İstismara qəbul edilən QTM, QTŞ, QTQ-lərin qaz avadanlıqları, digər texnoloji avadanlıqların sazlanması və tənzimlənməsinə qaz sərfi necə hesablanır?
Yeni qaz avadanlıqları istismara qəbul edilərkən onların sazlanması və tənzimlənməsinə (əgər sazlanma və tənzimlənmə işləri üçün üfürmə şamından istifadə edilərsə) qaz sərfi (Qtən, m3) aşağıdakı düsturun köməyi ilə hesablanır:
(düstur №5)
burada d - üfürülmə şamının daxili diametri, m; - tənzimlənmə və sazlanmanın müddəti, st; - qazın sıxlığı, kq/m3; Pa -atmosfer təzyiqi, (1 atm= 101325 Pa);Pa; Pq - qaz kəmərində qazın izafi təzyiqi, Pa; tq - qazın temperaturu, °C.
İstismarda olan QTM, QTŞ, QTQ-lərdə təmir-profilaktika işlərinin yerinə yetirilməsinə qaz sərfi necə hesablanır?
QTM, QTŞ, QTQ-lərin istismarı zamanı avadanlıq və cihazların hermetikliyinin pozulması ilə təmir və profilaktika işlərinin yerinə yetirilməsinə ehtiyac yaranır. QTM, QTŞ, QTQ avadanlıqlıqlarının üfürülməsi və verilmiş rejimə nizamlanması zamanı atmosferə atılan qazın miqdarı ( ) aşağıdakı düsturun köməyi ilə hesablanır:
(düstur №6) burada d - şamın diametri, m, (üfürülmənin yerinə yetirilməsi üçün);
- qazın sıxlığı, kq/m3; Pa - atmosfer təzyiqi, Pa (1 atm= 101325 Pa); Pq - qaz kəmərində qazın izafi təzyiqi, Pa; tq - qazın temperaturu, °C.
Üfürülmə vaxtı təxminən 0,2 - 0,5 st davam edir.
Qaz sərfinin ölçü vahidi "q/s " (1 q/s = 0,001 kq/s). Qaz sərfinin ( ) q/s-dən ( m3-ə çevrilməsi düsturu:
(düstur №7) burada 0,001 - qramdan kiloqrama keçid əmsalı;
- qazın sızma müddəti, s; ρ - qazın sıxlığı, kq /m3. Qoruyucu-atqı klapanların (QAK) iş qabiliyyətinin yoxlanılması və sazlanmasına qaz sərfi necə hesablanır?
QAK-ların iş qabiliyyətinin yoxlanılmasına qaz sərfi hər bir qurğunun konkret buraxıcılıq qabiliyyəti və texnoloji əməliyyata (yoxlamaya) sərf olunan vaxta uyğun təyin olunur.
QAK-ların iş qabiliyyətinin yoxlanılmasına qaz sərfi aşağıdakılardan ibarətdir: