İlk tibbi yardımın göstərilməsində əsas tədbirlər nədən ibarətdir?
Zərərçəkmişə xarici zədələyici amillərin (elektrik cərəyanı, aşağı və ya yuxarı hərarət, ağır təzyiq altında sıxılma və s.) təsirinin dərhal aradan qaldırılması və onun əlverişsiz şəraitdən uzaqlaşdırılması (sudan, yanan və ya qaz dolmuş yerdən çıxarılması).
Alınmış travmanın növündən və xarakterindən asılı olaraq dərhal tibbi yardımın göstərilməsi (qanaxmanın dayandırılması, süni tənəffüs verilməsi, ürəyin qapalı masajı, yaralara sarğı qoyulması və s.).
Ən qısa müddətdə zərərçəkmişin yaxındakı müalicə müəssisəsinə çatdırılması. Bu zaman çox ehtiyatla davranmaq, yaxud hadisə yerinə təcili tibbi yardım çağırmaq lazımdır.
Qaz təsərrüfatına xarekterik olan istehsalat zədələri hansılardır
Təbii qazın istehlakı və ya qazlı mühitdə aparılan işlərlə əlaqədar baş verən bədbəxt hadisələr nəticəsində insan orqanizmi əsasən aşağıda qeyd edilən xarekterli təsirə məruz qalır:
Əgər huşsuzdursa, naşatır spirtində isladılmış pambığı onun burnuna yaxınlaşdırıb iylətmək;
Tənəffüsü dayanıbsa, dərhal süni tənəffüs verməyə başlamaqla "təcili yardım" çağırmaq.
Bunlar hadisə yerində hər bir adamın göstərə biləcəyi ilk yardımdır. Bunlardan başqa, ixtisaslı həkim yardımına da (hiperbarik oksigenasiya, dərman müalicəsi və s.) ehtiyac var.
Dəm qazı ilə zəhərlənmələrin ağırlıq dərəcəsindən asılı olmayaraq bütün hallarda müalicə üçün zərərçəkənin xəstəxanaya aparılması təmin olunmalıdır.