(1)Зюганов Г. География победы – М., 1998.
Geosiyasətin əsas qanunları
Cəmiyyət və təbiət haqqında olan digər elmlər kimi geosiyasət də sosial-iqtisadi, coğrafi, siyasi, hərbi və digər sistemlərin yaranma, fəaliyyət və inkişaf qanunauyğunluqlarını öyrənir.Tədqiqatçıların fikrincə, geosiyasətin əsas qanunu fundamental dualizm qanunudur.Bu qanun özünü planetin geosiyasi düzənində və sivilizasiyaların tarixi tiplologiyasında göstərir.Qərb alimləri Çellen və Mexenin, Makinder və Haushoferin, rus tədqiqatçıları Danilevski, Semenov-Tyan-Şanski və başqalarının fikrincə, bu dualizm quru(tellurokratiya) və dəniz(talassokratiya) qarşıdurmasında əks olunur.
Geosiyasət banilərinin, xüsusilə Alfred Tayer Mexen və Helford Makinderin fikrincə bu dualizm özü ilə düşmənçilik toxumları daşıyır ki, bu da əlverişli şərait yaranan kimi iki ünsür arasında barışmaz düşmənçiliyin yaranmasına səbəb olur.
Tellurokratiya üçün dəqiq
müəyyən edilmiş sərhədlər, təsdiq edilmiş ərazi, oturaq həyat fəaliyyəti, konservatizm, insan qrupları, tayfalar, xalqlar, ölkələr, imperiyaların riayət etdiyi əxlaqi və hüquqi norma və qanunlar xarakterikdir.Qurunun özünün davamlılığı, möhkəmliyi əxlaq normalarının, qanunların və ənənələrin də davamlığını təmin edir.Əxlaq normaları
ictimai fikirdə möhkəmlənir, irsən ötürülür, etik norma və prinsiplər məcəlləsi formalaşır.Bu da onunla izah olunur ki, oturaq xalqlara individualizm deyil, kollektivizm hissləri daha yaxındır.Böyük və kiçik qrupların idarə olunmasında ierarxizm əsas prinsipdir.
Talassokratiya , Mexenin fikrincə, sivilizasiyanın yuxarıda göstərilən tipinə tamamilə əksdir.Talassokratiya və ya ticarət sivilizasiyası daha dinamik olması
və texniki inkişafa həssasliği, individualizm ruhu ilə xarakterizə olunur.İnsanda və insan qruplarında bu cür xarakterin formalaşmasına səbəb olan dəniz faktoru ekstrimal şəraitdə yaşamağa qabil şəxsiyyət tipi tələb edir.Bu sivilizasiya tipində əxlaqi norma və qanunlar, prinsiplər nisbi xarakter daşıyır.Bu tip tellurokratiyadan fərqli olaraq, əxlaqi və mədəni dəyərləri daha tez dəyişir, yeni kəşflərə, macəralara doğru yönələn sürətli inkişaf yolu tutur.
Yüzillər boyu kontinental
sivilizasiyalar olan Sparta, Afina, Roma dənizlər üzərində hakim olsalar da, texnikanın inkişafı ilə(gəmiqayırmanın səviyyəsinin yüksəlməsi, silahlanma, ictimai əmək bölgüsü, ticarət mübadiləsi və s.) obyektiv olaraq dənizin və dəniz sivilizasiyalarının mövqeyi güclənir.Buradan geosiyasətin II qanunu meydana gəlir:
bəşəriyyət tarixində məkan faktorunun güclənməsi qanunu. “Dəniz gücünün tarixə təsiri” əsərində Mexen bunu xüsusilə qeyd edir.O
göstərir ki, ingilis xalqı öz qüdrətinin formalaşmasında daha çox dənizə borcludur.
Talassokratiyanın inkişafı böyük coğrafi kəşflər dövründən başlayır, XX əsrin sonunda- ingilis kapitalizmi və sənayesinin vahid kompleks kimi formalaşması dövründə özünün ən yüksək zirvəsinə çatır.ABŞ XX əsrin ortalarından etibarən talassokratiyanın aşkar dayağına çevrildi.XX əsrin ortalarında geosiyasi dualizm ən yüksək zivəsinə çatdı.Bu, özünü SSRİ(tellurokratiya) və ABŞ və onun təsir dairələri(talassokratiya) arasında olan qarşıdurmada göstərdi.
Talassokratiya və tellurokratiyanın dualizmi qanununu
quru və dənizin sintezi qanunu kimi də adlandırmaq olar.Buradan da
“sahil zonası” anlayışı meydana gəlir.”Sahil zonası” və ya
Rimland talassokratiya və tellurokratiyanın fraqmentidir.Dəniz təsiri “sahil zonasında” quru zonasına nisbətən daha aktiv inkişafa səbəb olduğundan bu zona daha mürəkkəb və mədəni quruluşlu olur.
A.Dugin qeyd edir ki, Rimland bir tərəfdən “ada və gəmi”ni, digər tərəfdən “İmperiya və Ev”i xatırladır.Onun fikrincə, Rimland “müstəqil
məntiqə malik, həm talassokratiya, həm də tellurokratiyaya böyük təsir göstərən mürəkkəb reallıqdır
1”.Sahil zonası öz iradəsi və taleyi olan tarix subyekti kimi çıxış edir, lakin geosiyasi dualizm çərçivəsində reallaşır.Dəniz imperiyaları sahil zonasına kontinental kütlədən qoparılıb bazaya, hərbi və ticarət məntəqəsinə çevrilə biləcək ərazi kimi baxırlar.