(düstur №31)
burada - ucluğun deşiyinin en kəsik sahəsi; m2
(düstur №32)
d - ucluğun deşiyinin daxili diametri, m;
C - qaz kəmərində qazın sürəti, m/s
(düstur №33)
burada g - sərbəst düşmə təcili, g= 9,81 m/s2;
- ucluğun qarşısında təzyiq düşküsü, mm.su süt;
- qazın xüsusi çəkisi (sıxlığı), kq/m3;
- qaz kəmərlərində yerli müqavimət əmsalı.
Qaz itkisinin “m3/st”-dan “m3”-ə çevrilməsi üçün düsturundan (№20)istifadə edilməlidir.
Qaz axınının istiqaməti və sürətinin dəyişməsi yerli müqavimətlər adlanır. Yerli müqavimətlər təzyiq düşküsünə səbəb olur. Yerli müqavimətlərin mənbələri aşağıdakılardır: qaz kəmərinin bir diametrindən digər diametrinə keçidlər, qol, dirsək, üçboğaz, qoruyucu, tənzimləyici və s. Yerli müqavimət əmsalının kəmiyyəti isə eksperimental yolla təyin edilir. Ən geniş yayılan növləri üçün əmsalı aşağıdakı qaydada verilir.
a) boru kəmərinə qaz, diafraqma və ya tordan keçdikdə müoavimət əmsalı aşağıdakı düstur ilə hesablanır:
a)
(düstur №34)
b) boru kəmərinin çıxışında müqavimət əmsalı
= 1,0
b)
c) boru kəmərindən qaz diafraqma və ya tordan çıxarsa, müqavimət əmsalı aşağıdakı düstur
ilə hesablanır:
(düstur №35)
d) qaz boru kəmərinin daxilində yerləşən diafraqma
və ya tordan çıxarsa, müqavimət əmsalı aşağıdakı düstur ilə hesablanır:
(düstur №36)
burada f1 - diafraqma və ya torun en kəsik sahəsi;
f2 - borunun en kəsik sahəsi.
d)
e) boru kəmərindən qaz qapaq altına çıxanda, müqavimət əmsalı = 0,65.
III BÖLMƏ
ƏMƏYİN MÜHAFİZƏSİ VƏ TƏHLÜKƏSİZLİK TEXNİKASI HAQQINDA
I FƏSİL
ÜMUMİ MÜDDƏALAR
Əməyin mühafizəsini idarə etməyin vahid sisteminin hüquqi və normativ əsasları hansılardır?
Əməyin mühafizəsinin hüquqi və normativ əsasını aşağıdakılar təşkil edir:
Azərbaycan Respublikasının Konstitusiyası (12 noyabr 1995-ci il).
Azərbaycan Respublikasının Əmək Məcəlləsi (2001-ci il).
Əməyin mühafizəsi məsələləri üzrə Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin Fərman, Qərar və Sərəncamları.
“Texniki Təhlükəsizlik haqqında”, “Qaz təchizatı haqqında”, “Yanğın Təhlükəsizliyi haqqında”, “Nəqliyyat haqqında” və digər müvafiq Qanunlar
Hüquq mühafizə və Dövlət nəzarəti orqanlarının qərarları və qətnamələri;
Təhlükəsizlik qayda, norma və standartları;
SOCAR-ın və “Azəriqaz” İB-nin Nizamnaməsi və Əsasnaməsi, eləcə də əmr, sərəncam və göstərişləri;
Təşkilati-metodik və rəhbər sənədlər.
Vətəndaşların konstitusiya ilə müəyyən edilmiş hüquqları hansılardır?
Əmək hüququ, təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq hüququ, sağlamlığın qorunması hüququ, ətraf mühitin qorunması hüququ.
Azərbaycan Respublikasının Əmək Məcəlləsində əməyin mühafizəsi ilə bağlı hansı müddüalar əks olunmuşdur?
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin IX bölməsi əməyin mühafizəsi məsələlərinə həsr olunmuşdur. Bu bölmədə olan 33 maddənin hər biri əməyin mühafizəsi ilə bağlı müəyyən məsələlərə həsr olunmaqla aşağıdakı müddüaları əks etdirir.
Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri
Əməyin mühafizəsinin hüquqi, təşkilati-texniki və maliyyə təminatı
İşçinin əməyin mühafizəsi hüququnun həyata keçirilməsi üçün təminatlar
Əməyin mühafizəsi normalarına və qaydalarına əməl olunmasına nəzarət və işəgötürənin məsuliyyəti.
Dostları ilə paylaş: |