I f ə s I l Ümumi MÜDDƏalar m a d d ə Təbiəti mühafizə obyekti


TƏBİƏTİ MÜHAFİZƏ SAHƏSİNDƏ MÜBAHİSƏLƏRİN HƏLLİ



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə18/20
tarix14.04.2022
ölçüsü0,59 Mb.
#55413
1   ...   12   13   14   15   16   17   18   19   20
Без названия

TƏBİƏTİ MÜHAFİZƏ SAHƏSİNDƏ MÜBAHİSƏLƏRİN HƏLLİ

“TƏBİƏTİ MÜHAFİZƏ VƏ TƏBİƏTDƏN İSTİFADƏ HAQQINDA” QANUNUN

POZULMASINA GÖRƏ MƏSULİYYƏT

Maddə 90. Təbiəti mühafizə və təbiətdən istifadə sahəsində mübahisələrin həlli qaydası

Təbiəti  mühafizə  və  təbiətdən  istifadə  sahəsində  mübahisələri  Azərbaycan  Respublikasının  Ali  Soveti,  Azərbaycan  Respublikasının

Nazirlər  Kabineti,  Azərbaycan  Respublikası  Dövlət  Ekologiya  və  Təbiətdən  İstifadəyə  Nəzarət  Komitəsi,  Azərbaycan  Respublikasının

Səhiyyə  Nazirliyi,  yerli  icra  hakimiyyəti  orqanları,  məhkəmə,  Ali  Arbitraj  Məhkəməsi  və  digər  səlahiyyətli  orqanlar  Azərbaycan

Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş  qaydada həll edirlər.

Azərbaycan  Respublikasının  dövlət  təşkilatları,  digər  təbiət  istifadəçiləri  ilə  başqa  dövlətlər,  onların  hüquqi  və  fiziki  şəxsləri  arasında

mübahisələr Azərbaycan Respublikasının bağladığı ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər əsasında və bunlara müvafiq surətdə, yaxud

münsiflər məhkəməsi tərəfindən həll edilir.

Maddə 91.     “Təbiəti mühafizə və təbiətdən istifadə haqqında” Qanunun pozulmasına görə məsuliyyət

Təbiəti  mühafizə  üzrə  standartların  və  başqa  normativ-texniki  tələblərin  pozulması;  Dövlət  ekoloji  ekspertizası  tələblərinin  yerinə

yetirilməməsi; müəssisələr, qurğular, səyyar    vasitələr və digər obyektlər planlaşdırılarkən, layihələşdirilərkən, yerləşdirilərkən, tikilərkən,

yenidən  qurularkən,  işə  salınarkən,  istismar  və  ləğv  edilərkən  ekoloji  tələblərin  pozulması;  sanitar  normalarına,  qaydalarına  və  gigiyena

normativlərinə əməl edilməməsi; təbii mühitin normativdən artıq çirkləndirilməsi, ona fiziki və başqa zərərli təsir Göstərilməsi; təbii mühitə

zərərli  təsirin  nəticələrini  ləğv  etmək  üçün  tədbirlər  görülməməsi;  təbiəti  mühafizəyə  Dövlət  nəzarətini  həyata  keçirən  orqanların

göstərişlərinin  yerinə  yetirilməməsi;  istehsalat,  məişət  tullantıları  və  digər  tullantılar  saxlanarkən,  daşınarkən,  işlədilərkən,

zərərsizləşdirilərkən  və  basdırılarkən  təbiəti  mühafizə  tələblərinin  pozulması;  radioaktiv  və  zəhərli  kimyəvi  maddələrlə  işləyərkən  ekoloji

tələblərin pozulması; ətraf mühitin vəziyyəti, çirklənmə mənbələri haqqında vaxtında, tam, və düzgün məlumat verməkdən imtina edilməsi,

çirkləndirici  maddələrin  normativdən  artıq  atılması  və  axıdılması,  zərərli  ekoloji  nəticələr  törədən  qəzalar  və  ya  fəlakətlər  haqqında

məlumatın gizlədilməsi; meşə fondu torpaqlarının özbaşına zəbt edilməsi; dərman bitkilərinin və başqa yabanı bitkilərin yığılması, tədarükü

normalarının,  qaydalarının  pozulması;  eroziyaya  qarşı  meşə  zolaqları  salmaq  üçün  müvafiq  torpaq  sahələrini  ayırmaqdan  boyun

qaçırılması  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  olunmuş  qaydada  mülki,  maddi,  inzibati  və  cinayət  məsuliyyətinə

səbəb olur.

Maddə 92.    “Təbiəti mühafizə və təbiətdən istifadə haqqında” Qanunun pozulmasına  görə  məsuliyyətin  labüdlüyü

Təbiəti mühafizə və təbiətdən istifadə haqqında Azərbaycan Respublikası Qanununun tələblərini pozan müəssisələr, təşkilatlar və idarələr,

onların vəzifəli şəxsləri, vətəndaşlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə mülki,  maddi,  inzibati 

və cinayət  məsuliyyətinə  cəlb edilirlər.

Ətraf  təbii  mühitin  mühafizəsi  haqqında  qanunvericiliyə  əməl  edilməsinə  Azərbaycan  Respublikasının  Baş  prokuroru  və  ona  tabe  olan

prokurorluq orqanları nəzarət edirlər.

Prokurorluq orqanları nəzarəti həyata keçirərkən Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara verilmiş hüquqları, o cümlədən

təbiəti  mühafizə  qanunvericiliyinin  pozulması  nəticəsində  dəyən  zərərin  ödənilməsi  barədə  və  ekoloji  cəhətdən  təhlükəli  fəaliyyətin

dayandırılması barədə məhkəmələrə və ya arbitraj məhkəmələrinə iddia ilə müraciət etmək hüquqlarını tətbiq edirlər.

 

XV   f ə s i l




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin