14. Radikal və Plüral dinlər
Dinlərin radikallığı və plürallığı arasında olan fərqlər də müx-təlifdir. Məsələn, Əhli-sünnətin İmamlarından olan İmam Əzəm fiqhi məsələlərdə Plüral və İmam Şafei Radikal idi. Şiyə alimləri arasında da belə radikallıq və plürallıq mövcuddur. Bəzi dinlərin davamçıları dinlərinin radikal və bəziləri dinlərinin plüral olması ilə fəxr edirlər.
İslam dini radikal din deyildir və İslam şəriəti plürallığa daha çox meyillidir. Müsəlmanlar İlahi təlimləri əllərində rəhbər tutaraq Allahdan onları unutqanlıqlarına, etdikləri səhvlərə görə bağışlanıl-maqlarını və cəzalanmamalarını, onlardan öncəkilərin çiynlərinə qoy-duğu ağır yükü onların çiynlərinə qoymamalarını istəyirlər. (Bəqərə surəsi, 286) Həzrət Muhəmməddən (s) nəql olunmuş hədisə istinadən
Həzrətin ümmətindən olan şəxslər üçün 9 şey günaha yazılmaya-caqdır: Xəta, unutqanlıq, bilmədiyi işlər, dözə bilmədiyi şeylər, çarə-sizlikdən və ehtiyacdan yaranan məsələlər, məcbur olunmuş işlər,
bədgümanlıq, yaranışın necəliyi barəsindəki düşüncələrin vəsvəsəsi-nə düşmək, dildə və əldə görsənməyən qibtəyə görə.2
Biharul Ənvar, cild 53, səhifə 13
Üsuli Kafi, cild 2, səhifə 463
Bəli, bu azadlıq İslam ümmətinə aiddir. Amma başqa dinlərdə məsələlər belə asanlıqla həll olunmur. Yəhudilik olduqca radikal və çətindir. Xristyanlıqda günahı qərara almaq belə günahdır və təqiyyə (Canının xətərə düşəcəyi təqdirdə dinini və məzhəbini gizlətmək) haramdır. Hind və Çin dinlərində insanlar özlərinə dözülməz işkən-cələr verirlər. Belə işkəncələrdən ən asanı insanın daxili təmizliyi üçün inəyin sidiyini içməsi və peyinini yeməsidir.
İslam dinində günahların əksəriyyəti üçün dünyada heç bir cəza nəzərdə tutulmamışdır. Az bir günahlar üçün nəzərdə tutulmuş cəza-ları həyata keçirmək üçün isə bütün şərtlər qorunub saxlanılmalıdır və günah sahəsində yaranmış hər hansı bir şübhə cəzanın ləğv olun-ması ilə nəticələnir.
İslamda məsələlərə daha asan yanaşmanın olmasından əlavə Al-lah insanlar üçün daha asanını istəyir və insanları çətinliklərə salmaq istəmir (Bəqərə surəsi, 185). Dində insanlar üçün onları taqətdən sa-lacaq heç nə yoxdur (Həcc surəsi, 78). İslam dini praktik və əməli cə-hətdən də olduqca asandır. Məsələn, İslamda və Qurani-Kərimdə mü-qəddəs üçlüyün və Həzrət İsanın (ə) ilahilyi qəbul olunmasa da (Mai-də surəsi, ayə 17, 72, 73) xristyanları öz pənahında saxlayır və on-ların ictimai hüquqlarını qoruyur.
İslam cəmiyyətində hakim olan məsələlərə asan yanaşma düşün-cə tərzinə görə münafiq və müsəlman ata və anadan dünyaya gəlmiş uşaq da İslam cəmiyyətinin bir üzvü kimi qəbul olunur. Ona müsəl-man adı vermək olar və onun başqa bir müsəlmanla ailə qurması mümkündür, kəsdiyi heyvan halaldır və dünyasını dəyişdikdə onu müsəlman kimi dəfn etmək lazımdır. Yəni, ona meyid qüslü vermək, kəfənləmək, meyid namazı qılmaq və müsəlman adət-ənənəsinə uy-ğun olaraq dəfn etmək vacibdir.
15. Yaxşılıq
Dinlər yaxşılığa və yaxşı əməllər sahibi olmağa dəvət edir. Bey-nəlxalq səviyyədə fəaliyyət göstərən bəzi qurumlar və təşkilatlar, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsi elə bu məqsədlə yaradıl-mışdır. 1 Xristyanlar bəzən humanist xidmətlərə işarə məqsədilə “Yaxşı Sameri” (Good Samaritan) terminindən istifadə edirlər. Həz-rət İsadan (ə) nəql olunmuş rəvayətə əsasən Yaxşı Sameri (təhqir olunmuş Samerilər firqəsinin bir üzvü) yolkəsənlərin səhrada yarala-dığı bir insana yardım edərək onu ölümün pəncəsindən xilas edir. (Luka 10:25-37)
16. Qidalanma
Qidalanma dinlərdə mövcud olan ən mühim məsələlərdən biri-dir. İnsanın qidalanmasına böyük yer tutan ət barəsində 3 müxtəlif nəzəriyyə mövcuddur.
Bütün ətlərin haram olması: Çünki, ətin əldə olunması üçün heyvanlara zülm edilir. Bu Caynizm davamçılarının hamısının, Hin-duizm davamçılarının böyük əksəriyyətinin və Büddizm davamçıları-nın bir çoxunun nəzəridir.
Bütün ətlərin halal olması: Bu xristyanların nəzəridir. Xris-tyanların nəzərincə insanın ruhi baxımından səadətə və xoşbəxtliyə qovuşması yolunda ət heç bir rol oynamır.
Dinlərin özünəməxsus nişanələri də vardır: İslamın nişanəsi Aypara və xristyanlı-ğın nişanəsi xaçdır. Qeyd etmək lazımdır ki bu nişanələrin arasında böyük fərq var-dır. Belə ki islam fiqhində aypara nişanəsi qeyd olunmamışdır, halbuki, xaç xristyan-ların dini mərasimlərində və digər yerlərdə istifadə olunur. Yəhudilər Davudun qal-xanının nişanəsini yəhudiliyin və xüsusən də sionistliyin işarəsi kimi qəbul etmişlər. Bu nişanə müəyyən şəkildə üst-üstə qoyulmuş iki üçbücağın birləşməsində əmələ gələn altı bucaqlı fiqurdur.
Bəzi ətləri halal və bəzilərinin haram olması: Bu nəzər mü-səlmanların, yəhudilərin, zərdüştlərin, saiibləri və bəzi başqa dinlərin davamçılarının nəzərləridir. Belə yanaşmaya malik olan insanlar ət-ləri yeyilməli olan heyvanlar barəsində kəskin fikir ayrılıqlarına ma-likdirlər və bu fikir ayrılıqların hər hansı bir dində mövcud olan fir-qələr arasında da mövcuddur.
Yəhudilikdə ətin süd məhsulları ilə yeyilməsi də haram bilinir. Elə bu səbəbdən də, İsraildə mövcud olan bəzi dəstələr müştərilərə haram və yaxud süd məhsulları ilə ətin verilməsinə nəzarət etmək üçün restoranlarda xüsusi reydlər keçirirlər. Yəhudilər üçün çörək və bəzi yeməkləri yeyərkən şəriət qanunlarına uyğun olaraq əllərini yu-maq vacib bilinir. Bu yəhudilərin dəstəmazıdır ki bəzi başqa əməllər zamanı da alınması vacib bilinir. Yeməkdən sonra da barmaqlarının yarısını yumaq vacib bilinir. İncillərdə Yəhudilərin Həzrət İsa Məsihə (ə) etiraz edərək Həvarilərin yemək yeyərkən əllərini şəriət qanun-larına uyğun olaraq yumalarına etiraz etmələri qeyd olunmuşdur. Həzrət İsa Məsih (ə) belə adətlərin insanların özü tərəfindən yaradıl-masını vurğulayaraq buyurur:
“Qulaq asın və bilin! İnsanın ağzına gedənlər yox onun ağzın-dan çıxanlar onu nəcis edir.... İnsanın ağzına daxil olanlar onun qar-nına gedir və sonra çölə çıxarılır, amma ağzından çıxanlar isə onun ürəyindən əmələ gəlir və belə şeylər insanı nəcis edir. Çünki insanla-rın ürəyindən gələn pis fikirlər, qətllər, zinalar, pozğunluqlar, oğur-luqlar, yalançı şahidlik və küfrlər insanı nəcis edir və yuyulmamış əl-lərlə yemək insanı nəcis etmir. (Matta 15:10-20)”
Halal yemək bəzi digər məsələlərə görə haram ola bilər. Məsə-lən ölü heyvanın əti müxtəlif dinlərdə haram bilinir.
Hər hansı bir yeməyin müəyyən vaxtda haram olması mümkün-lüyü də vardır. Məsələn İslam dinində Məhərrəm ayında zəfəranla hazırlanmış yeməklər haram bilinir. Eləcə də, katoliklər cümə günlə-rində qırmızı ət yemirlər. Çünki, İncillərdə qeyd olunmuş rəvayətlərə əsasən Həzrət İsa Məsih (ə) cümə günündə çarmıxa çəkilmişdir.
17. Şərabın içilməsi
Şərab müasir dinlərin əksəriyyətində, o cümlədən yəhudilkdə və xristyanlıqda halal qəbul edilmişdir. Amma, şərabı həddən ziyadə içəndən sonra əmələ gələn sərxoşluq xoşagəlməz və haram bilinmiş-dir. Bundan əlavə, müxtəlif dinlərin dini mərasimlərində şərabdan is-tifadə olunur. Amma bəzi dinlər, o cümlədən Sikhizm, bəzi xristyan firqələri və başqa dinlər şərabın haram bilinməsini qəbul edirlər və bəzi xristyanlar isə “Rəbbin sonuncu şam yeməyi” dini mərasimində şərabın əvəzinə sudan, yaxud üzüm şirəsindən istifadə edirlər. İslam dinində şərabın tam şəkildə haram buyurulması hamıya məlumdur və bu dində çox istifadə olunduqda sərxoşluq verə biləcək hər bir şeyin az bir hissəsi də birmənalı olaraq haram bilinir.
Şərab və spirtli içkilər bəşəriyyəti çənginə almış ən böyük bəla-lardan biridir.
18. Geyim
“Kişinin” yaxud “qadının”1, “məbəddə” yaxud “ibadət zamanı” “başını” yaxud “bədənini” “örtməsi” və yaxud “örtməməsi” müxtəlif dinlərin dini əhkamlarında gözə çarpır. Bəzən kişilər Allah qarşısında təvazökarlıq göstərmək və qadınlar həyat yoldaşlarının yanında pak-lıqlarını və təvazökarlıqlarını nümayiş etdirmək məqsədilə öz saçları-nı gizlədirlər.2
Burada istər pozğun qadınların və istər başqalarının, istər ailə qurmazdan öncə, is-tərsə də sonra, istər həyat yoldaşından, istərsə də başqalarından.
Saçın, saqqalın, bığın, qaşın və bədəninin qırxılmasının vacib, yaxud haram buyu-rulması barəsində hər bir dində özünəməxsus əhkamlar vardır. Eləcə də, qadınların və kişilərin saçlarını kəsməsi, rəngləməsi və daraması, dırnaqların kəsilməsi barəsin-də də bəzi dinlərdə xüsusi dini hökümlər mövcuddur.
Yəhudilikdə ailə qurmuş qadınlar üçün hicab vacib atributlardan sayılırdı və hal-hazırda da bəzi radikal yəhudi xanımları ailə qurduq-dan sonra müxtəlif baş örtükləri, şlyapalarla və pariklərlə saçların ər-lərindən başqa hamıdan gizlədirlər. Bəziləri isə elə bu məqsədlə saç-larını ümumiyyətlə tam dibdən kəsdirirlər.1
Xristyan qadınlar da bir neçə on il bundan öncəyədək saçlarını gizlədirdilər. Həzrət Məryəmin (ə) və digər müqəddəs xanımların bü-tün portretləri və heykəlləri hicablı şəkildə hazırlanırdı.
Xristyan rahibələr də saçlarını gizlədirdilər və onların baş örtük-lərinin rəngi (rahiblərin papaqları kimi) onların rahiblik qurluşunun təzahürü kimi hesab olunurdu.2 Hindu və zərdüşt xanımlar da hicab-dan istifadə edirdilər.
Yəhudilikdə yun və kətanın qarışığından hazırlanmış paltarların geyilməsi haramdır (Təsniyə, 22:11). Radikal yəhudilər həmişə və başqa yəhudilər bəzi dini mərasimlər zamanı başların “Yarmulka” adlanan balaca araxçın qoyurlar.
Sikhlər başlarına nisbətən böyük əmmamə qoymağı vacib bilir-lər və bu məsələ bəzi hallarda xüsusi problemlər yaradır. Məsələn motosklet sürmək üçün təhlükəsizlik dəbilqəsinin qoyulması vacib bilinən ölkələrdə onlar bu qanunu qəbul etmirlər. Eləcə də, müsəl-
Yəhudilik tarixinin ən əhəmiyyətli hadisələrindən biri 2004-cü ilin bahar fəslində meydana çıxdı. Belə ki, dünyada mövcud olan pariklərin əsasən Hindistandakı Vişnu məbədində gözəlliklərini qurban verərək saçlarını kəsən hindli qadınların saçlarından düzəldilməsi şayiəsi yayıldı. Həmin məbədin xidmətçiləri də öz növbələrində kəsil-miş saçları xüsusi qablara toplayaraq parik istehsal edən fabriklərə satırlar. Belə bir məsələnin təsdiq tapması yəhudi qadınlarının parikdən istifadə ehtimalını sıfıra endi-rirdi. Çünki, yəhudiliyin ikinci hökmü bütpərəstliyin qadağan olunmasıdır və bu dini hökm qeyd etdiyimiz məsələyə də aid olunur. Yəhudi ruhanilərindən biri məsələnin dügün olub-olmamasını yoxlamaq üçün Hindistana göndərilir. Hadisənin düzgünlü-yü doğrudan da təsdiqləndi və bundan sonra istər dünyadakı yəhudilər arasında, is-tərsə də İsrailin daxilində böyük problemlər meydana çıxdı. Qəzəbli yəhudilər say-sız-hesabsız pariki oda atdılar və bu hadisədən sonra parik istehsalı ilə məşğul olan fabriklərə külli-miqdarda zərər dəydi.
Yaxın vaxtlaradək Papanın yanına gedən hər bir xanımın başında qara rəngli örtük olmalı idi. Amma İspaniyanın kraliçası istisna olaraq başına ağ rəngli baş örtüyü atır-dı.
manlara qarşı xüsusi düşmənçilikləri olan ölkələrdə sikhlər barədə məlumatı olmayan insanlar onları müsəlmanlarla səhv salaraq onlara hücum edirlər.
Hicab Həzrət Muhəmmədin (s) hicrətindən bir neçə il sonra ilk olaraq O Həzrətin xanımları üçün, sonra isə bütün müsəlman xanım-lar üçün hicab vacib buyuruldu və Qurani-Kərim də bu vacibliyi tə-kidlə dəstəklədi. Xanımlar namaz qılarkən belə hicablarına riayət et-məlidirlər. Müsəlman olmayan xanımlar və kənizlərin hicab bağ-laması vacib deyildir.
Ehram zamanında kişilər tikili paltarlarını, ayaqqabılarını və pa-paqlarını geyinməməlidirlər. Başları açıq olmalıdır, üstüaçıq ayaqqa-bılar, səndəllər geyinməlidirlər və tikişi olmayan parçanı ehram kimi bədənlərinə bağlamalıdırlar. Qadınların da üzləri açıq olmalıdır.
Katolik və ortodoks ruhanilərinin hamısı və bəzi protestan firqə-lərinin ruhaniləri xristyanlıq dini mərasimlərinin həyata keçirilməsi üçün xüsusi ruhani paltarlarından istifadə etməyi vacib bilirlər. Dər-vişlər və sufilər də bəzi dini mərasimləri üçün, o cümlədən Səma mə-rasimi üçün xüsusi paltar geyinirlər.
Yoqalar üçün paltarlar yüngül olmalıdır və yalnız övrətlərini ört-məlidir. Caynizmin “Səma paltarlılar” firqəsinin müqəddəsləri daim lüt və paltarsız yaşayırlar.
19. Evlilik
Evlilik dinlərdə mövcud olan ən mühim məsələlərdən biridir:
Dinlərin əksəriyyətində bağqa dinlərin davamçıları ilə ailə qurmaq qadağan olunmuşdur. Əhli-sünnət müsəlmanın kitab əhli ilə də ailə qurmasına icazə verirlər, amma şiyəlikdə bu icazə daimi kə-binlərə aid edilmir.
Bəzi şəxslərin bəzi şəxslərlə ailə qurması qadağandır: Mə-sələn, ailə daxili evliliklərə qoyulmuş qadağa bütün qəbiləyə də şamil
edilə bilər. Bəzi hallarda qəbilə daxili, hətta ailədaxili evliliklərə də rast gəlinir. Tarixdə mövcud olan ailədaxili evliliklərin hamısı ana oğul arasında qeydə alınmışdır. Ailədaxili evliliklər bəzi hallarda səl-tənət və şahlıq sülaləsinə (Fironlar kimi) aid olmuşdur və bu addımı atmaqda məqsəd şahlıq qanının rəiyyət və adi insanların qanı ilə qa-rışmaması olmuşdur.
İslam dinində ailə qurulmasına qadağa qoyulmuş insanların ək-səriyyəti məhrəmləridir. Məhrəmlik qan qohumluğu, növbəti evlilik və süd qohumluğu ilə əmələ gəlir. Ailə qurmağa hələlik qadağa qo-yulmuş insanlar isə xanımın bacısı (baldız) və ərli xanımlar ola bilər. Yəhudilikdə və xristyanlıqda da məhrəmiyyət məsələsi təxminən bu formadadır. Amma bir məsələ mövcuddur ki, yəhudilikdə əminin öz qardaşı qızı ilə ailə qurması mümkündür və xristyanlıqda əmi, dayı, bibi, xala uşaqları ilə ailə qurmağa icazə verilmir. Bir şərtlə icazə ve-rilir ki, sonrakı nəsildən olsun və yaxud uşağın səlahiyyəti xaç atası-na keçsin. Zərdüştlükdə bacı ilə qardaşın, hətta ata ilə qızının ailə qurması barəsində nümunələr mövcuddur. Amma sonralar İbrahimi dinlərin təsiri altında bu adət təmamilə qadağan olundu. Firdovsinin Şahnamə əsərində İranın əfsanəvi padşahı Bəhmənin öz qızı Humay-la ailə qurması və onu öz vəliəhdi etməsi qeyd olunmuşdur.
Bir çox dinlərdə evlilik İlahi bağlılıq kimi dəyərləndirilir. Yəhudilər evliliyi “Qiduşin”, yəni müqəddəs adlandırırlar. Xristyan-lar evliliyi müqəddəs dini mərasimlərdən biri kimi qələmə verirlər. İslam isə onu mübarək təkid olunmuş müstəhəbbi əməl adlandırırlar. Amma bu müstəhəbbi əməl bir çox hallarda zərurət üzündən vaciblik səviyyəsinə yüksəlir. Şənliyin təşkil olunması, kəbinin oxunmasının vacibliyi və bir çox başqa məsələlər bu mərasimin nə qədər əhəmiy-yətli olmasını vurğulayır.
Başqa İbrahimi və qeyri-İbrahimi dinlərin nəzərləri üst-üstə dü-şür. İstər katolik, istərsə də ortodoks xristyanlar evliliyi yeddi müqəd-dəs adətdən biri hesab edirlər və onu ibadətlə eyniləşdirirlər. Elə bu səbəbdən də, kəbinin kilsədə keşiş tərəfindən oxunmasını vacib bilir-lər. Xristyanların kəbin mərasimlərinin özünəməxsus xüsusiyyətləri
də vardır. Məsələn, ortodokslar kəbin mərasimində gəlinlə bəyin ba-şına balaca taclar da qoyurlar.
İstər katolik olsun, istərsə də ortodoks rahiblər, rahibələr, şəm-maslar, keşişlər və yepiskoplar ailə qura bilməzlər. Onlar bu müqəd-dəs adətin əvəzinə başqa müqəddəs adət-ənənələri həyata keçirirlər. Yəni, rahiblik və yaxud ruhanilik xristyanlığın müqəddəs adət-ənənə-lərindən ikincisidir.
Böyük ehtimala görə xristyanlıqda mövcud olan müqəddəs-lərdən biri ailəliklə təklik arasındakı fəziləti bir araya gətirmək üçün cinsi yaxınlığı olmayan ailə həyatı qurmuşlar. Hinduizmin davamçı-ları cinsi yaxınlıqdan üz döndərməyi “Brahmançarya” adlandırırlar və evlilikdən sonra olan yaxınlığın yalnız nəslin artırılması üçün hə-yata keçirirlər (Qandi kimi).
Amerika xristyanları arasında Kuikerlərdən (Quakers) ayrıl-mış Şeykerlər (Shakers) adlı firqə mövcuddur və bu furqədə ailə qur-maq ümumiyyətlə haramdır. Dinlər və məzhəblərin varisləri tərəfin-dən çoxalaraq genişlənmələrinə görə təxminən 250 il bundan öncə yaranmış bu firqə artıq yer üzərindən silinmək üzərədir. Sonuncu sta-tistik məlumatlara görə 21-ci əsrin əvvəllərində bu firqədən yalnız yeddi qadın Şeyker qalmışdı.
Dünya dinlərinin adət-ənənələri həyat yoldaşlarının çoxlulu-ğu üzərində qurulmuşdur və bir çox dinlərin banilərinin çoxlu sayda həyat yoldaşı olmuşdur. Həzrət İsa Məsihin (ə) isə ümumiyyətlə hə-yat yoldaşı olmamışdır. Budda öz arvad və uşağını tərk edərək özünə əzab-əziyyət verməklə mənəvi saflığını qazanmaq üçün getdi.
Avropa yəhudiləri arasında çox arvadlılıq Ravin Qarşum ibn Yə-huda tərəfində 1028-ci ildə qadağan edildi və bu qadağa zaman öt-dükcə şərqdə yaşayan yəhuilərə də təsir etməyə başladı. Xristyanlar-da heç vaxt çox arvadlılıq mövcud olmamışdır. Çox arvadlılıq məsə-ləsi öncədən xristyan olan Mormoniyalıların adət ənənəsində daha öncələr mövcud olmuşdur, amma bu adət sonralar onların arasında da qadağan edilmişdir. Sikhizmin davamçıları da çox arvadlılığı qəbul etmirlər. Cahiliyyət dövrünün ərəbləri arasında bu sahədə heç bir məhdudiyyət mövcud deyildi, amma İslam dini bunu dörd arvadla
məhdudlaşdırdı. Amma ədalət bərqərar olunmayacağı təqdirdə yalnız bir dəfə ailə qurmağa icazə verilir.1 Ailəlik və çox arvadlılıq sahəsin-də dörd yanaşma mövcuddur:
A. Bir kişinin bir qadınla ailə qurması (Monogamy): Bu xrist-yanlıqda və bəzi başqa dinlərdə mövcuddur.
B. Bir kişinin bir neçə qadınla ailə qurması (Polygamy): Belə yanaşma bir çox dinlərdə mövcuddur.
Bir neçə kişinin bir qadınla ailə qurması (Polyandry): Belə adət-ənənələrə Tibetdə yaşayan Buddistlər arasında rast gəlmək mümkündür. Həmin cəmiyyətlərdə bir neçə qardaş bir xanımla ailə qururlar və o xanımın uşaqları onların hamısına aid olunur.
Bir neçə kişinin bir neçə xanımla ailə qurması: Belə ya-naşmaya hələ heç bir cəmiyyətdə rast gəlinməmişdir.
7. Tövratda qardaşlıq qanunu (Levirate) barəsində bunlar qeyd olunmuşdur:
“Əgər qardaşlar bir yerdə yaşayarlarsa və onlardan biri övladı olmadan dünyasını dəyişərsə, ölən qardaşın həyat yoldaşı ailədən ol-mayan bir adamla yenidən ailə qurmamalıdır və ölənin qardaşı onun həyat yoldaşı olmalıdır. Dünyaya gəlmiş ilk uşağa ölən qardaşın adı verilməlidir və adının İsrail arasından getməsinə icazə verilməməli-dir. Əgər həmin kişi ölən qardaşının həyat yoldaşını arvadı etməyə razı olmazsa qardaşının həyat yoldaşı qəbilə başçılarının və şeyxlə-rin yanına gedərək deməlidir: “Mənim yoldaşımın qardaşı qardaşı-nın adının İsrail arasında qorunub saxlanılmasını qəbul etmək istə-mir və mənim qardaşı arvadı kimi davranmaqdan boyun qaçırır!” Bundan sonra şəhərin şeyxləri həmən kişini yanlarına çağıraraq onunla söhbət edirlər. Əgər yenidən qardaşının həyat yoldaşı ilə evlənməkdən boyun qaçırarsa və “Mən onu almaq istəmirəm!” de-yərsə qardaşının həyat yoldaşı kişinin yanına gələrək şeyxlərin gözü qarşısında onun ayaqqabılarını çıxartmalı, üzünə tüpürməli və cavab olaraq bu sözləri deməlidir: “Öz qardaşının evini qurmaqdan boyun
Nisa surəsi, ayə 3
qaçıran insanla belə davranılmalıdır!” Həmən insanın adı İsrail arasında “Ayaqqabısı çıxarılmış” qalır.(Təsniyə25:5-10)
Mehriyyə və başlıq pulu sahəsində də 4 yanaşma tərzi möv-cuddur:
A. Bəy gəlinə mehriyyə verir: İslam dinində olduğu kimi.
B. Gəlin bəyə mehriyyə verir: Hinduizm ənənəsində olduğu kimi. C. Bəy və gəlin qarşılıqlı olaraq bir-birilərinə mehriyyə verirlər:
Yəhudilikdə belə bir adət mövcuddur.1
D. Heç kim heç kimə mehriyyə vermir: Xristyanlıqda olduğu kimi
Qeyd etmək lazımdır ki, ilk üç halda mehriyyəni verən və alan başqa bir şəxs, o cümlədən bəyin və yaxud gəlinin atası ola bilər.2
Boşanma və yaxud təlaq
İslamda və yəhudilikdə boşanmaya icazə verilir, amma xristyan-lıqda boşanma qadağan olunmuşdur. Bu qadağa Həzrət İsanın (ə) özünə istinadən qeyd olunan məsələlərdən biridir:
Feriseylər Onu sınamaq məqsədilə yaxınlaşıb dedilər: “Hər sə-bəblə qadını boşamaq caizdir?” İsa cavab verib dedi: “Başlanğıcdan Yaradanın onları kişi və qadın yaratdığını, dediyini oxumadınızmı? Və buna görə insan ata-anasını buraxacaq və arvadına bağlanacaq-dır. İkisi də bir bədən olacaqdır. Elə ki, onlar artıq iki deyil, bir bə-dəndirlər. Beləliklə, Allahın birləşdirdiyini insan ayırmamalıdır.” Onlar İsaya dedilər: “Belə isə, Musa nə üçün bir boşanma kağızı ve-
Bəyin mehriyyəsi belədir ki, ailə qurarkən üzərinə öhdəçilik götürür. Bu öhdəliyə əsasən bəy gəlini boşadıqda və yaxud ondan daha tez öldükdə 200zuz (dul olarsa 100 zuz) ödəməlidir. Gəlinin mehriyyəsi isə onun cehizi və başqa malıdır və yəhudilikdə gəlinin gətirdiyi cehiz kişinin malı olur. İslam dinində mehriyyə evliliyə aid bir məsələdir və boşanmaqla, yaxud ölməklə heç bir əlaqəsi yoxdur. Gəlinin gətirdiyi cehiz və başqa mal da onun şəxsi malıdır.
Məsələn, Həzrət Musanın (ə) qayınatası öz qızının mehriyyəsini özü alır. (Qisəs surəsi, ayə 27)
rərək qadını boşamağı əmr etdi?” İsa onlara dedi: “Daşürəkli oldu-ğuna görə Musa arvadlarınızı boşamanıza icazə verdi, fəqət belə ol-mamışdır. Və mən sizə deyirəm: “Kim zinadan başqa səbəblə arva-dını boşayıb başqası ilə evlənərsə, zina edər; boşanmış olanla da ev-lənən zina edər!” (Matta 19:3-9)
Bəzən xristyanlar evliliyi əvvəlcədən səhv olaraq dəyərləndirir-lər və bu ailəliyi pozmaq üçün nəzərdə tutulmuş şəriyyət hiyləsidir. Amma bir məsələni də nəzərə almaq lazımdır ki, hal-hazırda Ameri-kada və bəzi başqa xristyan ölkələrindəki evliliklərin yarısı boşanma ilə nəticələnir. Bu boşanmalar dövlət səviyyəsində icra edilir və kilsə bu məsələni qəbul etmir.
Yəhudilikdə boşanma kişinin əlindədir. Amma təxminən min il bundan öncə adını daha öncə qeyd etdiyimiz Ravin Qarşum qadının razılığını da boşanmanın əsas şərtlərindən biri kimi təsdiqlədi. Yəhu-dilər Tövratda qeyd olunduğu kimi (Təsniyə 24:1) öz xanımları ilə boşananda boşanma məktubu yazmalıdırlar və nigah kəsiləndə nə-zərdə tutulmuş mehriyyəni ödəməlidirlər.
21. Qisas, diyə və bağışlamaq
Qisas, diyə və bağışlamaq sahəsində də üç yanaşma tərzi möv-cuddur:
Ancaq qisasa icazə verilmişdir: Tövratda belə qeyd olunmuş-
dur
Həm qisas, həm də diyə (qanpulu) qeyd olunmuşdur: Təlmud-da yazıldığı kimi
Həm qisas, həm diyə, həm də bağışlamağa icazə verilmişdir: Qurani-Kərimdə buyurulduğu kimi
Yalnız bağışlamağa icazə verilmişdir: İncilin zahirində belə qeyd olunmuşdur (Matta 5:38-39). Amma, Həzrət İsa Məsihin (ə) Tövratın əhkamlarını batil etmək niyyətində olmaması (Matta 5:17),
həm qisasın, həm də bağışlamağın Həzrət İsa Məsihin (ə) şəriətində olmasını təsdiq edir.
22. Bəzi başqa dini əhkamlar
Müxtəlif dinlərdə pak və nəcis məfhumu mövcuddur. Qeyd et-mək lazımdır ki, bu iki məfhumu bizim beynimizdə tutduğumuz mə-sələlərdən daha geniş şəkildə qəbul etməliyik. Məsələn, yəhudilərin qədimi şəriətində (70-ci ildə məbədin dağıdılmasından öncə) bəzi də-ri xəstəlikləri xəstəlik sahibini murdar edirdi. Bu hadisədən sonra həmin şəxs insanlardan ayrılmalı və xüsusi formada xarabalıqda ya-şamalı idi. Kimsə ona yaxınlaşanda qışqıraraq “Nəcis, Nəcis!” demə-lidir (Levilər 13:45). O yaxşılaşandan sonra kahinin yanına getməli-dir, kahin onu müayinə etməlidir və onun paklaşması barəsində hökm çıxartmalıdır. Bundan sonra olduqca qeyri-adi qurban kəsmək məra-simi keçirməli idi. Bu qurban kəsməyin qayda-qanunu Levilər bölü-mündə (14:1-57) qeyd olunmuşdur.
Çirklilik həm insanda, həm də qeyri-insanda meydana çıxan bir formadır. İslam dinində insanın napak və çirkli olması iki cürdür: Cismi və ruhi. Hər iki napaklıq insanın önündən və arxasından xaric olan bəzi maddələrlə əlaqəlidir, amma yalnız bununla bitmir. Yat-maq, cinsi yaxınlıq, ölmək, ölüyə toxunmaq və bəzi başqa məsələlər insanın napak və çirkli olmasına səbəb olur. Ruhi napaklıqlar isə aşa-ğıdakı formalarda yaranır:
Bilərəkdən və ümumi xarakter daşıyan (cinsi yaxınlıq nəticə-
sində)
Bilərəkdən və cüzi xarakter daşıyan (yatarkən cinsi boşalma)
Bilməyərəkdən və ümumi xarakter daşıyan (heyz və aybaşı olmaq barəsindəki ehtimal)
Bilməyərəkdən və cüzi xarakter daşıyan(insanın yuxuya get-məsi kimi)
İslam dinində istər insan və istər qeyri-insan üçün paklıq su, tor-paq, günəş, istihalə, şəhadəteyni deməklə və sair yollarla əldə olunur. İnsanın ruhi cəhətdən paklaşması üçün isə onun niyyət etməsi lazım-dır. Napak olub qurtardıqdan sonra bədəninin hər yerinə qüsl verə və yaxud bəzi yerlərini təyəmmüm edə bilər.
Müxtəlif dinlərdə qeyri-adi nəcislik və paklıq məfhumları möv-cud ola bilər. Amma, bütün bunların hamısını qeyd etmək üçün başqa bir kitab yazılmalıdır.
Katolik və ortodoks keşişləri nöqteyi-nəzərindən günahı etiraf etmək və boyuna almaq dəstəmaz almaq mənasını daşıyır. Çünki, eti-raf etməmiş bir insan ibadət mərasimlərində iştirak etmək hüququna malik deyillər.
Hər bir dində müxtəlif ibadət formaları vardır və onların həyata keçirilməsi müxtəlif dinlərdə bir-birindən fərqlidir. İbadət həm dua (namaz), həm də ziyarət formasında ola bilər. Duaların ləfzi olmasına baxmayaraq tərkibindən qiyam, ruku, səcdə, ağlamaq, ah çəkmək ki-mi hərəkətlər də mövcuddur. Ziyarətlər də həmçinin daha çox əməli olmasına baxmayaraq xüsusi ləfzlərdən də istifadə olunur.
Dostları ilə paylaş: |