I f ə s I l Ümumi MÜDDƏalar m a d d ə Təbiəti mühafizə obyekti


FÖVQƏLADƏ EKOLOJİ VƏZİYYƏTLƏR



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə15/20
tarix14.04.2022
ölçüsü0,59 Mb.
#55413
1   ...   12   13   14   15   16   17   18   19   20
Без названия

FÖVQƏLADƏ EKOLOJİ VƏZİYYƏTLƏR

M a d də 73.     Qəzaların qarşısının alınması və onların zərərli ekoloji nəticələrinin aradan qaldırılması

Ətraf təbii mühitə zərərli təsirlə bağlı olan təsərrüfat obyektləri layihələşdirilərkən və istismar edilərkən qəzaların qarşısının alınması və

onların zərərli ekoloji nəticələrinin aradan qaldırılması üçün tədbirlər hazırlanır və həyata  keçirilir.

Ətraf  təbii  mühit  üçün  zərərli  nəticələr  törədən  fövqəladə  ekoloji  vəziyyətlərdə  səmərəli  iş  aparılması  üçün  bölgə,  hövzə  və  respublika

planları hazırlanır. Müvafiq xalq deputatları Sovetlərinin təsdiq etdiyi bu planlarda fövqəladə ekoloji vəziyyətlərin qarşısını almaq və onların

nəticələrini aradan qaldırmaq üçün nazirliklərin, baş idarələrin, müəssisələrin, təşkilatların, idarələrin və ixtisaslaşdırılmış bölmələrin qüvvə və

vəsaitini səfərbər etmək sahəsində tapşırıqlar və tədbirlər nəzərdə tutulur.

Qəza baş verdikdə müəssisə, təşkilat, idarə fövqəladə ekoloji vəziyyətdə tədbirlər planına uyğun olaraq dərhal onun ləğvinə başlamalıdır.

Eyni  zamanda  onlar  qəza  və  qəzanı  ləğv  etmək  üçün  görülən  tədbirlər  barəsində  yerli  xalq  deputatları  Sovetlərinə,  sənayedə  işlərin

təhlükəsiz  görülməsinə  nəzarət  və  dağ-mədən  nəzarəti  orqanlarına,  habelə  dövlət  təbiəti  mühafizə  orqanlarına,  dövlət  sanitar    nəzarəti 

orqanlarına  və  əhaliyə ləngimədən  məlumat  verməlidirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin fövqəladə vəziyyətlər üzrə komissiyası respublikada qəzaların səbəblərini təhqiq edir və

onların nəticələrini aradan qaldırır. Bundan əlavə, hökumət komissiyaları, xüsusi, o cümlədən ekoloji və başqa komissiyalar da yaradılır.

M a d d ə 74. Qəzaların ekoloji nəticələrini aradan qaldırmaq üzrə hazırlığı təmin etmək sahəsində müəssisələrin vəzifələri

Qəza zamanı ətraf təbii mühitə və adamların sağlamlığına zərər vura bilən müəssisələr, təşkilatlar və idarələr:

fövqəladə ekoloji vəziyyətlərdə tədbirlər planına malik olmalı;

qəza nəticələrinin aradan qaldırılması üçün texniki vasitələrlə təchiz edilmiş qəza xidmətini yaratmalı və hazır vəziyyətdə saxlamalı;

işçilərin təhlükəsizlik texnikası qaydalarına və texnoloji intizama əməl etməsini müntəzəm yoxlamalı;

qəza nəticələrinin aradan qaldırılmasını təmin etmək üçün işçiləri xüsusi proqramlar üzrə hazırlamalı;

ətraf  təbii  mühitə  zərərli  təsirlə  bağlı  olan  obyektlərə  dövlət  nəzarəti  orqanlarının,  Dövlət  təbiəti  mühafizə  və  sanitar  nəzarəti

orqanlarının nümayəndələrini maneəsiz olaraq əraziyə buraxmalı və lazımi materiallarla tanış etməli;

ətraf  təbii  mühitə  zərərli  təsirlə  bağlı  olan  obyektlərdə  nəzərdə  tutulan  texnoloji  proses  dəyişiklikləri,  yenidənqurma,  təmir  işləri,

habelə  təhlükəli  maddələrlə  iş  qaydasında  hər  hansı  dəyişikliklər  haqqında  dövlət  orqanlarına  (təbiəti  mühafizə,  sanitar  nəzarəti  və  s.)

qabaqcadan məlumat verməlidirlər.

M a d d ə 75. Fövqəladə  ekoloji  vəziyyət  və  ekoloji fəlakət zonaları

Təsərrüfat fəaliyyəti və başqa fəaliyyət, kortəbii qüvvələrin dağıdıcı təsiri, yaxud qəza və ya fəlakət nəticəsində ətraf təbii mühitdə sabit

mənfi  dəyişikliklərin  baş  verdiyi—adamların  sağlamlığının  təhlükəyə  məruz  qaldığı,  əhali  arasında  xəstəliklərin  yayıldığı,  təbii  ekoloji

sistemlərin  və  komplekslərin  vəziyyəti,  bitkilərin  və  heyvanların  genetik  fondları  üçün  qorxu  törəndiyi  ərazi  hissələri  fövqəladə  ekoloji



vəziyyət zonaları elan olunur.

Təsərrüfat fəaliyyəti və başqa fəaliyyət, yaxud kortəbii qüvvələrin dağıdıcı təsiri nəticəsində ətraf mühitdə ekoloji tarazlığın pozulması,

təbii  ekoloji  sistemlərin  dağılması,  torpağın  korlanması,  flora  və  faunanın  məhvi  ilə  bağlı  olan  əhali  arasında  xəstəliklər  törədən  sabit  və

dönməz dəyişikliklərin baş verdiyi ərazi hissələri, su və hava fəzası hissələri ekoloji fəlakət zona-ları elan olunur.

Fövqəladə  ekoloji  vəziyyət  və  ekoloji  fəlakət  zonaları  əhalinin,  xalq  deputatlarının,  ictimai  təşkilatların  təşəbbüsü  ilə,  dövlət  və  ya

ictimai ekoloji ekspertiza rəyinə əsasən Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə elan və ləğv edilir.

Fövqəladə  ekoloji  vəziyyət  zonasında  ətraf  təbii  mühitə  zərərli  təsir  göstərən  hər  cür  fəaliyyət  qadağan  edilir,  insan  sağlamlığına  və

təbii  mühitə  əlverişsiz  təsir  göstərən  müəssisələrin,  təşkilatların,  idarələrin,  sexlərin,  aqreqatların,  avadanlığın  işi  dayandırılır,  təbiətdən

istifadənin ayrı-ayrı növləri məhdudlaşdırılır, təbii ehtiyatların bərpası və artırılması üçün operativ tədbirlər görülür.

Ekoloji  fəlakət  zonasında,  həmin  ərazidə  yaşayan  adamlara  xidmət  göstərən  obyektlər  istisna  olmaqla,  təsərrüfat  obyektlərinin

fəaliyyətinə  xitam  verilir,  yeni  təsərrüfat  obyektlərinin  tikintisi,  yenidən  qurulması  və  genişləndirilməsi  qadağan  edilir,  təbiətdən

istifadənin bütün növləri xeyli məhdudlaşdırılır, təbii ehtiyatların bərpası və artırılması, ətraf təbii mühitin sağlamlaşdıralması üçün operativ

tədbirlər görülür.

Fövqəladə  ekoloji  vəziyyət  və  ekoloji  fəlakət  zonalarının  sağlamlaşdırılması  tədbirləri  ilk  növbədə  qəza  və  ya  fəlakətin  baş  verməsində

müqəssir olan nazirliklərin, baş idarələrin, müəssisələrin təşkilatların, idarələrin hesabına, habelə məqsədli büdcə vəsaiti və təbiəti mühafizə

fondları hesabına maliyyələşdirilir.

 

XIII   f ə s i l




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin