I fəSİL. Geosiyasət anlayışı, geosiyaətin mənbələri



Yüklə 69,42 Kb.
səhifə3/15
tarix11.05.2023
ölçüsü69,42 Kb.
#111599
1   2   3   4   5   6   7   8   9   ...   15
referat 652 (1)

Geosiyasətin mənbələri.
Geosiyasət elmi 3 elmi yanaşmanın əsasında meydana gəlmişdir:

  • Sivilizasiya nəzəriyyələri

  • Hərbi strateji nəzəriyyələr

  • Coğrafi determinizm nəzəriyyələri

Mədəni yanaşmanın banisi rus alimi N.Y.Danilevski (1822-1885) hesab edilir.Onun fikrincə, tarixin teatr səhnəsində əsas fəaliyyət göstərən subyektlər kimi dövlətlər və ya ayrı-ayrı millətlər deyil, böyük mədəni-dini birliklər çıxış edir.Danilevski onları “mədəni-tarixi tiplər” adlandırır.
Rus tədqiqatçılarından ilk olaraq, Danilevski “Avropanın Rusiyaya qarşı soyuqluğu” tezisini ifadə etmiş və bunu elmi surətdə əsaslandırmışdır.Onun fikrincə, bu soyuqluğun səbəbi 2 dünya gücü arasında olan prinsipial mədəni fərqlərdir: “Avropa bizi ozününkü kimi qəbul etmir.Avropalılar Rusiya və slavyanları yalnız yad deyil, eyni zamanda düşmən kimi görür.”(1)1
XIX əsrin sonu-XX əsrin əvvəllərində Danilevskinin konsepsiyası rus filosofu K.N.Leontyevin, alman filosofu O.Şpenqlerin, rus alimi P.N.Savitskinin, L.N.Qumilyovun əsərlərində daha da inkişaf etdirildi.Bu konsepsiyanı ingilis alimi Arnold Toynbi də inkişaf etdirmişdir.Öz əsərlərində o, “pravoslav –rus” sivilizasiya tipini ayırmışdır.
Sivilizasiya nəzəriyyəsi XX əsrin sonlarında da alim-geosiyasətçilərin diqqətini cəlb etmişdir.Harvard Universitetinin professoru Samuel Hantinqtonun “Sivilizasiyaların toqquşması” adlı kitabı çox mübahisələrə səbəb oldu.Müəllif təsdiqləyir ki, XXI əsrdə konfliktlərin əsas mənbəyi kimi iqtisadiyyat və ya ideologiya deyil, mədəni fərqlər çıxış edəcək.O hesab edir ki, “sivilizasiyaların toqquşması dünya siyasətinin əsas faktoruna çevriləcək.Sivilizasiyalar arasında olan ayırma xətləri isə gələcəkdə cəbhə xətləri olacaq”.XXI əsrin mənzərəsi müəllifə 7-8 böyük sivilizasiyanın qarşılıqlı fəaliyyət və rəqabətinin nəticəsi kimi görünür.O, bu sivilizasiyalar arasında qərbləşməyə qarşı çıxan “pravoslav-slavyan” sivilizasiyasının da olacağını göstərir.
Bir çox alimlərin fikrincə, geosiyasətin II mənbəyi hərbi-strateji nəzəriyyələrdir.Bu kimi nəzəriyyələrin tanınmış müəllifləri sırasında Nikkolo Makiavelli, Karl fon Klauzevits, Helmut İohan Moltke və s. vardır.
Bu nəzəriyyələrin formalaşmasında amerikan hərbi-dəniz nəzəriyyəçisi və tarixçisi Alfred Mexenin(1840-1914) xidmətləri böyükdür.1890-cı ildə admiralın “Dəniz qüdrətinin tarixə təsiri” əsəri çap olunmuşdur.Müəllif elmi dövriyyəyə “sahilboyu xalqlar” anlayışını gətirmişdir.O yazırdı : “siyasət əsrin ruhuyla olduğu kimi, hökmdarların fərasəti və xarakteri ilə də dəyişmişdir.Lakin sahilboyu xalqların tarixi daha çox sahil xətlərinin ölçüsü və şəkli, xalqların sayı və xarakteri, ümumiyyətlə, təbii şərtlərlə müəyyən olunur”(1).1Mexen 30-cu və 40-cı paralellər arasındakı zonanı “konflikt zonası” adlandırmışdır.Bu zonada onun fikrincə, dəniz imperiyalarının maraqları toqquşur.
Hərbi-strateji konsepsiyaların müəlliflərindən biri də D.A.Milyutin olmuşdur.
Geosiyasətin 3-cü nəzəri mənbəyi coğrafi determinizm nəzəriyyələridir. Polibiy(e.ə.200-120-ci illər) Arkadiya sakinlərinin xasiyyətinin sərtliyinin səbəbini dumanlı və soyuq havanın üstün olmasında görürdü.”Bu səbəbdən də xalqlar xatakterdə, bədən quruluşunda və dərinin rəngində, eləcə də məşğuliyyət sahələrində fərqlər nümayiş etdirirlər”.

Yüklə 69,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin