Hüseynov Mövlud



Yüklə 2,07 Mb.
səhifə87/181
tarix26.12.2016
ölçüsü2,07 Mb.
#3711
1   ...   83   84   85   86   87   88   89   90   ...   181
POMİDOR ŞİRƏSİ-1
Pomidordan şirə iki üsulla alınır.

Şirə hazırlamaq üçün pomidorun Axtyubin, Volqoqrad-5/95, Kolxozçu-34, Krasnodarlı-87/23–9, Mayak–12/20–4, Qabaqcıl-561, Birinci-190, Bazar əcaibi-20, Ştamblı–152, Talalaxin və digər sortlarından istifadə edilir.

Pomidor tam yetişmiş olmalı, lakin dəyib ötməmə­lidir. Pomidor yuyulur, ətçəkən maşından keçirilir, yaxud da xırda doğranılır, 70–80°C temperatura qədər qızdırı­lır və xırda gözlüklü ələkdən keçirilir. Bu zaman kütlənin 70%-ə qədəri ələkdən keçməlidir. Yerdə qalan hissədən püre və ya pasta hazırlamaq üçün istifadə edilir. Alınmış pomidor şirəsi 1–2 dəq. qaynadılır. Həmin şirə əvvəlcədən yuyulub, qayna­yan suda sterilləşdirilmiş müxtəlif həcmli banka və balonlara qaynar halda (95–97°C temperaturda) tökülür və dərhal ağzı germetik bağlanılır. Bankanın daxilində hava boşluğu qal­ma­maq üçün ağzınacan doldurulmalıdır. Bankaları qapağı üstə qoyub soyudur, qaranlıq və sərin yerdə saxlayırlar. Bu üsulla şirə hazırladıqda əlavə pasterizə tələb olunmur. Çünki banka və tənəkə qapaq qaynayan suda əvvəlcədən 2–3 dəq. saxlanılıb sterilləşdirilir, şirə qaynadıldıqda isə bütün mikroblar məhv olur. Bu üsulla alınmış şirə ayrıca içilmək üçün nəzərdə tutulur.


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin