Hava şəraitindən asılı olaraq hansı hallarda işə fasilələr verilir və ya iş dayandırılır ?
Əmək məcəlləsinin 233-cü maddəsinə Azərbaycan Respublikasının Əmək məcəlləsinə dəyişiklər edilməsi haqqında Azərbaycan Respublikası qanuna əsasən (24.02.2009-cu il) havanın temperaturu 41 dərəcə selsidən çox isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtlarında temperaturun müsbət 14 dərəcə selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə ilə müəyyən edilmiş qaydada fasilələr verilir və iş dayandırılır.
İş yerlərində sanitariya-texniki vəziyyətinin pasportlaşmasının tərtibi hansı məqsəd daşıyır ?
Əmək şəraitinin daha da yaxşılaşdırılması üzrə əsas təşkilati tədbirlərdən biri – iş yerlərinin, sexlərin, obyektlərin sanitariya-texniki vəziyyətinin pasportlaşmasıdır. Əsas məqsəd iş yerində əmək şəraitinin faktiki vəziyyətinin qüvvədə olan norma və qaydalara uyğuluğunun yoxlanılmasıdır. Pasportlaşması vacib olan sahələrin siyahısı Əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidməti ilə struktur bölmə rəhbərləri ilə birlikdə müəyyən edirlər və bu Həmkarlar İttifaqı komitəsi ilə razılaşdıqdan sonra baş mühəndis tərəfindən təsdiq edilir. Obyektlərin sanitar texniki vəziyyətinin pasportlaşdırılması 5 ildən bir aparılır və həmin obyektlərin rəhbərləri tərəfindən aparılır. Pasportlar bir nüsxədə tərtib edilir və obyekt rəhbərində saxlanılır.Onlar pasportda qeyd edilən məlumatların düzgünlüyünə və onun saxlanılmasına cavabdehdir. Qeyd etmək lazımdır ki, istehsalat amillərinin göstəriciləri sənaye-sanitariya laboratoriyalarının işçiləri tərəfindən müəyyən edilir.
İş yerlərinin attestasiyası neçə ildən bir keçirilməlidir ?
İş yerlərinin attestasiyasının keçirilmə müddəti 5 ildə bir dəfədən az olmamaq şərti ilə müəssisənin özü tərəfindən müəyyən edilir və AR NK-nin 06.03.2000-ci il tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keirilməsi Qaydaları”na əsasən aparılır. Attestasiyanın keçirilməsində əsas məqsəd instrumental ölçmələr nəticəsində iş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin faktiki göstəricilərinin müəyyən etməklə əməyin ağırlıq və gərginliyinin qiymətləndirilməsidir.