TƏBİƏTİ MÜHAFİZƏNİN TƏMİN EDİLMƏSİ VƏ TƏBİƏTDƏN
İSTİFADƏNİN TƏNZİMLƏNMƏSİ SAHƏSİNDƏ İQTİSADİ TƏDBİRLƏR
Maddə 15. Təbiəti mühafizəni təmin etməyin və təbiətdən istifadəni tənzimləməyin iqtisadi mexanizmi
Təbiəti mühafizəni təmin etməyin və təbiətdən istifadəni tənzimləməyin iqtisadi mexanizminin əsas vəzifəsi ekoloji təhlükəsizlik, təbii
ehtiyatlardan səmərəli istifadə, onların bərpası və artırılması tədbirlərinin işlənib hazırlanmasına, planlaşdırılmasına və yerinə yetirilməsinə
təbiət istifadəçilərinin maddi həvəsini artırmaqdır.
Təbiəti mühafizəni təmin etməyin və təbiətdən istifadəni tənzimləməyin iqtisadi mexanizmi aşağıdakı şəkildə həyata keçirilir:
təbii ehtiyatlardan istifadəyə, ətraf mühitə tullantıların, çirkabın və çirkləndirici maddələrin yerləşdirilməsinə görə haqq tutulması;
təbiəti mühafizə, təbii ehtiyatlardan səmərəli və kompleks istifadə sahəsində müsbət nəticələrə nail olmuş müəssisələrin təşkilatların və
idarələrin, ictimai və digər orqanların işçi kollektivlərinin, habelə ayrı-ayrı vətəndaşların maddi həvəsləndirilməsi;
təbiəti mühafizə, təbiəti bərpa tədbirləri görülərkən, qənaətcil və az tullantılı texnologiyalar və istehsalatlar tətbiq edilərkən, təkrar
xammaldan istifadə olunarkən, ekoloji səmərə verən digər fəaliyyət həyata keçirilərkən dövlət, kooperativ, ictimai və digər müəssisələrə,
təşkilatlara və idarələrə, habelə fərdi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlara vergi və kredit güzəştləri edilməsi;
ekoloji cəhətdən saf məhsul üçün həvəsləndirici qiymətlər və üstəlik haqqlar müəyyən edilməsi;
dövlət müəssisələrinin və təşkilatlarının vəzifəli şəxsləri və işçiləri təbiəti mühafizə tələblərinin pozulmasına yol verdikdə və ya təbiəti
mühafizə tədbirlərinin görülməsinə dair tapşırıqları yerinə yetirmədikdə əsas təsərrüfat fəaliyyətinin nəticələrinə görə verilən
mükafatlardan onların tamamilə və ya qismən məhrum edilməsi;
ətraf təbii mühitə və təbii ehtiyatlara dəymiş zərərin əvəzinin alınması (o cümlədən valyuta ilə).
Azərbaycan Respublikasının qanunvericiliyində təbiəti mühafizə, təbii ehtiyatlardan səmərəli və kompleks istifadə sahəsində fəaliyyəti
iqtisadi cəhətdən həvəsləndirməyin digər növləri də müəyyən edilə bilər.
Təbiəti mühafizəni iqtisadi cəhətdən həvəsləndirmək tədbirləri mərkəzləşdirilmiş və başqa mənbələrin vəsaiti hesabına maliyyələşdirilir.
Bu məqsəd üçün respublika və ictimai təbiəti mühafizə fondlarının vəsaiti də cəlb edilə bilər.
Maddə 16. Təbii ehtiyatlardan istifadənin pullu olması
Azərbaycan Respublikasında bütün hüquqi və fiziki şəxslərin torpaqdan, sudan, yerin təkindən, bitkilər və heyvanlar aləmindən, istirahət
(rekreasiya) və digər təbii ehtiyatlardan istifadə etməsinə görə haqq, habelə çirkləndirici maddələrin ətraf mühitə təyin edilmiş
normativlər həddində və normativlərdən artıq atılmasına (axıdılmasına, tullantıların yerləşdirilməsinə) görə haqq müəyyən olunur.
Təbii ehtiyatlardan istifadəyə və ətraf mühiti çirkləndirməyə görə haqq ödənilməsi təbiət istifadəçilərini təbiəti mühafizə, təbii
ehtiyatlardan səmərəli istifadə və onların qənaətlə işlədilməsi tədbirlərini yerinə yetirmək zərurətindən, habelə təbiəti mühafizə
qanunvericiliyinin pozulması nəticəsində ətraf təbii mühitə dəymiş zərəri ödəməkdən azad etmir.
M a d d ə 17. Azərbaycan Respublikasının təbiəti mühafizə fondu
Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi və sağlamlaşdırılması, təbii ehtiyatların bərpası və artırılması, təbiətdən istifadəni
idarəetmə və təbiətdə istifadəyə nəzarət sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi, digər təbiəti mühafizə tədbirlərinin və bunları
təmin edən tədbirlərin həyata keçirilməsi, ekologiya sahəsində elmi işlərin aparılması, habelə təbiəti mühafizə sistemini saxlamaqdan və
təbiəti mühafizə işçilərini maddi həvəsləndirməkdən ötrü maliyyə ehtiyaclarının qismən ödənilməsi üçün Azərbaycan Respublikasının
təbiəti mühafizə fondu fəaliyyət göstərir.
Göstərilən fond təbii ehtiyatlardan istifadə haqqından, ətraf mühitə çirkləndirici maddələrin tullanmasına görə tədiyyələrdən, təbiəti
mühafizə qanunvericiliyinin pozulmasına görə tutulan vəsaitdən ayırmalar, məqsədli və könüllü ödəmələr və digər mənbələr hesabına
Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi yanında formalaşdırılır.
Azərbaycan Respublikası təbiəti mühafizə fondunun yaradılması və ondan istifadə olunması qaydası fond haqqında Əsasnamədə
müəyyən edilir.
M a d d ə 18. Ətraf təbii mühiti mühafizənin və təbiətdən istifadənin ictimai fondları
Ətraf təbii mühiti mühafizənin və təbiətdən istifadənin ictimai fondları əhalinin vəsaiti, ictimai təşkilatların verdiyi haqlar və başqa
mənbələr hesabına, mələ gəlir. Bu fondlar ictimai və başqa təşkilatlar tərəfindən yaradılır və ətraf təbii mühiti mühafizə, təbiətdən
səmərəli və kompleks istifadə məqsədlərinə sərf olunur.
Göstərilən fondların yaradılması və sərf olunması qaydası onlar haqqında müvafiq ictimai təşkilatların təsdiq etdikləri əsasnamələrdə
müəyyənləşdirilir.
Azərbaycan Respublikasında təbiəti mühafizə tədbirlərini maliyyələşdirmək, təbii ehtiyatlardan səmərəli istifadə etmək və ekoloji
təhlükəsizliyin təmin olunması işlərini həvəsləndirmək üçün başqa fondlar da yaradıla bilər.
V f əs i l
Dostları ilə paylaş: |