Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci



Yüklə 19,35 Kb.
səhifə1/2
tarix03.11.2022
ölçüsü19,35 Kb.
#67220
  1   2
HFT-1


Azərbaycan Texniki Universiteti
nəzdində Bakı Dövlət Rabitə və
Nəqliyyat Kolleci
Sərbəst iş №1
Tələbə:
İxtisas: Rabitə qovşaqları və kommunikasiya sistemləri
Qrup: RQ310A
Kurs: lll
Müəllim: Namazova Pərvanə
Fənn: Həyat Fəaliyyətinin Təhlükəsizliyi
Mövzu: Əmək mühafizəsinin hüquqi və təşkilati məsələləri

BAKU-2022
Əmək hüququnun qanunvericilik mənbələri:
Əmək mühafizəsinin hüquqi əsasları dedikdə qüvvədə olan qanunvericilik sistemi başa düşülür.Əmək hüququnun mənbələri əmək hüquq normalarının tətbiq olunduğu səlahiyyətli orqanların normativ məzmunlu aktlarıdır. Əmək hüququnun mənbələri səlahiyyətli dövlət orqanlarının yaradıcılıq fəaliyyətinin nəticəsidir. Əmək hüququnun mənbələrinin vəzifələri, rolu və funksiyaları bir-birilə qarşılıqlı əlaqəlidir. Onların hamısı cəmiyyətin, dövlətin, eləcə də işçilərlə işəgötürənlərin maraqlarını əks etdirir. Əmək hüququnun mənbələrini onları qəbul edən orqanlara görə aşağıdakı kimi sinifləşdirmək olar:

  1. Azərbaycan Respublikasının ali qanunvericilik orqanı tərəfindən qəbul edilən normativ aktlar (qanunlar, qərarlar)

  2. Azərbaycan Respublikasının Prezidenti və Nazirlər Kabineti tərəfindən qəbul edilən normativ aktlar ( fərmanlar, qərar və sərəncamlar)

  3. Mərkəzi dövlət idarəçilik orqanları tərəfindən qəbul edilən normativ aktlar (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər nazirliklər, komitələr və baş idarələr tərəfindən qəbul edilən aktlar)

  4. Yerli icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən qəbul edilən aktlar

  5. Müəssisə, idarə və təşkilat rəhbərlərinin həmkarlar təşkilatı ilə razılaşdırılaraq, yaxud onların birgə qəbul etdikləri aktlar.

Konstitusiyanın 35, 37, 38, 39, 41 -ci maddələrinə uyğun olaraq hər bir vətəndaşın əmək hüququ, istirahət hüququ, sosial – təminat hüququ, sağlam ətraf mühitdə yaşamaq hüququ, sağlamlığın qorunması hüququ vardır. Konstitusiyanın 35-ci maddəsində deyilir: “Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə məşğuliyyəti və iş yeri seçmək hüquqi vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç biri ayrı – seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır”.
Azərbaycan Respublikasının Əmək məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərinin, habelə onların müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquqi münasibətlərini tənzim edir.
Normativ hüquqi aktlar bir qayda olaraq bu aktları qəbul etmiş orqanın tabeliyində olan ərazidə hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikasının qanunları yalnız Azərbaycan Respublikasının ərazisində hüquqi qüvvəyə malikdir.
Əmək müqaviləsi - işçi ilə işəgötürən müəssisə arasında bağlanan kontraktdır. Əmək məcəlləsinin 42-ci maddəsinə uyğun olaraq əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işə götürən, digəri isə işçidir. 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir və iki nüsxətən az olmayaraq tərəflərin imzası ilə təsdiq edilir. Əmək müqaviləsi müddətsiz və ya 5 ilədək müddətə bağlana bilər. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
Kollektiv müqavilə. Əmək məcəlləsinin 29 - cu maddəsinə görə kollektiv müqavilənin bir tərəfi işə götürən, digər tərəfi isə həmkarlar ittifaqı təşkilatıdır, yaxud kollektivdir. Kollektiv müqavilə bir ildən 3 ilədək bağlana bilər. Kollektiv müqavilə müəssisənin bütün işçilərinə, o cümlədən, kollektiv müqavilə qüvvəyə mindikdən sonra işə qəbul olunan şəxslərə şamil edilir.

Yüklə 19,35 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin