Qoruyucu-atqı klapanların (QAK) işə düşməsi nəticəsində yaranan qaz itkilərinin hesablanması necə aparılır?
Bu itkilər klapanın tipi, diametri, klapanadək olan təzyiqdən asılıdır və aşağıdakı düsturun köməyi ilə hesablanır (QQAK, m3):
QQAK =63 (düstur №13)
burada 63 - sərf əmsalı, m3/st P - klapanadək qazın təzyiqi, kqq/sm2 d - klapanın diametri, sm; t - klapanın işə düşməsinin yoxlanılma müddəti (1-2 saniyə).
Xarici qaz kəmərlərinin qaz itkilərinin səbəbləri hansılardır və hesablanması necə həyata keçirilir?
Qaz kəmərlərində qəzaların əsas səbəbləri:
qaynaq birləşmələrində çatın əmələ gəlməsi;
müxtəlif maşın və mexanizmlər tərəfindən mexaniki zədələnmələr;
qaz kəmərlərinin korroziya uğraması.
Qaz kəmərlərinin zədələnməsi və korroziya uğraması zamanı qaz itkiləri yaranan dəliyin ölçülərinə və kəmərdəki təzyiq göstəricilərinə uyğun hesablanır.
Qaz kəmərlərinin qaynaq birləşmələrində çat olduqda qaz itkilərinin hesablanması necə aparılır?
Qaz kəmərlərinin qaynaq birləşmələrində çat olduqda atmosferə sızan qazın həcmi (Qq.t., q/s) aşağıdakı düsturun köməyi ilə hesablanır: