I f ə s I l Ümumi MÜDDƏalar m a d d ə Təbiəti mühafizə obyekti



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə12/20
tarix14.04.2022
ölçüsü0,59 Mb.
#55413
1   ...   8   9   10   11   12   13   14   15   ...   20
Без названия

təsirlərdən    qorunması

Yerli xalq deputatları Sovetləri, icra hakimiyyəti orqanları, müəssisələr, təşkilatlar, idarələr, habelə vətəndaşlar zərərli istehsalat və məişət

səs-küyünün, vibrasiyasının, maqnit

sahələrinin  elektromaqnit  şüalanmasının  zərərli  təsirinin  və  ətraf  təbii  mühitə  digər  zərərli  fiziki  təsirlərin  qarşısının  alınması  və  aradan

qaldırılması  sahəsində  zəruri  tədbirlər  görməyə  borcludurlar.  Azərbaycan  Respublikasının  ərazisində  və  Azərbaycanın  Xəzər  dənizindəki

iqtisadi  zonasının  hüdudları  daxilində  normativlərin  yerinə  yetirilməməsi  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyi  sanitar  nəzarəti

orqanlarının, Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin, Azərbaycan Respublikası Daxili İşlər

Nazirliyinin,  yerli  xalq  deputatları  Sovetlərinin  və  icra  hakimiyyəti  orqanlarının  qərarına  əsasən  müəssisələrin,  sexlərin,  aqreqatların,  başqa

avadanlığın  və  aparatların  işinin,  nəqliyyat  vasitələrinin,  digər  zərərli  səs-küy,  vibrasiya  mənbələrinin,  maqnit  sahələrinin  istismarının

aşkara çıxarılmış qüsurlar aradan qaldırılanadək dayandırılmasına, bunlara xitam verilməsinə səbəb olur.

Maddə 63. Ətraf təbii mühitin istehsalat və məişət tullantılarından qorunması

Yerli  xalq  deputatları  Sovetləri,  icra  hakimiyyəti  orqanları,  müəssisələr,  təşkilatlar,  idarələr,  habelə  vətəndaşlar  istehsalat  və  məişət

tullantıları əmələ kəlməsinin azaldılması, bunların zərərsizləşdirilməsi, emalı, təkrar işlədilməsi, anbara vurulması və ya basdırılması üçün

səmərəli tədbirlər görməyə borcludurlar.

Yerli xalq deputatları Sovetləri, icra hakimiyyəti orqanları tullantıların anbara vurulması və basdırılması yerlərini müəyyən etmək üçün

təbiəti mühafizə orqanları, sanitar nəzarəti, geologiya orqanları ilə qabaqcadan razılaşdırılmış qərarlar qəbul etməlidirlər. Sututarlara, yeraltı

laylara, yaşayış massivlərinin, meşələrin ərazilərinə, kənd təsərrüfatı yerlərinə və başqa torpaq sahələrinə tullantıların atılması və tərkibində

tullantı olan təmizlənməmiş çirkabın axıdılması qadağandır.

Göstərilən qaydalara əməl edilməməsi Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Azərbaycan

Respublikası Səhiyyə Nazirliyi orqanlarının, yaxud yerli icra hakimiyyəti orqanlarının qərarına əsasən müəssisələrin müvafiq tullantıları

əmələ gətirən fəaliyyətinin məhdudlaşdırılmasına, dayandırılmasına və ya fəaliyyətinə xitam verilməsinə səbəb olur.

 

X   f ə s i l




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin