İ. A. Axundov



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə8/17
tarix25.12.2016
ölçüsü1,1 Mb.
#3148
1   ...   4   5   6   7   8   9   10   11   ...   17
İctimai yanaşma-İnsan ictimai varlıq olduğundan onda xəstə-

liyin mahiyyətinin aydınlaşdırılması işində ictimai amillərin rolu ol-

duqca mühümdür. Bu məsələ alimlərin hələ lap qədim zamanlardan 

diqqət mərkəzlərində olmuşdur. Məsələn, X əsrdə yaşamış Azərbay-

can həkimi və alimi İsa əl-Rahi “Tibb” əsərində yazır ki; “Dünyanın 

bir  çox  ölkələrini  gəzdikdən  sonra  belə  nəticəyə  gəldim  ki,  maddi 

cəhətdən  ehtiyacı  olan  şəxslər  daha  çox  xəstələnirlər”.  İctimai 

amillər xəstəliyin inkişafı və sağalmanı bu və ya başqa istiqamətdə 

dəyişdirə bilərlər. 



 

38 


Müasir fiziologiya və tibbdə bioloji, sosial amillərin qarşılıqlı 

əlaqəsi geniş təhlil olunur. Bir sıra alimlər hətta insanın fiziologiya 

və  patologiyasında  sosial  amillərə  bioloji  amillərdən  daha  çox  yer 

verirlər.  Elə  ona  görə  də  müasir  tibbdə  sosial  dezadaptasiya, 

adaptasiya  xəstəlikləri,  mədəniyyət  xəstəliklərinin  məfhum  və  ter-

minləri geniş yayılmışdır. C. H. Təqdisinin özünün də bu məsələlərə 

aid  əsərləri  vardır.  Onun  fikrincə  mədəniyyət  yox,  mədəniyyətin 

fəsadları nəticəsində baş verən xəstəliklərdən danışmaq lazımdır. 

Sosial amillərə insan patologiyasında böyük yer verən bir sıra 

alimlər  hesab  edirlər  ki,  hipertoniya  xəstəliyi,  miokard  infarktı, 

mədə  xorası  və  bir  sıra  digər  müasir  insanların  ağır  xəstəlikləri 

adaptasiya xəstəliklərinə aiddirlər. Ona görə ki, bu xəstəliklərin baş 

verməsinin  əsas  səbəbi  canlı  orqanizmin  patogen  amillərinin 

təsirindən törənmiş yeni şəraitə uyğunlaşa bilməməsidir. 

Bundan  əlavə  elmi-texniki  tərəqqi  dövründə  təbiətdə  bir  çox 

kimyəvi  və  zəhərli  maddələr  ilk  dəfə  olaraq  yayılmağa  başlayırlar. 

Elə  ona  görə  də  bunlara  qarşı  evolusiya  prosesində  uyğunlaşma 

olmadığından  adaptasiya  tez  pozulur  və  ağır  xəstəliklər  baş  verir. 

Həm  də  bu  maddələrin  təsirindən  ozon  zonasının  dağıla  bilməsi 

haqqında son dövrlərdə bəzi məlumatlar əldə edilmişdir. 

Xəstəliyin mahiyyətində, ictimai yanaşmada psixi amillərin in-

san patologiyasında  rolu  olduqca böyükdür. Çünki  insan  yüksək in-

kişaf  etmiş  sinir  sistemi  və  ali  sinir  fəaliyyətinə  malikdir.  Mənfi 

emosiyalar, affektlər və s. psixi amillərin təsirindən insanda qabıq ilə 

qabıqaltı  mərkəzlərin  əlaqəsi  pozulur.  İnsan  təhqirə  məruz  qaldıqda 

beyin  qabığının  düşüncə  mərkəzinə  “gözlə,  səbr  elə  vaxtı  gələndə 

qisasını  alarsan”  əmrləri  gəlir.  Qabıqaltı  mərkəzlər  isə  insan  və 

heyvan üçün eyni olduğundan  “Niyə durmusan? Qisasını  al!”  əmir-

ləri gəlir. Beləliklə, qabıq ilə qabıqaltı mərkəzlərin konfilikti  yaranır 

ki, bu da bir çox psixi və nevrogen xəstəliklərin əsasında durur. 

Psixi amillərin təsiri zamanı beyin qabığı ilə daxili orqanların 

da  əlaqəsi  pozulur,  onun  nəticəsində  də  bir  çox  daxili  orqanların 

xəstəlikləri baş verir. 



 

39 


Statistik  məlumatlar  sübut  edir  ki,  hipertoniya  xəstəliyi, 

miokard infarktı və bir sıra digər ağır xəstəliklər mədəniyyəti yük-

sək inkişaf etmiş ölkələrin əhalisi arasında, aşağı mədəniyyət səviy-

yəsində olan ölkələrin əhalisinə nisbətən çoxdur. Bunu onunla izah 

edirlər ki, mədəniyyəti az olan ölkələrdə biri digərini təhqir etdikdə 

o, dərhal onun cavabını  verib və bununla da məsələni bitmiş hesab 

edirlər. Mədəniyyəti  yüksək inkişaf etmiş ölkələrdə buna  yol veril-

mir. Təhqir olunan dözməlidir və rəqibinə başqa yollarla cavab ver-

məlidir.  Elə  bu  dözmək  müddətində  də  onun  daxili  orqanlarında 

ağır xəstəliklər baş verir. 

Son  zamanlar  hətta  allergiya  və  bir  sıra  digər  xəstəlikləri  də 

bura  daxil  edirlər.  Çünki  mədəniyyət  və  sənayenin  inkişafı  nəticə-

sində ətraf mühitdə allergenlərin sayı artır, orqanizmin onlara qarşı 

həssaslığı yüksəlir. 

Xəstəliyin  mahiyyətinin  aydınlaşdırılması  o  qədər  mürəkkəb 

məsələdir ki,  burada həkimlərdən başqa tarixçilər, sosioloqlar, bio-

loqlar, riyaziyyatçılar və  bir çox digər mütəxəssislər iştirak etməli-

dir. Burada hətta yeni yaranmış elmlərində iştirakı mühümdür. Mə-

sələn,  texniki  bir  fənn  olan  kibernetikanın  da  burada  lazım  olması 

aydınlaşdırılmışdır.  Məlum  olduğu  kimi  kibernetika  texniki  elm 

olaraq  mürəkkəb  maşınların  iş  prosesini  tənzim  etmək  ilə  məşğul 

olur. Ən mürəkkəb maşın canlı orqanizm olduğundan həkimlər ki-

bernetikanın  qanunlarından  xəstəliklər  zamanı  orqanizmin  pozul-

muş funksiyalarının bərpası üçün istifadə etməyə çalışıb, bu sahədə 

yaxşı nəticələr əldə etmişlər və daha böyük yeniliklər gözlənilir. 

Xəstəliyin  mahiyyətinin  aydınlaşdırılmasında  əsas  yeri  fəlsəfi 

yanaşma tutur. Hər bir hadisə o cümlədən xəstəliyində mahiyyətini 

açmaq başlıca olaraq bu yol ilə mümkündür. Xəstəlik kimi mürək-

kəb,  müxtəlif  cəhətli  bir  hadisəni  vahid  bir  fikirdə  birləşdirmək 

əlbəttə fəlsəfi təfəkkürə malik olan şəxs üçün mümkün ola bilər. 

Fəlsəfi baxış həkim üçün xüsusi əhəmiyyət kəsb edir. Müasir 

həkim yalnız sadəcə cərrah, terapevt, pediatr və s. ola bilməz. Belə 

olduqda  o  yalnız  standart  bilik  və  adətlərə  malik  olan  bir  şəxs 

sayılır. Müasir həkim geniş dünya görünüşlü, fəlsəfi baxışlı, nəzəri 




 

40 


və klinik elmlərin əsas metodoloji məsələləri ilə yaxından tanış olan 

bir şəxs olmalıdır. 

Fəlsəfə ilə tibbin əlaqəsi hələ lap qədim zamanlardan mövcud 

idi. O dövrün dahi həkimlərinin məharəti ilk növbədə onların fəlsəfi 

baxışları ilə əlaqədardır. 

Fəlsəfi  yanaşma  müasir  tibb  də  xəstəliyin  mahiyyətinin  açıl-

masında  həkimlərə  yaxından  kömək  edir.  Dialektik  materializmin 

bütün qanunları və kateqoriyaları xəstəliyin mahiyyətinin aydınlaş-

dırılmasında  mütəxəssislərə  yaxından  yol  göstərir.  Bu  qanun  və 

kateqoriyaları  xəstəliyin  mahiyyətinin  aydınlaşdırılmasına  tətbiq 

edərək  C.  H.  Təqdisi  əsərlərində  bunlar  üzərində  ətraflı  dayanırdı. 

Məsələn, inkarı  inkar qanununa  əsasən o deyir ki,  xəstəlik sağlam-

lığı inkar edir. Xəstəliyin bir mərhələsi digərini inkar edir. Kəmiy-

yət dəyişikliklərinin toplanaraq yeni keyfiyyətə keçməsi haqqında o 

yazır  ki,  insan  bir  an  içərisində  hipertoniya,  şəkərli  diabet  və  s. 

xəstəliklər ilə xəstələnmir. Onda həmin adamda müəyyən amillərin 

təsirindən arterial təzyiq və ya qanda şəkərin miqdarı və s. tədricən 

artmağa  başlayır.  Bu  yüksəlmələr  müəyyən  səviyyəyə  çatdıqda 

sıçrayış  əmələ  gələrək  yeni  keyfiyyət  yaranır,  yəni  sağlam  insan 

çevrilib  xəstə  olur.  Hər  bir  xəstəliyin  özünün  dinamikasında  da 

daima  kəmiyyət  dəyişiklikləri  toplanaraq  yeni  keyfiyyətə  keçirlər. 

Bununla da hər bir xəstəliyin gedişində müəyyən mərhlələrin olması 

aydınlaşır. Elə buradan da mərhələvi müalicə məsələsi ortaya çıxır. 

Xəstəliyin  mahiyyətinin  aydınlaşdırılmasında  C.  H.  Təqdisi 

əsərlərində  əksikliklərin  vəhdəti  və  mübarizəsi  qanununa  böyük  yer 

verirdi.  O,  yazır  ki,  xəstə  orqanizmdə  patogen  amillərin  dağıdıcı  və 

sarsıdıcı  qüvvələri  ilə  orqanizmin  müdafiə  və  uyğunlaşma  reaksi-

yaları  vəhdət  təşkil  edib,  daima  mübarizə  aparırlar.  Elə  xəstəliyin 

gedişində hansı qüvvələrin üstünlük təşkil etməsi də bunlardan xeyli 

asılıdır.  Müdafiəyə  uyğunlaşma  reaksiyaları  üstünlük  təşkil  etdikdə 

patogen amillərin bədəndə olmasına baxmayaraq insan ya heç xəstə-

lənmir və ya da xəstəliyi yüngül vəziyyətdə, necə deyərlər ayaq üstə 

keçirir. Patogen qüvvələr üstünlük təşkil etdikdə isə insan ağır xəstə-

lənər, hətta tələf də ola bilər. Müdafiəyə uyğunlaşma reaksiyalarının 




 

41 


dağıdıcı,  sarsıdıcı  qüvvələrdən  seçilməsi  və  onların  düzgün  idarə 

edilməsini o, praktik həkimin əsas vəzifələrindən biri hesab edir. 

Xəstəliyin  mahiyyətinin  aydınlaşdırılmasında  dialektikanın 

qanun və kateqoriyalarının da əhəmiyyəti böyükdür. O, göstərir ki, 

xəstəliyin  gedişində  forma  ilə  məzmun  bir-birinə  uyğun  gəlmir. 

Fəlsəfi baxışlı  həkim, formanın  altında dərin məzmunu  görməlidir. 

Ümumiyyətlə, əgər forma ilə məzmun uyğun gəlsəydi onda heç bir 

elm də lazım olmazdı. Hamı elə bir baxış ilə hər şeyi görərdi. 

C.  H.  Təqdisi  əsərlərində  dialektik  kateqoriyalardan  sayılan 

spesifiklik  və  qeyri-spesifiklik,  yerli  və  ümumi  və  s.  məsələləri 

daima vəhdət də, bir-biri ilə sıx əlaqədə öyrənmişdir. 

Xəstəliyin  mahiyyəti  haqqında  müxtəlif  baxışları  yekunlaşdı-

raraq  belə  bir  qənaətə  gəlmək  olar  ki,  müasir  təsəvvürə  əsasən 

xəstəlik  olduqca  mürəkkəb  və  daima  dinamikada  davam  edən  bir 

proses sayılır. Bu prosesin gedişində kəmiyyət dəyişikliklərinin topla-

naraq  yeni  keyfiyyətə  keçməsi  müşahidə  olunur.  Xəstəlik  kimi  mü-

rəkkəb bir prosesin gedişi patogen amillərin dağıdıcı və sarsıdıcı qüv-

vələri ilə orqanizmin müdafiəyə uyğunlaşma reaksiyalarının mübari-

zəsindən xeyli asılıdır. Bu reaksiyaları vaxtında ayırıb, dağıdıcı qüv-

vələri  ləngitmək  və  müdafiəyə  uyğunlaşma  reaksiyalarını  gücləndir-

mək praktik həkimin əsas vəzifəsi sayılır. Müasir tibb də geniş tətbiq 

olunan  müxtəlif  stimulyatorlar,  neyroplegiklər,  qanqlioblokatorlar, 

litik və mimetik maddələr, hormon, vitamin, ferment preparatları  və 

s. olması bu məsələnin həllinə yaxından kömək edə bilər. 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin