20
sonralar bu mühüm məsələlər bir qədər unudulmuş və tibb elmi əsas
etibarilə xəstəliyin öyrənilməsi ilə məşğul olmuşdur.
İndi bir daha aydın olur ki, sağlamlığı bilmədən xəstəlik haq-
qında düzgün məlumat əldə etmək mümkün deyildir. İlk baxışdan
belə məlum olur ki, sağlamlıq haqqında hər şey aydındır. Həqiqətdə
isə sağlamlıq özü də çox mürəkkəb bir proses olub, onun müəyyən
dərəcələri vardır. Bu barədə C. H. Təqdisi belə bir faktı açır ki, hələ
min il bundan əvvəl İbn Sina sağlamlıqda altı dərəcə seçmişdir.
Hal-hazırda Ümumdünya Səhiyyə Təşkilatı da sağlamlığın beş də-
rəcəsini tanıyır ki, bunlar da mahiyyət etibarı ilə İbn Sinanın fikrinə
çox yaxındır. Çox zaman praktik həkim öz gündəlik fəaliyyətində
qeyd edir ki, bu adam sağlamdır, lakin onun sağlamlığının nə dərə-
cədə olması kimi mühüm bir məsələyə lazımi fikir vermir. Müasir
səhiyyə çalışmalıdır ki, insanların sağlamlığını mümkün qədər
yaxşılaşdırıb, yüksək səviyyəyə çatdırsın.
Sağlamlığın qoruyub möhkəmləndirilməsi cəmiyyət üçün ol-
duqca əhəmiyyətli olan tibbin əsas vəzifəsidir. İnsanların ən xoş ar-
zuları elə bununla əlaqədardır. Görüş zamanı bir neçə dəfə sağ ol,
sağlam qal, sağlamlıq arzu edirəm və s. sözləri təkrar edirik. C. H.
Təqdisinin əsərlərində sağlamlığın normadan fərqlənməsi və mürək-
kəb bir proses olması haqqında maraqlı fikirlər vardır. O, öz əsərlə-
rində sağlamlıq üçün olduqca zəruri olan Ümumdünya Səhiyyə Təş-
kilatının fikrini (fiziki, ruhi və ictimai sağlamlıq) göstərməklə bəra-
bər eyni halda belə bir mühüm faktı da qeyd edir ki, hələ orta əsr-
lərdə dahi Azərbaycan münəccimi və hər tərəfli geniş biliyə malik
olan Nəsirəddin Tusi bu üç şərti hələ o zaman demək olar ki, eyni
məzmunda qeyd etmişdir.
Azərbaycan həkimi Məhəmməd Yusifi orta əsrlərdə “Tibbi
Yusifi” adlı əsərində sağlamlığın qorunması və möhkəmləndirilmə-
sinə böyük yer verir və bu məsələləri poetik dildə öz kitabında qeyd
etmişdir. Bunun səbəbini onunla izah edir ki, şer insanın yaddaşında
möhkəm qalır. Həmin kitabda ətraf mühitdən səmərəli istifadə
etmək, qida və istirahət rejimini gözləmək, aktiv olmaq, yuxunu
21
tənzim etmək, zərərli maddələri bədəndən xaric etmək kimi məsə-
lələrə xüsusi yer verilir.
Məşhur rus tənqidçisi N. A. Dobrolyubov (05.02.1836-
29.12.1861) insan üçün heyvani yox, insani sağlamlığın zəruri ol-
masını göstərmişdir.
Şərqdə heç bir zaman gözəllik məfhumunu, sağlamlıq məfhu-
mundan ayırmamışlar. Görkəmli alman ədibi Henrix Geyne
(13.12.1797-17.02.1856) yazır ki, ən həqiqi gözəllik sağlamlıqdır.
Hal-hazırda sağlamlıq və gözəllik institutları yaradılır.
Elmi texniki inkişaf dövründə sağlamlığın məsələlərinin də-
rindən öyrənilməsi böyük aktuallıq kəsb edir.
C. H. Təqdisinin əsərlərində göstərilir ki, müasir təsəvvürlərə
əsasən sağlamlıq heç də xəstəliyə qarşı qoyulmayıb, onunla sıx əla-
qədə öyrənilir. Bu əsərlərdə norma ilə patologiyanın əlaqəsi geniş
işıqlandırılır. Qeyd olunur ki, norma ilə sağlamlıq sıx əlaqədə olma-
sına baxmayaraq heç bir zaman eyni ola bilməzlər. Normadan kə-
nara çıxmaq həmişə xəstəliyin olmasına dəlalət etmir. Məsələn, nor-
madan kənara çıxmaq ola bilər ki, müdafiəyə uyğunlaşma
reaksiyalarının möhkəmlənməsinə yönəlmiş olsun. Bu da sağlam
orqanizmin inkişafına kömək edir.
Dostları ilə paylaş: