I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Kompleks planların əsas vəzifələri hansılardır?



Yüklə 493,24 Kb.
səhifə123/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   119   120   121   122   123   124   125   126   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Kompleks planların əsas vəzifələri hansılardır?

Kompleks planların əsas vəzifələri aşağıdakılardır:

  • Binaların, istehsalat avadanlıqlarının,tiklilərin, obyektlərin, iş yerlərinin vəziyyətinin təhlükəsizlik qayda, norma və standartların tələblərinə uyğunlaşdırılması;

  • Ağır və çox əmək tələb edən proseslərin mexanikləşdirilməsi və avtomatlaştırılması, təhlükəsiz əmək şəraitinin təmini məqsədi ilə istehsalatın təşkili və texnologiyanın təkminləşdirilməsi,obyektlərin təhlükəsizlik vasitələri ilə təchiz olunması;

  • İstehsalatda sanitariya-gigiyena şəraitinin təhlükəsizlik qayda və normalarının tələblərinə uyğun olması;

  • işləyənlərin sanitar-məişət xidmətinin yaxşılaşdırılması;

  • işləyənlərin, ilk növbədə ağır fiziki əməklə məşğul olan qadınların, zərərli iş şəraiti və gecə növbəsində işləyənlərin sayının daima azaldılması;

  • işləyənlərin istirahətinin təşkili, tibbi-sanitariya xidmətinin yaxşılaşdırılması.

  1. Əməyin mühafizəsi üzrə nomenklatur tədbirlər planının tərtibi zamanı hansı tədbirlər nəzərə alınmalıdır?

Əməyin mühafizəsi üzrə nomenklatur tədbirlər planının tərtibi zamanı “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin vahid idarəetmə sistemi”nin 6-cı fəslində göstərilmiş 6.4.1÷6.4.25-ci bəndlərində göstərilən tədbirlər nəzərə alınmalı və plan həmin tədbirlər əsasında hazırlanmalıdır.

  1. Əmək şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər planının həyata keçirilməsində əsas amillər hansıdır?

Əmək şəraitinin yaxşılaşdırılması planlarının müvəffəqiyyətlə yerinə yetirilməsində, planlaşdırılmış tədbirlərin həyata keçirilməsində əsəs şərt qeydiyyatın, nəzarətin və hesabatın dəqiq təşkilidir. Planda nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinin gedişinə müntəzəm və təsirli nəzarət müəssisəsinin, birliyin,trestin müdiriyyətinə və Həmkarlar İttifaqı komitəsinə həvalə edilir.
Birliyin, müəssisənin, əmək mühafizəsi və təhlükəsizlik texnikası xidməti, Həmkarrlar İtifaqı komitəsinin əməyin mühafizəsi üzrə komissiyası əmək şəraitinin yaxşılaşdırılması planlarının və ayrı-ayrı tədbirlərin həyata keçirilməsinə nəzarət edir.
Birlikdə,müəssisədə hər yarım ildə bir dəfədən az olmayaraq, kompleks planların yerinə yetirilməsinin gedişi mütəmadi olaraq rəhbərlik səviyyəsində müzakirə edilir.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin