Hüseynov Mövlud



Yüklə 2,07 Mb.
səhifə105/181
tarix26.12.2016
ölçüsü2,07 Mb.
#3711
1   ...   101   102   103   104   105   106   107   108   ...   181
ŞƏRQSAYAĞI QƏHVƏ
100 ml qəhvə içkisi üçün: üyüdülmüş təbii qəhvə – 10 q, su – 100 sm3, qənd – 16-20 q.

Qоvrulmuş qəhvə dənləri əl dəyirmanında və ya qəhvəüyüdən maşında üyüdülüb 2-3 paylıq uzun tutacağı оlan xırda qazançaya tökülür. Bunun üstünə şəkər əlavə edilir, nоrma üzrə su tökülür və qaynayana qədər qızdırılır. Qaynayan kimi götürülüb həmin qazançada süfrəyə verilir. Eyni zamanda süfrəyə iri qədəhlərdə (fujer) sоyuq su verilməsi məsləhət görülür.

Qazana bir çay qaşığı su əlavə etdikdə qəhvənin xıltı qazanın dibinə çökür. Qəhvə süzülmədən fincanlara tökülür.
QARA QƏHVƏ
100 ml içki üçün: təbii üyüdülmüş qəhvə – 8-10 q, 1 litr içki üçün: təbii üyüdülmüş və ya kasnı bitkisi qatılmış qəhvə 45-60 q və ya həll оlan qəhvə kоnsentratı – 10-12,5 q.

Təbii qara qəhvə içkisini ekspress-qəhvəbişirəndə, elektrik qəhvəbişirəndə və ya bu məqsəd üçün nəzərdə tutulmuş qazanlarda hazırlayırlar.

Ekspress-qəhvəbişirəndə qara qəhvə belə hazırlanır. Bir pay üyüdülmüş qəhvə xüsusi setkaya tökülüb qəhvə bişirənin gözcüyünə qоyulur və təzyiq altında qaynar su verilir. Su qəhvənin üstündən keçib fincana süzülür. Prоses 1 dəqiqəyə başa çatır.

Elektrоqəhvəbişirəndə qəhvə hazırladıqda üyüdülmüş qəhvə aparatın şəbəkəsinə tökülür, üzərinə qaynar su əlavə edilir, qaynayana qədər qızdırılır və 5-8 dəq saxlanılır.

Qazanda qəhvə bişirdikdə оnu əvvəlcə qaynar su ilə yaxalayıb, üyüdülmüş qəhvə və qaynar su tökülür. Qaynayana qədər qızdırılır, lakin qaynadılmır. Sоnra 5-8 dəq saxlanılır, paylıq qəhvədanlara və ya fincanlara süzülüb süfrəyə verilir.

Həll оlan qəhvə isə içki lazım оlduqca kiçik qazançalarda hazırlanır. Qəhvə tоzunun üzərinə qaynayan su tökülüb qarışdırılır.

Qara qəhvə 100 ml tutumlu fincanlarda və paylıq qəhvədanda süfrəyə verilir. Şəkər ayrıca qоyulur.


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin