Geosiyasət nöqteyi nəzərindən bəşər tarixinə geosiyasi epoxaların və ya güc mərkəzlərinin bir-birini ardıcıl əvəzləməsi kimi baxmaq olar.Hər bir geosiyasi epoxa öz qüvvələr balansına, təsir dairəsinə, sərhədlərinə malikdir.
Qədim sivlilizasiyalar tarixi, “kontinental Roma”ilə “dəniz” Karfageni arasındakı qarşıdurmalar XX əsrdə bir çox geosiaysi reallıqları şərtləndirmişdir.Müasir dünya siyasətinin əsas prinsipləri “30 illik” müharibənin başa çatmasından sonra Beynəlxalq münasibətlərin Vestfal sistemi(1648) tərəfindən təsdiq edilmişdir.Bu dövrdə Avropada əsas etibarı ilə milli dövlətlər formalaşmışdı.Dünya sənaye inkişafı və mərkəzləşmiş dövlətlərin yaranması mərhələsinə qədəm qoydu.Bu dövrdən etibarən Avropa tarixi dünya tarixinə çevrilməyə başlayır.İspaniya, Portuqaliya, Hollandiya Avropada əsas güc mərkəzlərinə çevrilir.Daha sonra isə dünyanın bölüşdürülməsi uğrunda mübarizəyə İngiltərə, Fransa, İsveç qoşulur.Yaranmış milli dövlətlər öz sərhədlərini dil əlamətləri və təbii-coğrafi hüdudları nəzərə almaqla formalaşdırırdılar.Bu cür dünya düzəni və geosiyasi vəziyyət təqribən 150 il- Fransa inqilabına qədər davam etdi.XVII əsin sonu- XVIII əsrin əvvəllərində İspaniya, Portuqaliya, Hollandiya, İsveç, XVIII əsrin sonunda isə Polşa əvvəlki qüdrətini itirdi.Fransa və İngiltərənin mövqeləri möhkəmləndi, Prussiya qüvvətləndi.XIX əsrin sonu üçün Rusiya çox mühüm dünya dövlətinə çevrildi.
XVII-XVIII əsrlərdə Avropada yeni sosial qüvvə- burjuaziya meydana gəldi.Böyük pullara sahib olmaqla onlar hakimiyyətə can atırdılar.Burjuaziyanın maliyyə qüdrəti kral və feodal saraylarının divarlarını yıxdı, eyni zamanda 10 mindən artıq katolik monastrı və ehramların əhəmiyyətini heçə endirdi.Burjuaziyanın pulları dünya hegemonluğu qurmağa çalışan Napoleonun hakimiyyətə gəlməsinə yardımçı oldu.
Lakin Napoleon Fransanı geosiyasi okean blokunu mərkəzinə çevirə bilmədi.İmperatorun İngiltərəni hərbi, iqtisadi, siyasi və digər vasitərlə blokadaya salmaq cəhdləri də uğursuz oldu.Dünya arenasına Rusiya çıxdı.Prussiya və Avstriyanın Rusiyaya əhəmiyyətli yardımı nəticəsində Napolen ağır məğlubiyyətə düçar oldu.
Geosiyasi qüvvələrin yeni düzəni Vyana konqressi(1814-1815) tərəfindən tədiq edilən Vyana epoxası dövrünə təsadüf edir.Bu epoxanın əsasında coğafi məkan üzərində nəzarətin imperiya prinsipi dururdu.Rusiya və Avstriya-Macarıstan imperiyaları, Britaniya müstəmləkə imperiyası(halbuki 1870-ci ildə bu cür elan edilmişdi), Almaniya imperiyası(1871-ci ildən) və faktiki olaraq XIX əsrin ortalarında etibarən müstəmləkəçi imperiya sayılan Fransa dünya güc mərkəzlərinə çevrildilər.1877-ci ildən etibarən türk sultanı “Osmanlı imperatoru” titulunu qəbul etmişdi.Türkiyə Yaxın Şərqdə və cənub-şərqi Avropada əhəmiyyətli rol oynamağa başladı.Rusiya isə XIX əsrin ortalarına qədər Avropada dominantlıq etdi, İngiltərə, Avstriya, Fransa və Türkiyəyə qarşı
aktiv mübarizə apardı.1853-1856-cı illərdə Krım müharibəsi(Şərq müharibəsi) zamanı faktiki olaraq bütün Avropa Rusiyaya qarşı çıxdı.Bu, təbii ki, geosiyasi baxımdan aydın məsələ idi.Qara dəniz və Baltik dənizi Rusiyanın daxili dənizlərinə çevrilməkdə idi ki, bu da Rusiyaya 2 geosiyasi regiona- Atlantika və Aralıq dənizinə çıxış imkanı verirdi.Bu regionlar üzərində nəzarət İngiltərəyə Rusiyanın qüdrətini tarazlaşdırmaq imkanı verirdi.
Rusiyanın Krım müharibəsində məğlubiyyəti Vyana sistemində bir sıra dəyişikliklərə səbəb oldu.Rusiya üçün yardımdan daha çox yük əhəmiyyəti kəsb edən monarxların Müqəddəs İttifaqı dağıldı.Bununla da ölkəyə heç bir mənfəət gətirməməsi ilə xarakterik olan Rusiyanın dominantlıq dövrü başa çatmış oldu.
Bütün XIX əsrin II yarısı boyu Rusiya gah Fransaya qarşı mübarizədə Prussiyanı, gah da Almaniya ilə qarşıdurmada Fransanı dəstəkləməklə Avropa geosiyasi sferasında tarazlıq yaratmış oldu.Bu cür siyasət minimum güc sərf etməklə maksimum fayda əldə etməkdə özünü doğrultdu.70-ci illərin sonunda Türkiyə ilə qısa müddətli müharibə baş verdi.Müharibə zamanı nəinki Boıqarıstan ruslar tərəfindən azad edildi, hətta general Skobelevin başçılığı altında rus orduları İstanbula qədər gedib çıxdılar.Lakin qərb dövlətləri yenə də Rusiyanın “Çarqradın açarına” sahib olmasına imkan vermədilər.
XIX əsrin sonu üçün sənaye inqilabının nailiyyətlərinin müvaffəqiyyətli tətbiqi nəticəsində ABŞ və Almaniya xüsusilə gücləndilər.Amerikanlar Kuba və Filippindən ispanları qovmaq yolu ilə xarici bazarlara yiyələnməyə müvəffəq oldular.Almaniya isə “dəmir kansler” Otto fon Bismarkın hesabına böyük qərb dövlətinə çevrildi və dünya siyasətində aparıcı rola sahib oldu.Almaniyanın başçılığı altında Üçlər İttifaqı yaradıldı: Almaniya, Avstriya-Macarıstan və İtaliya.Digər güclü hərbi blok isə Fransa, İngiltərə və Rusiyadan ibarət Antanta bloku oldu.Bloklarım məqsədi təsir dairələrini bölüşdürmək və bu zonaların yeni agressiv Avropa dövlətlərinin əlinə keçməsinə imkan verməmək.
I dünya müharibəsində Üçlər İttifaqının məğlubiyyətindən sonra başlanan Versal epoxası geosiyasi qüvvələr bölgüsünü kardinal surətdə dəyişdirdi.Əvvəllər qüdrətli siyasi mərkəzlər olan Almaniya, Avstriya-Macarıstan, Rusiya və Osmanlı imperiyaları dağıldı.Bu imperiyaların xarabalıqları üzərində bir neçə kiçik dövlət yaradıldı ki, Versal sisteminin müəlliflərinin fikrincə, bu dövlətlər onların təsir dairələrinə salınmalı idilər.Versal sülh müqaviləsi(1919) kontinental birinciliyi Fransaya, dənizdə birinciliyi isə İngiltərəyə verdi.Qalib dövlətlərin siyasətçilərinin fikrincə, Rusiya üçün Avropada artıq yer qalmamışdı və o, güclü dövlət kimi daha mövcud ola bilməzdi.Versal müqaviləsinin ayrılmaz hissəsi olan Milllətlər Cəmiyyəti tərəfindən Almaniya və Türkiyə koloniyaları bölüşdürüldü.ABŞ prezidenti Vilsonun fikrincə, Rusiya təsir dairələrinə bölunməli idi: məsələn, Qafqaza Türkiyə imperiyasının tərkib hissəsi kimi baxılmalı, Mərkəzi Asiya hər hansı bir Avropa dövlətinin protektoratına çevrilməli, Rusiyanın Avropa hissəsində və Sibirdə isə nümayəndəli hökümət yaradılmalı idi.Bu məqsədə nail olmaq üçün 15 dövlət Rusiyanın müxtəlif nöqtələrinə öz qoşunlarını çıxardılar ki, bu da Rusiya üçün böyük əzablara, maddi, mənəvi və insan itkilərinə səbəb oldu.
I dünya müharibəsindən hamıdan çox ABŞ burjuaziyası faydalandı.Öz gücünü hiss edərək ABŞ 1922-ci il Vaşinqton konfransında İngiltərə ilə bərabər həcmdə hərb-dəniz donanması saxlamaq hüququ əldə etdi ki, buna da əsasən o, mühüm hərbi dəniz kommunikasiyası və dəniz məkanı üzərində nəzarət imkanı əldə edirdi.
Millətlər Cəmiyyətinin köməyilə böyük dövlətlər Almaniya və SSRİ arasında Fransa və İngiltərəyə meyl edən dövlətlərdən ibarət “sanitar kardonu” yaratdılar.Bu yolla iki böyük qitə dövləti bir-birindən ayrı salındı, təcrid edildi.Bu cür dünya düzəni SSRİ, Almaniya və Çinə qarşı yönəldilmişdi.Lakin göstərilən bu böyük dövlətlərin geosiyasi maraqları nəzərə alınmadan hər hansı geosiyasi sistem mövcud ola bilməzdi.
Versal müqaviləsinin müəllifləri 2 vacib şəraiti nəzərdən qaçırmışdılar: Əvvəla, Rusiya qanlı vətəndaş müharibəsindən siyasi cəhətdən vahid halda çıxmışdı; ikincisi isə, Avropanı 20-ci illərdə proletar inqilabları bürümüşdü.Rusiya inqilabının köməyilə bir çox ölkələri etiraz dalğası, anti-kolonial hərəkatlar silkələmişdi.
II dünya müharibəsi Versal sülhünü dəfn etdi.Sovet İttifaqı böyük insan itkiləri verərək müharibənin əsas ağırlığını öz üzərinə götürdü.Lakin müharibədən əvvəlkinə nisbətən strateji və geosiyasi cəhətdən daha güclü çıxdı.Rusiya tarixdə ilk dəfə olaraq öz ətrafıda güclü siyasi blok yarada bildi.Gələcəkdə ideoloji, informasiyon silahın, 45-ci kolonun müdaxiləsi ilə bu blokun dağıdılması üçün təqribən yarım əsr lazım oldu.