I fəSİL. Geosiyasət anlayışı, geosiyaətin mənbələri


Geosiyasətin funskiyaları



Yüklə 69,42 Kb.
səhifə10/15
tarix11.05.2023
ölçüsü69,42 Kb.
#111599
1   ...   7   8   9   10   11   12   13   14   15
referat 652 (1)

Geosiyasətin funskiyaları.

Geosiyasət real həyatın obyektiv münasibətlərini və qanunauyğunluqlarını əks etdirir.Geosiyasət bir sıra funksiyalar yerinə yetirir:


1)İdraki və ya qneseoloji funksiya
2)Proqnostik funksiya
3)İdarəaetmə funksiyası
4)İdeoloji funksiya
İdraki funksiya ilk növbədə, dövlət və xalqların geosiyasi tendensiyalarının öyrənilməsi, müxtəlif hadisə və prosseslərin dəyişikliyi ilə əlaqədardır.Bu funksiya geosiyasi həyatdakı dəyişikliklərin, tendensiya və faktorların aşkarlanması və analizi vasitəsilə həyata keçirilir.Bunun üçün analiz və sintez, induksiya və deduksiya metodlarından istifadə edilir, konkret geosiyasi faktlar, prosseslər haqqında iri həcmli informasiyaların hazırlanması və ümumiləşdirilməsi baş verir.Eyni zamanda, psixoloji, sosial və xüsusi metodlardan da istifadə oluna bilər: sənədlərin mətnlərinin analizi, test üsulu və s.Bu, kiçik bir regionun, qlobal blokun və ya ittifaqın siyasi hadisələrindəki iştirakçıların bəyanatlarının təhlili yolu ilə də həyata keçirilə bilər.
Tədqiqatçılar obyektiv və subyektiv mənbələrdən informasiya əldə edir.Obyektiv informasiyalar rəsmi statistikada olanları tamamlayır və dəqiqləşdirir.Subyektiv infotmasiyalar isə motivlər, dünya və regional siyasətin müxtəlif subyektlərinin fəaliyyətindəki məqsədlər haqqında olan infromasiyalardır.
Subyektiv informasiyaların idraki dəyəri böyükdür.O, insan faktorunun beynəlxalq və ya regional həyatdakı rolunu ortaya çıxarır, diqqəti kütləvi geosiyasi prosseslərin subyektiv-psixoloji tərəflərinə yönəldir, qlobal və ya regional hadisələrdə iştirak edən sosial-etnik qrupların və xalqların, dövlətlərin liderlərinin şüurunda olan geosiyasi inkişafın obyektiv tendensiyalarının adekvat formada əks olunma səviyyəsini görməyə imkan verir.
Geosiyasətin proqnostik funksiyası idraki funksiya ilə sıx bağlıdır.İstənilən tədqiqat daha çox geosiyasi qüvvələrin inkişafı barədə proqnozlar vermək, dövlətlərin və ya ittifaqların konfiqurasiyasını qeyd etmək, onların beynəlxalq və etnik münasibətlərə təsirini aşkar etmək, mümkün yerli konfliktləri istisna etmək və onların qarşısının alınması üçün tövsiyyələr vermək məqsədilə aparılır.

Yüklə 69,42 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin