I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Əmək müqaviləsi bağlanarkən işçiyə əməyin mühafizəsi hüququna təminatlar verilməlidir?



Yüklə 493,24 Kb.
səhifə126/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   122   123   124   125   126   127   128   129   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Əmək müqaviləsi bağlanarkən işçiyə əməyin mühafizəsi hüququna təminatlar verilməlidir?

  • Əmək müqaviləsinin bağlanması şərtləri Əmək Məcəlləsi ilə müəyyən edilmiş əməyin mühafizəsi normalarının tələblərinə uyğun olmalıdır.

  • Əmək müqaviləsində hökmən işəgötürən tərəfindən işçinin sağlam və təhlükəsiz əmək şəraitinə təminat verilməsi barədə öhdəliyi göstərilməlidir.

  • İşçi peşə xəstəliyinə tutulmağa yüksək təhlükə mənbəyi olan işə qəbul edilərkən belə xəstəliyə tutulmağın ehtimal olunan müddəti barədə işəgötürən onu hökmən xəbərdar etməlidir. Bu halda yalnız həmin müddətlə məhdudlaşan müddətli əmək müqaviləsi bağlanmalı və onun müddəti bitdikdən sonra işçiyə əvvəlki orta əmək haqqı saxlanılmaq şərtiilə başqa iş verilməlidir.

  • İşçilərin peşə xəstəliyinə tutulması ehtimalı olan istehsalatlar və iş yerləri Əmək Məcəlləsinin 211-ci maddəsində göstərilmiş siyahıda nəzərdə tutulmalıdır

II FƏSİL
TİBBİ XİDMƏT VƏ SAĞLAMLIQ HAQQINDA


  1. Fəhlə və qulluqçulara tibbi xidmətin və bununla əlaqədar tədbirlərin icrasına ictimai nəzarət necə həyata keçirilir?

Fəhlə və qulluqçularla tibbi xidmətin vəziyyətinə, xəstəliklərin qarşısının alınması və azaldılması üzrə tədbirlərin görülməsinə, həmçinin müalicə-profilaktika və sanatoriya-gigiyena idarələrinin işinə ictimai nəzarəti Həmkarlar İttifaqı Komitəsi, onun komissiyaları və həkim nümayəndələri edirlər.

  1. Hansı işçilər tibbi müayinədən keçməlidir, ilkin və dövri tibbi müayinələr hansı sənədlər əsasında tənzimlənir?

Ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanılarkən onların hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinələrdən keçməsi işəgötürənin hesabına təmin edilməlidir. İşçilər icbari tibbi müayinələrdən keçməkdən boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə, işəgötürən AR əmək məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada onları işdən kənar edə, habelə müvafiq intizam məsuliyyətinə cəlb edə bilər. İlkin və dövri tibbi müayinələrin keçirilməsi mütləq olan peşə və vəzifələrin siyahısı isə “İcbari tibbi müayinələrin keçirilməsi Qaydası”nın və “İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”na dair Təlimatın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 15 may 2014-cü il tarixli 24/2 nömrəli Qərarına əsasında müəyyən edilir. Dövri tibbi müayinə ilkin tibbi müayinədən keçmiş, zərərli maddələr və əlverişsiz istehsalat amilləri ilə təmasda olan işçilər, eləcə də ictimai iaşə, qida sənayesi, məişət xidməti işçiləri arasında aparılır.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin