I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Əməyin mühafizəsi sahəsinə əsasən nələr aiddir?



Yüklə 493,24 Kb.
səhifə117/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   113   114   115   116   117   118   119   120   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Əməyin mühafizəsi sahəsinə əsasən nələr aiddir?

Əməyin mühafizəsi - işçilərin əmək fəaliyyəti prosesində həyat və sağlamlığının təhlükəsizliyinin hüquqi, sosial-iqtisadi, təşkilati, texniki, psixofizioloji, sanitar-gigienik, müalicə profilaktik, reabilitasiya, digər tədbirlər və vəzifələr də daxil olmaqla təminatı sisteminin tələblərinin gözlənilməsidir.

  1. Texniki təhlükəsizlik tələbləri dedikdə nə başa düşülür?

Texniki təhlükəsizlik tələbləri dedikdə “Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının qanunu” ilə, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları ilə, habelə texniki-normativ sənədlərlə müəyyənləşdirilən, mövcud qaydada qəbul olunan və texniki təhlükəsizliyi təmin edən şərtlərdən, qadağalardan, məhdudiyyətlərdən və yerinə yetirilməsi məcburi olan digər tələblərdən ibarətdir. Texniki təhlükəsizlik tələbləri dövlət standartlarına, əməyin mühafizəsi qaydalarına, habelə ekoloji və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, sənaye və tikinti, sanitar-epidemioloji, əhalinin və ərazinin fövqəladə hallardan müdafiəsi normalarına uyğun olmalıdır.

  1. Texniki təhlükəsizlik haqqında qanunvericilik nədir?

Texniki təhlükəsizlik haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, “Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının qanunudan və digər normativ hüquqi aktlardan ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə texniki təhlükəsizlik münasibətlərinin tənzimlənməsi barədə müəyyən olunmuş qaydalar bu qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

  1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində Əməyin mühafizəsi hansı sənədlə tənzimlənir?

Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi ilə tənzimlənir.

  1. Əməyin mühafizəsinin əsas prinsipləri hansılardır?

Dövlət hakimiyyəti orqanları, mülkiyyətçilər, işəgötürənlər və işçilər tərəfindən əməyin mühafizəsinin təmin olunması əsasən aşağıdakı prinsiplərlə həyata keçirilir:

  • dövlət hakimiyyəti orqanlarının, mülkiyyətçilərin, işəgötürənlərin və işçilərin əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına, istehsal qəzalarının, xəsarətlərinin, zədələrinin və peşə xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş fəaliyyət birliyi;

  • işçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulması;

  • mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələr üçün əməyin mühafizəsi sahəsində vahid tələblərin müəyyən edilməsi;

  • əməyin mühafizəsinin maliyyələşdirilməsində dövlətin iştirakı;

  • işçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə, müalicə-profilaktik yeməklə və digər vasitələrlə pulsuz təmin edilməsi;

  • təhsil və əlavə təhsil müəssisələrində əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması və əlavə təhsili;

  • istehsalatda baş vermiş hər bir bədbəxt hadisənin hökmən təhqiq edilməsi, uçota alınması, təhlil edilməsi və bunun əsasında istehsalat xəsarətlərinin, zədələrinin və peşə xəstəliklərinin vəziyyəti barədə işçilərə dürüst məlumatların verilməsi;

  • istehsalatda bədbəxt hadisələrdən zərər çəkmiş və ya peşə xəstəliklərinə tutulmuş işçilərin mənafelərinin sosial, maddi və mənəvi müdafiəsi;

  • həmkarlar ittifaqlarının, müəssisələrin və ayrı-ayrı fiziki, hüquqi şəxslərin əməyin mühafizəsini təmin etməyə yönəldilmiş fəaliyyətinə hərtərəfli yardım olunması;

  • əməyin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq münasibətlərinin genişləndirilməsi.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin