Qaz sərfinin ölçülməsi zamanı sayğaclarda temperatur və təzyiq göstəricilərinin nəzərə alınmamağına görə yaranan qaz itkilərinin hesablanması necə aparılır?
Qaz sərfinin ölçülməsi zamanı sayğaclarda temperatur və təzyiq göstəricilərinin nəzərə alınmamağına görə yaranan qaz itkilərinin hesablanması necə aparılır?
Qazpaylayıcı müəssisələr təchizatçıdan standart şəraitə uyğunlaşdırılmış qaz almalıdır (t = 20°C, P=760 mm c. süt.). Qaz təchizatında real şərait standart şəraitdən fərqlidir, bu da qazpaylayıcı müəssisələrdə itkilərin yaranmasına səbəb olur. Sayğacdan keçən qazın standart şəraitə uyğunlaşdırılması aşağıdakı düsturun köməyi ilə ilə yerinə yetirilir:
(düstur №30) burada Vst - standart şəraitə uyğunlaşdırılmış qaz həcmi, m3; V1 - qazın ölçülmüş (sayğacdan keçmiş) həcmi, m; Ps - sayğacın daxilində və ya qaz kəmərində real (izafi) təzyiq, mm c.sü.; Pa -atmosfer təzyiqi, mm c.süt.; ts - sayğacın daxilində və ya qaz kəmərində real temperatur, °C. Daraldıcı ucluqdan və ya sabit en kəsiyə malik ucluqdan xarici mühitə axan qaz sərfinin hesablanması necə aaparılır?
Müxtəlif konstruksiyalı ucluqlardan (soplo) keçən qaz həcmi (Q, m3/st) aşağıdakı düsturun köməyi ilə hesablanır: