Müəssisələrdə əməyin mühafizəsi üzrə iş planının layihəsinin razılaşdırılması, təsdiqi və icrası necə həyata keçirilir?
Əməyin mühafizəsi üzrə iş planı layihəsi müvafiq şöbələrlə, xidmətlərlə, bölmələrlə razılaşdırılır, imzalanılır və müəssisənin, birliyin, trestin, baş mühəndisi tərəfindən təsdiq edilir. Təsdiq edilmiş plan əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidməti tərəfindən bir həftə ərzində icraçılara çatdırılır. Əməyin mühafizəsi üzrə işlərin illik planına əsasən əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidməti müvafiq şöbələrlə, xidmətlərlə, bölmələrlə birlikdə tədbirlərin yerinə yetirilmə müddətini və konkret icraçını göstərməklə və aylara bölünməklə rüblük plan tərtib edir.
Müəssisələrdə əməyin mühafizəsi üzrə iş planına hansı işlər daxil edilməlidir?
Əmək mühafizəsi üzrə iş planına (illik,rüblük) aşağıdakı işlər daxil edilir:
əmək şəraitinə müəssisə nəzarətinin müvafiq mərhələlələrinin təşkili və aparılması;
yüksək təhlükəli işlərin düzgün aparılmasına və müvafiq sənədlərin tərtib olunmasının yoxlanılması;
yükqaldırıcı kranların, mexanizmlərin, elektrik qurğuların, təzyiq altında işləyən qabların və aparatların, buxar və su qızdırıcı qazanların, yüktutucu qurğuların təhlükəsizlik qaydalarının tələblərinə uyğun olaraq düzgün istismarına, dəqiq yoxlanılmalarına, sınaqdan keçirilməsinə nəzarət edilməsi:
texnoloji rejimə, qaydalara, təlimatlara riayət olunmasına nəzarət edilməsi;
obyektlərin sanitariya-texniki pasportlaşdırılmasının təşkilinə və aparılmasına, təhlilinə, pasportlaşdırılmanın nəticələrinin baxılması;
sexlərdə, qurğularda, bölmələrdə, sahələrdə aparılan işlərin uçotunun, təhlilinin qiymətləndirilməsinin təşkili;
tədbirlər planının vaxtında yerinə yetirilməsinə nəzarət edilməsi;
fəhlələrin müvafiq xüsusi geyim, xüsusi ayaqqabılarla və digər fərdi mühafizə vasitələri ilə təmin olunmalalarına nəzarəti edilməsi;
əməyin mühafizəsinə dair məsələlər üzrə müşavirələrin, iclasların konfransların keçirilməsi;
əməyin mühafizəsi,istehsalat mədəniyyəti məsələlərinə dair baxışların, yarışların təşkili və keçirilməsi;
əməyin mühafizəsi üzrə təlimatların, metodik materialların, yaddaş kitabçalarının və digər ədəbiyyatın işlənib hazırlanması, yenidən baxılması, nəşr edilməsi;
normativ-texniki sənədlərin, öyrədici texniki vasitələrin, plakatların, təhlükəsizlik nişanlarının, siqaret çəkilən yerləri, əks etdirən göstəricilərin alınması,əməyin mühafizəsi kabinetlərinin yaradılmasında qabaqcıl iş üsullarının tədbiqi;
əməyin mühafizəsi məsələlərinin təbliğ edilməsi üçün lazimi tədbirlərin təşkili və aparılması;
əməyin mühafizəsi sahəsində təcrübə mübadiləsi, qabaqcıl təcrübənin yayılması yolları;
müəssisənin əmək mühafizəsi sahəsində gördüyü işlərin ümumiləşdirilməsi, əmək mühafizəsi üzrə nəzərdə tutulmuş hesabatların hazırlanmsı;
Yuxarıda göstərilən məsələlər bununla bitmir, hər bir müəssisə öz iş xüsusiyyətlərini nəzərə alaraq plana xüsusi əlavələr edə bilər.