Əmək təhlükəsizliyi standartlar sistemi (ƏTSS): Norma və qaydalar içərisində əməyin təhlükəsizliyi üzrə standartlar sisteminin öz mövqeyi vardır. Standartlar sistemi təhlükəsiz əməyin təmin edilməsi istiqamətində olmaqla Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi və Respublika Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən hazırlanır və təlabatı ödəyən normativ texniki sənədlər yaradılır.
Əmək təhlükəsizliyinin Standartlar sisteminin məqsədi zərərli və təhlükəli istehsalat amillərinə görə ümumi tələbatı, istehsalat prosesinə və istehsalat avadanlıqlarına ümumi təhlükəsizlik texnikası tələbatı, habelə əmək təhlükəsizliyi fərdi mühafizə vasitələrinə tələbatı və s. müəyyən etməkdir.
İş vaxtı: İş vaxtının növləri və tənzimlənməsi qaydaları əmək məcəlləsinin IV bolməsində nəzərdə tutulmuşdur. Qanunvericiliyə uygun iş vaxtının növləri aşagıdakılardır: tam iş vaxtı, qısaldılmış iş vaxtı, natamam iş vaxtı.
Tam iş vaxtı – müddəti Əmək məcəlləsində nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.
Qısaldılmış iş vaxtı - Əmək məcəlləsinin 91-ci maddəsində oldugu kimi nəzərdə tutulmuşdur. İşçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq əmək məsəlləsi ilə və müvafiq normativ hüquqi aktlarla, havelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər.
Natamam iş vaxtı- Əmək məcəlləsinin 94-cü maddəsində göstərilmişdir. Burada əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işci və işə götürənin qarşılıqlı razılıgı ilə natamam iş vaxtı müəyyən edilə bilər.
İstirahət vaxtları: Qüvvədə olan əmək qanunvericiliyinə müvafiq olaraq aşağıdakı formada istirahət vaxtının verilməsi müəyyən olunmuşdur: istirahət və nahar üçün fasilə, istirahət günləri, növbələr arası fasilə, bayram günləri, illik məzuniyyət, əlavə məzuniyyət və s.
İstirahət və nahar üçün fasilə Əmək məcəlləsinin 103-cü maddəsinə uyğun olaraq aşağıdakı kimidir.
İş günü ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir. Fasilənin verilməsi vaxtı və davamiyyəti müəssisə daxili intizam qaydaları, növbə cədvəlləri və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.
Növbələr arası fasilə. İşçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. Növbəti iş vaxtı rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir.
İstirahət günləri. Əmək məcəlləsinin 104-cü maddəsinə uyğun verilir. Hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələr arası istirahət günlərinin sayı 5 günlük iş həftəsində iki gün, altı günlük iş həftəsitndə isə bir gün olmalıdır. Həftəlik istirahət müddəti 42 saatdan az olmamalıdır.