Dövri tibbi müayinələrin keçirilməsində məqsəd nədir?
Dövri tibbi müayinələr zərərli iş şəraitində işləyənlərin səhhətinin dinamik müşahidə altında saxlanılmasını, peşə xəstəliklərinin ilk əlamətlərinin vaxtında müəyyənləşdirilməsi, profilaktikasını və zərərli əmək şəraitində işin davam etdirilməsinin qadagan olunmasını təmin edir.
İlk tibbi yardım nədir?
Hər hansı bir qəza və ya həyati təhlükə yaradan bir vəziyyətdə həkimlərin köməyi təmin edilənə qədər həyatın xilas olunması və ya vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədilə hadisə yerində tibbi vəsait axtarmadan,mövcud vasitə və vəsaitlərlə edilən dərmansız tətbiqlərdir.
İlk tibbi yardımın mahiyyəti nədən ibarətdir?
Hər hansı zədə (əzilmə, sınıq, yanıq və s.) almış və ya qəfildən xəstələnmiş şəxsin həyatını xilas etmək və sağlamlığını bərpa etmək üçün ona göstərilmiş ilk həkiməqədər yardımın böyük əhəmiyyəti vardır. Hadisə yerində ( işdə, küçədə, evdə və s.) bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür. İlk tibbi yardım zədələnmə yerində təcili (15dəq) göstərilməlidir.
İlk tibbi yardımın məqsədi nədən ibarətdir?