I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


İş yerində təlimatın keçirilməsində məqsəd nədir və təlimat prosesində nələr izah olunmalıdır?



Yüklə 493,24 Kb.
səhifə142/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   138   139   140   141   142   143   144   145   ...   213
1000 sual - 1000 cavab 21.01.17

İş yerində təlimatın keçirilməsində məqsəd nədir və təlimat prosesində nələr izah olunmalıdır?

İş yerində təlimatın keçirilməsində əsas məqsəd hər bir fəhləni, qulluqçunu təhlükəsiz iş üsullarının əsas qaydaları ilə tanış etmək, fəhlələrin təhlükəsizlik tələbləri üzrə biliklərini artırmaq, təzələmək və möhkəmləndirməkdir. Təlimat prosesində aşağıdakılar izah olunmalıdır.

  • İş yerində, müəssisə ərazisində davranış qaydalaı və peşələri üçün əməyin təhlükəsizliyi üzrə təhlükəsizliyin məzmunu.

  • İstehsalat prosesində və iş vaxtında tətbiq olunan avadanlıqlar, mexanizmlər və qurğular haqqında ümumi məlumat.

  • Avadanlıqlara, mexanizmlərə və maşınlara xidmət etdikləri zaman təhlükəsizlik tələbləri.

  • Fərdi mühafizə vasitələri. Onların tətbiqi və istifadə qaydaları;

  • Yanğın təhlükəsizliyi qaydalarını və bədbəxt hadisə zamanı ilkin tibbi yardımın göstərilməsi qayda və üsullarını.

  1. İş yerində təlimat kimə keçirilməlidir?

Yeni işə götürülən və ya bir bölmədən (sexdən) digərinə keçirilən (keçirilmə müddətindən asılı olmayaraq), bir işdən digər işə və ya digər xassəli iş sahəsinə göndərilən (istehsalat şəraiti dəyişən hallarda) bütün fəhlə və qulluqçulara, yeni iş tapşırılmış, müəssisəyə ezam olunmuş, istehsalat təlimi və ya təcrübəsi keçməyə gəlmiş, həmçinin müxtəlif işləri yerinə yetirmək üçün müəssisə ərazisində və ya sexlərə buraxılmış digər işçilərə iş yerində təlimat keçirilməlidir.

  1. İş yerində təlimat kim tərəfindən keçirilməlidir?

Fəhlələrlə iş yerində təlimatın keçirilməsi bilavasitə ustaya (iş rəhbərinə) tapşırılır, qulluqçularla keçirilməsi isə sex, bölmə, qurğu rəhbərlərinə həvalə edilir. Təlimatı keçirən şəxs fəhlə və qulluqçulara iş yerində olan bütün təhlükəli sahələri, qurğu və avadanlıqları göstərməli, onları iş yerlərinin təhlükəsiz və düzgün təşkili, işlərin təhlükəsiz yerinə yerinə yetirilməsi üsulları ilə tanış etməli, işçilərin diqqətini təhlükəli iş üsullarının və işçilərin, ətrafdakı insanların xəsarət almasına səbəb ola biləcək təhlükəli iş üsullarının tətbiqinə yol verilməməsinə yönəlməlidir.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin