmi baxışlar bütün məsələlərə səmavi və ruhanı baxışları nəzərə almadan açıqlamaq və aydınlıq gətirməyə çalışır.
Sosioloqların nəzərincə din ilkin mərhələlərində ibtidai cadugər-liyə çox bənzəyir. Belə ki, həm cadugər, həm də dindar müxtəlif yol-lardan istifadə etməklə varlığın müxtəlif sahələrində özlərinə qarşı mehribanlıq yaratmaq və öz asayişlərini təmin etmək istəyirlər.
4. Dinin mərhələləri
Din digər fenomenlər kimi təkamül yolunda inkişaf etməkdədir və alimlər müxtəlif dinlərin davamçıları kimi bu nəzərlə razıdırlar. Yalnız bir sahədə onların nəzərləri arasında fərq gözə çarpır və o da bundan ibarətdir ki, dindarlar dini insanı təkamülə doğru inkişaf etdi-rən fenomen kimi qəbul edirlər. Amma, alimlərin nəzərincə din cadu-gərlikdən, təbiətə pərəstişdən və müşriklikdən tövhid və tək Allahlı-lıq mərhələsinə çatmışdır. Hal-hazırda da, dünyanın bir çox bölgələ-rində ilk yaranmış dinlərin ilkin formaları qalmaqdadır və tədqiqatçı-lar dinin meydana çıxması və təkamülü barəsində araşdırma qeyd
olunmş məsələləri diqqət mərkəzində saxlayırlar. Dinlər sahəsində çalışan və tədqiqat aparan alimlərin apardığı tədqiqatlar və əldə etdik-ləri nəticələr bütün din alimləri tərəfindən qəbul edilmir.
5. Dinlər barəsindəki elmin faydası
Hər bir mövzu barəsində tədqiqat və araşdırmaların aparılmasın-da ilkin məqsəd insanların belə məsələlərə maraqlı olmasından irəli gəlir. Elə bu səbəbdən də, alimlər müxtəlif fenomenlər barəsində araşdırma və tədqiqat apardıqda maddi cəhətləri və ümumiyyətlə bü-tün maddi mənfəətləri nəzərə almırlar. Yalnız tədqiqatların nəticə verməsindən sonra məsələnin maddi tərəfləri göz qabağına gəlir. Dövlətlərin isə belə məsələləri, yəni bütün tədqiqat və araşdırmaları dəstəkləməkdə yeganə məqsədləri maddi nəticə və gəlir əldə etmək-dir. Qeyd etmək lazımdır ki, alimlər böyük sevgi və həyəcanla təd-qiqat və araşdırma işlərinə başlamalarına baxmayaraq özləri də araş-dırmalarının nəticə verəcəyindən xəbərsizdirlər.
Dinlər elmi barəsində tədqiqat aparan şəxslərdən bəzilərinin istə-yi humanitar elmlərin digər fakultələrinin də bu elmi kəşflərdən isti-fadə etməsidir. Çünki, humanitar elmlər bölümündə mövcud olan fa-kultə və ixtisaslar arasında bağlılıq mövcuddur və bu bağlılıq oxşar ixtisaslarda daha güclü şəkildə nəzərə çarpır. Din insandan heç bir zaman ayrı olmayan fenomen kimi tədqiqatçılar üçün olduqca əhə-miyyət kəsb edən məsələlərdən biridir. Bununla da, dinin bəşəriyyə-tin formalaşmasında, elm və incəsənətin çiçəklənməsində göstərdiyi ecazkar təsiri meydana çıxır.
Dinlər elmi barəsində tədqiqat və araşdırma aparmanın digər bir faydası da müxtəlif insanlar və cəmiyyətlər arasında əlaqələrin qurul-masında böyük təsirə malik olmasıdır. Elə bu səbəbdən də, böyük dövlətlər kiçik dövlətlər üzərindəki hakimiyyətlərini saxlamaq və daha da gücləndirmək üçün şərqşünaslara müraciət edir, onların
müxtəlif xalqların milli ruhları və inancları barəsindəki dəyərli bilik-lərindən istifadə edirlər.
Dinlər elmi barəsində aparılan araşdırmaların dindarlar üçün də faydası çoxdur və bu onların dini inanclarını daha da dərinləşdirir. Onlar öz bəhslərində rəqib dinlərin müəmmalı baxışlarının səbəbini axtarırlar və öz dinlərinin düzgünlüyünü onlara sübut etməyə çalışırlar. Eləcə də, bu elm sayəsində xalqların dini inam və etiqadlarının düzgün başa düşülməsi mümkünləşir. Yalnız bundan sonra onlara düzgün yolu nümayiş etdirmək, həmin dinlərin çatışmayan cəhətlərini anlamaq mümkündür.
6. Dinlərin qruplara bölünməsi
Dinləri müxtəlif cəhətlərinə görə qruplaşdırmaq olar:
İbtidai dinlər (İbtidai insanlar arasında mövcud olan dinlər kimi), Qədim dinlər (Yaxın şərqdə mövcud olmuş və hal-hazırda mövcud olmayan dinlər kimi), İnkişaf etmiş dinlər (hal-hazırda möv-cud olan böyük dinlər)
Sadə dinlər (Animizm, Totemizm və Fetişizm kimi), Fəlsəfi dinlər (Hiduizm, Buddizm və Konfusizm kimi), İlahi və Ruhani din-lər (Zərdüştlük, Yəhudilik, Xristyanlıq və İslam kimi)
Qeyri-Tövhidi dinlər (Hinduizm, Buddizm və Sintoizm), Tövhidi dinlər (Yəhudilik, Xristyanlıq və İslam)
Sam qövmünə və Həzrət İbrahimə (ə) bağlanan dinlər (Yəhu-dilik, Xristyanlıq və İslam), Aryayi dinlər (Qədim İran, Hindistan, Roma və Yunanıstan dinləri), Uzaq şərq dinləri (Konfusizm, tatuizm və Sintoizm kimi)
Şərq dinləri (Hinduizm, Buddizm və Sintoizm kimi), Qərb dinləri (Yəhudilik, Xristyanlıq və İslam kimi)
29
Dinlərin qeyd etdiyimiz qrup və dəstələrə bölünmələrindən əlavə müxtəlif fərqli bölgüləri də mövcuddur və onların hamısı dinşünaslıq mənbələrində qeyd olunmuşdur.
7. Dinlərin dərəcələrə bölünməsi
Dinlər arasındakı fərqləri müxtləf aspektlərdən araşdırmaq mümkündür və əldə etdiyimiz dəlillər bir dinin imtiyaz qazanması ilə nəticələnə bilər.
Bəzi dinlərə inanan insanların sayı olduqca çoxdur və bu hə-min dinlər üçün böyük imtiyazdır. Bütün dinlərin dinin davamçıları-nın dəqiq sayları barəsində əsaslı statistik məlumatlar əldə etmək mümkün deyil. Çünki, (birincisi) hər bir dində həmin dinə bağlı olan iki növ dəstə mövcuddur. Bəziləri yalnız ad cəhətdən həmin dinə bağlıdır və onların üzərindəki yalnız həmin dinin adıdır. Bəziləri isə, rəsmi olaraq həmin dinin davamçılarındandır. Statıstık məlumatların bu iki dəstədən hansına istinadən verilməsi hələ məlum deyildir və müəyyən edilməmişdir. Yəni müəllifin vurğuladığı kimi sözdə inananların sayı əsas götürülür. (İkinci) Hal-hazırda din barəsində statistik məlumat toplayan şəxslərin əksər sualları əqidələr barəsində təftiş kimi dəyərləndirildiyi üçün bir çox insanlar həmin suallara cavab verməkdən boyun qaçırırlar. (Üçüncü) Bütün dinlər və yaxud onların bəzisi dünyanın bəzi yerlərində qadağan olunub və statistik məlumat toplanılanda həmin dinlər barəsində sual vermək olmur.
Dinlərin bəzisi dəvət və təbliğat işləri aparmaqdadır
Bəzi dinlər mədəni, tarixi, siyasi, ictimai, elmi, iqtisadi və hərbi cəhətlərdən daha inkişaf etmiş ölkələrə aiddir. İslam və xrist-yanlıq dinləri digər dinlərdən daha çox geniş əhatə dairəsinə malik-dir. İslam dini coğrafi mövqeyinə və İslam ölkələrinin enerji ehtiyat-larına görə və xristyanlıq inkişaf etmiş qərb ölkələrinin rəsmi dini olmasına görə başqa dinlərdən daha çox tanınmışdır və geniş ərazini
əhatə etmişdir. Qeyd etmək lazımdır ki, dinin tanınmış olması onun düzgün olması anlamını daşımır və qərblilər inkişaflarının əksər his-səsini xristianlıqdan uzaqlaşdıqdan sonra əldə etmişlər.
8. Yerli və yerli olmayan dinlər
Dünyada mövcud olan dinlərin bəziləri yerli və bəziləri isə yerli deyillər. Hiduizm, Caynizm, Sikhizm Hindistan xalqının yerli dinləri-dir. Amma Hindistanda yaranmış, sonralar Çinə, Yaponiyaya və cə-nubi şərqi Asiyaya qədər yayılmış Buddizm isə bu ölkə xalqı üçün yerli din sayılmır. Zərdüştlük dini İranlılar üçün yerli dindir. (Zər-düştlüyün bir hissəsi zərdüştlərlə birlikdə Hindistana aparılmışdır). Yəhudilik dini İsrail övladları vasitəsilə dünyada yerini davamlı ola-raq dəyişmişdir və hal-hazırda da onun bir hissəsi işğal edilmiş Fələs-tin torpaqlarındadır. Xristianlıq heç bir xalq üçün yerli din kimi qəbul edilmir və yalnız yarandığı ilk illərdə bir neçə xalqa aid olmuşdur. İs-lam dini Ərəbistan xalqı üçün yerli dindir, amma İran, İraq, Şam, Mi-sir, Liviya, Tunis, Əlcəzair, Mərakeş, Mavritaniya, Sudan, Efiyopiya, Somali, Orta Asiya, Türkiyə, Azərbaycan, Əfqanıstan, Pakistan, Hin-distan, Banqladeş, Malaziya, İndoneziya və onlarla digər ölkələr üçün isə yerli din deyildir.
9. Dindarlığın hal-hazırki vəziyyəti
Bir neçə on illik bundan öncə mütəfəkkirlərin böyük əksəriyyəti dinlərin məhv olacağı yuxusunu görürdülər, amma bu yuxu həqiqətə çevrilmədi və dünya xalqlarının əksəriyyətinin mənəviyyatlarına qa-yıtması kimi proqnoz verilməmiş bir hərəkat dünyanı heyrətləndirdi. Bu dinə qayıtma dalğası dünyanın şərq və qərb regionlarında fərqli şəkildə zahir oldu. Bir çox regionlarda, xüsusən qərb ölkələrində mə-
nəviyyata və irfana qayıdış olduğu halda şərq regionlarında yerli din-lərin və təəssübkeşliklərin güclənməsi meydana çıxdı. Dinin və xal-qın milli mentalitetini qorumaq üçün təəssübkeşlik faktorunun böyük rol oynamasına baxmayaraq, qeyd etmək lazımdır ki, bizim yaşadı-ğımız zaman qarşılıqlı əlaqələr əsridir və inteqrasiya hamımızın hə-yatında başlıca rol oynayır.
Elə bu səbəbdən də, dünyanın bütün nöqtələrində dinin yayıl-ması və genişləndirilməsi məsələləri gözə çarpır, müxtəlif dinlər sülh və əminamanlıq iddialarını irəli sürməklə digər dinləri geridə qoy-mağa çalışırlar. Dinlər və məzhəblər barəsində aparılan tədqiqat və araşdırma işləri geniş vüsət almış, insanların bir əksəriyyəti də dinlər arasında mövcud olan bağlılıqları və oxşar cəhətləri axtarmağa başlamışlar.
10. Hər şey və heçnə
“Bizim dinimizdə olan hər bir şey başqa dinlərdə də vardır və digər dinlərdə bizim dinimizdə olan şeylərdən əlavə bir şey yoxdur!” Bu paradoksal tərifin mənası budur ki, bütün dinlərin irəli sürdükləri məsələlər eynidir və onların aralarında olan ixtilaflar və fikir ayrılıq-ları olduqca cüzidir.
Mənbə
İlliyada, Mirça, “Əfsanə, yuxu və sirr”, tərcüməçi: Röya Münəccim Tehran 2006
İlliyada, Mirça, “Dinlər tarixi barəsindəki tezis”, Tərcüməçi: Cəlal Səttari, Tehran 2003
İlliyada, Mirça, “Din və mədəniyyət”, tərcüməçilər heyəti, Tehran 2005
Hikmət, Əli Əsğər, Dinlər tarixi, Tehran 1966
Zərrinkub, Əbdülhüseyn, “Vixdan barəsində”, Tehran 1978
Krişnan, Rada, “Şərq dinləri və qərb təfəkkürü”, Tərcüməçi: Şəfəq Rzazadə, Tehran 1965
Krişnan, Rada, “Şərqdə və qərbdə məzhəb anlayışı, Tərcüməçi: Fridun Qorqani, Tehran 1965
Qir, Cozef, “Dinlərin fəlsəfəsi”, Tərcüməçi: Muhəmməd Hicazi, Teh-ran 1958
Qir, Cozef, “Böyük dinlərin tarixi”, Tərcüməçi: İrəc Pezeşkniya, Teh-ran 1971
Mustəfəvi, Əli Əsğər, “Qurbanlıq əfsanəsi”, Tehran 1990
Nas, Con. B, “Dinlərin ümumi tarixi”, Tərcüməçi: Əli Əsğər Hikmət, Tehran 1991
Sharma, Arvind (ed), “Our Religions”, New York: 1993
İbtidai dinlər
İbtidai insanların dini
Humanitar elmlər sahəsində araşdırma işləri aparan tədqiqatçı-ların nəzərincə din barəsində mövcud olan ilk nümunələr təbiətə sita-yiş əqidəsinə qayıdır. Dünyanın ən ucqar yerlərində və ən uzaq böl-gələrində ibtidai formada yaşayan insanlar arasında bu əqidəyə olan bağlılıqlar hələ də mövcuddur. Təbiətə sitayiş əqidəsində təbətin gü-cünü ram etməkdən ötrü ilk olaraq həmin qüvvəyə ibadət etmək və onlardan ehsan etmələrini istəmək lazımdır. Hal-hazırda mövcud olan və ibtidai formada yaşayan insanlar arasında müxtəlif dini mərasim-lər mövcuddur. Belə mərasimlərdə qəribə geyimlər geyilir, üzlərə maskalar taxılır və ritmik hərəkətlər nümayiş etdirilməyə başlanılır. Eləcə də, həmin mərasimlərdə təbiət qüvvələrindən kömək istənilir. Buludlardan yağış yağması, çaylardan tüğyan etmədən və tufan qo-parmadan onların susuzluqlarını yatırtması, torpaqdan yaşıllıq yarat-ması, tarla və ağaclardan daha yaxşı və daha çox məhsul vermələri və sair şeylər istənilir.1
Son zamanlar insanlardan və sivilizasiyadan uzaq olan bəzi adaların yerli xalqları mal daşıyan bəzi iri həcimli böyük yük gəmilərini və onlardan suya düşən bəzi məhsulları gördükdə digər qövmlərin əcdadlarının onlar üçün göndərdiyi nemətlər kimi qəbul edirlər. Bu səhnəni görən insanlar bir gün onlar üçün də belə nemətlərin
1-1. Tanrı və Tanrılar
Tarix Tanrıya şərik qoşmağın çox qədim zamanlara qayıtdığını və bəşəriyyətin daim Tanrıya şərik qoşmaq çirkabına bulandığını göstərir. Hal-hazırda da təxminən dünya əhalisinin yarısı Hiduizm, Caynizm, Buddizm, Sintoizm və qeyri dinlərdə bütlərə sitayiş edilir.1 Sosioloqlar Tanrıya şərik qoşan dinlərin tarixinin təkallahlıq dinlərin-dən daha keçmişə qayıtdığını bildirirlər, amma təkallahlığa sitayiş edən müxtəlif dinlərin davamçıları bu fərziyyələrlə tam zidd mövqedən çıxış edirlər və Tanrıya şərik qoşmaq idelogiyasının, bu ideologiyadan yara-nan dinlərin təkallahlıq dinlərindən mənşə aldıqlarını bildirirlər.
Bəzi dinlərin nəzərindən Tanrılar tarixin müxtəlif dönəmlərində özlərini insanlara göstərmişlər və bütlər də onların bir nümunəsidir. Belə dinlərin davamçıları İlahi elçilərə, yəni Peyğəmbərlərə inanmırlar.
1-2. Əcdadlara sitayiş
Ölümdən qorxu ibtidai icma quruluşunda yaşayan insanların müxtəlif xürafati düşüncələr yaratması ilə nəticələndi. Elə bu səbəbdən də, həmin xalqlar ölülərlə dirilər arasındakı əlaqələr sahəsində xüsusi əqidəyə malik idilər. Qədim zamanlarda yaşayan xalqların böyük əksəriyyəti əcdadlarının geri qayıtmalarında qorxurdular və elə buna görə də, ölüləri kəndirlə bağlayırdılar və qəbirləri möhkəmləşdirirdilər ki, bu yolla onların geri qayıtmalarına əngəl törədə bilsinlər. Ölülərdən olan qorxu sonralar ölülərə qarşı hörmət və ehtirama çevrildi və sonda əcdadlara sitayiş ideologiyasının yaranması ilə başa çatdı. Bu növ sitayiş forması tarix boyu dünyanın bir çox yerlərində mövcud olmuşdur və hal-hazırda da Yaponiyada bunun nümunələrinə rast
göndəriləcəyi ümidi və məsələni daha da tezləşdirmək məqsədilə “yük mərasimlər” (cargo Cults) adlı dini mə rasimlər keçirirlə r. Onları n bəziləri bu nemətləri əldə etmək məqsədilə hətta anbarlar belə hazırlamış və bəzi vaxtlar da öz mal-qaralarını bu yolda qurban vermişlər.
Qeyd etmək lzaımdır ki, “Büt” sözü fars dilinə Ərəb dilində mövcud olan “Bud” sözündən gəlmişdir və həmin “Bud” sözü “Budda” sözündən götürülmüşdür. Bir məsələni də diqqətinizə çatdırmalıyıq ki, ərəb dilində Buddaya “Buzza” deyilir.
gəlmək mümkündür. Onların nəzərincə bütlər əcdadlarının hey-kəllərində yerləşmişlər.
1-3. Cadu
İbtidai dinlərdə mövcud olan cadu anlamı ilə bizim təsəvvür etdiyimiz cadu anlamı arasında fərq çoxdur. Həmin dinlərdə cadu təbii qüvvələrdən kömək və yardım üçün həyata keçirilən xüsusi mə-rasim mənasını daşıyırdı. Belə mərasimlərin həyata keçirilməsində cadugərlər fəaliyyət göstərir və mərasimin keçirilməsini öz üzərinə götürürdülər. İbtidai icmalarda elm və savad məsələsinin məna kəsb etməməsi üçün bu şəxslərin də digərlərindən heç bir fərqi yox idi və yalnız bu şəxslərdə olan qeyri-adi qüvvəyə hamının inanması onları digər insanlardan fərqləndirirdi.
Cadugərlər xəstələri müalicə etmək üçün də öz qüvvələrindən is-tifadə edirdilər. Belə cadugərləri çox vaxt şaman adlandırırdılar. Cadugərlər özlərini çətin və dözülməz şəraitlərdə saxlamaqla özlərinə əzab verirdilər, çox vaxt bədənlərində xüsusi nişanələr əmələ gətirirdilər və bəzən də, özlərini axtalayırdılar.
1-4. Qurban kəsmək.
Dünyanın hər bir yerində yaşayan xalqlar arasında Tanrı və yaxdu Tanrıların qəzəbini söndürmək üçün “Qurban etmək” mərasi-mi mövcuddur. Həmin qurbanlar meyvə, tərəvəz və məhsul hədiyyə etməkdən, heyvanların, uşaqların və böyüklərin başlarının kəsilmə-sindən, uşaqların oda atılmasından və bunlara bənzər digər işlərdən ibarətdir. Onlar çox vaxtlar öz ölkələrinin əhalisinin azalmamasına görə digər ölkələrə hücum edirdilər. Bəzi xalqlar arasında bütlərə hörmət əlaməti olaraq öz namus və iffətini qurban vermək (Hieroduo-leia) kimi mərasimlər də mövcud idi. Hətta hal-hazırda da Hindistan qadınları Vişnu məbədində saçlarını tam kəsdirməklə öz gözəlliklə-rini həmin bütə qurban verirlər.
Torpağa şərab tökmək (Libation) həmişə şərab içənlərin adətlə-rindən biri olmuşdur və Tövratdada (Xuruc 29:41 və....) bu məsələyə işarə edilmişdir.
Sonralar insanların qurban edilməsi adəti aradan götürüldü və yalnız heyvanların qurban kimi kəsilməsi adəti qaldı. Amma, yaxın zamanlara qədər bəzi yerlərdə insanların qurban edilməsi adəti hələ də qalmışdı. Artıq heç bir ölkənin qanunları belə vəhşiliklərin həyata keçirilməsinə icazə vermir. Bəzən kütləvi informasiya vasitələrində Hindistanın bəzi kəndlərində və digər yerlərdə bir bütpərəstin polisin gözündən yayınaraq öz övladını büt üçün qurban kəsməsi, yaxud kəs-mək istərkən başqalarının bu işə əngəl törətməsi xəbərləri gözə çar-pır. Qeyd etmək lazımdır ki, hal-hazırda belə cinayət törədən şəxslər ağır cəzalandırılırlar.
Ola bilsin İbrahim Xəlilullah (ə) Allah tərəfindən övladını qur-ban etmək üçün sınaq xarakteri daşıyan bu əmri insanların öz Tanrı-larına olan eşq və məhəbbətlərini nümayiş etdirmək üçün olmuşdur.
Dinlər haqqında elmi nöqteyi nəzərindən övladların qurban ve-rilməsini iki şey əvəz etmişdir: Birincisi uşaqların sünnət edilməsi və ikincisi isə heyvanların qurban kəsilməsi. Başlanğıcı İbrahimdən (ə) başlayan dinlərdə olan bu iki adət birbaşa olaraq Həzrət İbrahimə (ə) aid edilir.
1-5. Totemlər
İbtidai dinlərdə hər bir qəbilənin Totemi həmin qəbiləni qoruyan nişan və yaxud əlamət mənasını daşıyırdı. Bu əlamət heyvan, bitgi və daş növü də ola bilər. Bir çox xalqların arasında böyük hörmət və eh-tirama layiq heyvan növləri mövcuddur və bir çox hallarda həmin hey-vanların təsvirləri ölkələrin bayraqları üzərində öz əksini tapmışdır.
Müxtəlif xalqların tarixinə müraciət etdikcə Afrikada şirə, Hin-distanda pələngə, Şimali Amerikada qartal, ayı və itə, Yunanıstanda və Misirdə öküzə, Hindistan, Afrika və Skandinaviya yarımadasında yerləşən ölkələrdə inəyə, Hindistanın cənub bölgələrində camışa, Avstraliyada kenquruya sitayiş edildiyini müşahidə edə bilərik və hə-
min heyvanların adları çəkilən xalqların Totemi olmasını anlaya bilə-rik. Hələ də bir çox xalqlar göyərçini və ilanı müqəddəs sanırlar. Qeyd etmək lazımdır ki, “Totem” sözü Amerikanın yerli əhalisi olan qırmızıdərililərin dilindən götürülmüşdür.
Dostları ilə paylaş: |