I f ə s I l Ümumi MÜDDƏalar m a d d ə Təbiəti mühafizə obyekti



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə10/20
tarix14.04.2022
ölçüsü0,59 Mb.
#55413
1   ...   6   7   8   9   10   11   12   13   ...   20
Без названия

ekoloji tələblər

Müəssisələrin,  qurğuların,  başqa  obyektlərin  tikintisi,  yenidən  qurulması,  genişləndirilməsi  və  layihələşdirilməsi  texniki-iqtisadi

cəhətdən  əsaslandırılarkən  ətraf  təbii  mühitin  məruz.  qaldığı  gərginliyin  yol  verilə  bilən  son  normaları  nəzərə  alınmalı  və  elmi  texniki

tərəqqinin  müasir  səviyyəsinə  uyğun  olaraq  əsas  texnologiyaları  ekoloji  cəhətdən  təhlükəsiz  texnologiyalarla  əvəz  etməyi,  eyni  zamanda

təmizləmə sistemlərini təkmilləşdirməyi, ətraf təbii mühitin zərərli tullantılarla və çirkabla çirklənməsinin qarşısını almağı və bunu aradan

qaldırmağı,  enerjiyə  və  ehtiyatlara  qənaət  edən,  az  tullantılı  və  tullantısız  texnologiyaların  tətbiqi  əsasında  tullantıları  və  çirkabı

zərərsizləşdirməyi,  bunlardan  təkrar  istifadə  etməyi,  təbii  ehtiyatları  səmərəli  işlətməyi,  bərpa  etməyi  və  artırmağı,  ətraf  təbii  mühiti

sağlamlaşdırmağı təmin edən tədbirlər nəzərdə tutulmalıdır.

Qanunvericiliklə  müəyyənləşdirilmiş  ekoloji  tələblərə  uyğun  gəlməyən  layihələr  təsdiq  edilməməli,  müvafiq  bank  idarələri  isə  bu

layihələrin həyata keçirilməsi işlərini maliyyələşdirməməlidirlər.

Maddə 53. Müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisinə, yenidən qurulmasına verilən ekoloji tələblər

Ekoloji  cəhətdən  zərərli  olan  müəssisələr,  qurğular  və  başqa  obyektlər  dövlət  ekoloji  ekspertizasının  müsbət  rəyi  ilə  təsdiqlənmiş

layihələr əsasında, qüvvədə olan təbiəti mühafizə, sanitar, habelə tikinti normalarına və qaydalarına ciddi əməl edilməklə-tikilməli və yenidən

qurulmalıdır.

Layihə  təsdiq  edilənədək  və  torpaq  sahəsi  ayrılanadək  ərazidə  hazırlıq  işlərinin  görülməsi,  obyektlərin  tikintisi,  yenidən  qurulması

qadağandır.  Təsdiq  edilmiş  layihəni  və  ya  layihə  işlərinin  dəyərini  ekoloji  təhlükəsizlik  və  ya  təbiətdən  səmərəli  istifadə  tələblərinə  zidd

olaraq dəyişdirməyə yol verilmir.

Layihənin təbiəti mühafizə bölməsində nəzərdə tutulmuş işlər ilk növbədə yerinə yetirilir.

Qanunun  bu  maddəsində  göstərilmiş  tələblərin  pozulması  Azərbaycan  Respublikası  Dövlət  Ekologiya  və  Təbiətdən  İstifadəyə  Nəzarət

Komitəsi  orqanlarının,  yaxud  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyi  dövlət  sanitar  nəzarətinin  qərarı  ilə  tikinti  işlərinin  qeyd

olunmuş  nöqsanlar  aradan  qaldırılanadək  dayandırılmasına  və  müvafiq  bank  idarəsinin  bu  işləri  maliyyələşdirməyə  xitam  verməsinə

səbəb olur.

M a d d ə 54. Müəssisələr, qurğular və başqa obyektlər istismara verilərkən irəli sürülən  ekoloji tələblər

Müəssisələr,  qurğular  və  başqa  obyektlər  layihədə  nəzərdə  tutulmuş  bütün  ekoloji  tələblərin  tam  həcmdə  yerinə  yetirilməsi  şərti  ilə,

Azərbaycan  Respublikası  Dövlət  Ekologiya  və  Təbiətdən  İstifadəyə  Nəzarət  Komitəsi  orqanları,  Azərbaycan  Respublikası  Səhiyyə

Nazirliyi dövlət sanitar nəzarəti nümayəndələrinin iştirakı ilə yaradılan qəbul komissiyalarının aktları əsasında istismara verilir.

Dövlət  ekoloji  ekspertizasının  müsbət  rəyi  olmadan,  zərərli  tullantıların  və  çirkabın  yol  verilə  bilən  son  normativlər  səviyyəsində

təmizlənməsinə,  zərərsizləşdirilməsinə  və  təkrar  işlədilməsinə  imkan  verən  səmərəli  qurğu  və  mexanizmlərlə,  ətraf  təbii  mühitin

çirklənməsinə nəzarət vasitələri ilə təmin edilmədən, habelə təbiətin mühafizəsi, torpaqların rekultivasiyası, digər təbii ehtiyatların  bərpası,

ətraf  təbii  mühitin  sağlamlaşdırılması  üzrə  layihələşdirilmiş  işlər  istismaradək  başa  çatdırılmadan  obyektlərin  istismara  verilməsi

qadağandır.

Qəbul  komissiyasının  sədri  və  üzvləri  qüvvədə  olan  qanunvericiliyə  müvafiq  surətdə  obyektlərin  istismara  qəbulu  qaydalarına  əməl

edilməsi üçün şəxsi məsuliyyət daşıyırlar.

 

IX  f ə s i l




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin