I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Süni nəfəs vermə üsulları necə tətbiq edilir?



Yüklə 493,24 Kb.
səhifə129/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   125   126   127   128   129   130   131   132   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Süni nəfəs vermə üsulları necə tətbiq edilir?

Daha effektli və əksər hallarda münasib sayılan süni nəfəs vermə üsulu “ağızdan-ağıza” və “ağızdan-buruna” hava verilməsidir. Orqanizm nəfəs almadıqda ona süni nəfəs verilir. Bu zaman zərərçəkənin ağzını açıb, ağzında selik maddəsi olduqda təmiz dəsmalla və ya tənziflə qurudulmalı və diş protezi varsa çıxarılmalıdır. Zərərçəkən arxası üstə uzadılmalı, onu sıxan paltarlardan azad olunmalı və dilin qırtlaq yolunu bağlamaması üçün başı arxaya əyilməlidir. Zərərçəkənin burun deşiklərini tıxayıb, dərindən nəfəs alaraq öz ağzınızı tənzif üstündən onun ağzına sıxın və sinəsi qalxana qədər güclü nəfəs verin. Özünüzün bütün ehtiyat nəfəsinizi verəndən sonra dərindən nəfəs alın. Lazım gəldikdə bu hal bir neçə dəfə təkrar oluna bilər.Bu zaman zərərçəkəndə zəif nəfəsvermə başlayır. Zərərçənin alt çənəsi yaralandıqda və yaxud çənələri kip bağlandıqda “ağızdan-ağıza” süni nəfəsvermə üsulundan istifadə oluna bilməz. Bu halda nəfəsvermə eyni qaydalara riayət olunmaqla “ağızdan-buruna” üsulu ilə həyata keçirilir. Əgər zərərçəkənin təkcə nəfəsi deyil, həm də yuxu arteriyasının nəbzi dayanmışsa, bu zaman yalnız süni nəfəs verməklə kifayətlənmək olmaz. Belə ki, oksigenin miqdarının az olması onun digər orqanlara və toxumalara ötürülməsinə imkan vermir. Belə hallarda qan dövranının süni yolla bərpa edilməsi üçün ürəyin zahiri masaj edilməsi vacibdir.

  1. Termiki və kimyavi yanıqlar zamanı ilk tibbi yardım necə göstərilir?

Termiki yanıqlar 4 qrupa bölünür:

  • I dərəcəli (yüngül) termiki yanıqlar dərinin qızarması və ağrılarla səciyyələnir.

  • II dərəcəli (orta ağır) yanıqlar zamanı yanan yerdə içərisi maye ilə dolu qabarcıqlar əmələ gəlir.

  • III dərəcəli (ağır) yanıqlar zamanı bütün dəri qatı keyləşir.

  • IV dərəcəli (ən ağır)yanıqlar zamanı yalnız dəri deyil ,daha dərin toxumalar(əzələlər, vətərlər, sümüklər) zədələnir.

I dərəcəli yanıqlar zamanı yanan yerdə yanmaya qarşı maz və ya vazelin sürtmək və tibb məntəqəsinə müraciət etmək lazımdır.
II,III və IV dərəcəli yanıqlar zamanı yanan yerə sterlizə edilmiş sarğı qoymaq və zərərçəkəni tibb məntəqəsinə çatdırmaq lazımdır.
Turşular, qələvilər və digər aşındırıcı kimyəvi maddələrlə yanma zamanı həmin maddənin bədənə düşən hissəsi güclü su axını yuyulmalı və zərərçəkən tibb məntəqəsinə çatdırılmalıdır.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin