Müəssisələr, təşkilatlar, idarələr ətraf mühitin müəyyən olunmuş keyfiyyət normativlərinə əməl olunmasını təmizləmə qurğularının,
mexanizmlərinin və onlara nəzarət vasitələrinin fasiləsiz və səmərəli işi, tullantıların zərərsizləşdirilməsi və təkrar işlədilməsi, ekoloji
cəhətdən təhlükəsiz texnologiyalara keçid əsasında təmin edir, təbii ekosistemlərin məhsuldarlığını qoruyub saxlamaq və bərpa etmək
sahəsində tədbirlər görürlər.
Müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı zamanı ekoloji tələblərin pozulması Azərbaycan Respublikası Dövlət
Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi orqanlarının, yaxud Azərbaycan Respublikası Səhiyyə Nazirliyi dövlət sanitar
nəzarətinin qərarları ilə müəssisələrin, qurğuların və başqa
obyektlərin fəaliyyətinin məhdudlaşdırılmasına, dayandırılmasına və ona xitam verilməsinə, eyni zamanda bu qərarlar əsasında
bank idarəsinin qadağan olunmuş fəaliyyəti maliyyələşdirməyə müvafiq orqanlar həmin qərarları ləğv edənədək xitam verməsinə
səbəb olur.
Ekoloji cəhətdən zərərli obyektlərin fəaliyyətinin profilini Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət
Komitəsinin, Azərbaycan Respublikası Səhiyyə nazirliyinin və yerli xalq deputatları Sovetlərinin razılığı ilə nazirliklər, baş idarələr,
müəssisələr, təşkilatlar, idarələr dəyişdirirlər.
M a d d ə 56. Kənd və meşə təsərrüfatında ekoloji tələblər
Kənd və meşə təsərrüfatı ilə məşğul olan müəssisələr, təşkilatlar və idarələr, habelə vətəndaşlar torpaqları, sututarları, meşələri və digər
yaşıllıqları, heyvanlar aləmini kortəbii qüvvələrin zərərli təsirindən, təbii torpaq və bitki ekosistemlərinin vəziyyətini və
məhsuldarlığını pisləşdirən, adamların sağlamlığına və ətraf təbii mühitə ziyan vuran texnikanı, kimyəvi və başqa maddələrin tətbiqinin
mənfi nəticələrindən, digər amillərdən qorumaq üçün Meşə məcəlləsinin tələbləri əsasında tədbirlər kompleksi hazırlamağa və yerinə
yetirməyə borcludurlar.
Göstərilən tələblərin yerinə yetirilməməsi, ətraf təbii mühitə və adamların sağlamlığına ziyan vurulması Azərbaycan Respublikası
Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi orqanlarının, yaxud Azərbaycan Respublikası Səhiyyə Nazirliyi dövlət sanitar
nəzarətinin qərarı ilə kənd təsərrüfatı obyektlərinin və başqa obyektlərin ekoloji cəhətdən zərərli fəaliyyətinin məhdudlaşdırılmasına,
dayandırılmasına və ya ona xitam verilməsinə səbəb olur.
M a d d ə 57. Meliorasiya işlərinə verilən ekoloji tələblər
Meliorasiya işləri görülərkən, meliorasiya sistemləri istismar edilərkən təbii su obyektlərinin su balansının saxlanmasına, su və torpaq
ehtiyatlarından səmərəli istifadə olunmasına, subasmanın, bataqlaşmanın, şoranlaşmanın, torpaq eroziyasının balıqların kürüləmə, yemləmə,
qışlama və miqrasiya yerlərinin məhv. olmasının və ətraf təbii mühit üçün digər zərərli nəticələrin qarşısının alınmasına yönəldilən tədbirlər ilk
növbədə təmin edilir.
Göstərilən tələblərin yerinə yetirilməməsi, Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi
orqanlarının qərarı ilə meliorasiya sistemlərinin istismarının və meliorasiya işlərinin yerinə yetirilməsinin qusurlar aradan qaldırılanadək
dayandırılmasına və ya bunlara xitam verilməsinə, eyni zamanda bank idarələrinin qadağan olunmuş işləri maliyyələşdirməyə xitam
verməsinə səbəb olur.
M a d d ə 58. Energetika obyektlərinə verilən ekoloji tələblər
Su-elektrik stansiyaları və başqa energetika obyektləri yerləşdirilərkən, layihələşdirilərkən və tikilərkən Azərbaycan Respublikasının
elektrik enerjisinə real tələbatı, obyektin yerləşdirilməsi üçün ərazinin relyefi, torpaqların, meşələrin, faydalı qazıntı yataqlarının, yaşayış
məntəqələrinin, tarix, təbiət və mədəniyyət abidələrinin maksimum! qorunması, heyvanlar aləminin, o cümlədən balıq ehtiyatlarının
səmərəli mühafizəsi üçün tədbirlər, dəryaçaların yataqları təmizlənərkən və doldurularkən torpağın münbit qatından, oduncaqdan
vaxtında istifadə olunması, ətraf təbii mühitdə mənfi dəyişikliklərə yol verilməməsi üçün tədbirlər, energetika obyektindən ötrü ayrılmış
meşə fondunun başqa torpaqlar hesabına bərpa edilməsi tədbirləri nəzərə alınmalıdır.
Azərbaycan Respublikasında atom-elektrik stansiyalarının yerləşdirilməsi qadağandır.
İstilik-elektrik stansiyaları layihələşdirilərkən, tikilərkən, istismara verilərkən və istismar edilərkən zərərli tullantıları və buraxılan
qazları təmizləmək üçün onların yüksək səmərəli süzgəclərlə və başqa vasitələrlə təchiz edilməsi üçün tədbirlər görülməsi, ekoloji cəhətdən
zərərsiz yanacaq növlərindən istifadə olunması nəzərdə tutulmalı və təmin edilməlidir.
Nazirliklər, baş idarələr, müəssisələr, təşkilatlar, idarələr ekoloji cəhətdən təmiz və təhlükəsiz olan qeyri-ənənəvi enerji növlərinin (günəş,
külək, dəniz qabarması, bioenergetika və i. a.) mənimsənilməsini və geniş miqyasda işlədilməsini inkişaf etdirməlidirlər.
Maddə 59. Radioaktiv materiallardan istifadəyə verilən ekoloji tələblər
Müəssisələr, təşkilatlar, idarələr radioaktiv maddələrin (ionlaşdırıcı şüalanma mənbələrinin, nüvə materiallarının) istehsalı, saxlanması,
daşınması, istifadəsi, kənar edilməsi, basdırılması qaydalarına əməl etməyə, müəyyən edilmiş son normalardan artıq radiasiyaya yol
verməməyə, radiasiya yol verilə bilən son normalardan artıq olduqda isə dərhal respublikada radiasiya təhlükəsizliyinə nəzarət edən və onu
təmin edən orqanlara məlumat verməyə, çirklənmə mənbələrinin ləğvi üçün tədbirlər görməyə borcludurlar.
Radioaktiv materiallarla işləmə qaydalarına əməl olunmasını təmin etməyən müəssisələr, təşkilatlar, idarələr Azərbaycan Respublikası
Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi orqanlarının, habelə Azərbaycan Respublikası
Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi orqanlarının və Səhiyyə Nazirliyinin qərarına əsasən həmin maddələrdən
istifadə etmək hüququndan məhrum edilir, yaxud belə materiallardan istifadə sahəsində onların fəaliyyəti qeyd olunan nöqsanlar
aradan qaldırılanadək dayandırılır.
Başqa bölgələrdən və xaricdən radioaktiv tullantıların saxlamaq və basdırmaq məqsədi ilə Azərbaycan Respublikasına gətirilməsi,
eləcə də Azərbaycan Respublikasında saxlanması və basdırılması qadağandır.
M a d d ə 60. Kimyəvi maddələrdən istifadəyə verilən ekoloji tələblər
Müəssisələr, təşkilatlar, idarələr, onların vəzifəli şəxsləri və vətəndaşlar kənd təsərrüfatında, başqa sahələrdə bitkiqoruma, boyartırma
vasitələri kimi işlədilən kimyəvi maddələrin, mineral gübrələrin istehsalı, saxlanması, daşınması və tətbiqi qaydalarına əməl etməyə,
onlardan istifadə üçün müəyyən edilmiş normativləri yerinə yetirməyə, onların tətbiqinin insan sağlamlığı və ətraf təbii mühit üçün
zərərli nəticələrinin qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər görməyə borcludurlar.
Azərbaycan Respublikasının ərazisində və Azərbaycanın Xəzər dənizindəki iqtisadi zonasının hüdudları daxilində insan orqanizminə və
ətraf təbii mühitə fəal təsir göstərən, habelə ətraf təbii mühitdə hansı miqdarda olduğunu müəyyən etmək üçün metodlar olmayan zəhərli
kimyəvi maddələrin tətbiqi qadağandır.
Kimyəvi maddələrin tətbiqi qaydalarının pozulması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, yaxud Azərbaycan Respublikası Dövlət
Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi orqanlarının qərarına əsasən müvafiq kimyəvi maddələrin istehsalının, saxlanmasının,
daşınmasının qadağan edilməsinə səbəb olur.
Maddə 61. Ətraf təbii mühitin zərərli bioloji təsirlərdən qorunması
Ətraf təbii mühitə bioloji təsir göstərən və ya bioloji təsir göstərə bilən müəssisələr, təşkilatlar, idarələr bioloji mikroorqanizm növlərinin,
həşəratların və maddələrin ekoloji cəhətdən zərərsiz istehsalını (yaradılmasını), saxlanmasını, daşınmasını, işlədilməsini və kənar edilməsini
təmin etməyə, qəzalara və fəlakətlərə yol verilməməsi, ətraf təbii mühitə və insan sağlamlığına zərərli bioloji təsirin nəticələrinin qarşısının
alınması və aradan qaldırılması üçün tədbirlər görməyə borcludurlar.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin orqanları əhaliyə və ətraf təbii mühitə bioloji təsir mənbələrini müşahidə edir, uçota alır
və bioloji təsirin səviyyəsinə nəzarət edirlər.
Ətraf təbii mühitə təsirin yol verilə bilən son səviyyəsinin pozulması, bioloji mikroorqanizm! növlərinin, həşəratların və maddələrin
saxlanması və işlədilməsi qaydasının pozulması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi sanitar nəzarəti orqanlarının qərarına əsasən bu
çirklənmənin mənbəyi olan müəssisələrin və başqa obyektlərin işinin dayandırılmasına, işinə xitam verilməsinə səbəb olur.
Maddə 62. Ətraf təbii mühitin səs-küydən, vibrasiyadan, maqnit sahələrindən, elektromaqnit şüalanmasından və digər zərərli fiziki
Dostları ilə paylaş: