Hüseynov Mövlud



Yüklə 2,07 Mb.
səhifə88/181
tarix26.12.2016
ölçüsü2,07 Mb.
#3711
1   ...   84   85   86   87   88   89   90   91   ...   181
POMİDOR ŞİRƏSİ-2
Pomidoru ətçəkən maşından keçirdikdən sonra qay­nayana qədər qızdırıb 3–5 dəq. qaynadır, kəfini yığır və ələk­dən keçirmədən tumu və qabığı ilə birlikdə qaynaya-qaynaya bankalara töküb dərhal tənəkə qapaqla germetik bağlayırlar. Belə şirənin görünüşü bir qədər yaxşı deyil, içərisində tum, qabıq hissəcikləri və iri pomidor ləti olur. Bu üsulla alınan şirədən müxtəlif xörəklərin hazırlanmasında istifadə edilir.

Əgər pomidor şirəsini konservləşdirmə üsulu ilə hazır­lamaq istəyirsinizsə, onda hazırlanmış şirə 85°C temperatura qədər qızdırılır, bankalara tökülür, yarımlitrlik bankalar 15 dəq., litrlik bankalar 25 dəq., üçlitrlik balonlar 35–40 dəq. qaynayan suda pasterizə edilir.


ÇUĞUNDUR ŞİRƏSİ
Bu şirəni hazırlamaq üçün çuğunduru axar suda yuyub, saf-çürük edir və 45oC-də 30-35 dəqiqə ərzində buxara verirlər. Buxara verilmiş çuğunduru sürtgəcdən keçirib, preslə sıxırlar. Alınmış şirəni seyrək toxunmuş parçadan süzüb, 80oC-yə qədər qızdırır və şüşə qablara doldurub konservləşdirirlər. Çuğundur şirəsini 4:1 nisbətində albalı və ya alma şirəsi ilə qarışdırmaq yaxşı olur.

Çuğundur şirəsinin rəngi termiki emaldan sonra bir qə­dər tutqun çəhrayı rəngə çevrilir. Bunun qarşısını almaq və şirəya xoş turşaşirin dad vermək məqsədilə 1 litr şirəyə 2 q limon tur­şusu əlavə etmək məsləhət görülür.



Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin