Smart saygaca mütəxəsislər tərəfindən xarici baxış necə aparılmalıdır?
sayğacın komplektliyi texniki sənədlərin tələblərinə cavab verməlidir;
sayğacın üzərindəki markalanma dəqiq və asan oxunmalıdır;
informasiya düymələri asan işləməlidir, üzərində heç bir zədə olmamalıdır;
sayğacın boya örtüyü hamar olmalı, üzərində korroziya əlamətləri, cızıq izləri, çatlar olmamalıdır;
yivli birləşmələrdə deformasiya olmamalıdır;
sayğacın üzərində qazın hərəkət istiqamətini göstərən ox işarəsi olmalıdır;
sayğacın klapanının üzərində heç bir zədə və cızıq olmamalıdır.
istehsalçı zavod (yoxlayıcı müəssisə) tərəfindən hesablama mexanizminin örtüyünə vurulan xüsusi plombların üzərində və plomb yuvası ətrafında zədə, cızıq izləri olmamalıdır;